TAM Dəstəmaz alan və sübh namazını qılan zaman qaydalar və müstəhəb əməllər

Print Friendly, PDF & Email

İstəsən namaz qılmağa gedəsən, əgər ayaqyoluna getmək istəsən onun çoxlu adət və ədəb qaydaları var. Onların bir neçəsini ixtisarla burada gətiririk. İlk növbədə, sol ayağınla daxil ol və de:

Ərəbcəبِسْمِ اللهِ وَبِاللهِ، اَعُوذُ بِاللهِ مِنَ الرِّجْسِ النَّجِسِ الْخَبيثِ الْمُخْبِثِ الشَّيْطَانِ الرَّجيمِ
TərcüməAllah adı və Allahın köməyi ilə! Çirkinlik, nəcis, xəbis, bədsifət və qovulmuş şeytandan Allaha pənah aparıram!
TranskipsiyaBismillahi və billah, Əuzu billahi minər ricsin nəcisil xəbisil muxbisiş şəytanir rəcim.
Elə ki, əyləşdin “Bismillah” deyirsən. Burada vacib olan şey budur ki, öz övrətini naməhrəmlərdən gizlədəsən və üzü-arxası qibləyə əyləşməyəsən. Rahatlaşan zaman belə de:
Ərəbcəاَللَّـهُمَّ اَطْعِمْني طَيِّباً في عَافِيَةٍ وَاَخْرِجْهُ مِنّي خَبيثاً في عَافِيَةٍ
Tərcüməİlahi, məni sağlam ikən pak yeməklərlə qidalandır və onu məndən çirkin olduğu halda çıxar!
TranskripsiyaƏllahummə ət`imni təyyibən fi afiyətin və əxrichu minni xəbisən fi afiyəh.
Gözün nəcisinə dəyən zaman belə de:
Ərəbcəاَللَّـهُمَّ ارْزُقْنِي الْحَلالَ وَجَنِّبْنِي الْحَرَامَ
Tərcüməİlahi, mənə halal ruzi ver və məni haramdan uzaqlaşdır!
TranskripsiyaƏllahummərzuqnil həlalə və cənnibnil həram.
İstəsən özünü təmizləyəsən gözün suya sataşan kimi belə de:
Ərəbcəاَلْحَمْدُ للهِِ الَّذي جَعَلَ الْمَاءَ طَهُوراً، وَلَمْ يَجْعَلْهُ نَجِساً
TərcüməAllaha həmd olsun ki, suyu nəcis yox, tərtəmiz qərar verdi!
TranskripsiyaƏlhəmdulillahilləzi cəələl maə təhura, və ləm yəc`əlhu nəcisa.

Yuyan zaman belə de:
Ərəbcəاَللَّـهُمَّ حَصِّنْ فَرْجي وَاَعِفَّهُ وَاسْتُرْ عَوْرَتي، وَحَرِّمْني عَلَي النَّارِ
Tərcüməİlahi, məni cinsi çirkinliklərdən qoru, iffətli et, eyiblərimi ört və cəhənnəm odunu mənə haram et!
TranskripsiyaƏllahummə həssin fərci və əiffəhu vəstur əvrəti, və hərrimni ələn nar.
Yerindən qalxan zaman sağ əlini qarnına çəkib de:
Ərəbcəاَلْحَمْدُ للهِِ الَّذي اَمَاطَ عَنِّي الاَذَى وَ هَنَّاَني طَعَامي وَشَرَابي وَعَافَاني مِنَ الْبَلْوَى
TərcüməAllaha həmd olsun ki, əzab-əziyyəti məndən uzaqlaşdırdı, yemək-içməyimi dadlı etdi və məni bəlalardan qoruyub-saxladı!
TranskripsiyaƏlhəmdu lillahilləzi əmatə ənnil əza və hənnani təami və şərabi və afani minəl bəlva.
Ayaqyolundan çıxan zaman sağ ayağını birinci at və bu duanı oxu:
Ərəbcəاَلْحَمْدُ للهِِ الَّذي عَرَّفَني لَذَّتَهُ وَاَبْقَى في جَسَدي، قُوَّتَهُ وَاَخْرَجَ عَنّي اَذَاهُ يَا لَهَا نِعْمَةً، يَا لَهَا نِعْمَةً يَا لَهَا نِعْمَةً لا يَقْدِرُ الْقَادِرُونَ قَدْرَهَا
TərcüməAllaha həmd olsun ki, yeməyin ləzzətini mənə dadızdırdı, onun gücünü cismimdə yerləşdirdi və əziyyətini çıxartdı! Necə də böyük nemətdir! Necə də böyük nemətdir! Necə də böyük nemətdir! Ölçənlər onun dəyərini bilməzlər!
TranskripsiyaƏlhəmdulillahilləzi ərrəfəni ləzzətəhu və əbqa fi cəsədi quvvətəh, və əxrəcə ənni əzah, ya ləha ni`mətən ya ləha ni`mətən ya ləha ni`mətən la yəqdirul qadirunə qədrəha.

