İslam aylarının əməlləri: Zilqədə ayının sonuncu gününün faciəsi — zilqədə ayı, sonuncu gün

Print Friendly, PDF & Email

Şeyx Abbas Qumi öz «Məfatihul-cinan»  kitabında qeyd edir: «Məşhur nəzəriyyəyə görə, 220-ci ildə İmam Məhəmməd Təqi (ə) Bağdadda Mötəsimin zəhərləməsi ilə şəhid olmuşdur. Bu təxminən iki il yarım Məmunun ölümündən sonra baş vermişdir. Çünki imam özü buyurub: «Məmundan (lən) 30 ay sonra fərəc və azadlıq hasil oldu». Bu cümlə onu bildirir ki, həzrət, Məmunun (lən) pis rəftarından nəhayət əzab-əziyyət çəkirdi. Çünki öz ölümünü, burada fərəc və azadlıq adlandırıb. Atası İmam Rza (ə) da öz vəliəhdlik dövründə də belə idi. Hər cümə məsciddən qayıdanda elə toz-torpaqlı halda əllərini göyə, ilahi dərgahına qaldırıb deyərdi: «İlahi, əgər mənim azadlığım ölümümdədirsə, onu elə bu saat yetir». Daim qəm-kədər içində idi. Nəhayət dünyasını dəyişdi. İmam Məhəmməd Təqi (ə) vəfat edərkən ömründən 25 il və bir neçə ay keçmişdi. Mübarək qəbri Kazimeyn hərəmində, cəddi İmam Musa Kazimin (ə) yanındadır».

Читайте также: