TAM Mübarək Ramazan ayının gündüzlərinin məxsus duaları
İbni Abbas belə rəvayət edir: «Peyğəmbər, Ramazan ayının günlərinin orucu üçün çoxlu fəzilət buyurmuşdur və hər gün üçün xüsusi dua yüksək fəzilət və savabla zikr etmişdir». Biz ancaq duanın özünü gətiririk.[1]
1-ci günün duası:
| Ərəbcə | اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ |
| Tərcümə | İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən! |
| Transkripsiya | Əllahumməc`əl siyami fihi siyaməs saimin, və qiyami fihi qiyaməl qaimin, və nəbbihni fihi ən nəvmətil ğafilin, və həb li curmi fihi ya ilahəl aləmin, və`fu ənni ya afiyən ənil mucrimin. |
2-ci günün duası:
| Ərəbcə | اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
| Tərcümə | İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et. Məni Öz qəzəbindən və əzabından uzaqlaşdır. Məni Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin ən rəhmlisi! |
| Transkripsiya | Əllahummə qərribni fihi ila mərzatik, və cənnibni fihi min səxətikə və nəqimatik, və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər rahimin. |
3-cü günün duası:
| Ərəbcə | اللَّهُمَّ ارْزُقْنِي فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِي فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِي نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ |
| Tərcümə | İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi! |
| Transkripsiya | Əllahummərzuqni fihiz zihnə vət tənbih, və baidni fihi minəs səfahəti vət təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin. |
4-cü günün duası:
| Ərəbcə | اللَّهُمَّ قَوِّنِي فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ وَ أَذِقْنِي فِيهِ حَلاوَةَ ذِكْرِكَ وَ أَوْزِعْنِي فِيهِ لِأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ وَ احْفَظْنِي فِيهِ بِحِفْظِكَ وَ سِتْرِكَ يَا أَبْصَرَ النَّاظِرِينَ |
| Tərcümə | İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şük etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi! |
| Transkripsiya | Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi`ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən nazirin. |
5-ci günün duası:
| Ərəbcə | اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُسْتَغْفِرِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
| Tərcümə | İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni təvazökar və saleh bəndələrindən qərar ver. İlahi, bu gün Öz məhəbbət və mərhəmətinlə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin ən mərhəmətlisi! |
| Transkripsiya | Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər rahimin. |
6-cı günün duası:
| Ərəbcə | اللَّهُمَّ لا تَخْذُلْنِي فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِي بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ |
| Tərcümə | İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu. |
| Transkripsiya | Əllahummə la təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir rağibin. |
7-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اَعِنِّى فِیهِ عَلَىٰ صِیَامِهِ وَ قِیَامِهِ، وَ جَنِّبْنِى فِیهِ مِنْ هَفَوَاتِهِ وَ اٰثَامِهِ، وَ ارْزُقْنِى فِیهِ ذِکْرَکَ بِدَوَامِهِ، بِتَوْفِیقِکَ یَا هَادِىَ الْمُضِلِّینَ |
| Tərcümə | İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən! |
| Transkripsiya | Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin. |
8-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ ارْزُقْنِى فِیهِ رَحْمَةَ الْاَیْتَامِ، وَ اِطْعَامَ الطَّعَامِ، وَ اِفْشَآءَ السَّلَامِ، وَ صُحْبَةَ الْکِرَامِ، بِطَوْلِکَ یَا مَلْجَأَ الْاٰمِلِینَ |
| Tərcümə | İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı! |
| Transkripsiya | Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət təam, və ifşaəs səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin. |
9-cu günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اجْعَلْ لِى فِیهِ نَصِیبًا مِنْ رَحْمَتِکَ الْوَاسِعَةِ، وَ اهْدِنِى فِیهِ لِبَرَاهِینِکَ السَّاطِعَةِ، وَ خُذْ بِنَاصِیَتِى اِلَىٰ مَرْضَاتِکَ الْجَامِعَةِ، بِمَحَبَّتِکَ یَا اَمَلَ الْمُشْتَاقِینَ |
| Tərcümə | İlahi, mənə bu gün Öz geniş rəhmətini qismət et və məni aydın, qüdrətli dəlilərinlə hidayət et, məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu! |
| Transkripsiya | Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin. |
10-cu günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اجْعَلْنِى فِیهِ مِنَ الْمُتَوَکِّلِینَ عَلَیْکَ، وَ اجْعَلْنِى فِیهِ مِنَ الْفَآئِزِینَ لَدَیْکَ، وَ اجْعَلْنِى فِیهِ مِنَ الْمُقَرَّبِینَ اِلَیْکَ، بِإِحْسَانِکَ یَا غَایَةَ الطَّالِبِینَ |
| Tərcümə | İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Bu gün Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi! |
| Transkripsiya | Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət talibin. |
11-ci günün duası:
| Ərəbcə | َللَّهُمَّ حَبِّبْ اِلَىَّ فِیهِ الْإِحْسَانَ، وَ کَرِّهْ اِلَىَّ فِیهِ الْفُسُوقَ وَ الْعِصْیَانَ، وَ حَرِّمْ عَلَىَّ فِیهِ السَّخَطَ وَ النِّیرَانَ، بِعَوْنِکَ یَا غِیَاثَ الْمُسْتَغِیثِینَ |
| Tərcümə | İlahi, bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəb və cəhənnəm atəşini haram et! Ey pənahsızların ən ulu pənahı! |
| Transkripsiya | Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis səxətə vən niyran, biəvnikə ya ğiyasəl mustəğisin. |
12-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ زَیِّنِّى فِیهِ بِالسَّتْرِ وَ الْعَفَافِ، وَ اسْتُرْنِى فِیهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْکَفَافِ، وَ احْمِلْنِى فِیهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ، وَ اٰمِنِّى فِیهِ مِنْ کُلِّ مَا اَخَافُ، بِعِصْمَتِکَ یَا عِصْمَةَ الْخَآئِفِینَ. |
| Tərcümə | İlahi, bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir. Mənə qənaət və kifayət libasını geyindir. Məni bur gün ədalət və insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanların gözətçisi! |
| Transkripsiya | Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin. |
13-cü günün duası:
| Ərəbcə | اَللَّهُمَّ طَهِّرْنِى فِیهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ، وَ صَبِّرْنِى فِیهِ عَلَىٰ کَائِنَاتِ الْأَقْدَارِ، وَ وَفِّقْنِى فِیهِ لِلتُّقَىٰ وَ صُحْبَةِ الْاَبْرَارِ، بِعَوْنِکَ یَا قُرَّةَ عَیْنِ الْمَسَاکِینَ |
