TAM Bazar ertəsi gününün əməllərindən olan İmam Həsən (ə) və İmam Hüseynin (ə) ziyarəti
Bazar ertəsi — İmam Həsən və İmam Hüseyn ələyhimussəlamların günləridir. Əvvəlcə İmam Həsən (ə) xitabən de[1]:
Bazar ertəsi İmam Həsən (ə) ziyarəti
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə yəbnə rəsuli rəbbil aləmin, | Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ رَبِّ الْعَالَمِينَ |
| əssəlamu ələykə yəbnə Əmiril mu`minin, | Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykə yəbnə Fatimətəz-Zəhra, | Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ |
| əssəlamu ələykə ya həbibəllah, | Salam olsun sənə, ey Allahın dostu! | السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ |
| əssəlamu ələykə ya sifvətəllah, | Salam olsun sənə, ey Allahın bəyəndiyi (xas bəndəsi)! | السَّلامُ عَلَيْكَ يَا صِفْوَةَ اللَّهِ |
| əssəlamu ələykə ya əminəllah, | Salam olsun sənə, ey Allahın əmanətdarı! | السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ |
| əssəlamu ələykə ya huccətəllah, | Salam olsun sənə, ey Allahın höccəti! | السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ |
| əssəlamu ələykə ya nurəllah, | Salam olsun sənə, ey Allahın nuru! | السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ |
| əssəlamu ələykə ya siratəllah, | Salam olsun sənə, ey Allahın doğru yolu! | السَّلامُ عَلَيْكَ يَا صِرَاطَ اللَّهِ |
| əssəlamu ələykə ya bəyanə hukmillah, | Salam olsun sənə, ey Allahın hökmünü bəyan edən! | السَّلامُ عَلَيْكَ يَا بَيَانَ حُكْمِ اللَّهِ |
| əssəlamu ələykə ya nasirə dinillah, | Salam olsun sənə, ey Allahın dininin köməkçisi! | السَّلامُ عَلَيْكَ يَا نَاصِرَ دِينِ اللَّهِ |
| əssəlamu ələykə əyyuhəs səyyiduz-zəkiyy, | Salam olsun sənə, ey (hər bir eyibdən) pak olan sərvər! | السَّلامُ عَلَيْكَ أَيُّهَا السَّيِّدُ الزَّكِيُّ |
| əssəlamu ələykə əyyuhəl bərrul vəfiyy, | Salam olsun sənə, ey vəfalı xeyirxah! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْبَرُّ الْوَفِيُّ |
| əssəlamu ələykə əyyuhəl qaimul əmin, | Salam olsun sənə, ey (Allahın əmrlərini) bərpa edən və əmanətdar! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْقَائِمُ الْأَمِينُ |
| əssəlamu ələykə əyyuhəl alimu bit tə`vil, | Salam olsun sənə, ey Quranın təvilini bilən! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَالِمُ بِالتَّأْوِيلِ |
| əssəlamu ələykə əyyuhəl hadil Məhdi, | Salam olsun sənə, ey hidayət edən və hidayət olunmuş! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْهَادِي |
| əssəlamu ələykə əyyuhət tahiruz zəkiyy, | Salam olsun sənə, ey hər bir eyibdən pak və uzaq olan! | الْمَهْدِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الطَّاهِرُ الزَّكِيُّ |
| əssəlamu ələykə əyyuhət təqiyy, | Salam olsun sənə, ey təqvalı və iffətli! | السَّلامُ عَلَيْكَ أَيُّهَا التَّقِيُّ النَّقِيُّ |
| əssəlamu ələykə əyyuhəl həqqul həqiq. | Salam olsun sənə, ey layiqli haqq və həqiqət! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْحَقُّ الْحَقِيقُ |
| əssəlamu ələykə əyyuhəş şəhidus siddiq, | Salam olsun sənə, ey doğru danışan şəhid! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الشَّهِيدُ الصِّدِّيقُ |
| əssəlamu ələykə ya əba Muhəmmədinil Həsənibni Əliyy, və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey Əbu Məhəmməd Həsən ibn Əli! Allahın rəhməti və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ بْنَ عَلِيٍّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra İmam Hüseyn (ə) xitabən[2] de:
Bazar ertəsi İmam Hüseyn (ə) ziyarəti
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə yəbnə rəsulillah, | Salam olsun sənə, ey Rəsulullahın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə Əmiril mu`mini, | Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykə yəbnə səyyidəti nisail aləmin, | Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvərinin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ |
| əşhədu ənnəkə əqəmtəs səlatə və atəytəz zəkatə | Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, | أَشْهَدُ أَنَّكَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ |
| və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, | yaxşılığa əmr etdin, pislikdən çəkindirdin, | وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ |
| və əbədtəllahə muxlisa, və cahədtə fillahi həqqə cihadihi hətta ətakəl yəqin, | Allaha ixlasla ibadət etdin, Allah yolunda layiqincə mübarizə apardın və nəhayət, “yəqin” (şəhadət) məqamına çatdın. | وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ |
| fəələykəs səlamu minni ma bəqiytu və bəqiyəl ləylu vən nəhar, və əla ali bəytikət təyyibinət tahirin, | Belə isə, mən yaşadığım və gecə-gündüz olduğu vaxta qədər mənim salamım olsun sənə və sənin pak-pakizə ailənə! | فَعَلَيْكَ السَّلامُ مِنِّي مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ عَلَى آلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ |
| ənə ya məvlayə məvlən ləkə və liali bəytik, silmun limən saləməkum və hərbun limən harəbəkum, | Ey mənim sərvərim, mən səni və ailəni sevir, sənə təslim olana təsliməm və döyüşənlə döyüşdəyəm. | أَنَا يَا مَوْلايَ مَوْلًى لَكَ وَ لِآلِ بَيْتِكَ سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ |
| mu`minun bisirrikum və cəhrikum və zahirikum və batinikum, | Aşkar və gizli, zahiri və batini işlərinizə iman gətirmişəm. | مُؤْمِنٌ بِسِرِّكُمْ وَ جَهْرِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ |
| ləənəllahu ə`daəkum minəl əvvəlinə vəl axirin, | Allah sizin birinci və sonuncu (bütün) düşmənlərinizə lənət etsin. | لَعَنَ اللَّهُ أَعْدَاءَكُمْ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ |
| və ənə əbrəu iləllahi təala minhum. | Mən uca Allahın dərgahında sizin düşmənlərinizə nifrət edirəm. | وَ أَنَا أَبْرَأُ إِلَى اللَّهِ تَعَالَى مِنْهُمْ |
Sonra hər iki İmama xitabən[3] de:
Bazar ertəsi İmam Həsən və Hüseyn (ə) ziyarəti
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya məvlaya, ya Əba Muhəmməd, | Ey mənim sərvərim, ey Əbu Məhəmməd! | يَا مَوْلايَ يَا أَبَا مُحَمَّدٍ |
| ya məvlaya ya Əba Əbdillah, | Ey mənim sərvərim, ey Əbu Əbdillah! | يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| haza yəvmul isnəyni və huvə yəvmukuma, və bismikuma | Bugün bazar ertəsidir. O, sizin gününüz və sizin adınızadır. | هَذَا يَوْمُ الْإِثْنَيْنِ وَ هُوَ يَوْمُكُمَا وَ بِاسْمِكُمَا |
| və ənə fihi zəyfukuma, fəəzifani və əhsina ziyafəti, fəni`mə mənistuzifə bihi əntuma, | Mən həmin gün sizin qonağınızam, məni qonaqlığa qəbul edin ki, siz qonaqpərvərlərin ən yaxşısısınız. | وَ أَنَا فِيهِ ضَيْفُكُمَا فَأَضِيفَانِي وَ أَحْسِنَا ضِيَافَتِي فَنِعْمَ مَنِ اسْتُضِيفَ بِهِ أَنْتُمَا |
| və ənə fihi min civarikuma, fəəcirani fəinnəkuma mə`murani biz ziyafəti vəl icarəh, | Mən bu gün sizə sığınıram. Mənə sığınacaq verin ki, siz Allah tərəfindən qonaqlıq və sığınacaq verməyə məmursunuz. | وَ أَنَا فِيهِ مِنْ جِوَارِكُمَا فَأَجِيرَانِي فَاِنَّكُمَا مَأْمُورَانِ بِالضِّيَافَةِ وَ الْإِجَارَةِ |
| fəsəlləllahu ələykuma və alikumət təyyibin. | Belə isə, Allahın salamı olsun sizə və sizin pak ailənizə! | فَصَلَّى اللَّهُ عَلَيْكُمَا وَ آلِكُمَا الطَّيِّبِينَ |
Mənbələr:
[1] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 32
Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 213
[2] Seyid ibn Tavus – Cəmalul-usbu, səh 33
Əllamə Məclisi – Biharul-ənvar, c 99, səh 213
[3] Öncəki mənbələr
