Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Ərəfə günü İmam Hüseynin (ə) ziyarəti

Print Friendly, PDF & Email

Bilin ki, Ərəfə gününün ziyarətnaməsinin fəziləti barəsində müxtəlif mənbələr vasitəsilə məsumlardan (ə) bizə gəlib çatan hədislər həddən artıq çox olduğu üçün biz burada zəvvarları həvəsləndirmək məqsədilə onlardan yalnız bir neçəsini burada nəql edirik.
1) Mötəbər hədislərin birində Bəşir ibni Dəhhandan nəql olunur ki, həzrət imam Sadiqə (ə) ərz etdim: “ Bəzi illərdə mən, həcc mövsümündə həcc ziyarətini yerinə yetirə bilmirəm və Ərəfə gününü imam Hüseynin (ə) qəbrinin kənarında oluram.” O həzrət buyurdu: “ Çox yaxşı iş görürsən, ey Bəşir. İmam Hüseynin (ə) məqamını dərk edən hər bir mömin, bayram günündən savayı başqa günlərdə onun qəbrini ziyarət etsə, onun nameyi-əməlinə (əməl dəftərinə) 20 qəbul olunmuş həcc və ümrə ziyarətinin savabı və məbus olunmuş peyğəmbər və ya ədalətli imamla aparılan 20 cihadın savabı yazılar. Lakin əgər bu şəxs, bayram günü imam Hüseynin (ə) qəbrini ziyarət etsə, Allah Taala ona 100 qəbul olunmuş həcc və ümrə ziyarətinin, habelə məbus olunmuş peyğəmbər və ya ədalətli imamla aparılan 100 cihadın savabını yazar. Lakin hər kəs imam Hüseynin (ə) məqamını dərk edərək, Ərəfə günündə onu ziyarət etsə, belə şəxsə 1000 bəyənilmiş və qəbul olunmuş həcc və ümrə ziyarətinin savabı, həmçinin, məbus olunmuş peyğəmbərlə və ya adil imamla aparılan 1000 cihadın savabı yazılar.”Mən dedim: “Onda nə vaxt Ərəfat çölündə qalmağın savabını əldə edərik? “O həzrət qəzəbli halda mənə nəzər salıb, dedi: “Ey Bəşir, Ərəfə günü Fərat çayında qüsl verib, imam Hüseynin (ə) ziyarətinə gedən möminin atdığı hər bir addıma Allah Taala bütün əməlləri yerinə yetirilib, qəbul olunmuş həcc ziyarətinin savabı yazılar.” Mənə elə gəlir ki, o həzrət “həcc” (ziyarətinin savabı) kəlməsindən sonra “ ümrə” sözünü də işlətdi.
2) Bir çox mötəbər hədislərdə nəql olunur ki, Allah Taala , Ərəfə günündə Ərəfat çölündəki Kəbə evinin zəvarlarından öncə imam Hüseynin (ə) zəvvarlarına öz rəhmət nəzərini salar. [1]
3) Başqa mötəbər bir hədisdə Rüfaə nəql edir ki, həzrət Sadiq (ə) mənə buyurdu: “Bu il həcc ziyarətinə gedə bildin?” Mən cavab verdim: “Canım sizə fəda olsun, həccə getməyə imkanım olmadı, lakin Ərəfə günü imam Hüseynin (ə) ziyatgahında idim.” O həzrət buyurdu: “Ey Rüfaə, sənin bu əməlin Minada olanların əməlindən əskik deyil. Əgər camaatın həcci tərk edəcəklərindən çəkinməsəydim, sənə elə bir hədis deyərdim ki, heç vaxt o həzrətin ziyarətini tərk etməzdin.” Bu sözləri deyib, o həzrət söhbətinə bir qədər fasilə verdi və sonra buyurdu: “Atam mənə dedi ki, hər kəs imam Hüseynin (ə) məqamını dərk edərək, təkəbbürsüz onun qəbrinin ziyarətinə getsə, 1000 mələk onun sağ tərəfində və 1000 mələk onun sol tərəfində onunla birgə hərəkət edər və bu şəxsə peyğəmbər ya peyğəmbərin canişini ilə birgə yerinə yetirilən 1000 həcc və 1000 ümrə ziyarətinin savabı yazılar.” [2]
4) Davud Riqqi deyir: “Mən İmam Sadiqdən (ə), İmam Kazimdən (ə) və İmam Rzadan (ə) eşitdim ki, belə buyurdular: “Hər kim Ərəfə günü İmam Hüseynin (ə) ziyarətinə gedərsə, Allah onun qəlbinə aramlıq bəxş edər.”[3]

Bu ziyarətnaməni alimlər, belə nəql edirlər: “Əgər bu gündə imam Hüseyni (ə) ziyarət etmək istəsən, imkan daxilində Fərat çayında və qeyri-surətdə başqa yerdə qüsl verib, təmiz paltarlarını geyin. Sonra o həzrətin ziyarətgahına tərəf yola düş və aram-aram və vüqarla addım at. Hərəmin qapısına çatdıqda de: Allahu Əkbər və davamında de:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahu əkbər kəbirən vəl həmdu lillahi kəsira, və subhanəllahi bukrətən və əsila, vəl həmdu lillahilləzi hədana li haza və ma kunna linəhtədiyə ləv la ən hədanəllah, ləqəd caət rusulu rəbbina bil həqq, əssəlamu əla əmiril mu`minin, əssəlamu əla Fatimətəz Zəhra səyidəti nisail aləmin, əssəlamu ələl Həsən vəl Husəyn, əssəlamu əla Əliyyibnil Husəyn, əssəlamu əla Muhəmmədibni Əliyy, əssəlamu əla Cə`fər ibni Muhəmməd, əssəlamu əla Musəbni Cə`fər, əssəlamu əla Əliyyibni Musa, əssəlamu əla Muhəmməd ibni Əliyy, əssəlamu əla Əliyyibni Muhəmməd, əssəlamu ələl Həsənibni Əliyy, əssəlamu ələl xələfis salihil muntəzər, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə yəbnə rəsulillah, əbdukə vəbnu əbdikə vəbnə əmətikəl muvali livəliyyik, əl muadi li əduvvik, istəcarə bi məşhədikə və təqərrəbə iləllahi bi qəsdik, əlhəmdu lillahilləzi hədani livilayətikə və xəssəni bi ziyarətikə və səhhələ li qəsdək.Allah daha böyükdür! Hədsiz həmd Allaha məxsusdur. Səhər-axşam Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd olsun Allaha ki, məni sizin vasitənizlə doğru yola yönəltdi və əgər Allah məni doğru yola yönəltməsəydi, heç vaxt doğru yola yönəlməzdim. Həqiqətən, Rəbbimizin elçiləri haqq olaraq gəldilər. Salam olsun Allahın Rəsuluna (Allahın salamı olsun ona və Əhlibeytinə)! Salam olsun Əmirəlmömininə! Salam olsun aləmlərin qadınlarının sərvəri Fatimeyi-Zəhraya! Salam olsun Həsənlə Hüseynə! Salam olsun Əli ibn Hüseynə! Salam olsun Muhəmməd ibn Əliyə! Salam olsun Cəfər ibn Muhəmmədə! Salam olsun Musa ibn Cəfərə! Salam olsun Əli ibn Musaya! Salam olsun Muhəmməd ibn Əliyə! Salam olsun Əli ibn Muhəmmədə! Salam olsun Həsən ibn Əliyə! Salam olsun intizarı çəkilən saleh canişinə (imam Sahibəz-Zaman)! Salam olsun sənə, ey Əba Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Səni sevən və düşmənini bilən bəndən, bəndənin və kənizinin oğlu ziyarətgahına sığınmış və səni ziyarət etmək məqsədilə Allahın dərgahına yaxınlaşmışdır. Həmd olsun Allaha ki, məni sizi sevməyə yönəltdi, ziyarətinizi mənə məxsus etdi və asanlaşdırdı.اللَّهُ أَكْبَرُ كَبِيرا وَ الْحَمْدُ لِلَّهِ كَثِيرا وَ سُبْحَانَ اللَّهِ بُكْرَةً وَ أَصِيلا وَ الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَذَا وَ مَا كُنَّا لِنَهْتَدِيَ لَوْ لا أَنْ هَدَانَا اللَّهُ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ السَّلامُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ السَّلامُ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَى فَاطِمَةَ الزَّهْرَاءِ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ السَّلامُ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ السَّلامُ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ السَّلامُ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ السَّلامُ عَلَى مُوسَى بْنِ جَعْفَرٍ السَّلامُ عَلَى عَلِيِّ بْنِ مُوسَى السَّلامُ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ السَّلامُ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ السَّلامُ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ السَّلامُ عَلَى الْخَلَفِ الصَّالِحِ الْمُنْتَظَرِ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ وَ ابْنُ أَمَتِكَ الْمُوَالِي لِوَلِيِّكَ الْمُعَادِي لِعَدُوِّكَ اسْتَجَارَ بِمَشْهَدِكَ وَ تَقَرَّبَ إِلَى اللَّهِ بِقَصْدِكَ الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانِي لِوَلايَتِكَ وَ خَصَّنِي بِزِيَارَتِكَ وَ سَهَّلَ لِي قَصْدَكَ

Sonra hərəmin içərisinə daxil ol və qəbrin baş tərəfi ilə üzbəüz dayanıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah, əssəlamu ələykə ya varisə əmiril mu`minin, əssəlamu ələykə ya varisə Fatimtəz Zəhra. əssəlamu ələykə yəbnə Muhəmmədinil Mustəfa, əssəlamu ələykə yəbnə Əliyyinil Murtəza, əssəlamu ələykə yəbnə Fatimətəz Zəhra, əssəlamu ələykə yəbnə Xədicətəl kubra, əssəlamu ələykə ya sarəllahi vəbnə sarihi vəl vitrəl məvtur, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və ətə`təllahə hətta ətakəl yəqin, fələənəllahu ummətən qətələtkə və ləənəllahu ummətən zələmətk, və lə`ənəllahu ummətən səmiət bi zalikə fə rəziyət bih, ya məvlayə ya Əba Əbdillah, uşhidullahə və məlaikətəhu və ənbiyaəhu və rusuləhu ənni bikum mu`minun və biiyabikum muqin, bi şərayii dini və xəvatimi əməli və munqələbi ila rəbbi, fə sələvatullahi ələykum və əla ərvahikum və əla əcsadikum, və əla şahidikum və əla ğaibikum və zahirikum və batinikum, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin vəbnə səyyidil vəsiyyin, vəbnə imamil muttəqin vəbnə qaidi ğurril muhəccəlinə ila cənnatin nəim, və kəyfə la təkunu kəzalikə və əntə babul huda və imamut tuqa, vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və xamisu əshabil kisa, ğəzətkə yədur rəhməti və ruziət min sədyil imani və rubbitə fi hicril islam, fən nəfsu ğəyru raziyətin bifiraqikə və la şakkətin fi həyatik, sələvatullahi ələykə və əla abaikə və əbnaik, əssəlamu ələykə ya səriəl əbərətis sakibəti və qərinəl musibətir ratibəh, ləənəllahu ummətən istəhəllət minkəl məharimə (vəntəhəkət fikə hurmətəl islami) fəqutilt. səlləllahu ələykə məqhurən və əsbəhə rəsulillahi səlləllahu ələyhi və alihi bikə məvtura, və əsbəhə kitabullahi bi fəqdikə məhcura, əssəlamu ələykə və əla cəddikə və əbikə və ummikə və əxik, və ələl əimməti min bənikə və ələl mustəşhidinə məək, və ələl məlaikətil haffinə bi qəbrik, vəş şahidinə li zuvvarikəl mu`mininə bil qəbuli əla duai şiətik, vəssəlamu ələykə və rəhmətullahi və bərəkatuh, biəbi əntə və ummi ya Əba Əbdillah, ləqəd əzumətir rəziyyətu və cəllətil musibətu bikə ələyna və əla cəmii əhlis səmavati vəl ərz, fə ləənəllahu ummətən əsrəcət və əlcəmət və təhəyyəət li qitalik, ya məvlayə ya Əba Əbdillah, qəsədtu hərəməkə və ətəytu məşhədək, əs`əlullahə biş şə`nilləzi ləkə indəh, və bil məhəllilləzi ləkə lədəyh, ən yusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən yəc`ələni məəkum fid dunya vəl axirəh, bi mənnihi və cudihi və kərəmih.Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Muhəmmədin varisi! Salam olsun sənə, ey Əmirəlmömininin varisi! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın varisi! Salam olsun sənə, ey Muhəmməd Mustafanın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! Salam olsun sənə, ey Xədiceyi-Kübranın oğlu! Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan), Onun qanının (Onun yolunda tökülən qanın – şəhid olanın) oğlu və yardımsız qalıb intiqamı alınmayan! Şəhadət verirəm ki, sən əbədiyyətə qovuşana qədər namaz qaldın, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin və Allaha itaət etdin. Allah səni qətlə yetirən camaata lənət etsin! Allah sənə zülm edən camaata lənət etsin! Allah bu xəbəri eşidib sevinən camaata lənət etsin! Ey mənim mövlam, ey Əba Əbdillah! Mən Allahı, Onun mələklərini, peyğəmbər və rəsullarını şahid tuturam ki, dinimin qanunları, əməllərimin aqibəti və Rəbbimə doğru dönüşümə əsasən, sizin haqq olmağınıza inanır və “rəcət”inizə (qayıdışınıza) etiqad bəsləyirəm. Allahın salamı olsun sizə və sizin pak ruhlarınıza, cəsədlərinizə, şahid və qaibinizə, zahir və batininizə! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusunun övladı, vəsilərin sərvərinin oğlu, təqvalıların imamının oğlu və neməti bol olan cənnətlərə doğru hərəkət edən üzüağ bəndələrin oğlu! Sənin bu xüsusiyyətlərlə vəsf olunmamağın mümkündürmü? Bir halda ki, sən hidayət qapısı, pəhrizkarlıq rəhbəri, (Allahla bəndələri arasında) möhkəm rabitə ipi, dünya əhlinə höccət və “Kisa” əhlinin beşinci üzvüsən. Səni Haqqın rəhmət əli qidalandırdı. Sən iman döşündən süd əmdin və İslam qucağında boya-başa çatdın. Qəlbim səndən ayrılmağa razı deyil və sənin diri olmağına əsla şəkk-şübhə etmir. Allahın salamı olsun sənə, sənin ata-babalarına və övladlarına! Salam olsun sənə, ey tökülən göz yaşlarının şəhidi və ardıcıl müsibətlər həmdəmi! Allah sənə hörmətsizliyi halal bilən (və sənə hörmətsizlik etməklə İslama hörmətsizlik edən) camaata lənət etsin! Allahın salamı olsun sənə! Səni haqsız qətlə yetirdilər, sənin qətlinə görə Allahın Rəsulunu (Allahın salamı olsun ona və Əhlibeytinə) narahat edib qəzəbləndirdilər və Allahın kitabını tərk etdilər. Salam olsun sənə, sənin cəddinə, atana, anana, qardaşına, övladlarından olan imamlara, səninlə şəhadətə yetənlərə, sənin qəbrinin ətrafına toplaşan mələklərə və şiələrinin dualarının qəbul olunması üçün ziyarətinə gələn mömin ziyarətçilərə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Atam-anam sənə fəda olsun, ey Rəsulullahın oğlu! Atam-anam sənə fəda olsun, ey Əba-Əbdillah! Həqiqətən, sənin müsibətin bizə və bütün yer-göy əhlinə hədsiz dərəcədə ağır və böyükdür. Səninlə müharibə etmək üçün atlarını yəhərləyib cilovlayan və ciddi hazırlıq görən camaata Allah lənət etsin! Ey mənim mövlam, ey Əba-Əbdillah! Mən səni ziyarət etmək məqsədilə ziyarətgahın və şəhid olduğun yerə gəlmişəm. Allahdan sənin Onun dərgahındakı məqam və dərəcənin xatirinə istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərsin, məni də dünya və axirətdə sizinlə birgə etsin (sizdən ayırmasın)!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ مُحَمَّدٍ الْمُصْطَفَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَدِيجَةَ الْكُبْرَى السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُورَ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ أَطَعْتَ اللَّهَ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً ظَلَمَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ أُشْهِدُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ أَنْبِيَاءَهُ وَ رُسُلَهُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي [وَ مُنْقَلَبِي إِلَى رَبِّي‏] فَصَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ عَلَى أَجْسَادِكُمْ وَ عَلَى شَاهِدِكُمْ وَ عَلَى غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّينَ وَ ابْنَ سَيِّدِ الْوَصِيِّينَ وَ ابْنَ إِمَامِ الْمُتَّقِينَ وَ ابْنَ قَائِدِ الْغُرِّ الْمُحَجَّلِينَ إِلَى جَنَّاتِ النَّعِيمِ وَ كَيْفَ لا تَكُونُ كَذَلِكَ وَ أَنْتَ بَابُ الْهُدَى وَ إِمَامُ الْتُّقَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ خَامِسُ أَصْحَابِ [أَهْلِ‏] الْكِسَاءِ غَذَتْكَ يَدُ الرَّحْمَةِ وَ رُضِعْتَ [رَضَعْتَ‏] مِنْ ثَدْيِ الْإِيمَانِ وَ رُبِّيتَ فِي حِجْرِ الْإِسْلامِ فَالنَّفْسُ غَيْرُ رَاضِيَةٍ بِفِرَاقِكَ وَ لا شَاكَّةٍ فِي حَيَاتِكَ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ وَ عَلَى آبَائِكَ وَ أَبْنَائِكَ السَّلامُ عَلَيْكَ يَا صَرِيعَ الْعَبْرَةِ السَّاكِبَةِ وَ قَرِينَ الْمُصِيبَةِ الرَّاتِبَةِ لَعَنَ اللَّهُ أُمَّةً اسْتَحَلَّتْ مِنْكَ الْمَحَارِمَ [وَ انْتَهَكَتْ فِيكَ حُرْمَةَ الْإِسْلامِ‏] فَقُتِلْتَ صَلَّى اللَّهُ عَلَيْكَ مَقْهُورا وَ أَصْبَحَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ بِكَ مَوْتُورا وَ أَصْبَحَ كِتَابُ اللَّهِ بِفَقْدِكَ مَهْجُورا السَّلامُ عَلَيْكَ وَ عَلَى جَدِّكَ وَ أَبِيكَ وَ أُمِّكَ وَ أَخِيكَ وَ عَلَى الْأَئِمَّةِ مِنْ بَنِيكَ وَ عَلَى الْمُسْتَشْهَدِينَ مَعَكَ وَ عَلَى الْمَلائِكَةِ الْحَافِّينَ بِقَبْرِكَ وَ الشَّاهِدِينَ لِزُوَّارِكَ الْمُؤَمِّنِينَ بِالْقَبُولِ عَلَى دُعَاءِ شِيعَتِكَ وَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا أَبَا عَبْدِ اللَّهِ لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ وَ جَلَّتِ الْمُصِيبَةُ بِكَ عَلَيْنَا وَ عَلَى جَمِيعِ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرْضِ فَلَعَنَ اللَّهُ أُمَّةً أَسْرَجَتْ وَ أَلْجَمَتْ وَ تَهَيَّأَتْ لِقِتَالِكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ قَصَدْتُ حَرَمَكَ وَ أَتَيْتُ مَشْهَدَكَ أَسْأَلُ اللَّهَ بِالشَّأْنِ الَّذِي لَكَ عِنْدَهُ وَ بِالْمَحَلِّ الَّذِي لَكَ لَدَيْهِ أَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ يَجْعَلَنِي مَعَكُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ بِمَنِّهِ وَ جُودِهِ وَ كَرَمِهِ

Qeydlər:
1) Seyid ibn Tavusun «Misbahuz-zair» kitabında «Kisa əhli» ifadəsi əvəzində «Kisa əshabı» işlənmişdir.
2) «və sənə hörmətsizlik etməklə İslama hörmətsizlik edən» Seyid ibn Tavusun «Misbahuz-zair» kitabında gəlmişdir.

Sonra zərihi öpüb, qəbrin baş tərəfində 2 rəkət namaz qıl. Bu 2 rəkət namazda “Həmd”dən sonra istədiyin surəni oxuya bilərsən. Namazdan sonra bu sözləri de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni səlləytu və rəkə`tu və səcədtu lək, vəhdəkə la şərikə lək, liənnəs səlatə vər rukuə vəs sucudə la təkunu illa lək, liənnəkə əntəllahu la ilahə illa ənt, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və əbliğhum ənni əfzələt təhiyyəti vəs səlam, vərdud ələyyə minhumut təhiyyətə vəs səlam, Əllahummə və hatanir rək`ətani hədiyyətun minni ila məvlayə və səyyidi və imami, əl Husəyn ibni Əliyyin ələyhiməs səlam, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və təqəbbəl zalikə minni vəczini əla zalikə əfzələ əməli və rəcai fikə və fi vəliyyikə ya ərhəmər rahimin.İlahi, həqiqətən, mən Sənə xatir namaz qılıb, rüku və səcdə etdim. Sən təksən və Sənin heç bir şərikin yoxdur. Çünki namaz, rüku və səcdə Səndən başqasına layiq deyil. Təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənim tərəfimdən onlara ən yaxşı salam yetir və onların da salamını mənə çatdır. İlahi, bu iki rəkət namaz məndən mövlam, sərvərim və imamım Hüseyn ibn Əliyə (salam olsun onların hər ikisinə) hədiyyədir. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, bu əməli məndən qəbul et, Səndən və Sənin dostundan arzuladığım ən yaxşı mükafatı mənə əta et, ey mehribanların ən mehribanı!اللَّهُمَّ إِنِّي صَلَّيْتُ وَ رَكَعْتُ وَ سَجَدْتُ لَكَ وَحْدَكَ لا شَرِيكَ لَكَ لِأَنَّ الصَّلاةَ وَ الرُّكُوعَ وَ السُّجُودَ لا تَكُونُ إِلا لَكَ لِأَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَبْلِغْهُمْ عَنِّي أَفْضَلَ التَّحِيَّةِ وَ السَّلامِ وَ ارْدُدْ عَلَيَّ مِنْهُمْ التَّحِيَّةَ وَ السَّلامَ اللَّهُمَّ وَ هَاتَانِ الرَّكْعَتَانِ هَدِيَّةٌ مِنِّي إِلَى مَوْلايَ وَ سَيِّدِي وَ إِمَامِي الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَلَيْهِمَا السَّلامُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تَقَبَّلْ ذَلِكَ مِنِّي وَ اجْزِنِي عَلَى ذَلِكَ أَفْضَلَ أَمَلِي وَ رَجَائِي فِيكَ وَ فِي وَلِيِّكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Sonra ayağa qalxıb, həzrət imam Hüseynin (ə) mübarək qəbrinin ayaq tərəfində dəfn olunan imam Əli ibni Hüseyni (ə) ziyarət et. O cənabın başı imam Hüseynin (ə) ayaq tərəfindədir. O həzrəti belə ziyarət et:
TraskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə nəbiyyillah, əssəlamu ələykə yəbnə Əmiril mu`minin, əssəlamu ələykə yəbnəl Husəyniş şəhid, əssəlamu ələykə əyyuhəş şəhidu ibnəş şəhid, əssəlamu ələykə əyyuhəl məzlumubnul məzlum, ləənəllahu ummətən qətələtk, və ləənəllahu ummətən zələmətkə və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bih, əssəlamu ələykə ya məvlay, əssəlamu ələykə ya vəliyyəllah vəbnə vəliyyih, ləqəd əzumətil musibətu və cəllətir rəziyyətu bikə ələyna və əla cəmiil mu`minin, fələənəllahu ummətən qətələtk, və əbrəu iləllahi və iləykə minhum fid dunya vəl axirəh.Salam olsun sənə, ey Allahın Rəsulunun oğlu! Salam olsun sənə, ey Allahın Peyğəmbərinin oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey şəhid Hüseynin oğlu! Salam olsun sənə, ey şəhid oğlu şəhid! Salam olsun sənə, ey məzlum oğlu məzlum! Allah səni qətlə yetirən camaata lənət etsin! Allah sənə zülm edən camaata lənət etsin! Allah bu xəbəri eşidib sevinən camaata lənət etsin! Salam olsun sənə, ey mənim mövlam! Salam olsun sənə, ey Allahın vəlisi və vəlisinin oğlu! Həqiqətən, sənin müsibətin bizə və bütün möminlərə hədsiz dərəcədə ağır və böyükdür. Allah səni qətlə yetirən camaata lənət etsin! Mən Allahın və sənin hüzurunda, dünya və axirətdə onlara nifrət edəcəyəm!السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الْحُسَيْنِ الشَّهِيدِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الشَّهِيدُ ابْنَ الشَّهِيدِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمَظْلُومُ ابْنَ الْمَظْلُومِ لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً ظَلَمَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ [السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ‏] السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ لَقَدْ عَظُمَتِ الْمُصِيبَةُ وَ جَلَّتِ الرَّزِيَّةُ بِكَ عَلَيْنَا وَ عَلَى جَمِيعِ الْمُؤْمِنِينَ فَلَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ أَبْرَأُ إِلَى اللَّهِ وَ إِلَيْكَ مِنْهُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ

Qeydlər:
1) «məzlum oğlu məzlum» Seyid ibn Tavusun «Misbahuz-zair» kitabında gəlmişdir.
2) «Salam olsun sənə, ey mənim mövlam!» Seyid ibn Tavusun «Misbahuz-zair» kitabında gəlmişdir.

Sonra şəhidlərə tərəf üz tutub, onları ziyarət edərək de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum ya əvliyaəllah və əhibbaəh, əssəlamu ələykum ya əsfiyaəllahi və əviddaəh, əssəlamu ələykum ya ənsarə dinillahi və ənsarə nəbiyyihi və ənsarə əmiril mu`minin, və ənsarə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykum ya ənsarə Əbi Muhəmmədinil Həsənil vəliyyin nasih, əssəlamu ələykum ya ənsarə Əbi Əbdillahil Husəyniş şəhidil məzlum, sələvatullahi ələyhim əcməin, biəbi əntum və ummi, tibtum və tabətil ərzulləti fiha dufintum, və fuztum vəllahi fəvzən əzima, ya ləytəni kuntu məəkum fəəfuzə məəkum fil cinani məəş şuhədai vəs salihinə və həsunə ulaikə rəfiqa, vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.Salam olsun sizə, ey Allahın övliyaları və dostları! Salam olsun sizə, ey Allahın seçdiyi bəndələri və dostları! Salam olsun sizə, ey Allahın dininin köməkçiləri, Rəsulullahın köməkçiləri, Əmirəlmömininin köməkçiləri və aləmlərin qadınlarının sərvəri Fatimənin köməkçiləri! Salam olsun sizə, ey xeyirxah rəhbər Əbu Məhəmməd Həsənin köməkçiləri! Salam olsun sizə, ey şəhid və məzlum Əba-Əbdillah Hüseynin köməkçiləri! Allahın salamı olsun sizin hamınıza! Atam-anam sizə fəda olsun! Xoş olsun sizin və dəfn olunduğunuz pak yerin halına! Allaha and olsun ki, siz böyük səadətə nail oldunuz. Kaş mən behiştdə sizinlə, şəhidlər və salehlərlə birlikdə səadətə nail olaydım! Onlar necə də gözəl dostlardır! Salam olsun sizə! Allahın rəhmət və bərəkətləri olsun sizə!السَّلامُ عَلَيْكُمْ يَا أَوْلِيَاءَ اللَّهِ وَ أَحِبَّاءَهُ السَّلامُ عَلَيْكُمْ يَا أَصْفِيَاءَ اللَّهِ وَ أَوِدَّاءَهُ السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ دِينِ اللَّهِ وَ أَنْصَارَ نَبِيِّهِ وَ أَنْصَارَ أَمِيرِ الْمُؤْمِنِينَ وَ أَنْصَارَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ أَبِي مُحَمَّدٍ الْحَسَنِ الْوَلِيِّ النَّاصِحِ السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ أَبِي عَبْدِ اللَّهِ الْحُسَيْنِ الشَّهِيدِ الْمَظْلُومِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ بِأَبِي أَنْتُمْ وَ أُمِّي طِبْتُمْ وَ طَابَتِ الْأَرْضُ الَّتِي فِيهَا دُفِنْتُمْ وَ فُزْتُمْ وَ اللَّهِ فَوْزا عَظِيما يَا لَيْتَنِي كُنْتُ مَعَكُمْ فَأَفُوزَ مَعَكُمْ فِي الْجِنَانِ مَعَ الشُّهَدَاءِ وَ الصَّالِحِينَ وَ حَسُنَ أُولَئِكَ رَفِيقا وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Sonra imam Hüseynin (ə) qəbrinin baş tərəfinə gəlib, özün, ailən və bütün möminlər üçün çoxlu dua et. [4]
 Seyid ibni Tavus və Şəhid Əvvəl buyurublar: “Sonra cənab Abbasın (ə) hərəminə get və o cənabın qəbrinin kənarında dayanıb, de:
TranskipsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya Əbəl Fəzlil Əbbasəbnə əmiril mu`minin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə yəbnə əvvəlil qəvmi islamən və əqdəmihim imana, və əqvəmihim bi dinillahi və əhvətihim ələl islam, əşhədu ləqəd nəsəhtə lillahi və lirəsulihi və liəxikə fəni`məl əxul muvasi, fələənəllahu ummətən qətələtkə və ləənəllahu ummətən zələmətk, və ləənəllahu ummətən istəhəllət minkə məharim, vəntəhəkət fi qətlikə hurmətəl islam, fəni`məl əxus sabirul mucahidul muhamin nasir, vəl əxud dafiu ən əxihil mucib, ila taəti rəbbihir rağibu fima zəhidə fihi ğəyruhu minəs səvabil cəzil vəs sənail cəmil, və əlhəqəkəllahu bidərəcəti abaikə fi darin nəim, innəhu həmidun məcid.Salam olsun sənə, ey Əmirəlmömininin oğlu Əbəlfəzl Abbas! Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey ümmət arasından birinci müsəlman, imanda onların qabaqcılı, Allahın dinində ən möhkəm və İslamı hamından çox qoruyan şəxsin oğlu! Şəhadət verirəm ki, sən Allah, Onun Peyğəmbəri və qardaşın yolunda xeyirxahlıq göstərdin. Sən qardaşına necə də gözəl həmdəm idin! Allah səni qətlə yetirən camaata lənət etsin! Allah sənə zülm edən camaata lənət etsin! Allah sənə hörmətsizliyi halal bilən və səni qətlə yetirməklə İslama hörmətsizlik edən camaata lənət etsin! Sən (qardaşın imam Hüseynin (ə) müqəddəs yolu uğrunda) necə də gözəl səbirli mübariz və xeyirxah, qardaşını müdafiə edən yaxşı qardaş idin, Rəbbinin əmrinə itaət etdin, başqalarının böyük savab və gözəl tərifdən üz çevirdikləri zaman onları rəğbətlə qazandın. Allah səni neməti bol olan cənnətlərdə ata-babalarının məqamına qovuşdursun. Doğrudan da, Sən tərifəlayiq və böyüksən!السَّلامُ عَلَيْكَ يَا أَبَا الْفَضْلِ الْعَبَّاسَ ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَوَّلِ الْقَوْمِ إِسْلاما وَ أَقْدَمِهِمْ إِيمَانا وَ أَقْوَمِهِمْ بِدِينِ اللَّهِ وَ أَحْوَطِهِمْ عَلَى الْإِسْلامِ أَشْهَدُ لَقَدْ نَصَحْتَ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِأَخِيكَ فَنِعْمَ الْأَخُ الْمُوَاسِي فَلَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً ظَلَمَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً اسْتَحَلَّتْ مِنْكَ الْمَحَارِمَ وَ انْتَهَكَتْ فِي قَتْلِكَ حُرْمَةَ الْإِسْلامِ فَنِعْمَ الْأَخُ الصَّابِرُ الْمُجَاهِدُ الْمُحَامِي النَّاصِرُ وَ الْأَخُ الدَّافِعُ عَنْ أَخِيهِ الْمُجِيبُ إِلَى طَاعَةِ رَبِّهِ الرَّاغِبُ فِيمَا زَهِدَ فِيهِ غَيْرُهُ مِنَ الثَّوَابِ الْجَزِيلِ وَ الثَّنَاءِ الْجَمِيلِ وَ أَلْحَقَكَ اللَّهُ بِدَرَجَةِ آبَائِكَ فِي دَارِ النَّعِيمِ اِنَّهُ حَمِيدٌ مَجِيدٌ

Sonra qəbri qucaqlayıb, de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə ləkə təərrəztu və liziyarəti əvliyaikə qəsədtu rəğbətən fi səvabik, və rəcaən li məğfirətikə və cəzili ihsanik, fəəs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələ rizqi bihim darrən və əyşi bihim qarra, və ziyarəti bihim məqbulətən və zənbi bihim məğfurəh, vəqlibni bihim muflihən muncihən mustəcabən duai, biəfzəli ma yənqəlibu bihi əhədun min zuvvarihi vəl qasidinə iləyh, birəhmətikə ya ərhəmər rahimin.İlahi, Sənin savabına müştaq olduğum, məğfirət və bol ruzinə ümid bəslədiyim halda dərgahına üz tutmuş və dostlarının ziyarətinə gəlmişəm! Elə isə Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, onların vasitəsilə ruzimi genişləndirəsən, həyatıma sevinc bəxş edəsən, ziyarətimi qəbul edəsən, günahlarımı bağışlayasan, onu ziyarət edən və qapısına üz tutanlardan birini səadət və qurtuluşa yetirib, duasını qəbul etdiyindən də yaxşı şəkildə məni səadət və qurtuluşa yetirib, duamı qəbul edəsən! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ لَكَ تَعَرَّضْتُ وَ لِزِيَارَةِ أَوْلِيَائِكَ قَصَدْتُ رَغْبَةً فِي ثَوَابِكَ وَ رَجَاءً لِمَغْفِرَتِكَ وَ جَزِيلِ إِحْسَانِكَ فَأَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ رِزْقِي بِهِمْ دَارّا وَ عَيْشِي بِهِمْ قَارّا وَ زِيَارَتِي بِهِمْ مَقْبُولَةً وَ ذَنْبِي بِهِمْ مَغْفُورا وَ اقْلِبْنِي بِهِمْ مُفْلِحا مُنْجِحا مُسْتَجَابا دُعَائِي بِأَفْضَلِ مَا يَنْقَلِبُ بِهِ أَحَدٌ مِنْ زُوَّارِهِ وَ الْقَاصِدِينَ إِلَيْهِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Sonra o həzrətin zərihini öpüb, qəbrin kənarında istədiyin qədər ziyarət namazı qıl. O cənabla vidalaşdıqda əvvəldə qeyd edtidiyimiz o həzrətə məxsus vida sözlərini de. [5]

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 70, hədis 3, 4, 5 və 7.
[2] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 716
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 86, hədis 8
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 359, hədis1,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 347 (bir qədər fərqlə).
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 364,
Şəhid Əvvəl — Məzar, səh 177,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 351

Читайте также: