Sübh namazının geniş təqibatı.

Print Friendly, PDF & Email

Sübh namazının təqibatı:
Sübh namazının təqibatı başqa namazların təqibatından daha çoxdur. Əlbəttə, hər kəs bu dua, zikr və ziyarətlərdən bacardığını yerinə yetirə bilər.  Sübh namazının təqibatının fəziləti və əhəmiyyəti barədə olan hədislərdən bir neçəsinə nəzər salaq:
1) Əmirəl-möminin Əli (ə) buyurub: “Sübh namazından sonra günəş doğanadək Allahı zikr etmək ruzinin yetişməsində hətta ziyarət səfərindən də çox təsirlidir.”[1]
2) Həzrət Peyğəmbər (s) buyurub: “Hər kim şəfəq doğandan (sübh azanı vaxtından) günəş doğanadək öz namaz məkanında əyləşib namazın təqibatı ilə məşğul olsa, Allah onu cəhənnəm odundan qoruyar.”[2]
3) İmam Baqir (ə) buyurub: “Şeytan öz qoşununu şəfəq (fəcr) doğandan günəş doğanadək yer üzünə yayar. Həmçinin, öz gecə qoşununu günəş qürub edəndən məğrib tərəfdəki qırmızılıq aradan gedənədək yer üzünə səpələyər. Buna görə də Rəsulallah (s) buyurub: “Bu iki vaxtda Allahı çox yad edin, çünki bu iki vaxtda şeytan insana Allahı yad etməyi unutdurur.””[3]
4) Səhih sənədlə nəql olunur ki, İmam Rza (ə) Xorasanda olduğu vaxt sübh namazından sonra günəş doğanadək öz namaz məkanında əyləşər və təqibatı yerinə yetirərdi. Sonra o həzrətin misvaklarını gətirər və o, misvak edib, sonra Quran oxuyardı.[4]
5) Həzrət Peyğəmbər (s) buyurub: “Hər kim sübh namazından sonra öz namaz məkanında əyləşib günəş doğanadək təqibat ilə məşğul olsa və Allahı zikr etsə, həcc savabını qazanar.”[5]
6) Hədisi-qüdsidə oxuyuruq ki, Allah-Təala buyurur: “Ey Adəm övladı! Sübhdən sonra bir saat və əsrdən sonra bir saat Məni yad et ki, sənin bütün işlərinə kifayət edim.”[6]

Sübh namazının təqibatında oxunan dualar, zikrlər və ayələr:
1)
Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Baqir (ə) buyurub: “Hər kim sübh namazından sonra 70 dəfə bu kəlməni deyib bağışlanma diləsə, Allah onu bağışlayar[7]:

Ərəbcəسُبْحَانَ اللهِ الْعَظِیمِ وَ بِحَمْدِهِ، اَسْتَغْفِرُ اللهَ وَ اَسْأَلُهُ مِنْ فَضْلِهِ
TərcüməƏzəmətli Allah pak və münəzzəhdir, Allahdan bağışlanma diləyirəm və Onun fəzlini istəyirəm
TranskripsiyaSubhənallahi əzimi və bi həmdi, əstəğfirullahə və əs`əluhu min fəzlihi

2) Yenə də Şeyx Səduq səhih sənədlə nəql edir ki, Əmirəlmöminin Əli (ə) buyurub: “Hər kim sübh namazından sonra 11 dəfə “Tövhid” surəsini oxusa, o, Şeytanın səyinə baxmayaraq, həmin gün günaha batmaz.”[8]
3) Mərhum Şeyx Kuleyni səhih sənədlə nəql edir ki, İmam Sadiq (ə) buyurub: “Hər kim sübh namazından sonra 100 dəfə bu kəlməni desə, həmin gün xoşagəlməz bir hadisə ilə qarşılaşmaz[9]:
Ərəbcəمَا شَاءَ اللَّهُ كَانَ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
TərcüməAllahın istədiyi mütləq baş verir və uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
TranskripsiyaMaşaəllahu kanə və la həvlə və la quvvətə illa billahil əliyyil əzim.

4) İmam Baqir (ə ) buyurub: “Hər kim fəcr (şəfəq) doğandan sonra “Qədr” surəsini 7 dəfə oxusa, 70 cərgə mələk ona salam deyər və onun üçün 70 dəfə rəhmət diləyərlər.”[10]
5) Nəql olunur ki, bir kişi İmam Musa Kazimin (ə) yanına gəlib iş-gücündən ona şikayətləndi və dedi: “Hansı işə əl atıramsa, bir mənfəət götürə bilmirəm və hansı bir istəyimi həyata keçirməyə çalışıramsa, alınmır (sanki bütün qapılar üzümə bağlanıbdır).” İmam Kazim (ə) ona buyurdu: “Sübh namazından sonra 10 dəfə de:
Ərəbcəسُبْحَانَ اللهِ الْعَظِیمِ وَ بِحَمْدِهِ، اَسْتَغْفِرُ اللهَ وَ اَسْأَلُهُ مِنْ فَضْلِهِ
TərcüməƏzəmətli Allah pak və münəzzəhdir, Allahdan bağışlanma diləyirəm və Onun fəzlini istəyirəm
TranskripsiyaSubhənallahi əzimi və bi həmdi, əstəğfirullahə və əs`əluhu min fəzlihi

O kişi deyir: “Bu əməli yerinə yetirdiyimdən az bir müddət keçmişdi ki, çətinliklərim həll oldu.”[11]
“Usuli-kafi” və “Məkarimul-əxlaq” kitablarında qeyd olunub ki, bir kişi İmam Musa Kazimə (ə) ərz etdi: “Mənə bir dua öyrət ki, həm dünyanı, həm də axirəti (dünya və axirət xeyrini və xoşbəxtliyini) mənə nəsib etsin, eyni zamanda qısa və asan olsun.” O həzrət yuxarıdakı duanı ona öyrətdi və buyurdu ki, sübh namazından sonra günəş doğanadək onu oxu. O kişi də İmamın (ə) buyurduğu kimi etdi və bir müddət sonra vəziyyəti düzəldi.[12]
6) Abdullah ibn Sinan nəql edir: Mən İmam Sadiqin (ə) yanına getmişdim. O həzrət mənə buyurdu: “İstəyirsənmi, sənə bir dua öyrədim ki, onu oxumaqla Allah sənin borcunu ödəsin və durumun yaxşılaşsın?” Mən dedim: “Əgər bilsəniz, mənim bu duaya nə qədər ehtiyacım vardır.” İmam Sadiq (ə) buyurdu: “Sübh namazından sonra de[13]:
TranskripsiyaTərcüməƏrəbcə
Təvəkkəltu ələl həyyil qəyyumilləzi lə yəmut, vəlhəmdu lilləhilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk və ləm yəkun ləhu vəliyyən minəzzull və kəbbirhu təkbira.Heç zaman ölməyən diri və daimiyə təvəkkül etdim. Həmd-səna o Allaha məxsusdur ki, Özünə övlad götürməmişdir, hökmdarlıqda şəriki yoxdur, zəif və aciz olmadığından hamiyə ehtiyacı yoxdur. Onu çox-çox uca tut.
تَوَکَّلْتُ عَلَى الْحَىِّ الْقَیُّومِ الَّذِى لَا یَمُوتُ، وَ الْحَمْدُ لِلَّهِ الَّذِى لَمْ یَتَّخِذْ وَلَدًا، وَ لَمْ یَکُنْ لَهُ شَرِیکٌ فِى الْمُلْکِ، وَ لَمْ یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَ کَبِّرْهُ تَکْبِیرًا
Allahummə inni əuzu bikə minəl bu’si vəl fəqr və min ğələbətiddəyni vəssuqm və əs’əlukə ən tu’inəni alə ədəi həqqikə iləykə və ilənnas.Ey Allahım, çarəsizlikdən və yoxsulluqdan, borcun və xəstəliyin üstün gəlməsindən Sənə pənah aparıram; Səndən istəyirəm ki, Sənin və insanların haqqını verməkdə mənə kömək olasan.اَللَّهُمَّ اِنِّى اَعُوذُ بِکَ مِنَ الْبُؤْسِ وَ الْفَقْرِ، وَ مِنْ غَلَبَةِ الدَّیْنِ وَ السُّقْمِ؛ وَ اَسْئَلُکَ اَنْ تُعِینَنِى عَلَىٰ اَدَآءِ حَقِّکَ اِلَیْکَ وَ اِلَى النَّاسِ

7) Əllamə Məclisi yazır: Mərhum Təbərsi, Kəf`əmi və başqaları nəql edirlər ki, Həzrət Rəsulallah (s) öz səhabələrinə buyurdu: “Hər sübh və şam Allah dərgahından əhd ala bilmirsinizmi?” Səhabələr soruşdular: “Necə əhd alaq?” O həzrət buyurdu: “Kim bu duanı oxusa, bu duanı möhürləyər və ilahi ərşin altına qoyarlar. Qiyamət günü olduqda carçı car çəkər: “Rəhman Allahın yanında əhdi olanlar haradadırlar?” Kim bu duanı oxuyubsa, bu əhdi ona verərlər və o, bu əhdnamə ilə Cənnətə daxil olar.”[14]
Mərhum Şeyx Tusi bu duanı (əhdnaməni) sübh namazının təqibatında qeyd etmişdir[15]:

Təqibat_sübh_26

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə fatirəs səmavati vəl ərz, `əliməl ğəybi vəşşəhadəti, ərrəhmanur rəhim. Ey Allahım, ey göyləri və yeri vücuda gətirən, ey qeybi (gizlini) və şəhadəti (aşkarı) bilən, ey Rəhman və Rəhim! اَللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَ الْاَرْضِ، عَالِمَ الْغَیْبِ وَ الشَّهَادَةِ، اَلرَّحْمٰنَ الرَّحِیمَ
Ə`hədu iləykə fi həzihid dünya, ənnəkə əntəllahu lə şəriykə lənə və ənnə Muhəmmədən salləllahu `ələyhi və alihi `əbdukə və rəsulukə.Bu dünyada Səninlə əhd bağlayıram ki, Sən o Allahsan ki, Səndən qeyri İlah yoxdur, yeganəsən və şərikin yoxdur; Muhəmməd – Allahın salamı olsun ona və Əhlibeytinə – Sənin bəndən və elçindir.اَعْهَدُ اِلَیْکَ فِى هٰذِهِ الدُّنْیَا، اَنَّکَ اَنْتَ اللهُ لَا اِلٰهَ اِلَّا اَنْتَ، وَحْدَکَ لَا شَرِیکَ لَکَ؛ وَ اَنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَیْهِ وَ اٰلِهِ، عَبْدُکَ وَ رَسُولُکَ
Əllahummə fəsalli `əla Muhəmmədin və alihi vəla təkilni ila nəfsi tərfətə `əyni əbədən vəla ila əhədin min xəlqikə fə ənnəkə in vəkəltəni iləyhə tubə`idni minəl xəyri və tuqərribni minəl şərri.Ey Allahım, Muhəmmədə və onun Əhlibeytinə salam göndər, məni heç vaxt bir göz qırpımı qədər belə öz başıma buraxma və məxluqatından heç birinə tapşırma; çünki əgər məni onlara tapşırsan, məni xeyirdən uzaqlaşdırmış və şərə yaxınlaşdırmış olarsan.اَللَّهُمَّ فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ لَا تَکِلْنِى اِلَىٰ نَفْسِى طَرْفَةَ عَیْنٍ اَبَدًا، وَ لَا اِلَىٰ اَحَدٍ مِنْ خَلْقِکَ؛ فَاِنَّکَ اِنْ وَکَلْتَنِى اِلَیْهَا تُبَاعِدْنى مِنَ الْخَیْرِ، وَ تُقَرِّبْنِى مِنَ الشَّرِّ
Əy Rəbbi, la əsiqu illə birəhmətikə fəsalli əla Muhəmmədin və alihit təyyibinə vəc`əl li indəkə `əhdən tuəddihi iləyyə yə`vməl qiyaməti innəkə lə tixliful mi`əd.Ey Rəbbim, mənim Sənin rəhmətindən başqa heç nəyə güvənim yoxdur, elə isə, Muhəmmədə və onun pak Əhlibeytinə salam göndər, Öz yanında mənim üçün bir əhd-peyman qərar ver ki, Qiyamət günü onu mənə qaytarasan, çünki Sən vədinə xilaf çıxmarsan.اَىْ رَبِّ، لَا اَثِقُ اِلَّا بِرَحْمَتِکَ، فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّیِّبِینَ، وَ اجْعَلْ لِى عِنْدَکَ عَهْدًا تُؤَدِّیهِ اِلَىَّ یَوْمَ الْقِیَامَةِ، اِنَّکَ لَا تُخْلِفُ الْمِیعَادَ

8) Hədisdə buyurulur ki, hər kim sübh namazından sonra 100 dəfə bu salavat desə, Allah onu cəhənnəm odundan qoruyar[16]        
9)
10 dəfə bu salavatı[17] de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, əl əvsiyair razinəl mərziyyin biəfzəli səlavatik, və barik ələyhim biəfzəli bərəkatik, vəs səlamu ələyhim və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh. İlahi, Muhəmməd və onun Əhlibeytinə – sevimli və bəyənilmiş vəsilərinə salavat göndər, onlara, onların ruh və bədənlərinə ən yaxşı salavatını, ən yaxşı bərəkətini və salamını göndər! Allahı rəhmət və bərəkəti onlara olsun.اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَوْصِيَاءِ الرَّاضِينَ الْمَرْضِيِّينَ بِأَفْضَلِ صَلَوَاتِكَ وَ بَارِكْ عَلَيْهِمْ بِأَفْضَلِ بَرَكَاتِكَ وَ السَّلامُ عَلَيْهِمْ وَ عَلَى أَرْوَاحِهِمْ وَ أَجْسَادِهِمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ
Bu salavat, cümə günü axşam çağı da oxunur və onun çoxlu fəziləti vardır.
10) Cümə günü zöhr və əsr namazlarından sonra oxunan bu salavatı[18] Şeyx Tusi sübh namazının təqibatında qeyd etmişdir[19]:
Ərəbcəاللَّهُمَّ أَحْيِنِي عَلَى مَا أَحْيَيْتَ عَلَيْهِ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ وَ أَمِتْنِي عَلَى مَا مَاتَ عَلَيْهِ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ عليه السلام
Tərcüməİlahi, Əli ibn Əbu Talibi diri saxladığınla məni də diri saxla, Əli ibn Əbu Talibi öldürdüyünlə məni də öldür.
TranskripsiyaƏllahummə əhyini əla ma əhyəytə ələyhi Əliyyəbnə Əbi Talib, və əmitni əla ma matə ələyhi Əliyyubnu Əbi Talibin ələyhis salam.

11) Sonra de[20]:

Təqibat_sübh_13

TranskripsiyaTərcüməƏrəbcə
Əsbəhtullahummə mu`təsimən bizimamikəl məniilləzi la yutavəlu və la yuhavəl, min şərri kulli ğaşimin və tariq, min sairi mən xələqt, və ma xələqtə min xəlqikəs samiti vən natiq, fi cunnətin min kulli məxuf, bilibasin sabiğətin vəlai əhli bəyti nəbiyyik, muhtəcibən min kulli qasidin li ila əziyyətin bicidarin həsin, əl ixlasi fil i`tirafi bihəqqihim, vət təməssuki bihəblihim, muqinən ənnəl həqqə ləhum və məəhum və fihim və bihim, uvali mən valəv, və ucanibu mən canəbu, Fəəiznillahummə bihim min şərri kulli ma əttəqih, ya əzimu həcəztul əadiyə ənni bibədiis səmavati vəl ərz, inna cəəlna min bəyni əydihim səddən və min xəlfihim sədda, fəəğşəynahum fəhum la yubsirun.İlahi! Sənin pənahında səhərimi oğru və qarətçinin, habelə yaratdığın danışan və danışmayan varlıqların şərindən amanda qalaraq açdım. Səhərimi bütün qorxunc şeylərdən qoruyan sipərinə sığınaraq və Peyğəmbərinin əhli-beytini ürək dolusu ilə sevməklə açdım. Səhərimi mənə əziyyət etmək istəyən hər bir təcavüzkarın təcavüzündən qorunub, ixlasla əhatə olunan qalana sığınaraq açdım. Səhərimi Əhli-beytə olan sevgi və haqqın onlarla və onların davamçısı olmağıma yəqinlik hasil etməklə açdım. Onların sevdiklərini sevəcək, uzaq olduqları hər bir şeydən uzaq olacağam. Elə isə onlarla birgə uzaq olacağım hər bir şeydən mənə pənah ver, ey böyük Allah! Yer və göyləri yoxdan yaradan varlığının vasitəsilə düşmənlərimi özümdən uzaq etdim. (Necə ki, Quranda buyurursan:) “Biz onların boyunlarına dəmir həlqələr keçirtmişik. Həlqələr onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir.”أَصْبَحْتُ اللَّهُمَّ مُعْتَصِما بِذِمَامِكَ الْمَنِيعِ الَّذِي لا يُطَاوَلُ وَ لا يُحَاوَلُ مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ مِنْ سَائِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ فِي جُنَّةٍ مِنْ كُلِّ مَخُوفٍ بِلِبَاسٍ سَابِغَةٍ وَلاءِ أَهْلِ بَيْتِ نَبِيِّكَ مُحْتَجِبا مِنْ كُلِّ قَاصِدٍ لِي إِلَى أَذِيَّةٍ بِجِدَارٍ حَصِينٍ الْإِخْلاصِ فِي الاعْتِرَافِ بِحَقِّهِمْ وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ مُوقِنا أَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ وَ فِيهِمْ وَ بِهِمْ أُوَالِي مَنْ وَالَوْا وَ أُجَانِبُ مَنْ جَانَبُوا فَأَعِذْنِي اللَّهُمَّ بِهِمْ مِنْ شَرِّ كُلِّ مَا أَتَّقِيهِ يَا عَظِيمُ حَجَزْتُ الْأَعَادِيَ عَنِّي بِبَدِيعِ السَّمَاوَاتِ وَ الْأَرْضِ اِنَّا جَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدّا وَ مِنْ خَلْفِهِمْ سَدّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لا يُبْصِرُونَ

Bu duanı hər sübh və şam oxuya bilərsən. Bu dua Əmirəl-möminin Əlinin (ə) “Ləylətul-məbit”də (o gecə ki, Həzrət Peyğəmbər (s) Məkkə müşriklərinin əlindən Mədinəyə hicrət etdi, Həzrət Əli (ə) isə onun yatağında yatdı) oxuduğu duadır.[21]
12) İmam Rza (ə) buyurub: “Hər kim sübh namazından sonra bu zikri 100 dəfə desə, bilsin ki, bu zikr “ismi-əzəm”ə gözün qarasının onun ağına yaxınlığından daha yaxındır[22]:
Ərəbcəبِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيم
TərcüməBağışlayan və mehriban Allahın adi ilə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
TranskripsiyaBismillahir rəhmanir rəhim, la həlvə və la quvvətə illa billahil əliyyil əzim.

13) İmam Sadiq (ə) buyurub: “Bu duanı dünya və axirət işləri üçün, göz ağrısının aradan qalxması üçün sübh və məğrib namazından sonra oxuyun[23]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ələykə salli əla Muhəmmədin və ali Muhəmməd,İlahi, Muhəmməd və onun Əhlibeytinin Sənin üzərində olan haqqına Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə salam yetir, اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ عَلَيْكَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
vəc`əlin nurə fi bəsəri, vəl bəsi-rətə fi dini, vəl yəqinə fi qəlbi, vəl ixlasə fi əməli, vəs səlamətə fi nəfsi, vəs səətə fi rizqi, vəş şukrə ləkə əbədən ma əbqəytəni.gözümə nur, dinimə bəsirət, ürəyimə yəqin, əməlimə ixlas, bədənimə sağlamlıq, ruzimə firavanlıq nəsib et və məni yaşatdığın müddətə qədər Sənə şükür etməyə müvəffəq et!وَ اجْعَلِ النُّورَ فِي بَصَرِي وَ الْبَصِيرَةَ فِي دِينِي وَ الْيَقِينَ فِي قَلْبِي وَ الْإِخْلاصَ فِي عَمَلِي وَ السَّلامَةَ فِي نَفْسِي وَ السَّعَةَ فِي رِزْقِي وَ الشُّكْرَ لَكَ أَبَدا مَا أَبْقَيْتَنِي

14) Hədislərin birində İmam Məhəmməd Təqi (ə) buyurub: “Hər kim sübh namazından sonra bu duanı oxusa, Allahdan öz istəklərini asanlıqla alar və o, nəyi istəsə, Allah onu həyata keçirər.” [24]
Bu dua belədir:

Təqibat_sübh_17

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və salləllahu əla Muhəmmədin və alih, və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil ibad, fəvəqahullahu səyyiati ma məkəru, la ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl ğəmm, və kəzalikə nuncil mu`minin, həsbunəllahu və ni`məl vəkil, fənqələbu bini`mətin minəllahi və fəzlin ləm yəmsəshum su, ma şaəllahu la həvlə və la quvvətə illa billah, ma şaəllahu la ma şaən nas, ma şaəllahu və in kərihən nas, həsbiyər rəbbu minəl mərbubin, həsbiyəl xaliqu minəl məxluqin, həsbiyər raziqu minəl mərzuqin, həsbi-yəllahu rəbbul aləmin, həsbi mən huvə həsbi, həsbi mən ləm yəzəl həsbi, həsbi mən kanə muz kuntu ləm yəzəl həsbi, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim.Allahın adı ilə! Allahın salamı Muhəmməd və onun Əhlibeytinə olsun. Mən işimi Allaha tapşırıram, şübhəsiz ki, Allah bəndələrin işlərini görəndir. “Allah onu, onların (Fironun tərəfdarlarının hiyləsindən) qorudu.” Səndən başqa məbud yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan. Həqiqətən, mən nəfsimə zülm edənlərdən oldum. “Biz də onun duasını qəbul etdik və onu kədərdən qurtardıq. Biz möminlərə belə nicat verərik. Allah bizə bəs edər və O, nə gözəl vəkildir. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular.” Allahın istədiyi olar. Allahdan başqa güc və qüdrət yoxdur. İnsanların istədiyi yox, Allahın istədiyi olar. İnsanların xoşuna gəlməsə də, Allahın istədiyi olar! Bəndələrin yerinə Rəbbim mənə bəs edər, yaradılmışların yerinə Yaradan mənə bəs edər, ruzi yeyənlərin yerinə ruzi verən mənə bəs edər, aləmlərin rəbbi olan Allah mənə bəs edər, mənə bəs olan bəs edər, əzəldən bəri mənə bəs olan bəs edər, var olduğum gündən bəri həmişə mənə bəs olan bəs edər. Ondan başqa məbud olmayan Allah mənə bəs edər. Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir!بِسْمِ اللَّهِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ اِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَكِيلُ فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَ فَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ مَا شَاءَ اللَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ مَا شَاءَ اللَّهُ لا مَا شَاءَ النَّاسُ مَا شَاءَ اللَّهُ وَ إِنْ كَرِهَ النَّاسُ حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوبِينَ حَسْبِيَ الْخَالِقُ مِنَ الْمَخْلُوقِينَ حَسْبِيَ الرَّازِقُ مِنَ الْمَرْزُوقِينَ حَسْبِيَ اللَّهُ رَبُّ الْعَالَمِينَ حَسْبِي مَنْ هُوَ حَسْبِي حَسْبِي مَنْ لَمْ يَزَلْ حَسْبِي حَسْبِي مَنْ كَانَ مُذْ كُنْتُ لَمْ يَزَلْ حَسْبِي حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

15) Mərhum Hacı Nuri “Darus-səlam” adlı kitabında ustadı Hacı Molla Fəthəli Sultanabadinin belə dediyini yazır:
Axund Molla Məhəmmədsadiq Əraqi çətinlik içində idi və çətinlikləri aradan qalxmırdı. Bir gün o, yuxuda görür ki, bir yerdə böyük xeymə qurulub. Soruşur ki, bu kimin xeyməsidir. Ona deyirlər ki, bu, etibarlı sığınacaq və çarəsizlərin harayına çatan Həzrət Mehdinin (ə.f) xeyməsidir. Molla Məhəmmədsadiq Əraqi tez-tələsik o həzrətin yanına gedir və məişət çətinliklərini ona söyləyir. O həzrətdən çətinliklərinin və qəm-qüssəsinin aradan qalxması üçün ona bir dua təlim etməsini istəyir. O həzrət isə onu bir seyidin əyləşdiyi xeyməyə yollayır.
Molla Məhəmmədsadiq Əraqi o həzrətin hüzurundan xaric olub onun göstərdiyi xeyməyə daxil olur. Görür ki, böyük alim Seyid Məhəmməd Sultanabadi həmin xeymədə öz səccadəsində əyləşmiş, dua və zikrlə məşğuldur. O, Seyid Məhəmməd Sultanabadiyə salam verir və öz vəziyyətini ona danışır. Seyid də ona çətinliklərinin aradan qalxması və ruzinin artması üçün bir dua öyrədir.
Mərhum Axund Molla Məhəmmədsadiq Əraqi yuxudan oyanır və görür ki, həmin dua onun yadındadır. Bu yuxunu görməmişdən qabaq onun Seyid Məhəmməd Sultanabadi ilə arası yox idi, lakin bu yuxudan sonra onun yanına gedir. Onu elə yuxuda gördüyü vəziyyətdə görür. Görür ki, Seyid öz namaz məkanında əyləşib zikr və istiğfar ilə məşğuldur. O, Seyidə salam verir və Seyid onun salamına cavab verir. Sonra əhvalatdan xəbərdar imiş kimi gülümsəyir. Axund çətinliklərinin həlli üçün ondan bir dua istəyir, Seyid də yuxuda ona öyrətdiyi duanı oxuyur.
Axund Molla Məhəmmədsadiq həmin duanı oxuyur və az bir müddət ərzində məişət çətinlikləri həll olur.
Həmin dua belədir:
a) Fəcr doğandan sonra əlini sinənə qoy və 70 dəfə de: يَا فَتَّاح «Ya Fəttah» (Ey işlərin düyününü açan),
b) “Usuli-kafi”də çətinliklərin həlli və xəstələrin şəfası üçün qeyd olunan bu duanı[25] oxu:
TranskripsiyaTərcüməƏrəbcə
La həvlə və la quvvətə illa billah, təvəkkəltu ələl həyyilləzi la yəmut, vəl həmdu lillahilləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zulli və kəbbirhu təkbira.Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ تَوَكَّلْتُ عَلَى الْحَيِّ الَّذِي لا يَمُوتُ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا

c) Sübh namazından sonra bir qədər əvvəl qeyd etdiyimiz bu duanı oxu:

Təqibat_sübh_17

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahi və salləllahu əla Muhəmmədin və alih, və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil ibad, fəvəqahullahu səyyiati ma məkəru, la ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl ğəmm, və kəzalikə nuncil mu`minin, həsbunəllahu və ni`məl vəkil, fənqələbu bini`mətin minəllahi və fəzlin ləm yəmsəshum su, ma şaəllahu la həvlə və la quvvətə illa billah, ma şaəllahu la ma şaən nas, ma şaəllahu və in kərihən nas, həsbiyər rəbbu minəl mərbubin, həsbiyəl xaliqu minəl məxluqin, həsbiyər raziqu minəl mərzuqin, həsbi-yəllahu rəbbul aləmin, həsbi mən huvə həsbi, həsbi mən ləm yəzəl həsbi, həsbi mən kanə muz kuntu ləm yəzəl həsbi, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim.Allahın adı ilə! Allahın salamı Muhəmməd və onun Əhlibeytinə olsun. Mən işimi Allaha tapşırıram, şübhəsiz ki, Allah bəndələrin işlərini görəndir. “Allah onu, onların (Fironun tərəfdarlarının hiyləsindən) qorudu.” Səndən başqa məbud yoxdur. Sən bütün eyiblərdən pak və uzaqsan. Həqiqətən, mən nəfsimə zülm edənlərdən oldum. “Biz də onun duasını qəbul etdik və onu kədərdən qurtardıq. Biz möminlərə belə nicat verərik. Allah bizə bəs edər və O, nə gözəl vəkildir. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular.” Allahın istədiyi olar. Allahdan başqa güc və qüdrət yoxdur. İnsanların istədiyi yox, Allahın istədiyi olar. İnsanların xoşuna gəlməsə də, Allahın istədiyi olar! Bəndələrin yerinə Rəbbim mənə bəs edər, yaradılmışların yerinə Yaradan mənə bəs edər, ruzi yeyənlərin yerinə ruzi verən mənə bəs edər, aləmlərin rəbbi olan Allah mənə bəs edər, mənə bəs olan bəs edər, əzəldən bəri mənə bəs olan bəs edər, var olduğum gündən bəri həmişə mənə bəs olan bəs edər. Ondan başqa məbud olmayan Allah mənə bəs edər. Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir!بِسْمِ اللَّهِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ اِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ حَسْبُنَا اللَّهُ وَ نِعْمَ الْوَكِيلُ فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَ فَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ مَا شَاءَ اللَّهُ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ مَا شَاءَ اللَّهُ لا مَا شَاءَ النَّاسُ مَا شَاءَ اللَّهُ وَ إِنْ كَرِهَ النَّاسُ حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوبِينَ حَسْبِيَ الْخَالِقُ مِنَ الْمَخْلُوقِينَ حَسْبِيَ الرَّازِقُ مِنَ الْمَرْزُوقِينَ حَسْبِيَ اللَّهُ رَبُّ الْعَالَمِينَ حَسْبِي مَنْ هُوَ حَسْبِي حَسْبِي مَنْ لَمْ يَزَلْ حَسْبِي حَسْبِي مَنْ كَانَ مُذْ كُنْتُ لَمْ يَزَلْ حَسْبِي حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

Mənbələr:
[1] Rəziyəddin Təbərsi — Məkarimul-əxlaq, səh 305
[2] Rəziyəddin Təbərsi — Məkarimul-əxlaq, səh 305,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 129, hədis 2
[3] Şeyx Bəhai — Miftahul-fəllah, səh 252
[4] Şeyx Səduq — Fəqih, c 1, səh 504, hədis 1451
[5] Şeyx Tusi — Təhzib, c 2, səh 137, hədis 303
[6] Şeyx Tusi — Təhzib, c.2, səh 329, hədis 965
[7] Şeyx Səduq — Səvabul-ə`mal, səh 165,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 134, hədis 15
[8] Şeyx Səduq — Səvabul-ə`mal, səh 45,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 135, hədis 18
[9] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 530, hədis 24
[10] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 161, hədis 40
[11] İbn Fəhd Hilli — İddətud-da`i, səh 266,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 130, hədis 5
[12] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 550, hədis 12,
Rəziyəddin Təbərsi — Məkarimul-əxlaq, səh 283
[13] Məhəmməd ibn Məsud Əyaşi — Əyaşinin təfsiri, c 2, səh 320, hədis 182,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 132, hədis 8
[14] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 152, hədis 35
[15] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 214,
Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 53 (cüzü fərqlə)
[16] Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 133, hədis 10
[17] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 207
[18] Həsən Deyləmi — İ`lamud-din, səh 366
[19] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 207
[20] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 212,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 148, hədis 31
[21] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 27
[22] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 316,
Əllamə Məclisi — Biharul-ənvar, c 83, səh 162, hədis 41
[23] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 549, hədis 11
[24] Şeyx Bəhai — Miftahul-fəllah, səh 84,
Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 547, hədis 6 (cüzi fərqlə)
[25] Şeyx Kuleyni — Usuli-kafi, c 2, səh 551, hədis 3

Читайте также: