Ziyarətnamə: İmam Əliyyən Nəqinin (ə) və İmam Həsən Əskərinin (ə) müştərək ziyarəti
“Surrun mən rəa”da dəfn olunan iki məsum imamı (ə) ziyarət etmək istədiyin vaxt, əvvəlcə, qüsl ver və mütəhhər hərəmləri ziyarət etmək üçün əvvəldə şərh verilən digər əməlləri yerinə yetirdikdən sonra vüqarla hərəmə tərəf hərəkət et. Hərəmə daxil olmamışdan öncə, bu bölümün əvvəlində qeyd olunan bütün imamlar üçün oxunan “İzni duxul”(daxilolma icazəsi) duasını oxu. Sonra hərəmə daxil ol və iki məsum imamı (ə) bu sözlərlə ziyarət et:
Imam Hadi (ə)-ın ziyarəti_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykuma ya vəliyyəyillah, əssəlamu ələykuma ya huccətəyillah, əssəlamu ələykuma ya nurəyillahi fi zulumatil ərz, əssəlamu ələykuma ya mən bəda lillahi fi şə`nikuma, ətəytukuma zairən arifən bihəqqikuma, muadiyən liə`daikuma muvaliyən liəvliyaikuma, mu`minən bima aməntuma bih, kafirən bima kəfərtuma bih, muhəqqiqən lima həqqəqtuma mubtilən lima əbtəltuma, əs`əlullahə rəbbi və rəbbəkuma ən yəc`ələ həzzi min ziyarətikuməs səlah, əla Muhəmmədin və alih, və ən yərzuqəni murafəqətəkuma fil cinani məə abaikuməs salihin, və əs`əluhu ən yu`tiqə rəqəbəti minən nar, və yərzuqəni şəfaətəkuma və musəhəbətəkuma, və yuərrifə bəyni və bəynəkuma, və la yəslubəni hubbəkuma və hubbə abaikuməs Salihin, və ən la yəc`ələhu axirəl əhdi min ziyarətikuma, və yəhşurəni məəkuma fil cənnəti birəhmətih, Əllahummərzuqni hubbəhuma və təvəffəni əla millətihima, Əllahumməl`ən zalimi ali Muhəmmədin həqqəhum vəntəqim minhum, Əllahumməl`ənil əvvəlinə vəl axirin, və zaif ələyhimul əzab, vəbluğ bihim və biəşyaihim və muhibbihim və muttəbiihim, əsfələ dərkin minəl cəhim, innəkə əla kulli şəy`in qədir, Əllahummə əccil fərəcə vəliyyikə vəbni vəliyyik, vəc`əl fərəcəna məə fərəcihim (fərəcih), ya ərhəmər rahimin. | Salam olsun sizə, ey Allahın nümayəndələri! Salam olsun sizə, ey Allahın höccətləri! Salam olsun sizə, ey Allahın yer üzün zülmətlərindəki nurları! Salam olsun sizə, ey Allahın məqamları ilə bağlı Öz iradəsini aşkar etdiyi! Haqqınızə tanıdığım, düşmənlərinizlə düşmən olduğum, dostlarınızı sevdiyim, iman gətirdiklərinizə iman gətirdiyim, inkar etdiklərinizi inkar etdiyim və həqiqət bildiklərinizi həqiqət, batil bildiklərinizi isə batil bildiyim halda, ziyarətinizə gəlmişəm. Mənim və sizin Rəbbiniz Allahdan istəyirəm ki, ziyarətinizdən bəhrəmi Muhəmməd və onun Əhlibeytinə salam göndərməkdə və məni behiştdə saleh əcdadınızla bir yerdə qərar versin. Ondan istəyirəm ki, cəhənnəm odundan xilas etsin, sizin şəfaətinizi və sizinlə yoldaş (birgə) olmağı mənə nəsib etsin, mənimlə sizin aranızda dostluq yaratsın, sizin və saleh əcdadınızın məhəbbətini məndən almasın, bu ziyarətimi axırıncı ziyarət qərar verməsin, rəhmət və mehribanlığı ilə məni sizinlə birgə behiştdə məhşur etsin. İlahi, o iki imamın məhəbbətini mənə nəsib et və məni onların dini ilə öldür! İlahi, Muhəmmədin Əhlibeytinin haqqına zülm edənlərə lənət göndər və onlardan qisas al! İlahi, onlara zülm edənlərin birinci və sonuncusuna lənət göndər, əzabını artır, onları öz ardıcılları, dostları və həmməsləkləri ilə birlikdə cəhənnəmin ən aşağı mərtəbəsinə at! Həqiqətən, Sən hər bir şeyə qadirsən. İlahi, Öz nümayəndən və nümayəndənin oğlunun fərəc və zühurunu tezləşdir, onların fərəci ilə bizim də işlərimizə fərəc ver, ey mehribanların ən mehribanı! | السَّلامُ عَلَيْكُمَا يَا وَلِيَّيِ اللَّهِ السَّلامُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللَّهِ السَّلامُ عَلَيْكُمَا يَا نُورَيِ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكُمَا يَا مَنْ بَدَا لِلَّهِ فِي شَأْنِكُمَا أَتَيْتُكُمَا زَائِرا عَارِفا بِحَقِّكُمَا مُعَادِيا لِأَعْدَائِكُمَا مُوَالِيا لِأَوْلِيَائِكُمَا مُؤْمِنا بِمَا آمَنْتُمَا بِهِ كَافِرا بِمَا كَفَرْتُمَا بِهِ مُحَقِّقا لِمَا حَقَّقْتُمَا مُبْطِلا لِمَا أَبْطَلْتُمَا أَسْأَلُ اللَّهَ رَبِّي وَ رَبَّكُمَا أَنْ يَجْعَلَ حَظِّي مِنْ زِيَارَتِكُمَا الصَّلاةَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ يَرْزُقَنِي مُرَافَقَتَكُمَا فِي الْجِنَانِ مَعَ آبَائِكُمَا الصَّالِحِينَ وَ أَسْأَلُهُ أَنْ يُعْتِقَ رَقَبَتِي مِنَ النَّارِ وَ يَرْزُقَنِي شَفَاعَتَكُمَا وَ مُصَاحَبَتَكُمَا وَ يُعَرِّفَ بَيْنِي وَ بَيْنَكُمَا وَ لا يَسْلُبَنِي حُبَّكُمَا وَ حُبَّ آبَائِكُمَا الصَّالِحِينَ وَ أَنْ لا يَجْعَلَهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِكُمَا وَ يَحْشُرَنِي مَعَكُمَا فِي الْجَنَّةِ بِرَحْمَتِهِ اللَّهُمَّ ارْزُقْنِي حُبَّهُمَا وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِمَا اللَّهُمَّ الْعَنْ ظَالِمِي آلِ مُحَمَّدٍ حَقَّهُمْ وَ انْتَقِمْ مِنْهُمْ اللَّهُمَّ الْعَنِ الْأَوَّلِينَ مِنْهُمْ وَ الْآخِرِينَ وَ ضَاعِفْ عَلَيْهِمُ الْعَذَابَ وَ ابْلُغْ بِهِمْ وَ بِأَشْيَاعِهِمْ وَ مُحِبِّيهِمْ وَ مُتَّبِعِيهِمْ أَسْفَلَ دَرْكٍ مِنَ الْجَحِيمِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ عَجِّلْ فَرَجَ وَلِيِّكَ وَ ابْنِ وَلِيِّكَ وَ اجْعَلْ فَرَجَنَا مَعَ فَرَجِهِمْ [فَرَجِهِ] يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra atan, anan, özün və ürəyindən keçən hər bir şəxs üçün çoxlu dua et. Əgər imamların (ə) qəbri kənarında namaz qılmaq imkanı varsa, orada 2 rəkət namaz qıl və əgər imkan olmasa, məscidə daxil olub, namazını orada qıl. Namazdan sonra istədiyin duaları et, inşaAllah müstəcab olar. [1] Şeyx Abbas Qumi deyir: «Qeyd etməliyəm ki, bu məscid o imamların evlərinə bitişik olubdur və həzrət imam Əliyyən Nəqi (ə) və həzrət imam Həsən Əskəri (ə) həmişə bu məsciddə namaz qılardılar.
Şeyx Abbas Qumi deyir: “ Bu ziyarətnamə, “Kamiluz-ziyarət” kitabından götürülmüşdür və şeyx Məhəmməd ibn Məşhədi, şeyx Mufid və Şəhid Əvvəl bu ziyarətnaməni cüzi fərqlərlə özlərinin “Məzar” adlı kitablarında qeyd etmişdirlər. Onlar bu ziyarətnaməni “Fil cənnəti birəhmətihi” cümləsinə qədər oxuyundan sonra buyurublar: “ Qəbirlərə yaxınlaş və onları qucaqlayıb, öp. Üzünün hər iki tərəfini qəbrin üzərinə qoyduqdan sonra başını qaldırıb, bu ziyarətnaməni ardın axıradək oxu: “ Əllahummərzuqni hubbəhum və təvəffəni əla millətihim …” Sonra o müqəddəs qəbirlərin baş tərəfində 4 rəkət ziyarət namazı qıl. Ziyarət namazından sonra istədiyin qədər başqa namazlardan qıla bilərsən.”
Bilməlisiniz ki, o iki məsum imam (ə) öz evlərində dəfn olunubdurlar. Əvvəllər bu evin qapısı açıq olduğu vaxt zəvvarlar içəriyə daxil olub, qəbri yaxından ziyarət edərdilər. Qapı bağlı olduqda isə onlar, qəbirlə üzbəüz olan pəncərədən imamlarını ziyarət edərdilər. Hətta bu ziyarətnamənin şərhində də belə qeyd olunubdur: “Qüsl verib, o imamların (ə) ziyarətinə get. Əgər qəbirləri yaxından ziyarət etmək imkanı varsa, onları yaxından ziyarət et. Amma əgər imkan olmasa o mütəhhər qəbirlərlə üzbəüz olan pəncərədən onlara tərəf salam ilə işarə edərək, ziyarət et və bu halda ziyarət namazını məsciddə qılmaq lazımdır.” Sonralar Əhlibeyt (ə) dostları səy və himmət göstərərək, bu evi söküb, yerinə günbəzli hərəm, səhinlər və eyvanlar tikdilər və o məscidi də hərəmin daxilində yerləşdirdilər. Hal-hazırda bu məscid, Əskəriyyəyn (ə) imamların qəbirlərinin baş tərəfindəki düzbucaqlı eyvanın yerləşdiyi yerdən başlanır. Xülasə, zəvvarların işi bu cəhətdən rahatlaşmışdır. Bu iki məsum imamın (ə) həm müştərək, həm də xüsusi ziyarətnamələri “Məzariyyə” kitablarında nəql olunubdur və istəyənlər bu kitablara müraciət edə bilərlər. Əgər fürsət olsa, digər məqalədə edəcəyimiz “Camiyə-kəbirə” ziyarətnaməsini oxumaq da əziz zəvvarlara tövsiyə olunur. Belə ki, Allah dərgahında bəndənin zəiflik və zəlilliyinin izharı və imamların məqamının əzəmətinin etirafı sayılan bu ziyarətnamənin bəlağətli kəlamları həzrət Hadinin (ə) dilindən cari olmuşdur.»
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 61, hədis 5,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 103, hədis 1 (bir qədər fərqlə)
