Ziyarətnamə: İmam Əliyyən Nəqinin (ə) məxsusi ziyarəti — 1
Seyid ibn Tavus “Misbahuz-zair” adlı kitabında bu iki məsum imamın (ə) hər birisi üçün ayrı-ayrılıqda, salavat və ziyarət namazından sonra oxunan xüsusi dualara şamil olan geniş bir ziyarətnamə nəql etmişdir. Bu ziyarətnamələr böyük faydalara malik olduğu üçün biz də onları bu kitabda nəql etməyi zəruri bildik. Seyid ibn Tavus belə buyurur:
“Surrun mən rəa”ya (Samirra) yetişdikdə, ziyarət qüslu verib, ən təmiz paltarlarını geyin. Vüqarlı addımlarla hərəmə tərəf yola düş və hərəmin qapısına yetişdikdə, içəriyə daxil olmaq üçün bu sözlərlə izin istə:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əədxulu ya nəbiyyəllah, əədxulu ya əmirəl mu`minin, əədxulu ya Fatimətəz Zəhrau səyyidətə nisail aləmin, ədxulu ya məvlayəl Həsənəbnə Əliyy, əədxulu ya məvlayəl Husəynəbnə Əliyy, ədxulu ya məvlayə Əliyyəbnəl Husəyn, ədxulu ya məvlayə Muhəmmədəbnə Əliyy, ədxulu ya məvlayə Cə`fərəbnə Muhəmməd, ədxulu ya məvlayə Musəbnə Cə`fər, ədxulu ya məvlayə Əliyyəbnə Musa, ədxulu ya məvlayə Muhəmmədəbnə Əliyy, ədxulu ya məvlayə ya Əbəl Həsəni Əliyyəbnə Muhəmməd, ədxulu ya məvlayə ya Əba Muhəmmədinil Həsənəbnə Əliyy, ədxulu ya məlaikətəllahil muvəkkəlinə bihazəl hərəmiş şərif. | Ey Allahın Peyğəmbəri, daxil olummu?! Ey Əmirəlmöminin, daxil olummu?! Ey aləmlərin qadınlarının sərvəri, daxil olummu?! Ey mənim mövlam, ey Əlinin oğlu Həsən, daxil olummu?! Ey mənim mövlam, ey Əlinin oğlu Hüseyn, daxil olummu?! Ey mənim mövlam, ey Hüseynin oğlu Əli, daxil olummu?! Ey mənim mövlam, ey Əlinin oğlu Muhəmməd, daxil olummu?! Ey mənim mövlam, ey Muhəmmədin oğlu Cəfər, daxil olummu?! Ey mənim mövlam, ey Cəfərin oğlu Musa daxil olummu?! Ey mənim mövlam, ey Musanın oğlu Əli, daxil olummu?! Ey mənim mövlam, ey Əlinin oğlu Muhəmməd, daxil olummu?! Ey mənim mövlam, ey Muhəmmədin oğlu Əbülhəsən Əli daxil olummu?! Ey mənim mövlam, ey Əlinin oğlu Əbu Muhəmməd Həsən, daxil olummu?! Ey mənim mövlam, ey bu mübarək ziyarətgaha məmur olunan Allahın mələkləri! | أَ أَدْخُلُ يَا نَبِيَّ اللَّهِ أَ أَدْخُلُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَ أَدْخُلُ يَا فَاطِمَةُ الزَّهْرَاءُ سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ أَ أَدْخُلُ يَا مَوْلايَ الْحَسَنَ بْنَ عَلِيٍّ أَ أَدْخُلُ يَا مَوْلايَ الْحُسَيْنَ بْنَ عَلِيٍّ أَ أَدْخُلُ يَا مَوْلايَ عَلِيَّ بْنَ الْحُسَيْنِ أَ أَدْخُلُ يَا مَوْلايَ مُحَمَّدَ بْنَ عَلِيٍّ أَ أَدْخُلُ يَا مَوْلايَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ أَ أَدْخُلُ يَا مَوْلايَ مُوسَى بْنَ جَعْفَرٍ أَ أَدْخُلُ يَا مَوْلايَ عَلِيَّ بْنَ مُوسَى أَ أَدْخُلُ يَا مَوْلايَ مُحَمَّدَ بْنَ عَلِيٍّ أَ أَدْخُلُ يَا مَوْلايَ يَا أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُحَمَّدٍ أَ أَدْخُلُ يَا مَوْلايَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ بْنَ عَلِيٍّ أَ أَدْخُلُ يَا مَلائِكَةَ اللَّهِ الْمُوَكَّلِينَ بِهَذَا الْحَرَمِ الشَّرِيفِ |
Sonra daxil ol. Daxil olan vaxt birinci sağ ayaqını atıb, həzrət Əli Hadinin (ə) zərihinin yanında üzü qəbrə, arxası qibləyə tərəf dayanaraq 100 dəfə: “Allahu Əkbər” — deyib bu ziyarətnaməni oxusun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Əbəl Həsəni Əliyyəbnə Muhəmmədiniz zəkiyyər raşidən nurəs saqib, və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə ya səfiyyəllah, əssəlamu ələykə ya sirrəllah, əssəlamu ələykə ya həbləllah, əssəlamu ələykə ya aləllah, əssəlamu ələykə ya xiyərətəllah, əssəlamu ələykə ya səfvətəllah, əssəlamu ələykə ya əminəllah, əssəlamu ələykə ya həqqəllah, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya nurəl ənvar, əssəlamu ələykə ya zəynəl əbrar, əssəlamu ələykə ya səliləl əxyar, əssəlamu ələykə ya unsurəl əthar, əssəlamu ələykə ya huccutər rəhman, əssəlamu ələykə ya ruknəl iman, əssəlamu ələykə ya məvləl mu`minin, əssəlamu ələykə ya vəliyyəs salihin, əssəlamu ələykə ya ələməl huda, əssəlamu ələykə ya həlifət tuqa, əssəlamu ələykə ya əmudəd din, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə ya yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə yəbnə Fatimətəz Zəhrai səyyidəti nisail aləmin, əssəlamu ələykə əyyuhəl əminul vəfiyy, əssəlamu ələykə əyyuhəl ələmur rəziyy, əssəlamu ələykə əyyuhəz zahidut təqiyy, əssəlamu ələykə əyyuhəl huccətu ələl xəlqi əcməin, əssəlamu ələykə əyyuhət tali lil Qur`an, əssəlamu ələykə əyyuhəl mubəyyinu lil həlali minəl həram, əssəlamu ələykə əyyuhəl vəliyyun nasih, əssəlamu ələykə əyyuhət təriqul vazih, əssəlamu ələykə əyyuhən nəcmul laih, əşhədu ya məvlayə ya əbəl Həsəni ənnəkə huccətullahi əla xəlqih, və xəlifətuhu fi bəriyyətih, və əminuhu fi biladih, və şahiduhu əla ibadih, və əşhədu ənnəkə kəlimətut təqva və babul huda, vəl urvətul vusqa, vəl huccətu əla mən fəvqəl ərzi və mən təhtəs səra, və əşhədu ənnəkəl mutəhhəru minəz zunubil mubərrəu minəl uyub, vəl muxtəssu bikəramətillah, vəl məhbuvvu bihuccətillah, vəl məvhubu ləhu kəlimətullah, vər ruknulləzi yəlcəu iləyhil ibad, və tuhya bihil bilad, və əşhədu ya məvlayə ənni bikə və biabaikə və əbnaikə muqinun muqirr, və ləkum tabiun fi zati nəfsi, və şərayii dini və xatiməti əməli, və munqələbi və məsvayə və ənni vəliyyun limən valakum, və əduvvun limən adakum, mu`minun bisirrikum və əlaniyətikum, və əvvəlikum və axirikum, biəbi əntə (və ummi, vəs səlamu ələykə) və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey pak, hidayətçi və parlayan nur Əbülhəsən Əli ibn Muhəmməd, Allahın rəhmət və bərəkətləri olsun sənə! Salam olsun sənə, ey Allahın bəyənilmiş bəndəsi! Salam olsun sənə, ey Allahın sirri (sirdaşı)! Salam olsun sənə, ey Allahın (qırılmaz) ipi! Salam olsun sənə, ey Allahın xanədanı! Salam olsun sənə, ey Allahın seçilmiş bəndəsi! Salam olsun sənə, ey Allahın xalis bəndəsi! Salam olsun sənə, ey Allahın əmanətdarı! Salam olsun sənə, ey Allahın haqqı! Salam olsun sənə, ey Allahın dostu! Salam olsun sənə, ey nurlar nuru! Salam olsun sənə, ey xeyirxahların zinəti! Salam olsun sənə, ey xeyirxahların zürriyyəti! Salam olsun sənə, ey pakların ünsürü! Salam olsun sənə, ey mehriban Allahın höccəti! Salam olsun sənə, ey imanın əsası! Salam olsun sənə, ey möminlərin mövlası! Salam olsun sənə, ey salehlərin rəhbəri! Salam olsun sənə, ey hidayət bayrağı! Salam olsun sənə, ey təqva nümunəsi! Salam olsun sənə, ey dinin sütunu! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusunun övladı! Salam olsun sənə, ey vəsilərin sərvərinin övladı! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimeyi-Zəhranın övladı! Salam olsun sənə, ey vəfalı əmanətdar! Salam olsun sənə, ey dinin seçilmiş bayrağı! Salam olsun sənə, ey təqvalı zahid! Salam olsun sənə, ey bütün məxluqatın höccəti! Salam olsun sənə, ey Quranı tilavət edən (və yaxud Quranın tayı)! Salam olsun sənə, ey halal və haramı bəyan edən! Salam olsun sənə, ey xeyirxah rəhbər! Salam olsun sənə, ey Allahın aydın yolu! Salam olsun sənə, ey parlayan ulduz! Ey mənim mövlam, ey Əbülhəsən, şəhadət verirəm ki, sən Allahın məxluqatı üzərində höccəti, yaratdıqları arasında xəlifəsi, diyarında əmanətdarı və bəndələrinə şahidisən! Şəhadət verirəm ki, sən təqva nişanəsi, hidayət qapısı, möhkəm ip, yerin üstü və altındakıların höccətisən. Şəhadət verirəm ki, günahlardan pak və eyiblərdən uzaqsan. Allahın lütf və kərəminə, Onun höccəti mərtəbəsinə layiq görülübsən. Allahın kəlməsi və bəndələrin sığındığı təməl (gözətçi) ona verilmişdir. Şəhər (əhalisi) onun vasitəsilə yaşayır. Ey mənim mövlam, şəhadət verirəm ki, mən sənə, əcdadına və övladlarına yəqinim var və sizin ismət və imamət məqamınızı iqrar edirəm. Özüm, dinimin hökmləri, işimin sonu, dönüş yerim və mənzilimdə sizə tabeyəm. Mən sizi dostlarınızı sevir, düşmənlərinizi düşmən bilir, sir və aşkar işlərinizə, birinciniz və axırıncınıza inanıram. Ata-anam sənə fəda olsun! Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا أَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُحَمَّدٍ الزَّكِيَّ الرَّاشِدَ النُّورَ الثَّاقِبَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا سِرَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حَبْلَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا آلَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صَفْوَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حَقَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ الْأَنْوَارِ السَّلامُ عَلَيْكَ يَا زَيْنَ الْأَبْرَارِ السَّلامُ عَلَيْكَ يَا سَلِيلَ الْأَخْيَارِ السَّلامُ عَلَيْكَ يَا عُنْصُرَ الْأَطْهَارِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ الرَّحْمَنِ السَّلامُ عَلَيْكَ يَا رُكْنَ الْإِيمَانِ السَّلامُ عَلَيْكَ يَا مَوْلَى الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ الصَّالِحِينَ السَّلامُ عَلَيْكَ يَا عَلَمَ الْهُدَى السَّلامُ عَلَيْكَ يَا حَلِيفَ التُّقَى السَّلامُ عَلَيْكَ يَا عَمُودَ الدِّينِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْأَمِينُ الْوَفِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَلَمُ الرَّضِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الزَّاهِدُ التَّقِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْحُجَّةُ عَلَى الْخَلْقِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا التَّالِي لِلْقُرْآنِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمُبَيِّنُ لِلْحَلالِ مِنَ الْحَرَامِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَلِيُّ النَّاصِحُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الطَّرِيقُ الْوَاضِحُ السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّجْمُ اللائِحُ أَشْهَدُ يَا مَوْلايَ يَا أَبَا الْحَسَنِ أَنَّكَ حُجَّةُ اللَّهِ عَلَى خَلْقِهِ وَ خَلِيفَتُهُ فِي بَرِيَّتِهِ وَ أَمِينُهُ فِي بِلادِهِ وَ شَاهِدُهُ عَلَى عِبَادِهِ وَ أَشْهَدُ أَنَّكَ كَلِمَةُ التَّقْوَى وَ بَابُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى مَنْ فَوْقَ الْأَرْضِ وَ مَنْ تَحْتَ الثَّرَى وَ أَشْهَدُ أَنَّكَ الْمُطَهَّرُ مِنَ الذُّنُوبِ الْمُبَرَّأُ مِنَ الْعُيُوبِ وَ الْمُخْتَصُّ بِكَرَامَةِ اللَّهِ وَ الْمَحْبُوُّ بِحُجَّةِ اللَّهِ وَ الْمَوْهُوبُ لَهُ كَلِمَةُ اللَّهِ وَ الرُّكْنُ الَّذِي يَلْجَأُ إِلَيْهِ الْعِبَادُ وَ تُحْيَا بِهِ الْبِلادُ وَ أَشْهَدُ يَا مَوْلايَ أَنِّي بِكَ وَ بِآبَائِكَ وَ أَبْنَائِكَ مُوقِنٌ مُقِرٌّ وَ لَكُمْ تَابِعٌ فِي ذَاتِ نَفْسِي وَ شَرَائِعِ دِينِي وَ خَاتِمَةِ عَمَلِي وَ مُنْقَلَبِي وَ مَثْوَايَ وَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاكُمْ وَ عَدُوٌّ لِمَنْ عَادَاكُمْ مُؤْمِنٌ بِسِرِّكُمْ وَ عَلانِيَتِكُمْ وَ أَوَّلِكُمْ وَ آخِرِكُمْ بِأَبِي أَنْتَ [وَ أُمِّي وَ السَّلامُ عَلَيْكَ] وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra zərihi öpüb, əvvəl üzünün sağ tərəfini onun üzərinə qoy, sonra sol tərəfini qoyub de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və salli əla huccətikəl vəfiyy, və vəliyyəkəz zəkiyy, və əminikəl murtəza, və səfiyyikəl hadi, və siratikəl mustəqim, vəl caddətil uzma, vət təriqətil vusta nuri qulubil mu`minin, və vəliyyil muttəqin, və sahibil muxləsin, Əllahummə salli əla səyyidina Muhəmmədin və əhli bəytih, və salli əla Əliyyibni Muhəmmədinir raşidil mə`sumi minəz zələli vət tahiri minəl xələl, vəl munqətii iləykə bil əməlil məbluvvi bil fitən, vəl muxtəbəri bil mihən, vəl mumtəhəni bihusnil bəlva və səbriş şəkva, murşidi ibadikə və bərəkəti biladik, və məhəlli rəhmətikə və mustəvdəi hikmətik, vəl qaidi ila cənnətikəl alimi fi bəriyyətik, vəl hadi fi xəliqətik, əlləzirtəzəytəhu vəntəcəbtəh, vəxtərtəhu liməqami rəsulikə fi ummətih, və əlzəmtəhu hifzə şəriətih, fəstəqəllə biə`bail vəsiyyəti nahizən biha, və muztəliən bihəmliha, ləm yə`sur fi muşkil, və la həfa fi mu`zil, bəl kəşəfəl ğummətə və səddəl furcətə və əddəl muftərəz, Əllahummə fəkəma əqrərtə nazirə nəbiyyikə bihi fərəqqihi (fərfə`) dərəcətəh, və əczil lədəykə məsubətəh, və salli ələyhi və bəlliğhu minna təhiyyətən və səlama, və atina min lədunkə fi muvalatihi fəzlən və ihsana, və məğfirətən və rizvana, innəkə zul fəzlil əzim. | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Vəfalı höccətin, pak-pakizə nümayəndən, bəyənilmiş əmanətdarın, xalis bələdçi bəndən, doğru, böyük və orta yolun, möminlərin qəlblərinin nuru, təqvalıların sevimlisi və ixlaslı bəndələrin dostuna salam yetir! İlahi, sərvərimiz Muhəmməd və onun Əhlibeytinə salam yetir! Hidayətçi, günah və xətalardan uzaq, eyiblərdən pak, insanlardan ümidini üzüb Sənə doğru üz tutan, müsibətlərə düçar olan, möhnətlərlə sınaqdan keçən, bəlaları yaxşı qarşılayan, şikayətlərdə səbir edən, bəndələrinə rəhbər, diyarının bərəkəti, rəhmətinin məkanı, hikmətinin xəzinədarı, behiştinə doğru bələdçi, məxluqatın arasında alim və yaratdıqlarını hidayət edən, ümmət üçün Peyğəmbərinin yerinə bəyənib seçdiyin və o həzrətin şəriətini qorumaq üçün təyin etdiyin Əli ibn Muhəmmədə salam yetir. O, xilafət məqamını tək-tənha öhdəsinə götürüb qiyam etdi, bu ağır məqam uğrunda çətinliklərə dözdü, müşküllər və çətinliklər müqabilində əsla büdrəmədi. Əksinə qəm-qüssələri aradan qaldırdı, fəsad yollarını bağladı və vacib əməlləri yerinə yetirdi. İlahi, onu Peyğəmbərinə gözaydınlığı qərar verdiyin kimi, onun məqamını ucalt, Öz tərəfindən ona böyük mükafat ver, ona salam yetir və bizim də salamımızı ona çatdır, bizə ona məhəbbət bəslədiyimiz üçün Öz tərəfindən mərhəmət, ehsan və bəxşiş əta et ki, həqiqətən, Sən böyük mərhəmət sahibisən! | اللَّهُمَّ [صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ] صَلِّ عَلَى حُجَّتِكَ الْوَفِيِّ وَ وَلِيِّكَ الزَّكِيِّ وَ أَمِينِكَ الْمُرْتَضَى وَ صَفِيِّكَ الْهَادِي وَ صِرَاطِكَ الْمُسْتَقِيمِ وَ الْجَادَّةِ الْعُظْمَى وَ الطَّرِيقَةِ الْوُسْطَى نُورِ قُلُوبِ الْمُؤْمِنِينَ وَ وَلِيِّ الْمُتَّقِينَ وَ صَاحِبِ الْمُخْلَصِينَ اللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ الرَّاشِدِ الْمَعْصُومِ مِنَ الزَّلَلِ وَ الطَّاهِرِ مِنَ الْخَلَلِ وَ الْمُنْقَطِعِ إِلَيْكَ بِالْأَمَلِ الْمَبْلُوِّ بِالْفِتَنِ وَ الْمُخْتَبَرِ بِالْمِحَنِ وَ الْمُمْتَحَنِ بِحُسْنِ الْبَلْوَى وَ صَبْرِ الشَّكْوَى مُرْشِدِ عِبَادِكَ وَ بَرَكَةِ بِلادِكَ وَ مَحَلِّ رَحْمَتِكَ وَ مُسْتَوْدَعِ حِكْمَتِكَ وَ الْقَائِدِ إِلَى جَنَّتِكَ الْعَالِمِ فِي بَرِيَّتِكَ وَ الْهَادِي فِي خَلِيقَتِكَ الَّذِي ارْتَضَيْتَهُ وَ انْتَجَبْتَهُ وَ اخْتَرْتَهُ لِمَقَامِ رَسُولِكَ فِي أُمَّتِهِ وَ أَلْزَمْتَهُ حِفْظَ شَرِيعَتِهِ فَاسْتَقَلَّ بِأَعْبَاءِ الْوَصِيَّةِ نَاهِضا بِهَا وَ مُضْطَلِعا بِحَمْلِهَا لَمْ يَعْثُرْ فِي مُشْكِلٍ وَ لا هَفَا فِي مُعْضِلٍ بَلْ كَشَفَ الْغُمَّةَ وَ سَدَّ الْفُرْجَةَ وَ أَدَّى الْمُفْتَرَضَ اللَّهُمَّ فَكَمَا أَقْرَرْتَ نَاظِرَ نَبِيِّكَ بِهِ فَرَقِّهِ [فَارْفَعْ] دَرَجَتَهُ وَ أَجْزِلْ لَدَيْكَ مَثُوبَتَهُ وَ صَلِّ عَلَيْهِ وَ بَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلاما وَ آتِنَا مِنْ لَدُنْكَ فِي مُوَالاتِهِ فَضْلا وَ إِحْسَانا وَ مَغْفِرَةً وَ رِضْوَانا اِنَّكَ ذُو الْفَضْلِ الْعَظِيمِ |
Sonra ziyarət namazı qılıb, salamdan sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya zəl qudrətil camiəh, vər rəhmətil vasiəh, vəl minənil mutətabiəh, vəl alail mutəvatirəh, vəl əyadil cəliləh, vəl məvahibil cəziləh, salli əla Muhəmmədin və ali Muhəmmədinis sadiqin, və ə`tini su`li vəcmə` şəmli, və lummə şə`si, və zəkki əməli, və la tuziğ qəlbi bə`də iz hədəytəni, və la tuzil (tuzilə) qədəmi, və la təkilni ila nəfsi tərfətə əynin əbəda, və la tuxəyyib təməi, və la tubdi əvrəti, və la təhtik sitri və la tuhişni və la tu`yisni, və kun bi rəufən rəhima, vəhdini və zəkkini və təhhirni və səffini vəstəfini və xəllisni, vəstəxlisni vəsnə`ni vəstəni`ni, və qərribni iləykə və la tubaidni mink, vəl tuf bi və la təcfuni, və əkrimni və la tuhinni, və ma əs`əlukə fəla təhrimni, və ma la əs`əlukə fəcmə`hu li, birəhmətikə ya ərhəmər rahimin, və əs`əlukə bihurməti vəchikəl kərim, və bihurməti nəbiyyikə Muhəmmədin sələvatukə ələyhi və alih, və bihurməti əhli bəyti rəsulikə əmiril mu`mininə Əliyyin vəl Həsəni vəl Husəyni və Əliyyin və Muhəmmədin və Cə`fərin və Musa, və Əliyyin və Muhəmmədin və Əliyy, vəl Həsəni vəl xələfil baqi sələvatukə və bərəkatukə ələyhim, ən tusəliyyə ələyhim əcməin, və tuəccilə fərəcə qaimihim biəmrik, və tənsurəhu və təntəsirə bihi lidinik, və təc`ələni fi cumlətin nacinə bih, vəl muxlisinə fi ta`ətih, və əs`əlukə bihəqqihim ləmməstəcəbtə li də`vəti, və qəzəytə li hacəti, və ə`təytəni su`li, və kəfytəni ma əhəmməni min əmri dunyayə və axirəti, ya ərhəmər rahimin, ya nuru ya burhan, ya muniru ya mubin, ya rəbbikfini şərrəş şurur, və afatid duhur, və əs`əlukən nəcatə yəvmə yunfəxu fis sur. | Ey kamil qüdrət, geniş rəhmət, ardıcıl əta və nemətlər, böyük xeyir və bəxşişlər sahibi! Muhəmməd və Muhəmmədin sadiq Əhlibeytinə salam yetir, mənim istəyimi ver, ayrılığımı birliyə çevir, pərişanlığımı aradan qaldır, əməlimi saflaşdır, qəlbimi doğru yola yönəltdikdən sonra qaraltma, qədəmimi azğınlığa salma, məni bir göz qırpımı belə özbaşına buraxma, arzularımdan məhrum etmə, eyiblərimi ört, (abır-heysiyyət) pərdəmi yırtma, məni vəhşətə salma, ümidimi üzmə, mənə qarşı mehriban ol, məni hidayət et, pakla, təmizlə, safla və başqalarından seç, mənə nicat və ixlas ver, məni zinətləndir, Öz ədəbinlə ədəbləndir, Özünə yaxınlaşdır və Özündən uzaqlaşdırma, mərhəmətini mənə şamil et və mərhəmətini məndən əsirgəmə, məni əziz et və xar etmə, məni Səndən istədiklərimdən məhrum etmə və istəmədiklərimi (axirətim üçün) topla, Sənə and verirəm rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! Böyük zatın, peyğəmbərin Muhəmməd (Allahın salamı olsun ona və onun Əhlibeytinə), Peyğəmbərinin Əhlibeyti olan Əmirəlmöminin Əli, Həsən, Hüseyn, Əli (Zeynəlabidin), Muhəmməd (Baqir) Cəfər (Sadiq), Musa (Kazim), Əli (Rza), Muhəmməd (Cavad), Əli (Hadi), Həsən (Əskəri) və zəmanənin sahibinə (Sənin salam və bərəkətlərin olsun onlara) xatir Səndən istəyirəm ki, onların hamısına salam göndərəsən, Öz əmrinlə onların Qaiminin (Mehdi) zühurunu tezləşdirəsən, ona və onun vasitəsilə dininə kömək edəsən, məni də xilaskar və itaətində ixlaslı olanlardan qərar verəsən. Onlara xatir Səndən istəyirəm ki, mənim dualarımı qəbul edəsən, hacətimi yerinə yetirəsən, istəyimi verəsən, dünya və axirətimlə bağlı mühüm işlərimdə kifayət edəsən. Ey mehribanların ən mehribanı, ey nur, ey bürhan, ey işıqlandıran, ey aşkarlayan, ey mənim Rəbbim! Bütün şər işlər və ruzigarın müsibətlərində mənə kifayət et! (İlahi,) “Sur” çalınacağı gün Səndən nicat istəyirəm! | يَا ذَا الْقُدْرَةِ الْجَامِعَةِ وَ الرَّحْمَةِ الْوَاسِعَةِ وَ الْمِنَنِ الْمُتَتَابِعَةِ وَ الْآلاءِ الْمُتَوَاتِرَةِ وَ الْأَيَادِي الْجَلِيلَةِ وَ الْمَوَاهِبِ الْجَزِيلَةِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الصَّادِقِينَ وَ أَعْطِنِي سُؤْلِي وَ اجْمَعْ شَمْلِي وَ لُمَّ شَعَثِي وَ زَكِّ عَمَلِي وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ لا تُزِلْ [تُزِلَ] قَدَمِي وَ لا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ أَبَدا وَ لا تُخَيِّبْ طَمَعِي وَ لا تُبْدِ عَوْرَتِي وَ لا تَهْتِكْ سِتْرِي وَ لا تُوحِشْنِي وَ لا تُؤْيِسْنِي وَ كُنْ بِي رَءُوفا رَحِيما وَ اهْدِنِي وَ زَكِّنِي وَ طَهِّرْنِي وَ صَفِّنِي وَ اصْطَفِنِي وَ خَلِّصْنِي وَ اسْتَخْلِصْنِي وَ اصْنَعْنِي وَ اصْطَنِعْنِي وَ قَرِّبْنِي إِلَيْكَ وَ لا تُبَاعِدْنِي مِنْكَ وَ الْطُفْ بِي وَ لا تَجْفُنِي وَ أَكْرِمْنِي وَ لا تُهِنِّي وَ مَا أَسْأَلُكَ فَلا تَحْرِمْنِي وَ مَا لا أَسْأَلُكَ فَاجْمَعْهُ لِي بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ أَسْأَلُكَ بِحُرْمَةِ وَجْهِكَ الْكَرِيمِ وَ بِحُرْمَةِ نَبِيِّكَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ بِحُرْمَةِ أَهْلِ بَيْتِ رَسُولِكَ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيٍّ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيٍّ وَ مُحَمَّدٍ وَ جَعْفَرٍ وَ مُوسَى وَ عَلِيٍّ وَ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ الْحَسَنِ وَ الْخَلَفِ الْبَاقِي صَلَوَاتُكَ وَ بَرَكَاتُكَ عَلَيْهِمْ أَنْ تُصَلِّيَ عَلَيْهِمْ أَجْمَعِينَ وَ تُعَجِّلَ فَرَجَ قَائِمِهِمْ بِأَمْرِكَ وَ تَنْصُرَهُ وَ تَنْتَصِرَ بِهِ لِدِينِكَ وَ تَجْعَلَنِي فِي جُمْلَةِ النَّاجِينَ بِهِ وَ الْمُخْلِصِينَ فِي طَاعَتِهِ وَ أَسْأَلُكَ بِحَقِّهِمْ لَمَّا اسْتَجَبْتَ لِي دَعْوَتِي وَ قَضَيْتَ [لِي] حَاجَتِي وَ أَعْطَيْتَنِي سُؤْلِي وَ كَفَيْتَنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ دُنْيَايَ وَ آخِرَتِي يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا نُورُ يَا بُرْهَانُ يَا مُنِيرُ يَا مُبِينُ يَا رَبِّ اكْفِنِي شَرَّ الشُّرُورِ وَ آفَاتِ الدُّهُورِ وَ أَسْأَلُكَ النَّجَاةَ يَوْمَ يُنْفَخَ فِي الصُّورِ |
Hər nə istəsən dua et və çoxlu de:
Imam Hadi (ə)-ın ziyarəti_6
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya uddəti indəl ədəd (udəd), və ya rəcai vəl mu`təməd, və ya kəhfi vəs sənəd, ya vahidu ya əhəd, və ya qul huvəllahu əhəd, əs`əlukəllahummə bihəqqi mən xələqtə min xəlqik, və ləm təc`əl fi xəlqikə misləhum əhəda, salli əla cəmaətihim vəf`əl bi kəza və kəza. | Ey zəxirələr müqabilində mənim zəxirəm, ey ümidim və dayağım, ey pənahgahım və gözətçim, ey bir və yeganə və ey “De: O Allah birdir”! İlahi, yaratdıqlarından yaratdığın və heç kimi onlar kimi yaratmadığın şəxslərə xatir Səndən istəyirəm ki, onların hamısına salam göndərəsən və mənim “filan və filan” hacətlərimi yerinə yetirəsən! | يَا عُدَّتِي عِنْدَ الْعَدَدِ [الْعُدَدِ] وَ يَا رَجَائِي وَ الْمُعْتَمَدَ وَ يَا كَهْفِي وَ السَّنَدَ يَا وَاحِدُ يَا أَحَدُ وَ يَا قُلْ هُوَ اللَّهُ أَحَدٌ أَسْأَلُكَ اللَّهُمَّ بِحَقِّ مَنْ خَلَقْتَ مِنْ خَلْقِكَ وَ لَمْ تَجْعَلْ فِي خَلْقِكَ مِثْلَهُمْ أَحَدا صَلِّ عَلَى جَمَاعَتِهِمْ وَ افْعَلْ بِي كَذَا وَ كَذَا |
“Kəza və kəza” sözlərinin yerinə öz hacətini söylə. O həzrət buyurmuşdur: “Mən, Allah taaladan istəmişəm ki, məndən sonra mənim hərəmimdə bu duanı oxuyan şəxsi naümüd geri qaytarmasın.” [1]
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 63,
Seyid ibn Tavus — Misbahuz-zair, səh 404 (cüzi fərqlə)