| Tərcümə | İlahi, bu gün məni çirkin əməl və pis işlərdən pak et. Bu gün qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbir və dözüm ver. Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı! |
| Transkripsiya | Əllahummə təhhirni fihi minəd dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əynil məsakin |
14-cü günün duası:
| Ərəbcə | اَللَّهُمَّ لَا تُؤَاخِذْنِى فِیهِ بِالْعَثَرَاتِ، وَ أَقِلْنِى فِیهِ مِنَ الْخَطَایَا وَ الْهَفَوَاتِ، وَ لَا تَجْعَلْنِى فِیهِ غَرَضًا لِلْبَلَایَا وَ الْاٰفَاتِ، بِعِزَّتِکَ یَا عِزَّ الْمُسْلِمِینَ |
| Tərcümə | İlahi, bu gün məni azğınlıqlarıma görə məzəmmət etmə. Bur gün xəta və günahlarıma göz yum. Öz qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti! |
| Transkripsiya | Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin |
15-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ ارْزُقْنِى فِیهِ طَاعَةَ الْخَاشِعِینَ، وَ اشْرَحْ فِیهِ صَدْرِى بِاِنَابَةِ الْمُخْبِتِینَ، بِاَمَانِکَ یَا اَمَانَ الْخَآئِفینَ |
| Tərcümə | İlahi, bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir. Ey qorxanlara aman verən! |
| Transkripsiya | Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin. |
16-cı günün duası:
| Ərəbcə | اَللَّهُمَّ وَفِّقْنِى فِیهِ لِمُوَافَقَةِ الْاَبْرَارِ، وَ جَنِّبْنِى فِیهِ مُرَافَقَةَ الْاَشْرَارِ، وَ اٰوِنِى فِیهِ بِرَحْمَتِکَ اِلَىٰ دَارِ الْقَـرَارِ، بِاِلٰـهِیَّتِکَ یَا اِلٰهَ الْعَالَمِینَ |
| Tərcümə | İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Bu gün məni pis insanlardan uzaqlaşdır. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Sənə allahlığını and verirəm, ey aləmlərin Rəbbi! |
| Transkripsiya | Əllahummə vəffiqni fihi limuvafəqətil əbrar, və cənnibni fihi murafəqətəl əşrar, və avini fihi birəhmətikə ila (fi) daril qərar, biilahiyyətikə ya ilahəl aləmin. |
17-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اهْدِنِى فِیهِ لِصَالِحِ الْاَعْمَالِ، وَ اقْضِ لِى فِیهِ الْحَوَآئِجَ وَ الْاٰمَالَ، یَا مَنْ لَا یَحْتَاجُ اِلَى التَّفْسِیرِ وَ السُّؤَالِ، یَا عَالِمًا بِمَا فِى صُدُورِ الْعَالَمِینَ، [صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِینِ] |
| Tərcümə | İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlbində olanları bilən, salamın olsun Muhəmməd və onun pak Əhlibeytinə! |
| Transkripsiya | Əllahumməhdini fihi lisalihəl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət təfsiri vəs sual, ya alimən bima fi suduril aləmin, salli əla Muhəmmədin və alihit tahirin. |
18-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ نَبِّهْنِى فِیهِ لِبَرَکَاتِ اَسْحَارِهِ، وَ نَوِّرْ فِیهِ قَلْبِى بِضِیَآءِ اَنْوَارِهِ، وَ خُذْ بِکُلِّ اَعْضَآئِى اِلَى اتِّبَاعِ اٰثَارِهِ، بِنُورِکَ یَا مُنَوِّرَ قُلـُوبِ الْعَارِفِینَ |
| Tərcümə | İlahi, bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün Ramazan ayının nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Ey qəlbləri nurlandıran Allah! |
| Transkripsiya | Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zayi iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin. |
19-cu günün duası:
| Ərəbcə | اَللَّهُمَّ وَفِّرْ فِیهِ حَظِّى مِنْ بَرَکَاتِهِ، وَ سَهِّلْ سَبِیلِى اِلَىٰ خَیْرَاتِهِ، وَ لَا تَحْرِمْنِى قَبُولَ حَسَنَاتِهِ، یَا هَادِیًا اِلَى الْحَقِّ الْمُبِینِ |
| Tərcümə | İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbul olunmasından məhrum etmə. Ey açıq-aşkar haqqın tərəfinə hidayət edən! |
| Transkripsiya | Əllahummə vəffir fihi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl həqqil mubin. |
20-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ افْتَحْ لِى فِیهِ اَبْوَابَ الْجِنَانِ، وَ اَغْلِقْ عَنِّى فِیهِ اَبْوَابَ النِّیرَانِ، وَ وَفِّقْنِى فِیهِ لِتِلَاوَةِ الْقُرْاٰنِ، یَا مُنْزِلَ السَّکِینَةِ فِى قُلُوبِ الْمُؤْمِنِینَ |
| Tərcümə | İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərində aramlıq yaradan! |
| Transkripsiya | Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs səkinəti fi qulubil mu`minin. |
21-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اجْعَلْ لِى فِیهِ اِلَىٰ مَرْضَاتِکَ دَلِیلًا، وَ لَا تَجْعَلْ لِلشَّیْطَانِ فِیهِ عَلَىَّ سَبِیلًا، وَ اجْعَلِ الْجَنَّةَ لِى مَنْزِلًا وَ مَقِیلًا، یَا قَاضِىَ حَوَآئِـجِ الطَّالِبِینَ |
| Tərcümə | İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən! |
| Transkripsiya | Əllahumməc`əl li fihi ila mərzatikə dəlila, və la təc`əl liş şəytani fihi ələyyə səbila, vəc`əlil cənnətə li mənzilən və məqila, ya qaziyə həvaicit talibin. |
22-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ افْتَحْ لِى فِیهِ اَبْوَابَ فَضْلِکَ، وَ اَنْزِلْ عَلَىَّ فِیهِ بَرَکَاتِکَ، وَ وَفِّقْنِى فِیهِ لِمُوجِبَاتِ مَرْضَاتِکَ، وَ اَسْکِنِّى فِیهِ بُحْبُوحَاتِ جَنَّاتِکَ، یَا مُجِیبَ دَعْوَةِ الْمُضْطَرِّینَ |
| Tərcümə | İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən! |
| Transkripsiya | Əllahumməftəh li fihi əbvabə fəzlik, və ənzil ələyyə fihi bərəkatik, və vəffiqni fihi limucibati mərzatik, və əskinni fihi buhbuhati cənnatik, ya mucibə də`vətil muztərrin. |
23-cügünün duası:
| Ərəbcə | اَللَّهُمَّ اغْسِلْنِى فِیهِ مِنَ الذُّنُوبِ، وَ طَهِّرْنِى فِیهِ مِنَ الْعُیُوبِ، وَ امْتَحِنْ قَلْبِى فِیهِ بِتَقْوَى الْقُلُوبِ، یَا مُقِیلَ عَثَرَاتِ الْمُذْنِبِینَ |
| Tərcümə | İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən! |
| Transkripsiya | Əllahumməğsilni fihi minəz zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəqvəl qulub, ya muqilə əsəratil muznibin. |
24-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اِنِّى اَسْئَلُکَ فِیهِ مَا یُرْضِیکَ، وَ اَعُوذُ بِکَ مِمَّا یُؤْذِیکَ. وَ اَسْئَلُکَ التَّوْفِیقَ فِیهِ لِأَنْ اُطِیعَکَ وَ لَا اَعْصِیَکَ، یَا جَوَادَ السَّآئِلِینَ |
| Tərcümə | İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah! |
| Transkripsiya | Əllahummə inni əs`əlukə fihi ma yurzik, və əuzu bikə mimma yu`zik, və əs`əlukət təvfiqə fihi li ən utiəkə və la ə`siyək, ya cəvadəs sailin. |
25-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اجْعَلْنِى فِیهِ مُحِبًّا لِاَوْلِیَآئِکَ، وَ مُعَادِیًا لِأَعْدَآئِکَ، مُسْتَنًّا بِسُنَّةِ خَاتَمِ اَنْبِیَآئِکَ، یَا عَاصِمَ قُلُوبِ النَّبِیِّینَ |
| Tərcümə | İlahi, məni bu gün dostlarını istəyən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin din və şərəfini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqlardan qoruyan Allah! |
| Transkripsiya | Əllahumməc`əlni fihi muhibbən liəvliyaik, və muadiyyən liə`daik, mustənnən bisunnəti xatəmi ənbiyaik, ya asimə qulubin nəbiyyin. |
26-cıgünün duası:
| Ərəbcə | اَللَّهُمَّ اجْعَلْ سَعْیِى فِیهِ مَشْکُورًا، وَ ذَنْبِى فِیهِ مَغْفُورًا، وَ عَمَلِى فِیهِ مَقْبُولًا، وَ عَیْبِى فِیهِ مَسْتُورًا، یَا اَسْمَعَ السَّامِعِینَ |
| Tərcümə | İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni! |
| Transkripsiya | Əllahumməc`əl sə`yi fihi məşkura, və zənbi fihi məğfura, və əməli fihi məqbula, və əybi fihi məstura, ya əsməəs samiin. |
27-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ ارْزُقْنِى فِیهِ فَضْلَ لَیْلَةِ الْقَدْرِ، وَ صَیِّرْ اُمُورِى فِیهِ مِنَ الْعُسْرِ اِلَى الْیُسْرِ، وَ اقْبَلْ مَعَاذِیرِى، وَ حُطَّ عَنِّى الذَّنْبَ وَ الْوِزْرَ، یَا رَؤُفًا بِعِبَادِهِ الصَّالِحِینَ |
| Tərcümə | İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah! |
| Transkripsiya | Əllahummərzuqni fihi fəzlə ləylətil qədr, və səyyir umuri fihi minəl usri iləl yusr, vəqbəl məaziyri və huttə ənniz zənbə vəl vizr, ya rəufən biibadihis salihin. |
28-ci günün duası:
| Ərəbcə | اَللَّهُمَّ وَفِّرْ حَظِّى فِیهِ مِنَ النَّوَافِلِ، وَ اَکْرِمْنِى فِیهِ بِاِحْضَارِ الْمَسَآئِلِ، وَ قَرِّبْ فِیهِ وَسِیلَتِى اِلَیْکَ مِنْ بَیْنِ الْوَسَآئِلِ، یَا مَنْ لَا یَشْغَلُهُ اِلْحَـاحُ الْمُلِحِّینَ |
| Tərcümə | İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah! |
| Transkripsiya | Əllahummə vəffir həzzi fihi minən nəvafil, və əkrimni fihi biihzaril məsail, və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin. |
29-cu günün duası:
| Ərəbcə | اَللَّهُمَّ غَشِّنِى فِیهِ بِالرَّحْمَةِ، وَ ارْزُقْنِى فِیهِ التَّوْفِیقَ وَ الْعِصْمَةَ، وَ طَهِّرْ قَلْبِى مِنْ غَیَاهِبِ التُّهَمَةِ، یَا رَحِیمًا بِعِبَادِهِ الْمُؤْمِنِینَ |
| Tərcümə | İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah! |
| Transkripsiya | Əllahummə ğəşşini fihi bir rəhməh, vərzuqni fihit təvfiqə vəl isməh, və təhhir qəlbi min ğəyahibit tuhəməh, ya rəhimən biibadihil mu`minin. |
30-cı günün duası:
| Ərəbcə | اَللَّهُمَّ اجْعَلْ صِیَامِى فِیهِ بِالشُّکْرِ وَ الْقَبُولِ، عَلَىٰ مَا تَرْضَاهُ وَ یَرْضَاهُ الرَّسُولُ، مُحْکَمَةً فُرُوعُهُ بِالْأُصُولِ، بِحَقِّ سَیِّدِنَا مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِینَ، وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِیـنَ |
| Tərcümə | İlahi, ağamız Muhəmməd (s) və onun pak Əhlibeytinə xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur! |
| Transkripsiya | Əllahumməc`əl siyami fihi biş şukri vəl qəbul, əla ma tərzahu və yərzahur rəsul, muhkəmətən furuuhu bil usul, bihəqqi səyyidina Muhəmmədin və alihit tahirin, vəl həmdu lillahi rəbbil aləmin |
Şeyx Abbas Qumi deyir: «Dua kitablarında günlərin dualarında və yerlərində dəyişiliklər var. Onların rəvayətləri mötəbər olmadığından onları burada gətirmirik. 27-ci günün duasını Şeyx Kəf`əmi 29-cu gündə gətirmişdir.»[2]
Mənbələr:
[1] Əllamə Məclisi – Zadul-məad, səh 214-220,
Şeyx Kəf`əmi – Bələdul-əmin, səh 219
(burada duaların savablarıda qeyd olunmuşdur)
[2] Şeyx Abbas Qumi – Məfatihul-cinan, Ramazan ayının günlərinin duaları
