Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Rəcəb ayının 15-ci günündə İmam Hüseynin (ə) ziyarəti

Print Friendly, PDF & Email

Şeyx Müfid “Məzar” adlı kitabında Rəcəb ayının ortasında oxunan bu ziyarətnaməni nəql etmişdir. Bu ziyarətnaməni «Ğufeylə» adlandırıblar, başqa sözlə desək, Rəcəb ayının ortasını «Ğufeylə» adlandırdıqları üçün bu ziyarətnaməni də «Ğufeylə» adlandırıblar. Çünki camaatın əksəriyyəti bu günün fəzilətindən qəflətdədirlər. Xülasə, bu gündə imam Hüseyni (ə) ziyarət etməyi qərara alsan, o həzrətin mübarək hərəminə daxil olub, 3 dəfə “Allahu Əkbər” deyib, o pak qəbrin kənarında dayan və bu ziyarətnaməni oxu:

TranksripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum ya aləllah, əssəlamu ələykum ya səfvətəllah, əssəlamu ələykum ya xiyərətəllah min xəlqih, əssəlamu ələykum ya sadətəs sadat, əssəlamu ələykum ya luyusəl (əla luyusil) ğabat, əssəlamu ələykum ya sufunən nəcat, əssəlamu ələykə ya Əba Əbdillahil Husəyn, əssəlamu ələykə ya varisə ilmil ənbiya və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə İsmailə zəbihillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah, əssəlamu ələykə yəbnə Muhəmmədinil Mustəfa, əssəlamu ələykə yəbnə Əliyyinil Murtəza, əssəlamu ələykə yəbnə Fatimətəz Zəhra, əssəlamu ələykə yəbnə Xədicətəl Kubra, əssəlamu ələykə ya şəhidəbnəş şəhid, əssəlamu ələykə ya qətiləbnəl qətil, əssəlamu ələykə ya vəliyyəllahi vəbnə vəliyyih, əssəlamu ələykə ya huccətəllahi vəbnə huccətihi əla xəlqih, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və ruzi`tə (və bərərtə) bivalidəykə və cahədtə əduvvək, və əşhədu ənnəkə təsməul kəlamə və təruddul cəvab, və ənnəkə həbibullahi və xəliluhu və nəcibuhu və səfiyyuhu vəbnu səfiyyih, ya məvlayə vəbnə məvlay, zurtukə muştaqən fəkun li şəfiən iləllah, ya səyyidi və əstəşfiu iləllahi bicəddikə səyyidin nəbiyyin, və bi əbikə səyyidil vəsiyyin, və bi ummikə Fatimətə səyyidəti nisail aləmin, əla ləənəllahu qatiləkə və ləənəllahu zalimik, və ləənəllahu salibikə və mubğizikə minəl əvvəlinə vəl axirin, və salləllahu əla səyyidina Muhəmmədin və alihit təyyibinət tahirin.Salam olsun sizə, ey Allahın Əhli-beyti! Salam olsun sizə, ey Allahın xas bəndələri! Salam olsun sizə, ey Allahın Öz məxluqatı arasından seçdiyi şəxslər! Salam olsun sizə, ey sərvərlər sərvəri! Salam olsun sizə, ey meşə aslanları! Salam olsun sizə, ey nicat gəmiləri! Salam olsun sənə, ey Əba-Əbdillah Hüseyn! Salam olsun sənə, ey peyğəmbərlərin elminin varisi! Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahın qurbanı (Allah yolunda qurban olunan) İsmailin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Muhəmmədin varisi! Salam olsun sənə, ey Muhəmməd Mustafanın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey Xədiceyi-Kübranın oğlu! Salam olsun sənə, ey şəhid oğlu şəhid! Salam olsun sənə, ey haqq yolunda qətlə yetirilən və haqq yolunda qətlə yetirilənin oğlu! Salam olsun sənə, ey Allahın vəlisi və vəlisinin oğlu! Salam olsun sənə, ey Allahın höccəti və Onun məxluqatı üzərindəki höccətinin oğlu! Şəhadət verirəm ki, həqiqətən, sən namaz qaldın, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, ata və ananın şəhadəti ilə müsibətə düşdün və öz düşməninlə mübarizə apardın. Şəhadət verirəm ki, sən sözləri eşidir və cavab verirsən. Həqiqətən, sən Allahın həbibi, dostu, bəyəndiyi, seçdiyi (xas bəndəsi) və seçdiyinin oğlusan. Ey mənim mövlam və mövlamın oğlu, mən səni istədiyim üçün ziyarətinə gəlmişəm. Elə isə Allah dərgahında mənə şəfaətçi ol! Ey mənim sərvərim, Allah dərgahında cəddin peyğəmbərlərin sərvəri, atan vəsilərin sərvəri və anan aləmlərin qadınlarının sərvərinin vasitəsilə şəfaət diləyirəm! Allah sənin qatillərinə lənət etsin! Allah sənə zülm edənə lənət etsin! Allah sənin haqqını mənimsəyən və səninlə düşmənçilik edən birinci və axırıncı şəxslərə lənət etsin! Allahın salamı olsun sərvərimiz Muhəmməd və onun pak-pakizə Əhlibeytinə!السَّلامُ عَلَيْكُمْ يَا آلَ اللَّهِ السَّلامُ عَلَيْكُمْ يَا صَفْوَةَ اللَّهِ السَّلامُ عَلَيْكُمْ يَا خِيَرَةَ اللَّهِ مِنْ خَلْقِهِ السَّلامُ عَلَيْكُمْ يَا سَادَةَ السَّادَاتِ السَّلامُ عَلَيْكُمْ يَا لُيُوثَ [عَلَى لُيُوثِ‏] الْغَابَاتِ السَّلامُ عَلَيْكُمْ يَا سُفُنَ النَّجَاةِ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ الْحُسَيْنَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ الْأَنْبِيَاءِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ [السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ‏] السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِسْمَاعِيلَ ذَبِيحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ مُحَمَّدٍ الْمُصْطَفَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَدِيجَةَ الْكُبْرَى السَّلامُ عَلَيْكَ يَا شَهِيدَ ابْنَ الشَّهِيدِ السَّلامُ عَلَيْكَ يَا قَتِيلَ ابْنَ الْقَتِيلِ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ عَلَى خَلْقِهِ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ رُزِئْتَ [وَ بَرَرْتَ‏] بِوَالِدَيْكَ وَ جَاهَدْتَ عَدُوَّكَ وَ أَشْهَدُ أَنَّكَ تَسْمَعُ الْكَلامَ وَ تَرُدُّ الْجَوَابَ وَ أَنَّكَ حَبِيبُ اللَّهِ وَ خَلِيلُهُ وَ نَجِيبُهُ [نَجِيُّهُ‏] وَ صَفِيُّهُ وَ ابْنُ صَفِيِّهِ يَا مَوْلايَ [وَ ابْنَ مَوْلايَ‏] زُرْتُكَ مُشْتَاقا فَكُنْ لِي شَفِيعا إِلَى اللَّهِ يَا سَيِّدِي وَ أَسْتَشْفِعُ إِلَى اللَّهِ بِجَدِّكَ سَيِّدِ النَّبِيِّينَ وَ بِأَبِيكَ سَيِّدِ الْوَصِيِّينَ وَ بِأُمِّكَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ أَلا لَعَنَ اللَّهُ قَاتِلِيكَ وَ لَعَنَ اللَّهُ ظَالِمِيكَ وَ لَعَنَ اللَّهُ سَالِبِيكَ وَ مُبْغِضِيكَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ

Sonra o həzrətin pak qəbrini öp və Əli ibni Hüseyni (ə) (Əli Əkbəri) ziyarət edib, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya məvlayə vəbnə məvlay, ləənəllahu qatilikə və ləənəllahu zalimik, inni ətəqərrəbu iləllahi biziyarətikum və biməhəbbətikum və əbrəu iləllahi min ə`daikum, vəs səlamu ələykə ya məvlayə və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə, ey mənim mövlam və mövlamın oğlu! Allah sənin qatillərinə lənət etsin! Allah sənə zülm edənlərə lənət etsin! Mən sizi ziyarət etmək, sizə məhəbbət bəsləmək və Allah dərgahında düşmənlərinizə nifrət etməklə Allaha yaxınlaşıram. Salam olsun sənə, ey mənim mövlam! Allahın rəhmət və bərəkətləri olsun sənə!السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ لَعَنَ اللَّهُ قَاتِلِيكَ وَ لَعَنَ اللَّهُ ظَالِمِيكَ إِنِّي أَتَقَرَّبُ إِلَى اللَّهِ بِزِيَارَتِكُمْ وَ بِمَحَبَّتِكُمْ وَ أَبْرَأُ إِلَى اللَّهِ مِنْ أَعْدَائِكُمْ وَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Sonra şəhidlərin qəbri üstünə gedib, bu ziyarətnaməni oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələl ərvahil munixəti biqəbri Əbi Əbdillahil Husəyn ələyhis səlam, əssəlamu ələykum ya tahirinə minəd dənəs, əssəlamu ələykum ya məhdiyyun, əssəlamu ələykum ya əbrarəllah, əssəlamu ələykum və ələl məlaikətil haffinə biquburikum əcməin, cəməənəllahu və iyyakum fi mustəqərri rəhmətihi və təhti ərşih, innəhu ərhəmur rahimin, vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.Salam olsun Əba Əbdillah Hüseynin (salam olsun ona) qəbrinin kənarındakı ruhlara! Salam olsun sizə, ey çirkinliklərdən təmizlənən kəslər! Salam olsun sizə, ey hidayət olunmuş kəslər! Salam olsun sizə, ey Allah dərgahında xeyirxahlar! Salam olsun sizə və sizin qəbrinizin ətrafına toplaşan bütün mələklərə! Allah bizimlə sizi rəhmət düşərgəsi və ərşinin kölgəsində cəm etsin. Həqiqətən, O, mehribanların ən mehribanıdır. Salam olsun sizə! Allahın rəhmət və bərəkətləri olsun sizə!السَّلامُ عَلَى الْأَرْوَاحِ الْمُنِيخَةِ بِقَبْرِ أَبِي عَبْدِ اللَّهِ الْحُسَيْنِ عَلَيْهِ السَّلامُ السَّلامُ عَلَيْكُمْ يَا طَاهِرِينَ مِنَ الدَّنَسِ السَّلامُ عَلَيْكُمْ يَا مَهْدِيُّونَ السَّلامُ عَلَيْكُمْ يَا أَبْرَارَ اللَّهِ السَّلامُ عَلَيْكُمْ وَ عَلَى الْمَلائِكَةِ الْحَافِّينَ بِقُبُورِكُمْ أَجْمَعِينَ جَمَعَنَا اللَّهُ وَ إِيَّاكُمْ فِي مُسْتَقَرِّ رَحْمَتِهِ وَ تَحْتِ عَرْشِهِ اِنَّهُ أَرْحَمُ الرَّاحِمِينَ وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Sonra  Əbəlfəzl Abbas ibni Əmirilmömininin (ə) hərəminə get. O həzrətin hərəminin qapısında dayanıb, de:
Allahın və “müqərrəb” (Allaha yaxın) mələklərin… salamı olsun sənə!
(Səlamullahi və səlamu məlaikətihil muqərrəbin…)
O digər məqalədə qeyd etdimiyiz ziyarətnaməsini axıra qədər oxu.[1]

Mənbə:
[1] Əllamə Məclisi — Birahul-ənvar, c 98, səh 345, hədis 1

Читайте также: