TAM Mübarək Ramazan ayının iyirmi birinci gecəsi — Ramazan ayı, 21-ci gecə — 2-ci Qədr gecəsi və onun əməlləri

Print Friendly, PDF & Email

Bu gecənin əməlləri 3 qismdir:
a) Qədr gecələrinin müştərək əməlləri
b) Mübarək Ramazan ayının son 10 gününün müştərək əməlləri
c) 21-ci gecəyə məxsus əməllər (Bu məqalədə yalnız bu gecəyə məxsus əməlləri qeyd etməyə çalışmışıq)

21-ci gecəyə məxsus əməllər:
Bu gecənin fəziləti 19-cu gecədən daha çoxdur. Qədr gecələrinin müştərək əməllərini bu gecədə daha böyük hüzuri-qəlblə yerinə yetirin. Hədislərdə bu gecənin qüslünü etmək, əhya saxlamaq, ibadətlə məşğul olmaq təkidlə buyurulmuşdur. Bir neçə hədisdə oxuyuruq ki, səhabələr Məsumdan (ə) iki gəcədən hansı birinin Qədr gecəsi olduğunu müəyyən etməsini istədikdə o, belə buyurdu:مَا اَیْسَرَ لَیْلَتَیْنِ فِیمَا تَطْلُبُ.
«İstəklərin üçün hər iki gecəni əhya saxlamaq elə də çətin iş deyil.»[1]
Maraqlısı budur ki, Şeyx Səduq «Əmali» kitabında belə yazır: مِنْ دِینِ الْإِمَامِیَّةِ … مَنْ اَحْیَىٰ هَاتَیْنِ اللَّیْلَتَیْنِ بِمُذَاکَرَةِ الْعِلْمِ فَهُوَ اَفْضَلُ.
«İmamiyyə məzhəbinin göstərişlərindəndir ki, … kim bu iki gecəni elmi söhbətlər aparmaqla keçirsə, hər ibadətdən üstündür.»[2]
1) Bu gecənin fəzilətli əməllərindən biri də İmam Zamanın (ə.f) salamatlığı və zühurunun tezləşməsi üçün dua etməkdir. Seyid ibn Tavusun Həmmad ibn Osmandan nəql etdiyi hədisdə oxuyuruq: Mübarək Ramazan ayının 21-ci gecəsində İmam Sadiq (ə)-ın hüzuruna müşərrəf oldu. Həzrət ondan soruşdu: «Qüsl almısan?» Ərz etdi: «Bəli, canım sənə fəda olsun.» Həzrət bir həsir istədi və Həmmadı öz yanında oturtdu. Həzrət namaz qılmağa başladı. Həmmad da özünü həzrətə yapışdırıb namaz qılırdı. Namazları qılıb qurtaqdıqdan sonra həzrət dua etdi, Həmmad da: «Amin» -dedi. Sübh açıldı. Həzrət azan iqamə deyib, özünün qulamlarını çağırdı, irəli dayanıb sübh namazını qıldı. 1-ci rəkətdə «Həmd» surəsindən sonra «Qədr» surəsini, 2-ci rəkətdə isə «Həmd» surəsindən sonra «İxlas» surəsini oxudu. Namazdan sonra isə təsbih, həm də Allaha şükr etməyə başladı. Peyğəmbər (s)-ə salavat göndərdi, mömin və möminə, müslim və müslimələrə dua etdi. Sonra başını səcdəyə qoydu. Bir saat, nəfəsinin gediş-gəlişindən başqa heç nə eşidilmədi. Sonra Seyid ibn Tavusun «İqbal» kitabında olan bu duanı: «La ilahə illa əntə muqəllibəl qulubi vəl əbsar» oxudu. Duada bunlarıda ərz etdi:

TranskripsiyaTərcüməƏrəbcə
Səndən istəyirəm Sənin əzəmətli cəlalından dilə gətirdiklərim və dilə gətirmədiklərim hər şeyə xatir, belə ki, əgər bilsəydim, Səni onunla çağırardım; Məhəmmədə və onun Əhli-beytinə salam göndər; izn ver o kəsin zühuruna ki, onun zühuru ilə Sənin övliyalarının və xəlqin arasından seçdiklərinin işində uğur olacaqdır, Sən onun vasitəsilə zalımları həlak edəcəksən. Ey aləmlərin Rəbbi, onun zühurunu tezləşdirوَ أَسْأَلُکَ بِجَمِیعِ مَا سَأَلْتُکَ وَ مَا لَمْ أَسْأَلْکَ مِنْ عَظِیمِ جَلَالِکَ، مَا لَوْ عَلِمْتُهُ لَسَأَلْتُکَ بِهِ، أَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ أَهْلِ بَیْتِهِ، وَ أَنْ تَأْذَنَ لِفَرَجِ مَنْ بِفَرَجِهِ فَرَجُ أَوْلِیَائِکَ وَ أَصْفِیَائِکَ مِنْ خَلْقِکَ، وَ بِهِ تُبِیدُ الظَّالِمِینَ وَ تُهْلِکُهُمْ، عَجِّلْ ذٰلِکَ یَا رَبَّ الْعَالَمِینَ

Sonra İmam Sadiq (ə) başını səcdədən qaldırdı. Mən ondan soruşdum: «Cənım sənə fəda olsun, siz bir kəsin fərəci üçün dua etdiniz ki, onun fərəci ilə Allah dostlarının işində fərəc olacaqdır. Məgər həmin kəs siz deyilsinizmi?» İmam (ə) buyurdu: «Xeyr. O, Ali-Muhəmmədin Qaimidir.»Sonra İmam Sadiq (ə) onun zühurunun nişanələrini bəyan etdi və buyurdu: «Gecə və gündüz öz mövlanın zühurunun intizarını çək. Çünki Allah hər gün bir işdədir və bir işi yerinə yetirmək Onu başqa bir işi yerinə yetirməkdən saxlamır.»[3]
2) Bil ki, belə bir gecədə 40-cı ildə mövlamız Həzrət Əli (ə) şəhadətə yetişmişdir. Bu gecə Ali Muhəmməd və onun şiələrinin hüznü yenidən təzələnir. Rəvayətə əsasən, İmam Hüseynin (ə) şəhadət gecəsi kimi, hər bir daşı qaldırdıqda altından təzə qan axırdı. Şeyx Müfid yazır ki, bu gecə çoxlu salavat göndərilsin, Ali Muhəmmədə zülm edənlərə nifrin olunsun və Əmirəlmöminin qatilinə lənət olunsun. 21-ci gün Əmirəlmöminin (ə) qətli günüdür. O həzrətin ziyarəti və onun ziyarətinin əvəzi olan Xızrın kəlamlarını oxumaq bu gündə münasibdir.
3) Bu dualardan biri də müsnəd hədislə Şeyx Kuleyninin «Usuli-kafi» kitabında, Şeyx Mufidin «Muqənə`ə» kitabında və mürsəl hədislə Şeyx Kəf`əminin «Misbah»da nəql olunmuşdur ki, birinci gecədə (yəni axırıncı onluğun ilk gecəsində, 21-ci gecədə) deyirsən[4]:
TranskripsiyaTərcüməƏrəbcə
Ya mulicəl ləyli fin nəhar, və mulicən nəhari fil ləyl, və muxricəl həyyi minəl məyyit, və muxricəl məyyiti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabətə vət təvfiq, lima vəffəqtə ləhu Muhəmmədən və alə Muhəmməd, ələyhi və ələyhimus səlam.Ey gecəni gündüzə, gündüzü də gecəyə daxil edən, dirini ölüdən, ölünü də diridən çıxaran! Ey istədiyinə saysız-hesabsız ruzi verirsən! Ey Allah, ey bağışlayan! Ey Allah, ey mehriban! Ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Muhəmməd və Muhəmmədin Əhlibeytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!یَا مُولِجَ اللَّیْلِ فِى النَّهَارِ، وَ مُولِجَ النَّهَارِ فِى اللَّیْلِ، وَ مُخْرِجَ الْحَىِّ مِنَ الْمَیِّتِ، وَ مُخْرِجَ الْمَیِّتِ مِنَ الْحَىِّ! یَا رَازِقَ مَنْ یَشَآءُ بِغَیْرِ حِسَابٍ! یَا اَللهُ یَا رَحْمٰـنُ، یَا اَللهُ یَا رَحِیمُ! یَا اَللهُ یَا اَللهُ یَا اَللهُ! لَکَ الْاَسْمَآءُ الْحُسْنَىٰ، وَ الْاَمْثَالُ الْعُلْیَا، وَ الْکِبْرِیَآءُ وَ الْاٰلَآءُ. اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ اسْمِى فِى هٰذِهِ اللَّیْلَةِ فِى السُّعَدَآءِ، وَ رُوحِى مَعَ الشُّهَدَآءِ، وَ اِحْسَانِى فِى عِلِّیِّینَ، وَ اِسَآئَتِى مَغْفُورَةً؛ وَ اَنْ تَهَبَ لِى یَقِینًا تُبَاشِرُ بِهِ قَلْبِى، وَ اِیمَانًا یُذْهِبُ الشَّکَّ عَنِّى، وَ تُرْضِیَنِى بِمَا قَسَمْتَ لِى؛ وَ اٰتِنَا فِى الدُّنْیَا حَسَنَةً، وَ فِى الْاٰخِرَةِ حَسَنَةً، وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِیقِ؛ وَ ارْزُقْنِى فِیهَا ذِکْرَکَ وَ شُکْرَکَ، وَ الرَّغْبَةَ اِلَیْکَ وَ الْإِنَابَةَ، وَ التَّوْفِیقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلَامُ

4) Şeyx Kəf`əmi Seyid ibn Baqidən nəql edir ki, Mübarək Ramazan ayının 21-ci gecəsində belə oxu[5]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəqsim li hilmən yəsuddu ənni babəl cəhl, və hudən təmunnə bihi ələyyə min kulli zəlaləh, və ğinən təsuddu bihi ənni babə kulli fəqr, və quvvətən təruddu biha ənni kullə zə`f, və izzən tukrimuni bihi ən kulli zull, və rif`ətən tərfəuni biha ən kulli zə`f, və əmnən təruddu bihi ənni kulli xəvf, və afiyətən təs-turuni biha ən kulli bəla, və ilmən təftəhu li bihi kullə yəqin, və yəqinən tuzhibu bihi ənni kullə şəkk, və duaən təbsutu li bihil icabətə fi hazihil ləyləh, və fi hazihis saətis saətis saətis saəti ya kərim, və xəvfən tənşuru (tuyəssiru) li bihi kullə rəhməh, və ismətən təhulu biha bəyni və bəynəz zunub, hətta uflihə biha indəl mə`suminə indək, birəhmətikə ya ərhəmər rahimin.İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, ey kərim Allah, bu gecə və bu saat (üç dəfə) mənə nadanlıq qapısını üzümə bağlayan helm, azğınlıqlardan saxlayan hidayət, yoxsulluqlar qapısını bağlayan ehtiyacsızlıq, zəiflikləri aradan qaldıran qüdrət, xarlıq və zəlillikləri başıucalıqla əvəz edən izzət, həqarət və alçaqlıqlardan qoruyan uca məqam, qorxunu aparan əmin-amanlıq, bəla və müsibətləri örtən sağlamlıq, yəqinliyi üzümə açan elm, şəkk-şübhəni aparan yəqinlik, qəbul olunmağa yaxın olan dua, rəhmətə səbəb olan xof məqamı, məsumların yanında başıuca olmağım üçün mənimlə günahlar arasında fasilə salan ismət məqamı nəsib et! Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْسِمْ لِي حِلْما يَسُدُّ عَنِّي بَابَ الْجَهْلِ وَ هُدًى تَمُنُّ بِهِ عَلَيَّ مِنْ كُلِّ ضَلالَةٍ وَ غِنًى تَسُدُّ بِهِ عَنِّي بَابَ كُلِّ فَقْرٍ وَ قُوَّةً تَرُدُّ بِهَا عَنِّي كُلَّ ضَعْفٍ وَ عِزّا تُكْرِمُنِي بِهِ عَنْ كُلِّ ذُلٍّ وَ رِفْعَةً تَرْفَعُنِي بِهَا عَنْ كُلِّ ضَعَةٍ وَ أَمْنا تَرُدُّ بِهِ عَنِّي كُلَّ خَوْفٍ وَ عَافِيَةً تَسْتُرُنِي بِهَا عَنْ كُلِّ بَلاءٍ وَ عِلْما تَفْتَحُ لِي بِهِ كُلَّ يَقِينٍ وَ يَقِينا تُذْهِبُ بِهِ عَنِّي كُلَّ شَكٍّ وَ دُعَاءً تَبْسُطُ لِي بِهِ الْإِجَابَةَ فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذِهِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ يَا كَرِيمُ وَ خَوْفا تَنْشُرُ [تُيَسِّرُ] لِي بِهِ كُلَّ رَحْمَةٍ وَ عِصْمَةً تَحُولُ بِهَا بَيْنِي وَ بَيْنَ الذُّنُوبِ حَتَّى أُفْلِحَ بِهَا عِنْدَ الْمَعْصُومِينَ عِنْدَكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

5) Şeyx Kuleyni rəvayət edir ki, İmam Baqir (ə) Mübarək Ramazan ayının 21-ci və 23-cü gecə gecənin yarısına kimi, dua oxuyardı, sonra namaz qılmağa başlayardı.

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 94, səh 2, hədis 4
[2] Şeyx Səduq — Əmali, səh 649
[3] Seyid ibn Tavus — İqbal, səh 200 (xülasəsi)
[4] Şeyx Kuleyni – Usuli-kafi, c 4, səh 160,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 628
[5] Şeyx Kəf`əmi – Misbah, səh 547

Читайте также: