İslam aylarının əməlləri: Zilhiccə ayının onuncu gecəsi və onun əməlləri — zilhiccə ayı,10-cu gecə

Print Friendly, PDF & Email

Zilhiccə ayının 10-cu gecəsi:
Bu gecənin əməlləri aşağıdakılardan ibarətdir:
1) Bu mübarək gecəni əhya saxlamaq: Nəql olunur ki, Həzrət Əmirəlmöminin Əli (ə) bu gecəni əhya saxlayarmış.[1]
2) Qüsl etmək.[2]
3) Bu gecədə İmam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim bu gecə İmam Hüseyni (ə) ziyarət etsə, günahları bağışlanar.[3]
4) Bu duanı[4] oxuyun:

TranskripsiyaTərcüməƏrəbcə
-Ey fəzl və bəxşişi xəlqə daimi olan, ey əlləri əta etməyə açıq olan, ey qiymətli bəxşişlərin sahibi, xilqətdə insanların ən üstünü olan Məhəmmədə və onun xanidanına salam göndər, ey uca Allah, bu gecədə bizi bağışlaیَا دَائِمَ الْفَضْلِ عَلَى الْبَرِیَّةِ، یَا بَاسِطَ الْیَدَیْنِ بِالْعَطِیَّةِ، یَا صَاحِبَ الْمَوَاهِبِ السَّنَیِّةِ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ خَیْرِ الْوَرَىٰ سَجِیَّةً، وَ اغْفِرْ لَنَا یَا ذَا الْعُلَىٰ فِى هٰذِهِ الْعَشِیَّةِ

Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 421
[2] Əllamə Məclisi — Zadul-məad, səh 319
[3] Seyid ibn Tavus — İqbal, səh 421
[4] Şeyx Kəf`əmi — Misbah, səh 647

Читайте также: