Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Fitr və Qurban bayramında İmam Hüseynin (ə) ziyarəti

Print Friendly, PDF & Email

Mötəbər sənədlə İmam Sadiqdən (ə) nəql olunur: “Hər kim üç gecədən birində İmam Hüseynin (ə) qəbrini ziyarət edərsə, günahı bağışlanar.” Ravi soruşur: “Sənə fəda olum, o üç gecə hansı gecələrdir?” İmam Sadiq (ə) buyurur: “Fitr və Qurban bayramlarının gecəsi və Şaban ayının 15-ci gecəsi.”[1]
Həmçinin mötəbər sənədli bir hədisdə İmam Musa ibni Cəfər (ə) buyurub: “Hər kəs bu 3 gecədə İmam Hüseyni (ə) ziyarət etsə, onun keçmiş və gələcək günahları bağışlanar: Şaban ayının 15-ci gecəsi, Ramazan ayının 23-cü (Qədr) gecəsi və Fitr bayramı axşamı”.

Həmçinin həzrət Sadiq (ə) buyurub: “Hər kəs Şaban ayının 15-ci gecəsi, Fitr bayramı axşamı və Ərəfə axşamı İmam Hüseyni (ə) ziyarət etsə, Allah Təala ona 1000 qəbul olunmuş həcc və ümrə ziyarətinin savabını yazar və onun 1000 dünya və axirət istəyini müstəcab edər”. [2] Həmçinin həzrət İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəs Ərəfə gecəsi Kərbala torpağında olub, Qurban bayramı günü o həzrətə məxsus ziyarəti yerinə yetirənədək orada qalsa, Allah Taala onu, o ilin şərrindən amanda saxlayar.”[3]
Bilin ki, alimlər bu 2 mübarək bayrama məxsus olan 2 ziyarətnaməni nəql edibdirlər. Onlardan birincisi əvvəldə qeyd etdiyimiz Qədr gecələrində oxunan ziyarətnamədir. İkincisin isə aşağıda sizin nəzərinizə çatdıracağıq.
Ziyarətnamənin sözlərindən belə məlum olur ki, 1-ci ziyarətnamə Fitr və Qurban bayramlarının gününə, 2-ci ziyarətnamə isə bu bayramların gecəsinə məxsusdur. Onlar belə buyurublar: “Bu iki bayramın gecəsi o həzrəti ziyarət etmək istədikdə, hərəmin qapısı ağzında dayan və o pak qəbrə nəzər salıb, icazə ünvanında de:

TranskripsiyaTərcüməƏrəbcə
Ya məvlayə ya Əba Əbdillah, yəbnə rəsulillah, əbdukə vəbnu əmətikəz zəlilu bəynə yədəyk, vəl musəğğəru fi uluvvi qədrik, vəl mu`tərəfu bihəqqikə caəkə mustəcirən bik, qasidən ila hərəmikə mutəvəccihən ila məqamik, mutəvəssilən iləllahi təala bik, əədxulu ya məvlayə, əədxulu ya vəliyyəllah, ya məlaikətəllahil muhdiqinə bihazəl hərəmil muqiminə fi hazəl məşhəd.Ey mənim mövlam, ey Əba Əbdillah, ey Rəsulullahın oğlu! Sənin hüzurunda zəlil, uca məqamının müqabilində kiçik və təvazökar olan, haqq olduğunu etiraf edən bəndən və kənizinin oğlu qapına gəlib sənə sığınmış, səni ziyarət etmək məqsədilə ziyarətgahına gəlmiş, məqamına üz tutmuş və sənin vasitənlə Allah Təalaya təvəssül etmişdir. Ey mənim mövlam, daxil olummu? Ey bu ziyarətgahın ətrafına toplaşıb, orada məskunlaşan ilahi mələklər, daxil olummu?يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ يَا ابْنَ رَسُولِ اللَّهِ عَبْدُكَ وَ ابْنُ أَمَتِكَ الذَّلِيلُ بَيْنَ يَدَيْكَ وَ الْمُصَغَّرُ فِي عُلُوِّ قَدْرِكَ وَ الْمُعْتَرِفُ بِحَقِّكَ جَاءَكَ مُسْتَجِيرا بِكَ قَاصِدا إِلَى حَرَمِكَ مُتَوَجِّها إِلَى مَقَامِكَ مُتَوَسِّلا إِلَى اللَّهِ تَعَالَى بِكَ أَ أَدْخُلُ يَا مَوْلايَ أَ أَدْخُلُ يَا وَلِيَّ اللَّهِ أَ أَدْخُلُ يَا مَلائِكَةَ اللَّهِ الْمُحْدِقِينَ بِهَذَا الْحَرَمِ الْمُقِيمِينَ فِي هَذَا الْمَشْهَدِ

