TAM “Fəcr” doğan vaxt yerinə yetirilən əməllər
“Fəcr” doğan vaxt (dan yeri sökülən və günəşin ilk şəfəqləri üfüqdən göründüyü vaxt) yerinə yetirilən əməllər.
1) Şeyx Tusi “Misbahuz-zair” adlı kitabında sadiq fəcr vaxtı oxunan bu duanı[1] qeyd etmişdir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əntə sahibuna, fəsalli əla Muhəmmədin və alih, və əfzil ələyna, | İlahi, bizim sahibimiz Sənsən! Elə isə Muhəmməd və onun Əhlibeytinə salam yetir və bizə mərhəmət buyur (nemətini bizə artır)! | اَللَّـهُمَّ اَنْتَ صَاحِبُنَا فَصَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَاَفْضِلْ عَلَيْنَا |
| Əllahummə bini`mətikə tətimmus salihatu fəsalli əla Muhəmmədin və alih, | İlahi, yaxşı işlər nemətinlə sona yetir! Muhəmməd və onun Əhlibeytinə salam yetir, | اَللَّـهُمَّ بِنِعْمَتِكَ تَتِمُ الصَّالِـحَاتُ فَصَلِّ عَـلَى مُحَمَّدٍ وَآلِهِ |
| və ətmimha ələyna aizən billahi minən nar, aizən billahi minən nari aizən billahi minən nar. | bizi cəhənnəm atəşindən xilas etməklə, cəhənnəm atəşindən xilas etməklə və cəhənnəm atəşindən xilas etməklə nemətini tamamla! | وَاَتْمِمْهَا عَلَيْنَا عَائِذاً بِاللهِ مِنَ النَّارِ، عـآئِذاً بِـاللهِ مِـنَ النَّارِ، عَائِذاً بِـاللهِ مِـنَ النَّارِ |
| Ərəbcə | يا فَالِقَهُ مِنْ حَيْثُ لا اَرَى وَمُخْرِجَهُ مِنْ حَيْثُ اَرَى، صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَاجْعَلْ اَوَّلَ يَوْمِنَا هَذا صَلاحاً، وَاَوْسَطَهُ فَلاحاً، وَآخِرَهُ نَجَاحاً |
| Tərcümə | Ey görmədiyim yerdən sübhü açan və gördüyüm yerdən çıxaran! Məhəmməd və onun Əhli-beytinə salam yetir, bu günümüzün əvvəlini ləyaqət, ortasını qurtuluş və axırını isə səadət qərar ver! |
| Transkripsiya | Ya faliqəhu min həysu la əra və muxricəhu min həysu əra, səlli əla Muhəmmədin və alih, vəc`əl əvvələ yəvmina haza saliha, və əvsətəhu fəlaha, və axirəhu nəcaha. |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni uşhidukə ənnəhu ma əsbəhə bi min ni`mətin əv afiyətin fi dinin əv dunya, fəminkə | İlahi, Səni şahid tuturam ki, mənə çatan hər bir nemət, dini (saflıq) və maddi sağlamlıq Sənin tərəfindəndir | اَللَّـهُمَّ اِنّي اُشْهِدُكَ اَنَّهُ مَا اَصْبَحَ بي مِنْ نِعْمَةٍ اَوْ عَافِيَةٍ في دينٍ اَوْ دُنْيَا فَمِنْكَ |
| vəhdəkə la şərikə lək | Sən təksən və Sənin şərikin yoxdur | وَحْدَكَ لا شَريكَ لَكَ |
| ləkəl həmd, və ləkəş şukru biha ələyyə hətta tərza və bə`dər riza. | Həmd Sənə məxsusdur. Sən tamamilə razı olduğun vaxta qədər Sənə şükür etmək mənə vacibdir! | لَكَ الْحَمْدُ، وَلَكَ الشُّكْرُ، بِهَا عَلَيَّ حَتَّى تَرْضَا وَبَعْدَ الرِّضَا |
Bu vaxt üçün yetişən dualar, nəql etdiyimizdən daha çoxdur. Onların ən yaxşısı “Subhanəllahi vəl həmdulillahi və la ilahə illəllahu vəllahu əkbər” zikridir. Bu zikri “Əl-baqiyatus salihat” da (əbədi qalan saleh əməllər) adlandırırlar.
2) İmam Baqir (ə) buyurub: «Fəcr doğan vaxt 10 dəfə de»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Lə ilahə illəllah, vəhdəhu la şərikə ləh, | Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. | لا اِلَهَ اِلاَّ اللهُ، وَحْدَهُ لا شَريكَ لَهُ |
| ləhul mulku və ləhul həmd, | Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. | لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ |
| yuhyi və yumitu və yumitu və yuhyi, | Dirildib öldürən və öldürüb dirildəndir. | يُحْيي وَيُميتُ، وَيُميتُ وَيُحيي |
| və huvə həyyun la yəmut, | Heç vaxt ölməyən diri Odur. | وَهُوَ حَيٌ لا يَمُوتُ |
| biyədihil xəyru və huvə əla kulli şəy`in qədir. | Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. | بِيَدِهِ الْخَيْرُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ |
Sonra Muhəmməd və Ali Muhəmmədə 10 dəfə salavat göndərirsən, 35 dəfə Sübhənəllah, 35 dəfə Lə ilahə illəllah, 35 dəfə Əlhəmdulillah deyirsən. Hər kim bu zikrləri desə, həmin gün və həmin gecə qafillərin zümrəsində yazılmaz.[2]
3) Elə ki, sübh azanın səsini eşitdin belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bi iqbali nəharikə və idbari ləylik, | İlahi, gündüzün gəlib gecənin getməsi, | اَللَّـهُمَّ اِنّي اَسْئَلُكَ بِاِقْبَالِ نَهَارِكَ، وَاِدْبَارِ لَيْلِكَ |
| və huzuri sələvatikə və əsvati duaik, və təsbihi məvalikətik, | Sənin dərgahında namaz qılan və Səni çağıranların səsləri, mələklərinin təsbehinin çatması ilə Səndən istəyirəm ki, | وَحُضُورِ صَلَوَاتِكَ، وَاَصْوَاتِ دُعَائِكَ، وَتسْبيحِ مَلائِكَتِكَ |
| ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, | Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən | اَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ |
| və ən tətubə ələyyə innəkə əntət təvvabur rəhim. | və mənim tövbəmi qəbul edəsən. Doğrudan da, Sən tövbələri qəbul edən və mehribansan! | وَاَنْ تَتُوبَ عَلَيَّ اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحيمُ |
İmam Sadiq (ə) buyurub ki, sübh azanı vaxtı bu duanı oxuyan kəs əgər həmin gün və ya həmin gecə dünyadan köçsə, tövbə etmiş (və tövbəsi qəbul olunmuş) kəs kimi dünyadan köçər.[3]
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 198,
Əllamə Məclisi — Biharul-ənvar, c 84, səh 356
[2] Şeyx Kuleyni — Usuli Kafi, c 2, səh 534, hədis 35
[3] Seyid ibn Tavus — Fəllahul-sail, səh 227
