Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Mübarək Ramazan ayında: Qədr gecələri, Fitr və Qurban bayramında İmam Hüseynin (ə) ziyarəti

Print Friendly, PDF & Email

Mübarək Ramazan ayının 1-ci, 15-ci və axırıncı gecələrində, xüsusilə, Qədr gecələrində İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti barəsində çoxlu hədislər nəql olunubdur.
1) Həzrət İmam Məhəmməd Təqi (ə) buyurubdur ki, hər kəs İmam Hüseyni (ə) Ramazan ayının 23-cü gecəsi ziyarət etsə, – bu gecənin Qədr gecəsi olması ehtimalı daha güclüdür və bu gecədə qəti talelər təqdirə alınır – 24000 mələk və peyğəmbərin (s) onunla müsahifə edər, belə ki, onlar, bu gecədə o həzrəti ziyarət etmək üçün Allah Taaladan rüxsət istəyərlər. [1]
2) Başqa mötəbər bir hədisdə İmam Sadiqdən (ə) rəvayət olunur ki, Qədr gecəsində carçı, göyün 7-ci qatında Ərşin dərin qatlarından car çəkib, deyər: “Bu gecə İmam Hüseynin (ə) qəbrini ziyarət edən şəxsi Allah Taala bağışladı”. [2]
3) Başqa bir hədisdə nəql olunur ki, hər kəs Qədr gecəsi o həzrətin qəbrinin yanında olub, 2 rəkət namaz qılsa və ya bacardığı hər bir ibadəti yerinə yetirsə, sonra Allah Taaladan cənnəti diləyib, cəhənnəm odundan ona pənah aparsa, Allah Taala onun istəyini həyata keçirib, cəhənnəm odundan onu amanda saxlayar. [3]
4) İbni Qavlaveyh İmam Sadiqdən (ə) nəql edir ki, hər kəs Ramazan ayında İmam Hüseynin (ə) qəbrini ziyarət etsə və bu ziyarət səfərində dünyasını dəyişsə, ondan sorğu-sual olunmaz və ona: “Qorxmadan cənnətə daxil ol!”- deyərlər. [4]
İmam Hüseynin (ə) qədr gecəsində oxunan bu ziyarətnaməsini Şeyx Müfid, Məhəmməd ibn Məşhədi, Seyid ibn Tavus və Şəhid “Məzar” kitablarında nəql etmiş və bu ziyarətnamənin Qədr gecəsinə, Fitr və Qurban bayramları gününə məxsus olduğunu bildirmişlər. Şeyx Məhəmməd ibni Məşhədi özünün mötəbər sənədlərilə bu ziyarətnaməni İmam Sadiqdən (ə) nəql edir ki, o həzrət belə buyurubdur: “Həzrət Əbi Əbdillahil Hüseyni (ə) ziyarət etmək istədiyin vaxt qüsl verib, təmiz paltarlarını geyin və o həzrətin hərəminə get. O mübarək qəbrin kənarında üzünü qəbrə tərəf tutub, arxası qibləyə tərəf dayanıb, de:

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə yəbnə rəsulillah, Əssəlamu ələykə yəbnə əmiril mu`minin, əssəlamu ələykə yəbnə siddiqətit tahirəti Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya məvlayə ya Əba Əbdillah və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və tələvtəl kitabə həqqə tilavətih, və cahədtə fillahi həqqə cihadih, və səbərtə ələl əza fi cənbihi muhtəsibən hətta ətakəl yəqin, əşhədu ənnəlləzinə xaləfukə və harəbuk, vəlləzinə xəzəluk, vəlləzinə qətəluk, məl`ununə əla lisanin nəbiyyil ummiyy, və qəd xabə məniftəra, ləənəllahuz zaliminə ləkum minəl əvvəlinə vəl axirin, və zaəfə ələyhimul əzabəl əlim, ətəytukə ya məvlayə yəbnə rəsulillah, zairən arifən bihəqqik, muvaliyən li əvliyaikə muadiyən li ə`daik, mustəbsirən bil hudəlləzi əntə ələyhi arifən bi zəlaləti mən xaləfək, fəşfə` li ində rəbbik.Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri, düzdanışan və pakizə xanım Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey mənim mövlam, ey Əba-Əbdillah! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, həqiqətən, sən əcəlin çatan vaxta qədər namazı bərpa etdin, zəkat verdin, yaxşılıqlara əmr etdin, pisliklərdən çəkindirdin, Allahın kitabı Qurani-Kərimi layiqincə tilavət etdin, Allah yolunda layiqincə mübarizə apardın və savab üçün Onun yolunda düşmənlərin əzab-əziyyəti müqabilində səbir etdin! Şəhadət verirəm ki, həqiqətən, səninlə müxalifətçilik edib döyüşən, səni yalqız qoyan və qətlə yetirən kəslər heç kimdən təhsil almayan Peyğəmbərin dilində lənətlənmişlər. Sənə iftira yaxan naümid oldu. Allah sizə zülm edən birinci və sonuncu kəslərə lənət etsin və onların dərdli əzabını ikiqat artırsın! Ey mənim mövlam, ey Rəsulullahın övladı, haqqını tanıdığım, dostlarını sevdiyim, düşmənlərinə nifrət bəslədiyim, doğru yolda olduğuna yəqin etdiyim və səninlə müxalifətçilik edənlərin azğınlıqda olduqlarını bildiyim halda, ziyarətinə gəlmişəm. Elə isə Rəbbinin dərgahında mənə şəfaətçi ol!السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الصِّدِّيقَةِ الطَّاهِرَةِ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ مُحْتَسِبا حَتَّى أَتَاكَ الْيَقِينُ أَشْهَدُ أَنَّ الَّذِينَ خَالَفُوكَ وَ حَارَبُوكَ وَ الَّذِينَ خَذَلُوكَ وَ الَّذِينَ قَتَلُوكَ مَلْعُونُونَ عَلَى لِسَانِ النَّبِيِّ الْأُمِّيِّ وَ قَدْ خَابَ مَنِ افْتَرَى لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ أَتَيْتُكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَبْصِرا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ عَارِفا بِضَلالَةِ مَنْ خَالَفَكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ

Sonra qəbri qucaqla və üzünü onun üzərinə qoy. Daha sonra qəbrin baş tərəfinə gedib, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya huccətəllahi fi ərzihi və səmaih, səlləllahu əla ruhikət təyyibi və cəsədikət tahir, və ələykəs səlamu ya məvlayə və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə, ey Allahın yer və göydə höccəti! Allahın salamı olsun sənin pak ruhun və pakizə cəsədinə! Salam olsun sənə, ey mənim mövlam! Allahın rəhmət və bərəkətləri olsun sənə!السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ وَ سَمَائِهِ صَلَّى اللَّهُ عَلَى رُوحِكَ الطَّيِّبِ وَ جَسَدِكَ الطَّاهِرِ وَ عَلَيْكَ السَّلامُ يَا مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Bu sözləri dedikdən sonra qəbri bir daha qucaqlayıb, üzünü onun üzərinə qoyaraq, öp və qəbrin baş tərəfinə keç. Bundan sonra 2 rəkət ziyarət namazı qıl və ziyarət namazını qılıb qurtardıqdan sonra bacardığın qədər namaz qıl.
Sonra qəbrin ayaq tərəfinə yaxınlaşıb, Əli ibni Hüseyni (ə) (Əli Əkbəri) ziyarət edib, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya məvlayə vəbnə məvlayə və rəhmətullahi və bərəkatuh, ləənəllahu mən zələməkə və ləənəllahu mən qətələkə və zaəfə ələyhimul əzabəl əlim.Salam olsun sənə, ey mənim mövlam və mövlamın oğlu! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allah sənə zülm edənlərə lənət etsin! Allah səni qətlə yetirənlərə lənət etsin və onların dərdli əzabını ikiqat artırsın! السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ ابْنَ مَوْلايَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ

Sonra istədiyin duanı et və üzünü qibləyə tərəf tutaraq, şəhidləri ziyarət edərək de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum əyyuhəs siddiqun, əssəlamu ələykum əyyuhəş şuhədaus sabirun, əşhədu ənnəkum cahədtum fi səbilillahi və səbərtum ələl əza fi cənbillah, və nəsəhtum lillahi və li rəsulihi hətta ətakumul yəqin, əşhədu ənnəkum əhyaun ində rəbbikum turzəqun, fəcəzakumullahu ənil islami və əhlihi əfzələ cəzail muhsinin, və cəməə bəynəna və bəynəkum fi məhəllin nəim.Salam olsun sizə, ey düzdanışanlar! Salam olsun sizə, ey şəhidlər və səbir edənlər! Şəhadət verirəm ki, həqiqətən, siz əcəliniz çatan vaxta qədər Allah yolunda mübarizə apardınız, Allahdan tərəfdarlıq etdiyiniz üçün əzab-əziyyətlərə sinə gərib səbir etdiniz, Allah və Peyğəmbərinin yolunda xeyirxahlıq göstərdiniz. Şəhadət verirəm ki, həqiqətən, siz dirisiniz və Rəbbinizin yanında ruzi yeyirsiniz. Allah sizə İslam və müsəlmanlar tərəfindən xeyirxah şəxslərə verilən mükafatın ən yaxşısını əta etsin və bizimlə sizi nemət mənzilində (əbədi cənnətdə) cəm etsin!السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الصِّدِّيقُونَ السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الشُّهَدَاءُ الصَّابِرُونَ أَشْهَدُ أَنَّكُمْ جَاهَدْتُمْ فِي سَبِيلِ اللَّهِ وَ صَبَرْتُمْ عَلَى الْأَذَى فِي جَنْبِ اللَّهِ وَ نَصَحْتُمْ لِلَّهِ وَ لِرَسُولِهِ حَتَّى أَتَاكُمُ الْيَقِينُ أَشْهَدُ أَنَّكُمْ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ فَجَزَاكُمُ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ أَفْضَلَ جَزَاءِ الْمُحْسِنِينَ وَ جَمَعَ بَيْنَنَا وَ بَيْنَكُمْ فِي مَحَلِّ النَّعِيمِ

Sonra Əbəlfəzl Abbas ibni Əmirilmömininin (ə) ziyarətgahına tərəf yola düş. O həzrətin hərəminə daxil olub, onun mütəhhər qəbrinin kənarında dayanıb, de[5]:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə yəbnə əmiril mu`minin, əssəlamu ələykə əyyuhəl əbdus salih, əl mutiu lillahi və li rəsulih, əşhədu ənnəkə qəd (cahədtə və) nəsəhtə və səbərtə hətta ətakəl yəqin, ləənəllahuz zaliminə ləkum minəl əvvəlinə vəl axirin, və əlhəqəhum bidərkil cəhim.Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şəhadət verirəm ki, həqiqətən, sən əbədiyyətə qovuşana qədər Allah yolunda mübarizə apardın, xeyirxahlıq göstərdin və səbir etdin. Allah sizə zülm edən birinci və axırıncı şəxslərə lənət etsin və onları cəhənnəmin dərinliyinə atsın!السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ أَشْهَدُ أَنَّكَ قَدْ [جَاهَدْتَ وَ] نَصَحْتَ وَ صَبَرْتَ حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ الظَّالِمِينَ لَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ

Sonra o həzrətin məscidində istədiyin qədər “Tətəvvu” namazı qıl və sonra oranı tərk et.

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 100, hədis 31
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 100, hədis 32
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 99, hədis 30
[4] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 108, səh 330, hədis 7
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 350,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 325 (bir qədər fərqlə).

Читайте также: