Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Rəcəb və Şaban aylarında İmam Hüseynin (ə) müştərək ziyarəti
Rəcəb ayının 1-ci gecəsi və 1-ci gününün, Rəcəb ayının 15-ci gecəsi və 15-ci gününün, Şaban ayının 15-ci gününün müştərək ziyarəti
Şeyx Kəfəmi və Şeyx Tusi Bəşir Dəhhanın İmam Sadiqin(ə) belə buyurduğunu yazır: «Hər kim Hüseyn ibn Əlini (ə) Rəcəb ayın əvvəli ziyarət edə, mütləq Allah Təala onu bağışlayar».[1]
Məhəmməd ibni Əbu Nəsrdən belə deyir: «İmam Rzadan(ə) İmam Hüseyni(ə) hansı ayda ziyarət etmək haqqında soruşdum. Həzrət belə buyurdu: «Rəcəb və Şaban aylarının ortalarında (yəni 15-ci günlərində).»[2]
Rəcəb ayının 15-ci gecəsi və günündə o həzrəti ziyarət etmək təkid edilmişdir.[3]
Bu gecədə (Şaban ayının 15-i) İmam Hüseyni (ə) ziyarət etmək ən fəzilətli əməldir və günahların bağışlanmasına bais olar.[4] Bu gecədə İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti barədə saysız hədislər nəql olunmuşdur, o cümlədən:
Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: «Kim yüz iyirmi dörd min peyğəmbərin onunla əl-ələ görüşməsini istəyirsə, Şaban ayının 15-i İmam Hüseynin (ə) qəbrini ziyarət etsin. Çünki bu gecədə peyğəmbərlərin ruhları Allahın izni ilə o həzrətin ziyarətinə gəlirlər.»[5] Ziyarətin ən azı budur ki, həmin gecə evinin damına çıxıb sağa-sola baxıb başına asimana tərəf qaldırıb bu sözləri desin:
| Ərəbcə | اَلسَّلَامُ عَلَیْکَ یَا أَبَا عَبْدِ اللهِ. اَلسَّلَامُ عَلَیْکَ یَابْنَ رَسُولِ اللهِ. اَلسَّلَامُ عَلَیْکَ وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ |
| Tərcümə | Allahın salamı olsun sənə ey Əba Əbdillah. Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun. |
| Transkripsiya | Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh. |
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Şaban ayının 15-i olduqda «Ufuqi-ə`la»dan (Allah tərəfindən) İmam Hüseynin (ə) ziyarətçisinə nida gələr ki, indi günahların bağışlanmış halda geri qayıt, sənin mükafatın Rəbbinin və Allahın Peyğəmbərinin öhdəsinədir.»[6]
İmam Hüseyni (ə) ən azı belə ziyarət etmək olar ki, həmin gecə evin damına çıx və ya açıq bir mühitə get, göyün sağ və sol tərəfinə bax, sonra başını qaldırıb yuxarı bax və de[7]:
| Ərəbcə | اَلسَّلَامُ عَلَیْکَ یَا أَبَا عَبْدِ اللهِ. اَلسَّلَامُ عَلَیْکَ یَابْنَ رَسُولِ اللهِ. اَلسَّلَامُ عَلَیْکَ وَ رَحْمَةُ اللهِ وَ بَرَکَاتُهُ |
| Tərcümə | Allahın salamı olsun sənə ey Əba Əbdillah. Allahın rəhmət və bərəkəti sənin üzərinə olsun. |
| Transkripsiya | Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh. |
Şeyx Müfid və Seyid ibni Tavus belə nəql edirlər ki, aşağıdakı bu ziyarətnamə Rəcəb ayının 1-ci gününün gündüzü və Şaban ayının 15-ci məxsusdur. [8] Lakin Şəhidin nəzərincə bu iki vaxtdan əlavə bu ziyarətnaməni Rəcəb ayının ilk gecəsi, habelə Rəcəb ayının 15-ci gecəsində və günündə[9] (bu nəzər şeyx Kəf`əmiyədə məxsusdur), bundan əlavə Şaban ayının 15-ci günündə də oxumaq olar. Deməli, onun nəzərincə bu ziyarətnaməni 6 vaxtda oxumaq olar. Deyilən bu 6 vaxtda imam Hüseynin (ə) bu ziyarətnaməsini oxumaq istədikdə, qüsl ver və əyninə təmiz paltarını geyin. O həzrətin hərəminin qapısında üzü qibləyə tərəf dayanıb, Peyğəmbərə (s), Əmirəl-möminin Əliyə (ə), Həzrət Fatiməyə (ə), İmam Həsənə(ə), İmam Hüseynə (ə) və o biri məsum imamlara (ə) salam göndər. “Ərəfə ziyarətnaməsin”də məsumlara salam verməyin qaydasını əldə edə bilərsiz. Sonra içəriyə daxil olub, o həzrətin müqəddəs zərihinə yaxınlaş və 100 dəfə “Allahu Əkbər” zikrini de. Zikrlərdən sonra bu ziyarətnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə ya Husəynəbnə Əliyy, əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya vəliyyəllah vəbnə vəliyyih, əssəlamu ələykə ya səfiyyəllah vəbnə səfiyyih, Əssəlamu ələykə ya huccətəllahi vəbnə huccətih, əssəlamu ələykə ya həbibəllah vəbnə həbibih, əssəlamu ələykə ya səfirəllah vəbnə səfirihi. əssəlamu ələykə ya xazinəl kitabil məstur, əssəlamu ələykə ya varisət Təvrati vəl İncil vəz Zəbur, əssəlamu ələykə əminər rəhman, əssəlamu ələykə ya şərikəl Qur`an, əssəlamu ələykə ya əmudəd din, əssəlamu ələykə ya babə hikməti rəbbil aləmin (əssəlamu ələykə ya babə hittətinilləzi mən dəxələhu kanə minəl aminin), əssəlamu ələykə ya əybətə ilmillah, əssəlamu ələykə ya məvziə sirrillah, əssəlamu ələykə ya sarəllahi vəbnə sarihi vəl vitrəl məvtur, əssəlamu ələykə və ələl ərvahilləti həllət bifinaik və ənaxət birəhlik, biəbi əntə və ummi və nəfsi ya Əba Əbdillah, ləqəd əzumətul musibətu və cəllətir rəziyyətu bikə ələyna və əla cəmii əhlil islam, fələənəllahu ummətən əssəsət əsasəz zulmi vəl cəvri ələykum əhləl bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məratibukumulləti rəttəbukumullahu fiha, biəbi əntə və ummi və nəfsi ya Əba Əbdillah, əşhədu ləqədiqşəərrət li dimaikum əzillətul ərşi məə əzillətil xəlaiq, və bəkətkumus səmau vəl ərzu və sukkanul cinani vəl bərri vəl bəhr, səlləllahu ələykə ədədə ma fi ilmillahi ləbbəykə daiyəllah, in kanə ləm yuhbibkə bədəni indəstiğasətik, və lisani indəstinsarikə fəqəd əcabəkə qəlbi və səm`i və bəsəri, subhanə rəbbina in kanə və`du rəbbina ləməf`ula, əşhədu ənnəkə tuhrun tahirun mutəhhərun min tuhrin tahirin mutəhhər, təhurtə və təhurət bikəl bilad, və təhurət ərzun əntə biha (fiha) və təhurə hərəmuk, əşhədu ənnəkə qəd əmərtə bil qisti vəl ədli və dəəvtə iləyhima, və ənnəkə sadiqun siddiqun sədəqtə fima dəəvtə iləyh, və ənnəkə sarullahi fil ərz, və əşhədu ənnəkə qəd bəlləğtə ənillahi və ən cəddikə rəsulillah, və ən əbikə əmiril mu`minin və ən əxikəl Həsən, və nəsəhtə və cahədtə fi səbilillahi və əbədtəhu muxlisən hətta ətakəl yəqin, fəcəzakəllahu xəyrə cəzais sabiqin, və səlləllahu ələykə və səlləmə təslima, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və səlli ələl Husəynil məzlumiş şəhidir rəşid, qətilil əbərati və əsiril kurubat, səlatən namiyətən zakiyətən mubarəkəh, yəs`ədu əvvəluha və la yənfədu axiruha əfzələ ma səlləytə əla əhədin min əvladi ənbiyaikəl mursəlin, ya ilahəl aləmin. | Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusunun övladı! (Salam olsun sənə, ey elçilərin sərvərinin övladı!) Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Hüseyn ibn Əli! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimənin oğlu! Salam olsun sənə, ey Allahın vəlisi və vəlisinin oğlu! Salam olsun sənə, ey Allahın seçdiyi bəndəsi və seçdiyi bəndəsinin oğlu! Salam olsun sənə, ey Allahın höccəti və höccətinin oğlu! Salam olsun sənə, ey Allahın həbibi və həbibinin oğlu! Salam olsun sənə, ey Allahın səfiri və səfirinin oğlu! Salam olsun sənə, ey yazılmış kitabın xəzinədarı! Salam olsun sənə, ey Tövrat, İncil və Zəburun (elmlərinin) varisi! Salam olsun sənə, ey rəhman Allahın əmanətdarı! Salam olsun sənə, ey Quranın şəriki! Salam olsun sənə, ey dinin sütunu! Salam olsun sənə, ey aləmlərin Rəbbinin hikmət qapısı! Salam olsun sənə, ey (günahların bağışlanmasına səbəb olan) “hittə” qapısı; belə ki, oradan daxil olan əmin-amanlıqda qalar. Salam olsun sənə, ey Allahın elminin xəzinədarı! Salam olsun sənə, ey Allahın sirrinin məkanı! Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan), Onun qanının (Onun yolunda tökülən qanın – şəhid olanın) oğlu və yardımsız qalıb intiqamı alınmayan! Salam olsun sənə və sənin türbənə nazil olub, kənarında dəfn olunan ruhlara! Atam-anam və öz canım sənə fəda olsun, ey Əba-Əbdillah! Həqiqətən, sənin müsibətin bizə və bütün müsəlmanlara hədsiz dərəcədə ağır və böyükdür. Allah siz Əhli-beytə qarşı zülm və amansızlıqların əsasını qoyan camaata lənət etsin! Allah sizə verdiyi məqam və dərəcədən sizi məhrum edib uzaq salan camaata lənət etsin! Atam-anam və öz canım sənə fəda olsun, ey Əba-Əbdillah! Şəhadət verirəm ki, həqiqətən, sizin tökülən qanınıza görə Allahın ərşi və bütün məxluqat lərzəyə gəldi, yerdə, göydə, behiştdə, suda və quruda yaşayanlar sizə ağladılar. Allahın elmində sayılanlar qədər Onun salamı olsun sənə! Bəli, ey Allaha doğru dəvət edən! Çağırdığın zaman bədənim və kömək istədiyin zaman dilim sənə cavab verə bilməsə də, lakin qəlbim, qulağım və gözüm sənə cavab verdi! Rəbbimiz bütün eyiblərdən uzaqdır və əlbəttə, Rəbbimizin vədi mütləq gerçəkləşəcək! Şəhadət verirəm ki, həqiqətən, sən pak və pakizəsən, pak və pakizə nəsildənsən, şəhərlər, sənin olduğun diyar və ziyarətgahın sənin vücudunla təmizləndi. Şəhadət verirəm ki, həqiqətən, sən haqq-ədalətlə hökm verdin və (insanları) haqq-ədalətə dəvət etdin. Həqiqətən, sən düzdanışansan, dəvət etdiklərində sadiq və yer üzündə Allahın qanı idin. Şəhadət verirəm ki, sən əbədiyyətə qovuşana qədər Allah, cəddin Rəsulullah, atan Əmirəlmöminin və qardaşın Həsən tərəfindən öz üzərinə götürdüklərini camaata çatdırdın, xeyirxahlıq göstərdin, Allah yolunda mübarizə apardın və Ona ixlasla ibadət etdin. Allah keçmiş bəndələrə verdiyi mükafatın ən yaxşısını sənə əta etsin. Allahın kamil salam və salavatı olsun sənə! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! (İlahi!) Məzlum, şəhid, şücaətli, göz yaşlarının şəhidi və çətinliklər əsiri Hüseynə salam yetir; elə bir salam ki, çoxlu, pak və bərəkətli olsun, başlanğıcı yuxarı qalxsın, sonu da qurtarmasın, “mürsəl” peyğəmbərlərinin övladlarından birinə göndərdiyin salamdan fəzilətli və üstün olsun, ey aləmlərin Rəbbi! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّينَ [السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْمُرْسَلِينَ] السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُسَيْنَ بْنَ عَلِيٍّ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ وَ ابْنَ صَفِيِّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ وَ ابْنَ حَبِيبِهِ السَّلامُ عَلَيْكَ يَا سَفِيرَ اللَّهِ وَ ابْنَ سَفِيرِهِ السَّلامُ عَلَيْكَ يَا خَازِنَ الْكِتَابِ الْمَسْطُورِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ التَّوْرَاةِ وَ الْإِنْجِيلِ وَ الزَّبُورِ السَّلامُ عَلَيْكَ يَا أَمِينَ الرَّحْمَنِ السَّلامُ عَلَيْكَ يَا شَرِيكَ الْقُرْآنِ السَّلامُ عَلَيْكَ يَا عَمُودَ الدِّينِ السَّلامُ عَلَيْكَ يَا بَابَ حِكْمَةِ رَبِّ الْعَالَمِينَ [السَّلامُ عَلَيْكَ يَا بَابَ حِطَّةٍ الَّذِي مَنْ دَخَلَهُ كَانَ مِنَ الْآمِنِينَ] السَّلامُ عَلَيْكَ يَا عَيْبَةَ عِلْمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا مَوْضِعَ سِرِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُورَ السَّلامُ عَلَيْكَ وَ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ وَ أَنَاخَتْ بِرَحْلِكَ بِأَبِي أَنْتَ وَ أُمِّي وَ نَفْسِي يَا أَبَا عَبْدِ اللَّهِ لَقَدْ عَظُمَتِ الْمُصِيبَةُ وَ جَلَّتِ الرَّزِيَّةُ بِكَ عَلَيْنَا وَ عَلَى جَمِيعِ أَهْلِ الْإِسْلامِ فَلَعَنَ اللَّهُ أُمَّةً أَسَّسَتْ أَسَاسَ الظُّلْمِ وَ الْجَوْرِ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ وَ لَعَنَ اللَّهُ أُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقَامِكُمْ وَ أَزَالَتْكُمْ عَنْ مَرَاتِبِكُمُ الَّتِي رَتَّبَكُمُ اللَّهُ فِيهَا بِأَبِي أَنْتَ وَ أُمِّي وَ نَفْسِي يَا أَبَا عَبْدِ اللَّهِ أَشْهَدُ لَقَدِ اقْشَعَرَّتْ لِدِمَائِكُمْ أَظِلَّةُ الْعَرْشِ مَعَ أَظِلَّةِ الْخَلائِقِ وَ بَكَتْكُمُ السَّمَاءُ وَ الْأَرْضُ وَ سُكَّانُ الْجِنَانِ وَ الْبَرِّ وَ الْبَحْرِ صَلَّى اللَّهُ عَلَيْكَ عَدَدَ مَا فِي عِلْمِ اللَّهِ لَبَّيْكَ دَاعِيَ اللَّهِ إِنْ كَانَ لَمْ يُجِبْكَ بَدَنِي عِنْدَ اسْتِغَاثَتِكَ وَ لِسَانِي عِنْدَ اسْتِنْصَارِكَ فَقَدْ أَجَابَكَ قَلْبِي وَ سَمْعِي وَ بَصَرِي سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولا أَشْهَدُ أَنَّكَ طُهْرٌ طَاهِرٌ مُطَهَّرٌ مِنْ طُهْرٍ طَاهِرٍ مُطَهَّرٍ طَهُرْتَ وَ طَهُرَتْ بِكَ الْبِلادُ وَ طَهُرَتْ أَرْضٌ أَنْتَ بِهَا [فِيهَا] وَ طَهُرَ حَرَمُكَ أَشْهَدُ أَنَّكَ [قَدْ] أَمَرْتَ بِالْقِسْطِ وَ الْعَدْلِ وَ دَعَوْتَ إِلَيْهِمَا وَ أَنَّكَ صَادِقٌ صِدِّيقٌ صَدَقْتَ فِيمَا دَعَوْتَ إِلَيْهِ وَ أَنَّكَ ثَارُ اللَّهِ فِي الْأَرْضِ وَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللَّهِ وَ عَنْ جَدِّكَ رَسُولِ اللَّهِ وَ عَنْ أَبِيكَ أَمِيرِ الْمُؤْمِنِينَ وَ عَنْ أَخِيكَ الْحَسَنِ وَ نَصَحْتَ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ وَ عَبَدْتَهُ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ فَجَزَاكَ اللَّهُ خَيْرَ جَزَاءِ السَّابِقِينَ وَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ سَلَّمَ تَسْلِيما اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ الرَّشِيدِ قَتِيلِ الْعَبَرَاتِ وَ أَسِيرِ الْكُرُبَاتِ صَلاةً نَامِيَةً زَاكِيَةً مُبَارَكَةً يَصْعَدُ أَوَّلُهَا وَ لا يَنْفَدُ آخِرُهَا أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلادِ أَنْبِيَائِكَ الْمُرْسَلِينَ يَا إِلَهَ الْعَالَمِينَ |
Sonra qəbri öpüb, əvvəlcə sağ üzünü və sonra sol üzünü qəbrə sürt və qəbrin ətrafına təvaf et. Qəbrin hər dörd guşəsini öp.
Şeyx Müfid buyurub: “Sonra Əli ibni Hüseynin (ə) (Əli Əkbər) qəbrinə yaxınlaşıb, bu ziyarətnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə əyyuhəs siddiqut təyyib, əz zəkiyyul həbibul muqərrəb, vəbnə rəyhanəti rəsulillah, əssəlamu ələykə min şəhidin muhtəsibin və rəhmətullahi və bərəkatuh, ma əkrəmə məqaməkə və əşrəfə munqələbək, əşhədu ləqəd şəkərəllahu sə`yəkə və əczələ səvabəkə və əlhəqəkə biz zirvətil aliyəh, həysuş şərəfu kulluş şərəfi (və fil ğurəfis samiyəti) kəma mənnə ələykə min qəbl, və cəələkə min əhlil bəytilləzinə əzhəbəllahu ənhumur ricsə və təhhərəhum təthira, sələvatullahi ələykə və rəhmətullahi və bərəkatuh və rizvanuh, fəşfə əyyuhəs səyyidut tahiru ila rəbbikə fi həttil əsqali ən zəhri, və təxfifiha ənni vərhəm zulli və xuzui ləkə və lis səyyidi əbikə səlləlahu ələykuma. | Salam olsun sənə, ey düzdanışan, pak, pakizə, Allahın yaxın dostu və Rəsulullahın ətirli gülü Fatimənin oğlu! Salam olsun sənə, ey sınaqdan keçən (və mükafat ardınca olan) şəhid! Allahın rəhmət və bərəkətləri olsun sənə! Doğrudan da, sənin məqamın necə də əziz və dönüş yerin necə də şərafətlidir! Şəhadət verirəm ki, Allah sənin zəhmətinin əvəzini verdi, savabını artırdı və səni bütün şərafətlərə və uca saraylara sahib bir məqama yüksəltdi. Necə ki, ondan öncə də sənə minnət qoymuşdu və səni Allahın çirkinliklərdən uzaqlaşdırıb pak-pakizə etdiyi Əhli-beytdən qərar verdi. Allahın salamı olsun sənə! Allahın rəhmət, bərəkət və razılığı olsun sənə! Ey pakizə ağa, Rəbbinin dərgahında çiynimə ağırlıq gətirən günahlarımın bağışlanması və çiynimin yüngülləşməsi üçün mənə şəfaət et, sənin və hörmətli atanın hüzurunda zəlilliyim və təvazökarlığıma rəhm et! Allahın salamı olsun sizin hər ikinizə! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الطَّيِّبُ الزَّكِيُّ الْحَبِيبُ الْمُقَرَّبُ وَ ابْنَ رَيْحَانَةِ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ مِنْ شَهِيدٍ مُحْتَسِبٍ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ مَا أَكْرَمَ مَقَامَكَ وَ أَشْرَفَ مُنْقَلَبَكَ أَشْهَدُ لَقَدْ شَكَرَ اللَّهُ سَعْيَكَ وَ أَجْزَلَ ثَوَابَكَ وَ أَلْحَقَكَ بِالذِّرْوَةِ الْعَالِيَةِ حَيْثُ الشَّرَفُ كُلُّ الشَّرَفِ [وَ فِي الْغُرَفِ السَّامِيَةِ] كَمَا مَنَّ عَلَيْكَ مِنْ قَبْلُ وَ جَعَلَكَ مِنْ أَهْلِ الْبَيْتِ الَّذِينَ أَذْهَبَ اللَّهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهِيرا صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ رِضْوَانُهُ فَاشْفَعْ أَيُّهَا السَّيِّدُ الطَّاهِرُ إِلَى رَبِّكَ فِي حَطِّ الْأَثْقَالِ عَنْ ظَهْرِي وَ تَخْفِيفِهَا عَنِّي وَ ارْحَمْ ذُلِّي وَ خُضُوعِي لَكَ وَ لِلسَّيِّدِ أَبِيكَ صَلَّى اللَّهُ عَلَيْكُمَا |
Sonra zərihdən tutub, de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Zadəllahu fi şərəfikum fil axirəti kəma şərrəfəkum fid dunya, və əs`ədəkum kəma əs`ədə bikum, və əşhədu ənnəkum ə`lamud dini və nucumul aləmin, vəs səlamu ələykum və rəhmətullahi və bərəkatuh. | Allah sizi dünyada izzət və şərafət sahibi etdiyi kimi, axirətdə də izzət və şərafətinizi artırsın və başqalarını sizin vasitənizlə səadətə yetirdiyi kimi, sizi də səadətə yetirsin. Şəhadət verirəm ki, siz dinin nişanələri və dünyanın ulduzlarısınız. Salam olsun sizə! Allahın rəhmət və bərəkətləri olsun sizə! | زَادَ اللَّهُ فِي شَرَفِكُمْ فِي الْآخِرَةِ كَمَا شَرَّفَكُمْ فِي الدُّنْيَا وَ أَسْعَدَكُمْ كَمَا أَسْعَدَ بِكُمْ وَ أَشْهَدُ أَنَّكُمْ أَعْلامُ الدِّينِ وَ نُجُومُ الْعَالَمِينَ وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra üzünü şəhidlərə tutub, de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykum ya ənsarəllahi və ənsarə rəsulih, və ənsarə Əliyyibni Əbi Talibin və ənsarə Fatiməh, və ənsarəl Həsəni vəl Husəyni və ənsarəl islam. Əşhədu (ənnəkum) ləqəd nəsəhtum lillahi və cahədtum fi səbilih, fəcəzakumullahu ənil (minəl) islami və əhlihi əfzələl cəza, fuztum vəllahi fəvzən əzima, ya ləytəni kuntu məəkum fəəfuzə fəvzən əzima, əşhədu ənnəkum əhyaun ində rəbbikum turzəqun, əşhədu ənnəkumuş şuhədau vəs suəda, və ənnəkumul faizunə fi dərəcatil ula, vəs səlamu ələykum və rəhmətullahi və bərəkatuh. | Salam olsun sizə, ey Allahın dininin köməkçiləri! Salam olsun sizə, ey Allahın Rəsulunun köməkçiləri! Salam olsun sizə, ey Əli ibn Əbu Talibin köməkçiləri! Salam olsun sizə, ey Fatimənin köməkçiləri! Salam olsun sizə, ey Həsən və Hüseynin köməkçiləri! Salam olsun sizə, ey İslamın köməkçiləri! Şəhadət verirəm ki, siz Allah yolunda xeyirxahlıq göstərib, cihad etdiniz. Allah sizə İslam və müsəlmanlar tərəfindən ən yaxşı mükafat əta etsin. Allaha and olsun ki, böyük səadətə nail oldunuz. Kaş mən də sizinlə birlikdə böyük səadətə nail olaydım! Şəhadət verirəm ki, siz dirisiniz və Rəbbinizin dərgahında ruzi yeyirsiniz. Şəhadət verirəm ki, siz şəhid və səadət əhlisiniz, uca dərəcələrə nail olubsunuz. Salam olsun sizə! Allahın rəhmət və bərəkətləri olsun sizə! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ اللَّهِ وَ أَنْصَارَ رَسُولِهِ وَ أَنْصَارَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ وَ أَنْصَارَ فَاطِمَةَ وَ أَنْصَارَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ أَنْصَارَ الْإِسْلامِ أَشْهَدُ [أَنَّكُمْ] لَقَدْ نَصَحْتُمْ لِلَّهِ وَ جَاهَدْتُمْ فِي سَبِيلِهِ فَجَزَاكُمُ اللَّهُ عَنِ [مِنَ] الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ الْجَزَاءِ فُزْتُمْ وَ اللَّهِ فَوْزا عَظِيما يَا لَيْتَنِي كُنْتُ مَعَكُمْ فَأَفُوزَ فَوْزا عَظِيما أَشْهَدُ أَنَّكُمْ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ أَشْهَدُ أَنَّكُمُ الشُّهَدَاءُ وَ السُّعَدَاءُ وَ أَنَّكُمْ الْفَائِزُونَ فِي دَرَجَاتِ الْعُلَى وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Daha sonra geri qayıdıb, o həzrətin mübarək qəbrinin baş tərəfində ziyarət namazı qıl və özün üçün, atan, anan və bütün möminlər üçün dua et.[10]
Şeyx Abbas Qumi qeyd edir ki, Seyid ibni Tavus öz kitabında Əli Əkbər (ə) və Kərbəla şəhidlərinin (qəddəsəllahu ərvahəhum) hər birinin adı çəkilən bir ziyarətnamə nəql etmişdir ki, bu ziyarətnamə çox da məşhur olmadığı üçün ixtisara riayət etmək məqsədilə burada onu nəql etmirik.
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 801,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 73, səh 182, hədis 2
[2] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 807,
Seyid ibn Tavus – İqbal, səh 656,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 73, səh 182, hədis 1
[3] Əllamə Məclisi – Zadul-məad, səh 19-20
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 830
[5] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 830,
Seyid ibn Tavus — İqbal, səh 710
[6] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 830,
Seyid ibn Tavus — İqbal, səh 710
[7] Əllamə Məclisi — Zadul-məad, səh 60
[8] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh336,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 291
[9] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 281
[10] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 337,
Şəhid Əvvəl — Məzar, səh 145 (cüzi fərqlə)