Dəstəmaz almağa başladığın vaxt əvvəlcə dişlərini fırçala, çünki dişləri fırçalamaq ağız iyini paklaşdırır, bəlğəmi aradan aparır və hafizəni çoxaldır. Həmçinin Allah Taalanın razılığına və bir sıra savablara bais olur. Hədislərimizdə deyilir ki, misvak (yəni, fırça) vuraraq qılınan 2 rəkət namaz, misvak vurmamış qılınan 70 rəkət namazdan fəzilətlidir. Əgər misvak vurmağa imkanın olmasa, dişlərini barmağınla yu.
Tövsiyə olunur ki, dəstəmaz almaq istədikdə üzü qibləyə əyləşib, içərisində su olan qabı sağ tərəfinizə qoyasınız. Gözləriniz suya sataşdıqda bu duanı oxuyun:
Ərəbcəاَلْحَمْدُ للهِِ الَّذي جَعَلَ الْمَاءَ طَهُوراً، وَلَمْ يَجْعَلْهُ نَجِساً
TərcüməAllaha həmd olsun ki, suyu nəcis yox, tərtəmiz qərar verdi!
TranskripsiyaƏlhəmdulillahilləzi cəələl maə təhura, və ləm yəc`əlhu nəcisa.

Əvvəlcə əllərini yuyursan, sonra əlini qaba salarkən belə deyirsən:
Ərəbcəبِسْمِ اللهِ وَبِاللهِ، اَللَّـهُمَّ اجْعَلْني مِنَ التَّوَّابينَ وَاجْعَلْني مِنَ الْمُتَطَهِّرينَ
TərcüməAllah adı və Allahın köməyi ilə! İlahi, məni tövbə edən və pakizə olanlardan qərar ver!
TranskripsiyaBismillahi və billah, Əllahumməc`əlni minət təvvabinə vəc`əlni minəl mutətəhhirin.

Sonra 3 dəfə ağzına su alıb məzməzə edib de:
Ərəbcəاَللَّـهُمَّ لَقِّني حُجَّتي يَوْمَ اَلْقَاكَ، وَاَطْلِقْ لِسَاني بِذِكْرِكَ
Tərcüməİlahi, Səninlə görüşdüyüm gün dilimə qəti dəlil gətir və dilimi Öz zikrinlə aç!
TranskripsiyaƏllahummə ləqqini huccəti yəvmə əlqak, və ətliq lisani bizikrik.

Sonra 3 dəfə burnuna su alıb istinşaq edib deyirsən:
Ərəbcəاَللَّـهُمَّ لا تُحَرِّمْ عَلَيَّ ريحَ الْجَنَّةِ، وَاجْعَلْني مِمَّنْ يَشَمُ ريحَهَا وَرَوْحَهَا وَطيبَهَا
Tərcüməİlahi, cənnətin iyini mənə haram etmə və məni onun iyini, nəsim küləyini və ətrini iyləyənlərin sırasına qat!
TranskripsiyaƏllahummə la tuhərrim ələyyə rihəl cənnəh, vəc`əlni mimmən yəşəmmu rihəha və rəvhəha və tibəha.

Üzünü yumağa başlayırsan və deyirsən:
Ərəbcəاَللَّـهُمَّ بَيِّضْ وَجْهي يَوْمَ تَسْوَدُّ فيهِ الْوُجُوهُ، وَلا تُسَوِّدْ وَجْهي يَوْمَ تَبْيَضُ فيهِ الْوُجُوهُ
Tərcüməİlahi üzlərin qaralacağı gün mənim üzümü ağ et və üzlərin ağaracağı gün mənim üzümü qaraltma!
TranskripsiyaƏllahummə bəyyiz vəchi yəvmə təsvəddul vucuh, və la tusəvvid vəchi yəvmə təbyəzzul vucuh.

Bir ovuc su, sağ əlini yumaq üçün götür və yuyan zaman belə de:
Ərəbcəاَللَّـهُمَّ اَعْطِني كِتَابي بِيَميني، وَالْخُلْدَ فِي الْجِنَانِ بِيَسَاري، وَحَاسِبْني حِسَاباً يَسيراً
Tərcüməİlahi, “əməl dəftəri”mi sağ əlimə, behiştdə əbədilik hökmünü isə sol əlimə ver və hesabımı çətin tutma!
TranskripsiyaƏllahummə ə`tini kitabi bi yəmini, vəl xuldə fil cinani biyəsari, və hasibni hisabən yəsira.

Sol əlini yuyan zaman belə de:
Ərəbcəاَللَّـهُمَّ لا تُعْطِني كِتَابي بِشِمَالي وَلا مِنْ وَرَاءِ ظَهْري، وَلا تَجْعَلْهَا مَغْلُولَةً اِلَى عُنُقي، وَاَعُوذُ بِكَ مِنْ مُقَطَّعَاتِ النّيرَانِ
Tərcüməİlahi, “əməl dəftəri”mi sol əlimə və arxa tərəfdən vermə, onu boynuma bağlama! Cəhənnəmin od parçalarından Sənə sığınıram!
TranksripsiyaƏllahummə la tu`tini kitabi bişimali və la min vərai zəhri, və la təc`əlha məğlulətən ila unuqi, və əuzu bikə min muqəttəatin niran.

Sonra başını əlinin nəmi ilə məsh edərkən belə de:
Ərəbcəاَللَّـهُمَّ غَشِّني رَحْمَتَكَ وَبَرَكَاتِكَ
Tərcüməİlahi, məni Öz rəhmət və bərəkətlərinlə ört!
TranskripsiyaƏllahummə ğəşşini rəhmətəkə və bərəkatik.

Ayaqlarını məsh edərkən belə oxu:
Ərəbcəاَللَّـهُمَّ ثَبِّتْني عَلَي الصِّرَاطِ يَوْمَ تَزِلُّ فيهِ الاَقْدَامُ، وَاجْعَلْ سَعْيي فيمَا يُرْضيكَ عنّي يَا ذَاالْجَلالِ وَالاِْكْرَامِ
Tərcüməİlahi, qədəmlərin büdrədiyi gün məni “Sirat” körpüsündə möhkəm saxla və Sənin razılığına səbəb olan işlərdə müvəffəq et, ey calal və kəramət sahibi!
TranskipsiyaƏllahummə səbbitni ələs sirati yəvmə təzillul əqdam, vəc`əl sə`yi fima yurzikə ənni, ya zəl cəlali vəl ikram.

Dəstəmazı bitirdikdən sonra belə de:
Ərəbcəاَللَّـهُمَّ اِنّي اَسْئَلُكَ تَمَامَ الْوُضُوءِ وَتَمَامَ الصَّلوةِ، وَتَمَامَ رِضْوَانِكَ وَالْجَنَّةَ
Tərcüməİlahi, Səndən dəstəmaz və namazımın düzgünlüyünü, Sənin razılıq və cənnətinin ən yüksək mərtəbəsini diləyirəm!
TranskripsiyaƏllahummə inni əs`əlukə təmaməl vuzui və təmaməs səlah, və təmamə rizvanikə vəl cənnəh.

Sonra deyirsən:
Ərəbcəالحَمْدُ للهِ رَبِّ الْعَالَمينَ
TərcüməHəmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
TranskripsiyaƏlhəmdu lillahi Rəbbil aləmin.

Daha sonra Qədr surəsini 3 dəfə oxu. Dəstəmazı bitirdikdən sonra xoş ətirlərdən istifadə et. Bunları etdikdən sonra tam aram və vüqarlı addımlarla məscidə tərəf yollan və evdən çıxarkən bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahilləzi xələqəni fə huvə yəhdin, Məni yaratdıqdan sonra doğru yola yönəldən, بِسْمِ اللهِ الَّذي، خَلَقَني فَهُوَ يَهْدينِ
vəlləzi huvə yut`imuni və yəsqin, yemək yedizdirən, su içirdən, وَالَّذي هُوَيُطْعِمُني وَيَسْقينِ
və iza məriztu fəhuvə yəşfin, xəstələndiyim zaman şəfa verən, وَاِذَا مَرِضْتُ فَهُوَ يَشْفينِ
vəlləzi yumituni summə yuhyin, məni öldürdükdən sonra (yenidən) dirildəcək, وَالَّذي يُميتُني ثُمَّ يُحْيينِ
vəlləzi ətməu ən yəğfirə li xətiəti yəvməd din, qiyamət günü xətalarımı bağışlayacağını arzuladığım Allahın adı ilə başlayıram. وَالَّذي اَطْمَعُ اَنْ يَغْفِرَ لي خَطيئَتي يَوْمَ الدّينِ
Rəbbi həb li hukmən və əlhiqni bis salihin, Ey Rəbbim, mənə elm və hikmət əta et, məni saleh insanlara qovuşdur, رَبِّ هَبْ لي حُكْماً وَاَلْحِقْني بِالصَّالِحينَ
vəc`əl li lisanə sidqin fil axirin, gələcək nəslin yanında adımı ucalt, وَاجْعَلْ لي لِسَانَ صِدْقٍ فِي الْآخِرينَ
vəc`əlni min vərəsəti cənnətin nəim, vəğfir liəbi.neməti bol olan cənnətin varislərindən təyin et və atamı bağışla!وَاجْعَلْني مِنْ وَرَثَةِ جَنَّةِ النَّعيمِ، وَاغْفِرْ لاَِبي
Məscidə daxil olarkən ayaqqabının altına nəcasət olmaması üçün bax, sonra əvvəl sağ ayağınla daxil olaraq bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billah, və minəllahi və iləllahi, Allahın adı və Allahın köməyi ilə, Allah tərəfindən və Allaha doğru! بِسْمِ اللهِ وَبِاللهِ، وَمِنَ اللهِ وَاِلَي اللهِ
və xəyrul əsmai kulliha lillah, Bütünlüklə, adların ən yaxşısı Allaha məxsusdur. وَخَيْرُ الاَسْمَاءِ كُلِّهَا للهِِ
təvəkkəltu ələllahi və la həvlə və la quvvətə illa billah, Allaha təvəkkül edirəm. Allahdan başqa güc və qüdrət yoxdur. تَوَكَّلْتُ عَلَي اللهِ، وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاََّ بِاللهِ
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
vəftəh li əbvabə rəhmətikə və təvbətik, rəhmət və tövbə qapılarını üzümə aç, وَافْتَحْ لي اَبْوَابَ رَحْمَتِكَ، وَتَوْبَتِكَ
və əğliq ənni əbvabə mə`siyətik, vəc`əlni min zuvvarikə və ummari məsacidik, günah qapılarını üzümə bağla, وَاَغْلِقْ عَنّي اَبْوَابَ مَعْصِيَتِكَ، وَاجْعَلْني مِنْ زُوَّارِكَ وَعُمَّارِ مَسَاجِدِكَ
və mimmən yunacikə fil ləyli vən nəhar, məni Öz zəvvarların, Sənin məscidlərini abad edənlər, وَمِمَّنْ يُنَاجيكَ في اللَّيْلِ وَالنَّهَارِ
və minəlləzinə hum fi səlatihim xaşiun, gecə-gündüz Səninlə münacat edənlər və namaz halında qorxanlardan qərar ver! وَمِنَ الَّذينَ هُمْ في صَلوتِهِمْ خَاشِعُونَ
vədhər ənniş şəytanər rəcim, və cunudə İblisə əcməin.Qovulmuş şeytan və İblisin dəstəsini – onların hamısını məndən uzaqlaşdır!وَادْحَرْ عَنِّي الشَّيْطَانَ الرَّجيمَ، وَجُنُودَ اِبْليسَ اَجْمَعينَ

Namaz qılmaq istədikdə belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni uqəddimu iləykə Muhəmmədən səlləllahu ələyhi və alih, İlahi, Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) vasitəsilə Sənə üz tutmuş, اَللَّـهُمَّ اِنّي اُقَدِّمُ اِلَيْكَ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ
bəynə yədəy hacəti və ətəvəccəhu bihi iləyk, hacətlərimin rəva olunması üçün onu irəli keçirmiş və onun vasitəsilə Sənin dərgahına üz tutmuşam! بَيْنَ يَدَيْ حَاجَتي، وَاَتَوَجَّهُ بِهِ اِلَيْكَ
fəc`əlni bihi vəcihən indəkə fid dunya vəl axirəti və minəl muqərrəbin, Elə isə onun vasitəsilə məni Öz dərgahında, dünya və axirətdə üzüağ et və dərgahına yaxın olanlardan qərar ver. فَاجْعَلْني بِهِ وَجيهاً عِنْدَكَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمِنَ الْمُقَرَّبينَ
vəc`əl səlati bihi məqbulətən və zənbi bihi məğfurən və duai bihi mustəcaba, Onun vasitəsilə namazlarımı qəbul et, günahlarımı bağışla və duamı qəbul buyur ki, وَاجْعَلْ صَلوَاتي بِهِ مَقْبُولَةً وَذَنْبي بِهِ مَغْفوراً، وَدُعَائي بِهِ مُسْتَجَاباً
innəkə əntəl ğəfurur rəhim.həqiqətən, Sən bağışlayan və mehribansan!اِنَّكَ اَنْتَ الْغَفُورُ الرَّحيمُ

Azan və iqaməyə başlayırsan, azanla iqamənin arasında ya səcdə halında, ya da oturaraq bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahumməc`əl qəlbi barrən və əyşi qarrən və rizqi darra, vəc`əl li ində qəbri Rəsulikə səlləllahu ələyhi və alihi mustəqərrən və qərara.İlahi! Qəlbimi xeyirxah, həyatımı bərqərar və ruzimi bol et. Məni Öz Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) qəbrinin kənarında məskunlaşdırاَللَّـهُمَّ اجْعَل قَلْبي بَارّاً وَعَيْشي قَارّاً، وَرِزْقي دَارّاً، وَاجْعَلْ لي عِنْدَ قَبْرِ رَسُولِكَ صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ، مُسْتَقَرّاً وَقَرَاراً

Dua edib öz hacətlərini istə, çünki azan və iqamənin arasında edilən dua tez qəbul olar. İqamədən sonra belə dua edirsən:
TranksripsiyaTərcüməƏrəbcə
Əllahummə iləykə təvəccəhtu və mərzatəkə tələbt, və səvabəkəbtəğəytu İlahi, Sənə üz tutub razılığını diləyir və savabını arzulayıram! اَللَّـهُمَّ اِلَيْكَ تَوَجَّهْتُ وَمَرَضَاتَكَ، طَلَبْتُ وَثَوَابَكَ ابْتَغَيْتُ
və bikə aməntu və ələykə təvəkkəltSənə iman gətirmiş və təvəkkül etmişəm. وَبِكَ آمَنْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
vəftəh məsamiə qəlbi lizikrikə Səni yad etmək üçün qəlbimin qulaqlarını aç, وَافْتَحْ مَسَامِعَ قَلْبي لِذِكْرِكَ
və səbbitni əla dinikə və dini nəbiyyik, onu Öz dinin və Peyğəmbərinin dinində sabit saxla, وَثَبِّتْني عَلَى دينِكَ ودين نبيك
və la tuziğ qəlbi bə`də iz hədəytəni və qəlbimi doğru yola yönəltdikdən sonra azdırma وَلا تُزِغْ قَلْبي بَعْدَ اِذْ هَدَيْتَني
həb li min lədunkə rəhməh, və mənə Öz tərəfindən mərhəmət nəsib et ki, وَهَبْ لي مِنْ لَدُنْكَ رَحْمَةً
innəkə əntəl vəhhab.həqiqətən, Sənsən bağışlayan!اِنَّكَ اَنْتَ الْوَهَّابُ

Sonra namaza hazırlaş. Qəlbini bu ibadət üçün hazırla, belə ki, özünün nə qədər zəlil bir məxluq olduğunu və qarşısında dayanıb, münacat etdiyin mövlanın məqamının nə qədər uca və əzəmətli olduğunu xatırla. Elə san ki, Onu görürsən və onunla danışmaqdan xəcalət çəkirsən. Bu halda əllərini, dizlərin istiqamətində budlarının üstünə və ayaqlarını üç barmaq ölçüsündə aralı qoy və baxışlarını səcdə etdiyin məkana dikib, xüşu və vüqarla ayaq üstə dayan. Qürbətən iləllah sübh namazı üçün niyyət edib, təkbirətul-ehramı (Allahu Əkbər) oxu. Müstəhəbdir ki, təkbirətul-ehram deyilməmişdən öncə 6 təkbir deyilsin və bu təkbirlər deyilən vaxt əllərin içi qibləyə tərəf və barmaqlar, böyük barmaqdan başqa, bir-birinə bitişik olduğu halda əllər qulaqların aşağı hissəsi müqabilində yuxarıya qaldırılsın. Bu vəziyyətdə lazımi təkbir dualarını oxuyun, belə ki, 3-cü təkbirdən sonra bu duanı oxumaq lazımdır:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə əntəl məlikul həqqul mubin, lə ilahə illa əntə subhanəkə inni zələmtu nəfsi, fəğfir li zənbi innəhu lə yəğfiruz zunubə illa ənt.İlahi, Sən haqq və aşkar maliksən (hakimsən)! Səndən başqa heç bir tanrı yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan. Həqiqətən, mən özümə zülm etmişəm. Belə isə günahımı bağışla ki, Səndən başqası günahları bağışlamaz!اَللَّـهُمَّ اَنْتَ الْمَلِكُ الْحَقُ الْمُبينُ، لا اِلَهَ اِلاََّ اَنْتَ، سُبْحَانَكَ اِنّي ظَلَمْتُ نَفْسي، فَاغْفِرْ لي ذَنْبي اِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ اِلاََّ اَنْتَ

5-ci təkbirdən sonra belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Ləbbəykə və sə`dəykə vəl xəyru fi yədəyk, Bəli, xidmət göstərməyə hazıram. Xeyir Sənin əlindədir, لَبَّيْكَ وَسَعْدَيْكَ وَالْخَيْرُ في يَدَيْكَ
vəş şərru ləysə iləyk, şər isə Sənin tərəfindən deyil! وَالشَّرُّ لَيْسَ اِلَيْكَ
vəl məhdiyyu mən hədəytə Sənin hidayət etdiyin kəs hidayət olundu. وَالْمَهْدِيُّ مَنْ هَدَيْتَ
əbdukə vəbnu əbdəyk, Sənin bəndən və iki bəndənin oğlu Sənin dərgahında عَبْدُكَ وَابْنُ عَبْدَيْكَ
zəlilun bəynə yədəyk, və Sənin tərəfindən zəlil və xardır. ذَليلٌ بَيْنَ يَدَيْكَ
minkə və bikə və ləkə və iləykə la məlcəə və la mənca, və la məfərrə min-kə illa iləyk, O, Səninlə, Sənin üçün və Sənə doğrudur; Sənin dərgahından başqa nə sığınacağı var, nə qurtuluş, nə də qaçmaq üçün bir yeri! مِنْكَ وَبِكَ وَلَكَ وَاِلَيْكَ لا مَلْجَأَ وَلا مَنْجَا، وَلا مَفَرَّ مِنْكَ اِلاََّ اِلَيْكَ
subhanəkə və hənanəykə Sən bütün eyiblərdən pak və uzaqsan. سُبْحَانَكَ وَحَنَانَيْكَ
təbarəktə və təaləyt, Sən mehriban, üstün və ucasan. تَبَارَكْتَ وَتَعَالَيْتَ
subhanəkə rəbbəl bəytil həram.Sən bütün eyiblərdən pak və uzaqsan, ey möhtərəm evin (Kəbənin) Rəbbi!سُبْحَانَكَ رَبَّ الْبَيْتِ الْحَرَامِ

7-ci təkbirdən sonra deyirsən:
TranskripsiyaTərcüməƏrəbcə
Vəccəhtu vəchiyə lilləzi fətərəs səmavati vəl ərz, Mən, həqiqətən, batildən haqqa dönüb Allaha təslim olaraq üzümü göyləri və yeri yaradan, وَجَّهْتُ وَجْهِيَ لِلَّذي فَطَرَ السَّمَاوَاتِ وَالاَرْضَ
alimil ğəybi vəş şəhadəti hənifən muslimən qeybi və aşkarı bilənə doğru çevirdim. عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ، حَنيفاً مُسْلِماً
və ma ənə minəl muşrikin, Mən (Allaha) şərik qoşanlardan deyiləm! وَمَا اَ نَا مِنَ الْمُشْرِكينَ
innə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil aləmin, Həqiqətən, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! اِنَّ صَلوتي وَنُسُكي وَمَحْيَايَ وَمَمَاتي للهِِ رَبِّ الْعَالَمينَ
la şərikə ləhu və bizalikə umirtu və ənə minəl muslimin.Onun şəriki yoxdur. Mən ona əmr olunmuşam və müsəlmanlardanam!لا شَريكَ لَهُ وَبِذلِكَ اُمِرْتُ، وَ اَنَا مِنَ الْمُسْلِمينَ

Qiraətə başladığın vaxt “istiazə” sözünü (yəni, “Əuzu billahi minəş şəytanir rəcim”) yavaş de. Sonra Həmd surəsini xüzu ilə və sözlərinin mənasını fikirləşə-fikirləşə oxu. Həmd surəsini oxuyub, qurtardıqdan sonra nəfəsini dər və sonra Quran surələrindən birini oxu. Yaxşı olar ki, “Əmmə…”, “Həl əta”, “La uqsimu…” və s. bu kimi surələri oxuyasınız. Surəni oxuyub qurtardıqdan da sonra bir nəfəs çəkmək qədər sükut et və sonra əvvəldə dediyimiz qaydada təkbir de. Daha sonra rükuya get. Sağ əlinizi sol əlinizdən qabaq dizinizin üstünə qoyun. Barmaqlarınızı bir-birindən tam aralayın ki, dizlərinizin üstünü tamamilə örtsün. Belinizi bükün və boynunuzu beliniz istiqamətində dartın. İki ayağınızın arasına baxıb, bu zikri deyin:
Ərəbcəسُبْحَانَ رَبِّي الْعَظيمِ وَبِحَمْدِهِ
TərcüməBöyük Rəbbim bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur.
TranskripsiyaSubhanə Rəbbiyəl əzimi və bihəmdih.

Daha yaxşı olar ki, bu zikr 7 dəfə , 5 dəfə və ya 3 dəfə deyilsin. Amma bu zikrdən sonra bu duanın oxunması yaxşıdır:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə ləkə rəkə`tu və ləkə əsləmtu və bikə aməntu İlahi, Sənin üçün rüku etdim, Sənə təslim oldum, Sənə iman gətirdim, اَللَّـهُمَّ لَكَ رَكَعْتُ وَ لَكَ اَسْلَمْتُ، وَ بِكَ آمَنْتُ
və ələykə təvəkkəlt, və əntə Rəbbi Sənə təvəkkül etdim və Sən mənim Rəbbimsən. وَ عَلَيْكَ تَوَكَّلْتُ وَ اَنْتَ رَبّي
xəşəə ləkə səm`i və bəsəri və şə`ri və bəşəri və ləhmi və dəmi və muxxi və əsəbi və izami, Qulağım, gözüm, tüküm, bədənim, ətim, qanım, beynim, damarım, sümüyüm خَشَع َلَكَ سَمْعي وَ بَصَري، وَ شَعْري وَ بَشَري وَ لَحْمي وَ دَمي وَ مُخّي وَ عَصَبي، وَ عِظَامي
və ma əqəlləthu qədəmayə ğəyrə mustənkifin və (bir sözlə,) ayaqlarım üzərində gəzdirdiklərimlə itaətsizlik وَ مَا اَقَلَّتْهُ قَدَمَايَ غَيْرَ مُسْتَنْكِفٍ
və la mustəkbirin və la mustəhsir.və təkəbbür etmədən, yorulmadan Sənə baş əyirəm!وَ لا مُسْتَكْبِرٍ وَ لا مُسْتَحْسِرٍ

Rükudan qalxıb dayan və bu halda belə de:
Ərəbcəسَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ
TərcüməAllah, Ona həmd edən hər bir kəsi eşidir
TranskripsiyaSəmiəllahu limən həmidəh.

Təkbir deyib xüşu və xüzu ilə səcdəyə gedirsən, əllərin içini tam açırsan və İmam Hüseynin (ə) türbətininə səcdə edib səcdənin zikrini deyirsən. Yaxşı olar ki, səcdənin zikri 7 dəfə, ya 5 dəfə, ya da 3 dəfə deyilsin, zikri deməmişdən əvvəl bu duanı oxuyursan:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə ləkə səcədtu və bikə aməntu və ləkə əsləmtu İlahi, Sənin üçün səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum, اَللَّـهُمَّ لَكَ سَجَدْتُ وَبِكَ آمَنْتُ، وَلَكَ اَسْلَمْتُ
və ələykə təvəkkəlt, və əntə Rəbbi Sənə təvəkkül etdim və Sən mənim Rəbbimsən. وَعَلَيْكَ تَوَكَّلْتُ، وَاَنْتَ رَبّي
səcədə vəchi lilləzi xələqəhu və şəqqə səm`əhu və bəsərəh, Üzüm onu yaradana, qulaq və gözümü açana səcdə etdi. سَجَدَ وَجْهي لِلَّذي خَلَقَهُ، وَشَقَ سَمْعَهُ وَبَصَرَهُ
əlhəmdu lillahi rəbbil aləmin, Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. اَلْحَمْدُ للهِِ رَبِّ الْعَالَمينَ
təbarəkəllahu əhsənul xaliqin.Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür!تَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقينَ

Zikri deyib başını səcdədən qaldır və otur, müstəhəbdir ki, təkbir deyilsin, sol yan üstündə oturulsun və belə deyilsin:
Ərəbcəاَسْتَغْفِرُ اللهَ رَبّي وَاَتُوبُ اِلَيْهِ
TərcüməRəbbim Allahdan bağışlanma diləyir və tövbə edib Ona doğru qayıdıram
TranskripsiyaƏstəğfirullahə rəbbi və ətubu iləyh.

Yenə deyirsən:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahumməğfir li vərhəmni vəcburni vədfə` ənni, və afini inni lima ənzəltə iləyyə min xəyrin fəqir, təbarəkəllahu rəbbul aləmin.İlahi, məni bağışla, mənə rəhm et, halımı yaxşılaşdır, məni qoru və mənə sağlamlıq ver ki, həqiqətən, mən Sənin göndərdiyin xeyrə möhtacam. Aləmlərin Rəbbi Allah böyükdür!اَللَّـهُمَّ اغْفِرْ لي وَارْحَمْني، وَاجْبُرْني وَادْفَعْ عَنّي وَعَافِني، اِنّي لِمَا اَنْزَلْتَ اِلَيَ مِنْ خَيْرٍ فَقيرٌ تَبَارَكَ اللهُ رَبُ الْعَالَمينَ

Sonra təkbir deyib 2-ci səcdəni yerinə yetir və birinci səcdədən sonra etdiklərini bu səcdədən sonra da yerinə yetir. Elə ki, səcdədən qalxdın istirahət otruşunu (dizi üçtə oturmaq) otur, sonra ayağa qalx və qalxan halda belə de:
Ərəbcəبِحَوْلِ اللهِ وَقُوَّتِهِ اَقُومُ وَاقْعُدُ
TərcüməAllahın güc və qüdrəti ilə oturub-dururam!
TranskripsiyaBihəvlillahi və quvvətihi əqumu və əq`ud.

Elə ki, qiyam halını aldın Həmd surəni oxumağa başla, oxumağı yaxşı olan surə İxlas surəsidir və müstəhəbdir ki, bu surənin ardında 3 dəfə belə deyilsin:
Ərəbcəكَذلِكُ اللهُ رَبّي
TərcüməMənim Rəbbim Allah belədir!
TranskripsiyaKəzalikəllahu rəbbi.

İxlas surəsini bitirdikdən sonra təkbir deyib əlləri qunut tutmaq üçün üzümüzün bərabərində yuxarı qaldırırıq. Baş barmaqdan başqa, barmaqlar bir-birinə bitişik, əllərin içi isə yuxarı olmalıdır. Qunutda yaxşı olar ki, İmam Zamanın (ə.f)  zühuruna aid dualar oxunsun və ondan sonra belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahumməğfir ləna vərhəmna və afina, və`fu ənna fid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir.İlahi, bizi bağışla, bizə rəhm və sağlamlıq əta et, dünya və axirətdə günahlarımızdan keç ki, həqiqətən, Sən hər bir şeyə qadirsən!اَللَّـهُمَّ اغْفِرْ لَنَا وَارْحَمْنَا وَعَافِنَا، وَاعْفُ عَنَّافِي الدُّنْيَا وَالْآخِرَةِ، اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَديرٌ
Sonra deyirsən:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə mən kanə əsbəhə və ləhu siqətun əv rəcaun ğəyruk, İlahi, hər kim Səndən başqasına arxalandığı və ümid etdiyi halda sübhə çıxsa da, اَللَّـهُمَّ مَنْ كَانَ اَصْبَحَ وَ لَهُ ثِقَةٌ اَوْ رَجَاءٌ غَيْرُكَ
fəəntə siqəti və rəcai mənim arxam və ümidim Sənsən! فَاَنْتَ ثِقَتي وَ رَجَائي
ya əcvədə mən suil, və ya ərhəmə mənisturhim, Ey bəxşiş edənlərin ən səxavətlisi və ey hacət istənilənlərin ən xeyirlisi! يَا اَجْوَدَ مَنْ سُئِلَ وَ يَا اَرْحَمَ مَنِ اسْتُرْحِمَ
salli əla Muhəmmədin və ali Muhəmməd, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ
vərhəm zə`fi və məskənəti, və qillətə hiləti vəmnun ələyyə bil cənnəh, təvlən minkə rəhmətinlə mənim zəifliyimə, yoxsulluğuma və çarəsizliyimə rəhm et, cənnətinlə mənə minnət qoy. وَ ارْحَمْ ضَعْفي وَ مَسْكَنَتي، وَ قِلَّةَ حيلَتي وَ امْنُنْ عَلَيَّ بِالْجَنَّةِ، طَوْلاً مِنْكَ
və fukkə rəqəbəti minən nar, və afini fi cəmii umuri, Məni cəhənnəm odundan xilas və canıma sağlamlıq əta et, وَ فُكَ رَقَبَتي مِنَ النَّارِ، وَ عَافِني في نَفْسي وَ في جَميعِ اُمُوري
birəhmətikə ya ərhəmər rahimin.bütün işlərimdə məni (təhlükələrdən) qoru, ey rəhmlilərin ən rəhmlisi!بِرَحْمَتِكَ يَا اَرْحَمَ الرَّاحِمينَ

Qunutu uzatmaq (yəni, çoxlu zikrlər və dualar oxumaq) tövsiyə olunur. Qunutda oxumaq üçün bir çox dualar mövcuddur. Sonra əvvəldə dediyimiz qaydada təkbir deyib, rüku və səcdələri yerinə yetir. İki səcdəni yerinə yetirdikdən sonra, yerində əyləşib, təşəhhüd və salamları de. Müstəhədir ki, əyləşib təşəhhüddən qabaq bu zikrləri deyəsiniz:
TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və billahi vəl əsmaul husna kulluha lillah,Allahın adı və Allahın köməyi ilə! Bütünlüklə, adların ən yaxşısı Allaha məxsusdur.بسْمِاللهِ وَبِاللهِ، وَالاَسْمَاءُ الْحُسْنَى، كُلُّهَا للهِِ
vəl həmdu lillahi və xəyrul əsmai lillah, əşhədu ən lə ilahə illəllah.Həmd Allaha məxsusdur. Adların ən yaxşısı Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur.وَ الْحَمْدُ للهِِ وَ خَيْرُ الاَسْمَاءِ للهِِ، اَشْهَدُ اَنْ لا اِلهَ اِلاَّ اللهُ

Namazı qılıb, qurtardıqdan sonra təqibatla məşğul ol ( yəni, dua və zikr et) və bu barədə Allah Taala buyurubdur: (Ey Peyğəmbər, elə ki (dinin təbliğindən) azad oldun, qalx (namaz qıl, dua et və s.). Və ancaq Rəbbinə tərəf yönəl!(فَإِذَا فَرَغْتَ فَانصَبْ وَإِلَى رَبِّكَ فَارْغَبْ)
Bu ayənin təfsirində deyilir ki, namazı qılıb qurtardıqdan sonra çoxlu dua et və Rəbbinə tərəf yönəl. Hacətlərini yalnız Ondan istə və Ondan qeyrisindən ümidini üz. Həzrət Əmiril-möminin Əli (ə) buyurubdur: “Namazını qılıb, qurtaran şəxs əllərini səmaya tərəf açsın və dua etsin.” Hədislərimizdə deyilir ki, namazdan sonra dua və zikr etmək ruzini çoxaldır və bu şəxsin imanının əlamətidir. Habelə, Allahı zikr etdiyi müddət ərzində bu şəxsə namaz savabı yazılar və vacib namazlardan sonra dua və zikr etməyin savabı, müstəhəb namazlardan sonra dua və zikr etməyin savabından daha çoxdur.
Əllamə Məclisi buyurur: “Namazın təqibatı dedikdə, xalq arasında, namazdan sonra Quran oxumaq, dua və zikr etmək başa düşülür. Müstəhəbdir ki, namazın təqibatı ilə dəstəmazlı və üzü qibləyə tərəf oturmuş halda məşğul olasınız. Daha yaxşı olar ki, təşəhhüd dedikdə oturduğunuz qaydada əyləşəsiniz. Təqibat vaxtı, xüsusilə də şam namazından sonra artıq söz danışmamaq tövsiyə olunur. Bəzilərinin əqidəsinə görə isə təqibatda da namazın bütün şərtlərinə riayət etmək lazımdır. Lakin hədislərimizdən belə aydın olur ki, hər bir halda, hətta yol gedə-gedə də namazdan sonra Quran oxumaq, dua və zikr etməyin böyük savabı vardır.

Читайте также: