Müstəhəb namaz: Ruzinin artması üçün namaz 1
Rəvayət olunur ki, bir kişi həzrət Rəsulullahın (s) yanına gəlib, dedi: “Ey Rəsulullah (s), mənim ailəm vardır və borca düşdüyüm üçün çətinlik çəkirik. Mənə bir dua öyrədin ki, Allahı bu dua vasitəsilə çağırım və mənə o qədər ruzi əta etsin ki, borcumu qaytarım və ailəmi dolandırım.” Həzrət Rəsulullah (s) buyurdu: “Ey Allahın bəndəsi, kamil bir dəstəmaz al və 2 rəkət namaz qıl. Namazın rüku və səcdələrini layiqincə yerinə yetir və namazdan sonra bu duanı oxu[1]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya macidu ya vahidu ya kərim, ətəvəccəhu iləykə bi Muhəmmədin nəbiyyikə nəbiyyir rəhməh, səlləllahu ələyhi və alih, ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbi və rəbbikə və rəbbi kulli şəy, və əs`əlukəlla-hummə ən tusəlliyə əla Muhəmmədin və əhli bəytih, və əs`əlukə nəfhətən kərimətən min nəfəhatik, və fəthən yəsirən və rizqən vasia, əlummu bihi şəəsi, və əqzi bihi dini, və əstəinu bihi əla əyali. | Ey böyük, ey yeganə, ey kəramət sahibi! Rəhmət peyğəmbəri Muhəmməd peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) vasitəsilə Sənə doğru üz tuturam. Ey Muhəmməd, ey Allahın Rəsulu, sənin vasitənlə mənim, sənin və hər bir şeyin Rəbbi olan Allaha üz tuturam! İlahi Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetirəsən! Səndən kəramətli lütf və mərhəmətini, asan qurtuluş, pərişanlığımı aradan qaldıran, borcumun ödənməsi və əhli-əyalımın rifahına səbəb olan bol ruzi istəyirəm! | يَا مَاجِدُ يَا وَاحِدُ يَا كَريمُ، اَتَوَجَّهُ اِلَيْكَ بِمُحَمَّدٍ نَبِيِّكَ نَبِيِ الرَّحْمَةِ، صَلَّي اللهُ عَلَيْهِ وَ آلِهِ، يَا مُحَمَّدُ يَا رَسُولَاللهِ، اِنّي اَتَوَجَّهُ بِكَ اِلَي اللهِ رَبّي وَ رَبِّكَ وَ رَبِّ كُلِّ شَيْيٍ وَ اَسْئَلُكَ اللَّهُمَّ اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ، وَ اَسْئَلُكَ نَفْحَةً كَريمَةً مِنْ نَفَحَاتِكَ، وَ فَتْحاً يَسيراً، وَ رِزْقاً وَاسِعاً، اَلُمُ بِهِ شَعَثي، وَ اَقْضي بِهِ دَيْني، وَاَسْتَعينُ بِهِ عَلَى عِيَالي |
Mənbə:
[1] Rəziyyəddin Həsən ibn Fəzl Təbərsi — Məkarimul-əxlaq, səh 336