Əgər ürəyində xüşu və təzərrü halı yaranıb, gözlərin yaşararsa, sağ ayağınla hərəmin içərisinə daxil ol və de:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulillah, Əllahummə ənzilni munzələn mubarəkən və əntə xəyrul munzilin.Allahın adı, Allahın köməyi, Allahın yolu və Allahın Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) təriqəti ilə başlayıram! Ey Rəbbim, məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ فِي سَبِيلِ اللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ اللَّهُمَّ أَنْزِلْنِي مُنْزَلا مُبَارَكا وَ أَنْتَ خَيْرُ الْمُنْزِلِينَ

Sonra bu sözləri de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahu əkbəru kəbira, vəl həmdu lillahi kəsira və subhanəllahi bukrətən və əsila, vəlhəmdu lillahil fərdis səmədil macidil əhəd, əl mufəzzəlil mənnan, əl mutətəvvilil hənnanilləzi min tətəvvulihi səhhələ li ziyarətə məvlayə biihsanih, və ləm yəc`əlni ən ziyarətihi məmnua, və ən zimmətihi mədfua, bəl tətəvvələ və mənəh.Allah daha böyükdür! Hədsiz həmd Allaha məxsusdur. Səhər-axşam Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd olsun Allaha ki, tək, ehtiyacsız, böyük, yeganə, ehsan verən, minnət qoyan, nemət verən və mehribandır. O, nemət və ehsanı ilə mövlam Hüseynin (ə) ziyarətini mənə asanlaşdırdı, məni o həzrətin ziyarətindən məhrum etmədi və pənahından uzaqlaşdırmadı, əksinə mənə lütf və ehsan etdi!اللَّهُ أَكْبَرُ كَبِيرا وَ الْحَمْدُ لِلَّهِ كَثِيرا وَ سُبْحَانَ اللَّهِ بُكْرَةً وَ أَصِيلا وَ الْحَمْدُ لِلَّهِ الْفَرْدِ الصَّمَدِ الْمَاجِدِ الْأَحَدِ الْمُتَفَضِّلِ الْمَنَّانِ الْمُتَطَوِّلِ الْحَنَّانِ الَّذِي مِنْ تَطَوُّلِهِ سَهَّلَ لِي زِيَارَةَ مَوْلايَ بِإِحْسَانِهِ وَ لَمْ يَجْعَلْنِي عَنْ زِيَارَتِهِ مَمْنُوعا وَ لا عَنْ ذِمَّتِهِ مَدْفُوعا بَلْ تَطَوَّلَ وَ مَنَحَ

Sonra hərəmin ortasına çatdıqda o pak qəbirlə üzbəüz dayanıb, xüzu və qəmgin halda ağlaya-ağlaya de:
TranksripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin əminillah, əssəlamu əlyəkə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin səlləllahu ələyhi və alihi həbibillah, əssəlamu ələykə ya varisə Əliyyin huccətillah, əssəlamu ələykə əyyuhəl vəsiyyul bərrut təqiyy, əssəlamu ələykə ya sarəllahi vəbnə sarihi vəl vitrəl məvtur, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və cahədtə fillahi həqqə cihadih, həttəstubihə hərəmukə və qutiltə məzluma.Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın əmanətdarı Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) varisi! Salam olsun sənə, ey Allahın höccəti Əlinin varisi! Salam olsun sənə, ey xeyirxah və təqvalı vəsi! Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan), Onun qanının (Onun yolunda tökülən qanın – şəhid olanın) oğlu və yardımsız qalıb intiqamı alınmayan! Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin və Allah yolunda layiqincə mübarizə apardın. Bununla belə, sənə hörmətsizlik etdilər və səni məzlumcasına qətlə yetirdilərالسَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صِفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ أَمِينِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ حُجَّةِ اللَّهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُورَ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى اسْتُبِيحَ حَرَمُكَ وَ قُتِلْتَ مَظْلُوما

Sonra qəbrin baş tərəfində dayanıb, xüşu halında ağlaya-ağlaya de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya Əba Əbdillah. əssəlamu ələykə yəbnə Rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə yəbnə Fatimətə (z Zəhra) səyyidəti nisail aləmin, əssəlamu ələykə ya bətələl muslimin ya məvlay, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhərəh, ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskə (min) mudləhimmati siyabiha, və əşhədu ənnəkə min dəaimid din və ərkanil muslimin və mə`qilil mu`minin, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziyyuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə`lamul huda vəl urvətul vusqa, vəl huccətu əla əhlid dunya.Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey müsəlmanların misilsiz qəhrəmanı! Ey mənim mövlam! Şəhadət verirəm ki, sən nəcib nəsillər və pak bətnlərdə nur idin. Cahiliyyət öz çirkinlikləri ilə səni aludə etməmiş və öz murdar libasını sənin cisminə geyindirməmişdir. Şəhadət verirəm ki, sən dinin sütunları, müsəlmanların dayaqları və möminlərin möhkəm qalalarındansan. Şəhadət verirəm ki, sən xeyirxah, təqvalı, bəyənilmiş, pak, hidayət edən və hidayət olunmuş İmamsan. Şəhadət verirəm ki, sənin nəslindən olan İmamlar təqva kəlmələri (təqvanın həqiqəti), hidayət nişanələri, (Allahla məxluqatı arasında) möhkəm rabitə ipləri və (Allahın) dünya əhli üçün höccətləridirالسَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ [الزَّهْرَاءِ] سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا بَطَلَ الْمُسْلِمِينَ يَا مَوْلايَ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ [مِنْ‏] مُدْلَهِمَّاتِ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا

Sonra qəbri qucaqlayıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
İnna lillah və inna iləyhi raciun, ya məvlayə ənə muvalin li vəliyyikum və muadin li əduvvikum və ənə bikum mu`minun, və biiyabikum muqinun bi şərayii dini və xəvatimi əməli, və qəlbi liqəlbikum silmun və əmri liəmrikum muttəbi`, ya məvlayə ətəytukə xaifən fəaminni, və ətəytukə mustəcirən fəəcirni, və ətəytukə fəqirən fəəğnini, səyyidi və məvlayə əntə məvlayə huccətullahi ələl xəlqi əcməin, aməntu bisirrikum və əlaniyətikum, və bizahirikum və batinikum, və əvvəlikum və axirikum, və əşhədu ənnəkət tali likitabillahi və əminullahid dai iləllahi bil hikməti və məv`izətil həsənəh, ləənəllahu ummətən zələmətkə və ummətən qətələtk, və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bihBiz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq. Ey mənim mövlam, dinimin qanunları və əməllərimin aqibətinə əsasən, mən sizin dostunuzu sevir, düşmənizi düşmən bilir, haqq olmağınıza inanır və “rəcət”inizə (qayıdışınıza) etiqad bəsləyirəm. Qəlbim sizin qəlbinizə təslim və əməllərim əməllərinizə tabedir. Ey mənim mövlam! (Günahlarımdan) qorxduğum halda hüzuruna gəlmişəm, elə isə əmin-amanlığımı təmin et. Sığınacaq axtardığım halda hüzuruna gəlmişəm, elə isə mənə sığınacaq ver. Yoxsul halda hüzuruna gəlmişəm, elə isə məni ehtiyacsız et. Ey mənim sərvərim və mövlam! Sən mənim mövlam və bütün varlıqlar üzərində Allahın höccətisən. Mən sizin gizli və aşkar işlərinizə, zahir və batininizə, birinci və axırıncınıza iman gətirmişəm. Şəhadət verirəm ki, həqiqətən, sən Allahın kitabını tilavət etdin, Allahın əmanətdarısan, (insanları) hikmət və yaxşı moizə ilə Allaha doğru dəvət etdin. Allah sənə zülm edən (və səni qətlə yetirən) camaata lənət etsin! Allah bu xəbəri eşidib sevinən camaata lənət etsin!اِنَّا لِلَّهِ وَ اِنَّا إِلَيْهِ رَاجِعُونَ يَا مَوْلايَ أَنَا مُوَالٍ لِوَلِيِّكُمْ وَ مُعَادٍ لِعَدُوِّكُمْ وَ أَنَا بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ يَا مَوْلايَ أَتَيْتُكَ خَائِفا فَآمِنِّي وَ أَتَيْتُكَ مُسْتَجِيرا فَأَجِرْنِي وَ أَتَيْتُكَ فَقِيرا فَأَغْنِنِي سَيِّدِي وَ مَوْلايَ أَنْتَ مَوْلايَ حُجَّةُ اللَّهِ عَلَى الْخَلْقِ أَجْمَعِينَ آمَنْتُ بِسِرِّكُمْ وَ عَلانِيَتِكُمْ وَ بِظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ وَ أَوَّلِكُمْ وَ آخِرِكُمْ وَ أَشْهَدُ أَنَّكَ التَّالِي لِكِتَابِ اللَّهِ وَ أَمِينُ اللَّهِ الدَّاعِي إِلَى اللَّهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ لَعَنَ اللَّهُ أُمَّةً ظَلَمَتْكَ [وَ أُمَّةً قَتَلَتْكَ‏] وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ

Sonra o həzrətin qəbrinin baş tərəfində 2 rəkət namaz qıl və namazın salamlarından sonra de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni ləkə səlləytu və ləkə rəkə`tu və ləkə səcədtu vəhdəkə la şərikə lək, fəinnəhu la təcuzus səlatu vər rukuu vəs sucudu illa ləkə, liənnəkə əntəllahulləzi la ilahə illa ənt, (Əllahummə) salli əla Muhəmmədin və ali Muhəmməd, və əbliğhum ənni (əfzələs) səlami vət təhiyyəh, vərdud ələyyə minhumus səlam, Əllahummə və hatanir rək`ətani hədiyyətun minni ila səyyidil Husəyn ibni Əliyyin ələyhiməs səlam, Əllahummə səlli əla Muhəmmədin və ələyh, və təqəbbəlhuma minni vəczini ələyhima əfzələ əməli və rəcai fik, və fi vəliyyikə ya vəliyyəl mu`minin.İlahi, həqiqətən, mən Sənə xatir namaz qılıb, rüku və səcdə etdim. Sən təksən və Sənin heç bir şərikin yoxdur. Çünki namaz, rüku və səcdə Səndən başqasına layiq deyil. Təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənim tərəfimdən onlara ən yaxşı salam yetir və onların da salamını mənə çatdır. İlahi, bu iki rəkət namaz məndən mövlam Hüseyn ibn Əliyə (salam olsun onların hər ikisinə) hədiyyədir. İlahi, Muhəmməd və Hüseynə salam yetir, bu əməli məndən qəbul et, Səndən və Sənin dostundan ümid bəslədiyim ən yaxşı mükafatı mənə əta et, ey möminlərin vəlisi!اللَّهُمَّ إِنِّي لَكَ صَلَّيْتُ وَ لَكَ رَكَعْتُ وَ لَكَ سَجَدْتُ وَحْدَكَ لا شَرِيكَ لَكَ فَاِنَّهُ لا تَجُوزُ الصَّلاةُ وَ الرُّكُوعُ وَ السُّجُودُ إِلا لَكَ لِأَنَّكَ أَنْتَ اللَّهُ الَّذِي لا إِلَهَ إِلا أَنْتَ [اللَّهُمَ‏] صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَبْلِغْهُمْ عَنِّي [أَفْضَلَ‏] السَّلامِ وَ التَّحِيَّةِ وَ ارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلامَ اللَّهُمَّ وَ هَاتَانِ الرَّكْعَتَانِ هَدِيَّةٌ مِنِّي إِلَى سَيِّدِي الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَلَيْهِمَا السَّلامُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَيْهِ وَ تَقَبَّلْهُمَا مِنِّي وَ اجْزِنِي عَلَيْهِمَا أَفْضَلَ أَمَلِي وَ رَجَائِي فِيكَ وَ فِي وَلِيِّكَ يَا وَلِيَّ الْمُؤْمِنِينَ

Sonra qəbri qucaqlayıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələl Husəynibni Əliyy, əl məzlumuş şəhid qətilil əbərati və əsiril kurubat, Əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və səfiyyukəs sayiru bəhəqqik, əkrəmtəhu bikəramətikə və xətəmtə ləhu biş şəhadəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadat, və əkrəmtəhu bitiybil viladəh, və ə`təytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqik, minəl əvsiya, fəə`zərə fid duai və mənəhən nəsihətə və bəzələ muhcətəhu fik, həttəstənqəzə ibadəkə minəl cəhaləti və həyrətiz (xəybətiz) zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrəthud dunya və baə həzzəhu minəl axirəti bil ədna, və tərədda fi həvahu və əsxətəkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə uliş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mustəvcibinən nar, fəcahədəhum fikə sabirən muhtəsibən muqbilən ğəyrə mudbir, la tə`xuzuhu fillahi ləvmətu laim, hətta sufikə fi taətikə dəmuhu vəstubihə hərimuh, Əllahumməl`ənhum lə`nən vəbilən və əzzibhum əzabən əlima.Salam olsun məzlum, şəhid, göz yaşlarının şəhidi və çətinliklər əsiri Hüseyn ibn Əliyə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin oğludur. Onu Öz haqqını dirçəltmək üçün qiyam etməyə seçdin, Öz kəramətinlə əzizlədin və ömrünü şəhadətlə sona yetirdin. Onu sərvər və rəhbər seçdin və nəslinin paklığı ilə kəramət sahibi etdin. Peyğəmbərlərin mirasını ona əta etdin və onu canişinlər arasından Öz məxluqatına höccət təyin etdin. O da insanları Sənə doğru dəvət etməkdə səhlənkarlıq etmədi, xeyirxahlıqdan əl götürmədi, canını Sənin yolunda fəda etdi və nəhayət, bəndələrini nadanlıq və zəlalət sərgərdanlığından nicat verdi, bir halda ki, dünyanın aldatdığı şəxslər onun əleyhinə əlbir olub, axirətini dəyərsiz dünya malı ilə dəyişdilər və nəfsin istəklərinə uyaraq həlak oldular. Onlar Səni və Peyğəmbərini qəzəbləndirib, bədbəxt və ikiüzlü bəndələrinə – günahlarını çiyinlərində daşıyan və cəhənnəm oduna layiq görülənlərə uydular. O həzrət Sənin dinin uğrunda səbirlə, mükafat ümidi ilə, düşmənlərə arxa çevirmədən, heç bir qınaqçının qınağından qorxmadan onlarla cihad etdi və nəhayət, Sənə itaət yolunda qanı töküldü və hörmətsizliyə məruz qaldı. İlahi, onlara lənət et və dərdli əzabla cəzalandır!السَّلامُ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ الْمَظْلُومِ الشَّهِيدِ قَتِيلِ الْعَبَرَاتِ وَ أَسِيرِ الْكُرُبَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ الثَّائِرُ بِحَقِّكَ أَكْرَمْتَهُ بِكَرَامَتِكَ وَ خَتَمْتَ لَهُ بِالشَّهَادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ أَكْرَمْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النَّصِيحَةَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ حَتَّى اسْتَنْقَذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ [وَ خَيْبَةِ] الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ مِنَ الْآخِرَةِ بِالْأَدْنَى وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أُولِي الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا مُقْبِلا غَيْرَ مُدْبِرٍ لا تَأْخُذُهُ فِي اللَّهِ لَوْمَةُ لائِمٍ حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ الْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما

Sonra İmam Hüseynin (ə) ayaq tərəfində yerləşən Əli ibni Hüseynin (ə) qəbrinə yaxınlaşıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə yəbnə Əmiril mu`minin, əssəlamu ələykə əyyuhəl məzlumuş şəhid, biəbi əntə və ummi iştə səidən və qutiltə məzlumən şəhida.Salam olsun sənə, ey Allahın vəlisi! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusunun oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimənin oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey məzlum və şəhid İmam! Atam-anam sənə fəda olsun! Sən səadətlə yaşadın və məzlumcasına qətlə yetirilərək şəhid oldunالسَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمَظْلُومُ الشَّهِيدُ بِأَبِي أَنْتَ وَ أُمِّي عِشْتَ سَعِيدا وَ قُتِلْتَ مَظْلُوما شَهِيدا

Sonra üzünü şəhidlərin (r) qəbrinə tərəf tutub, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum əyyuhəz zabbunə ən təvhidillah, əssəlamu ələykum bima səbərtum fə ni`mə uqbəd dar, biəbi əntum və ummi fuztum fəvzən əzima.Salam olsun sizə, ey Allahın yeganəliyini müdafiə edənlər! Səbir etdiklərinizə görə salam olsun sizə! Sizin axirət eviniz necə də gözəldir! Atam-anam sizə fəda olsun! Siz böyük səadətə nail oldunuz!السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الذَّابُّونَ عَنْ تَوْحِيدِ اللَّهِ السَّلامُ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ بِأَبِي أَنْتُمْ وَ أُمِّي فُزْتُمْ فَوْزا عَظِيما

Sonra Əbəlfəzl Abbas ibni Əlinin (ə) ziyarətgahına get və o həzrətin mütəhhər zərihinin kənarında dayanıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə əyyuhəl əbdus salih vəs siddiqul muvasi, əşhədu ənnəkə aməntə billahi və nəsərtəbnə rəsulillah və dəəvtə ila səbilillah, və vasəytə binəfsikə fəələykə minəllahi əfzəlut təhiyyəti vəs səlam.Salam olsun sənə, ey saleh, düzdanışan və fədakar bəndə! Şəhadət verirəm ki, sən Allaha iman gətirdin, Rəsulullahın övladına yardım etdin, (insanları) Allah yoluna dəvət etdin, öz canınla fədakarlıq göstərdin. Allah tərəfindən sənə ən yaxşı salam olsun!السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ وَ الصِّدِّيقُ الْمُوَاسِي أَشْهَدُ أَنَّكَ آمَنْتَ بِاللَّهِ وَ نَصَرْتَ ابْنَ رَسُولِ اللَّهِ وَ دَعَوْتَ إِلَى سَبِيلِ اللَّهِ وَ وَاسَيْتَ بِنَفْسِكَ فَعَلَيْكَ مِنَ اللَّهِ أَفْضَلُ التَّحِيَّةِ وَ السَّلامِ

Sonra qəbri qucaqlayıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Biəbi əntə və ummi ya nasirə dinillah, əssəlamu ələykə ya nasirəl Husəynis siddiq, əssəlamu ələykə ya nasirəl Husəyniş şəhid, ələykə minnis səlamu ma bəqitu və bəqiyəl ləylu vən nəhar.Atam-anam sizə fəda olsun, ey Allah dininin köməkçisi! Salam olsun sənə, ey düzdanışan Hüseynin köməkçisi! Salam olsun sənə, ey şəhid Hüseynin köməkçisi! Mən yaşadığım və gecə-gündüz durduğu vaxta qədər mənim tərəfdən salam olsun sənə!بِأَبِي أَنْتَ وَ أُمِّي يَا نَاصِرَ دِينِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَاصِرَ الْحُسَيْنِ الصِّدِّيقِ السَّلامُ عَلَيْكَ يَا نَاصِرَ الْحُسَيْنِ الشَّهِيدِ عَلَيْكَ مِنِّي السَّلامُ مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ

Sonra o həzrətin qəbrinin baş tərəfində 2 rəkət namaz qıl və namazdan sonra İmam Hüseynin (ə) qəbrinin baş tərəfində oxunan “Əllahummə inni səlləytu…”duasını oxu. Həzrət Abbası (ə) ziyarət etdikdən sonra yenidən İmam Hüseynin (ə) hərəminə qayıt və istədiyin qədər orada qal. Lakin müstəhəbdir ki, orada “Beytutə”(gecələmə) etməyəsən. O həzrətlə vidalaşmaq istədikdə, qəbrin baş tərəfində dayanıb, ağlayaraq belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya məvlay, səlamə muvəddiin la qalin və la səim, fəin ənsərif fəla ən məlalətin və in uqim fə la ən sui zənnin bima vəədəllahus sabirin, ya məvlayə la cəələhullahu axirəl əhdi minni liziyarətik, və rəzəqənil əvdə iləykə vəl məqamə (muqamə) fi hərəmik, vəl kəvnə fi məşhədikə amin rəbbəl aləmin.Salam olsun sənə, ey mənim mövlam, vidalaşan şəxsin salamı; o, nə yorğun, nə də qəzəblidir! Əgər mən buradan getsəm, səbəbi yorğunluq və sıxıntı deyil! Əgər qalsam da, səbəbi Allahın səbirlilərə vəd etdiklərinə bədgümanlığım deyil! Ey mənim mövlam, Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin, sənin ziyarətgahına qayıtmağı, orada qalmaq və durmağı mənə nəsib etsin! Amin, ey aləmlərin Rəbbi!السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ سَلامَ مُوَدِّعٍ لا قَالٍ وَ لا سَئِمٍ فَإِنْ أَنْصَرِفْ فَلا عَنْ مَلالَةٍ وَ إِنْ أُقِمْ فَلا عَنْ سُوءِ ظَنٍّ بِمَا وَعَدَ اللَّهُ الصَّابِرِينَ يَا مَوْلايَ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنِّي لِزِيَارَتِكَ وَ رَزَقَنِي الْعَوْدَ إِلَيْكَ وَ الْمَقَامَ [الْمُقَامَ‏] فِي حَرَمِكَ وَ الْكَوْنَ فِي مَشْهَدِكَ آمِينَ رَبَّ الْعَالَمِينَ

Sonra zərihi öpüb, bədənini bütünlüklə o həzrətin zərihinə sürt. Bil ki, bu əməlin sənin amanda qalmağına səbəb olar. Sonra dal-dala addımlayaq hərəmdən çıxıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya babəl məqam. Əssəlamu ələykə ya şərikəl Quran. Əssəlamu ələykə ya huccətəl xisam. Əssəlamu ələykə ya səfinətən nəcat. Əssəlamu ələykum ya məlaikətə rəbbil muqiminə fi hazəl hərəm. Əssəlamu ələykə əbədən ma bəqitu və bəqiyəl ləylu vənnəhar.Salam olsun sənə ey (möminlərin) dayandığı dərgah. Salam olsun sənə ey Quranın şəriki. Salam olsun sənə ey düşmənlərə olan hüccət. Salam olsun sənə ey nicat gəmisi. Salam olsun sizə ey bu hərəmdə olan Rəbbimin mələklərinə. Salam olsun sənə nə qədər ki mən həyatdayam və gecə-gündüz baqidir.اَلسَّلَامُ عَلَیْک یَا بَابَ الْمَقَامِ. اَلسَّلَامُ عَلَیْکَ یَا شَرِیکَ الْقُرْاٰنِ. اَلسَّلَامُ عَلَیْکَ یَا حُجَّةَ الْخِصَامِ. اَلسَّلَامُ عَلَیْکَ یَا سَفِینَةَ النَّجَاةِ. اَلسَّلَامُ عَلَیْکُمْ یَا مَلَآئِکَةَ رَبِّىَ الْمُقِیمِینَ فِى هٰذَا الْحَرَمِ. اَلسَّلَامُ عَلَیْکَ اَبَدًا مَا بَقِیتُ وَ بَقِىَ اللَّیْلُ وَ النَّهَارُ

Həmçinin de:
Ərəbcəاِنَّا لِهَِ وَ اِنَّا اِلَیْهِ رَاجِعُونَ، وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ
TərcüməBiz Allahınıq və Allaha tərəf qayıdacağıq. Uca və əzəmətli Allahdan başqa güc-qüvvət sahibi yoxdur.
Transkripsiyaİnna lillahi və inna iləyhi raciun və la həvlə və la quvvətə illa billahil əliyyil əzim.

Bu ziyarətnamə və duaları oxuduqdan sonra oranı tərk et.
Seyid ibni Tavus və Məhəmməd ibni Əl-məşhədi deyiblər: «Bu əməlləri yerinə yetirən şəxs, Allah Taalanı ərşdə ziyarət edən şəxs kimidir».[4]

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 72, səh 180, hədis 6
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 72, səh 180, hədis 7
[3]İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 88, səh 269, hədis 9
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 352, hədis 1
Seyid ibn Tavus — Misbahuz-zair, səh 329 (bir qədər fərqlə)

Читайте также: