Dua: Zindandan azad olmaq üçün namaz və dualar

Print Friendly, PDF & Email

1) Seyid ibn Tavus «Muhəcud-də`əvat» kitabında nəql edir: Rəvayət olunur ki, bir nəfər uzun müddət Şamda zindanda idi. Bir gecə o, Xanım Fatimeyi Zəhranı (s.ə) yuxuda görür və xanım ona buyurur: «Bu duanı oxu.» Bu şəxs də o duanı yadda saxlayıb oxuyur və çox keçmir ki, zindandan azad olur. Dua[1] budur:

TranskripsiyaTərcüməƏrəbcə
TƏRCÜMƏ KULLİYATİNDİREy Allahım, ərşin haqqına və onun fövqündə olana xatir, vəhyin haqqına və onu nazil edənə xatir, Peyğəmbərin haqqına və onu peyğəmbər göndərənə xatir, “Evin” (Allah evinin) haqqına və onu inşa edənə xatir, ey hər səsi eşidən, ey əldən çıxanları cəm edən, ey öldükdən sonra insanları dirildən, Muhəmmədə və onun Əhlibeytinə salam göndər, mənə və şərq və qərbdə olan bütün mömin və möminələrə Öz tərəfindən təcili fərəc (asanlıq və qurtuluş) əta et; “Allahdan qeyri İlah yoxdur və Muhəmməd Sənin bəndən və elçindir” şəhadətinə xatir, Allahın çoxlu salamı olsun ona (Muhəmmədə) və onun xanidanına, onun pak və pakizə zürriyyəsinə.اَللَّهُمَّ بِحَقِّ الْعَرْشِ وَ مَنْ عَلَاهُ، وَ بِحَقِّ الْوَحْىِ وَ مَنْ اَوْحَاهُ، وَ بِحَقِّ النَّبِىِّ وَ مَنْ نَبَّأَهُ، وَ بِحَقِّ الْبَیْتِ وَ مَنْ بَنَاهُ، یَا سَامِعَ کُلِّ صَوْتٍ، یَا جَامِعَ کُلِّ فَوْتٍ، یَا بَارِئَ النُّفُوسِ بَعْدَ الْمَوْتِ، صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اَهْلِ بَیْتِهِ، و اٰتِنَا وَ جَمِیعَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ فِى مَشَارِقِ الْاَرْضِ وَ مَغَارِبِهَا، فَرَجًا مِنْ عِنْدِکَ عَاجِلًا، بِشَهَادَةِ اَنْ لَا اِلٰهَ اِلَّا اللهُ، وَ اَنَّ مُحَمَّدًا عَبْدُکَ وَ رَسُولُکَ، صَلَّى اللهُ عَلَیْهِ وَ اٰلِهِ، وَ عَلَىٰ ذُرِّیَّتِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ، وَ سَلَّمَ تَسْلِیمًا کَثِیرًا

2) İmam Musa ibn Cəfər (ə) Harunun zindanından xilas olmaq üçün 4 rəkət namaz qıldı, sonra  bu duanı oxudu:
TranskripsiyaTərcüməƏrəbcə
TƏRCÜMƏ KULLİYATINDIREy Ağam, mənə Harunun zindanından nicat ver və məni onun əlindən xilas et. Ey ağacı qum, gil və suyun arasından xilas edən! Ey südü ifrazatın və qanın arasından xilas edən! Ey uşağı cift və uşaqlığın arasından xilas edən! Ey odu dəmirin və daşın arasından xilas edən! Ey ruhu daxili əzaların arasından xilas edən! Məni Harunun əlindən xilas et.یَا سَیِّدِی نَجِّنِی مِنْ حَبْسِ هَارُونَ، وَ خَلِّصْنِی مِنْ یَدِهِ. یَا مُخَلِّصَ الشَّجَرِ مِنْ بَیْنِ رَمْلٍ وَ طِینٍ وَ مَآءٍ! وَ یَا مُخَلِّصَ اللَّبَنِ مِنْ بَیْنِ فَرْثٍ وَ دَمٍ! وَ یَا مُخَلِّصَ الْوَلَدِ مِنْ بَیْنِ مَشِیمَةٍ وَ رَحِمٍ! وَ یَا مُخَلِّصَ النَّارِ مِنْ بَیْنِ الْحَدِیدِ وَ الْحَجَرِ! وَ یَا مُخَلِّصَ الرُّوحِ مِنْ بَیْنَ الْاَحْشَآءِ وَ الْاَمْعَآءِ! خَلِّصْنِى مِنْ یَدَىْ هَارُونَ
İmam Musa Kazim (ə) Harunun (lən) zindanında bu duanı oxuduqdan sonra Harun (lən) qorxulu yuxu görür və bərk qorxur. Buna görə də əmr verir ki, İmamı (ə) hörmətlə zindandan azad etsinlər. (Bu, o həzrətin şəhid edildiyi axırıncı həbsi deyildi).[2]

Mənbələr:
[1] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 142,
Əllamə Məclisi — Biharul-ənvar, cəh 92, səh 203, hədis 36
[2] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 1, səh 93, hədis 13,
Əllamə Məclisi — Biharul-ənvar, c 48, səh 219, hədis 20

Читайте также: