İslam aylarının əməlləri: Şəvval ayı — Şəvval ayının əlamətdar günləri

Print Friendly, PDF & Email

Şəvval ayı
Bu ay həcc aylarından birincisidir. Belə ki, «təməttu həccinin ümrəsi»ni bu 3 ayda – Şəvval, Zilqədə və Zilhiccə aylarında yerinə yetirmək olar, bu aylardan qabaq isə bu umrəni yerinə yetirmək olmaz. (Lakin «mufrədə umrəni» ilin bütün aylarında yerinə yetirmək olar.) Bu, Şəvval ayının əhəmiyyət və fəzilətini göstərir.
Bu ayda Allah Öz bəndələrini Öz evinə tərəf çağırır, bəndələr də bu çağırışı cani-dildən qəbul edərək dünyanın müxtəlif yerlərindən Allah evinin ziyarətinə üz tuturlar. (Bu üç ay «həcc ayları» adlanır, lakin Şəvval ayı «haram aylar»dan deyildir.)
İslamın böyük bayramı olan Fitr bayramının bu aya təsadüf etməsi bu ayın başqa bir fəzilətidir.

Şəvval ayının təqvimi:
1 şəvval: Şəvval ayının 1-i İslamın böyük bayramlarından olan Fitr bayramı günüdür. Bu gün həqiqi oruc tutanların bayramıdır, çünki onların əməlləri qəbul olunmuş və günahları bağışlanmışdır.
8 şəvval: Vəhhabilərin hicri-qəməri 1344-cü ildə Bəqi məzarlığındakı İmamların (ə) qəbirlərini viran etdikləri gündür. İslam pərdəsinə bürünən bu cahil və cinayətkar qruplaşma bütün İslam məzhəblərinə zidd olan çox ifrat və qəribə inanclara sahibdir. Onların qarşı çıxdıqları məsələlərdən də biri Allah övliyalarına təvəssül etmək və onların qəbirləri üzərində gümbəz tikmək, zərih qoymaq, həmçinin şəfaət istəmək məsələsidir. Bu səbəbdən də onlar Bəqi məzarlığında yerləşən İmamların (ə) qibirlərini, Seyyiduş-şuhəda Həmzənin qəbrini, İslamın bir çox parlaq simalarının və səhabələrin qəbirlərini, hətta Həzrət Peyğəmbərin (s) atasının qəbrini dağıtdılar. Onlar hətta Həzrət Peyğəmbərin (s) qəbrini də dağıtmağa cəhd göstərmiş, lakin İslam dünyasının şiddətli təpkisi ilə üzləşdikləri üçün bunu edə bilməmişdilər. Təəssüflər olsun ki, vəhhabilər Məkkə və Mədinə şəhərlərində, eləcə də, başqa şəhərlərdə İslamın tarixi abidələrinin əksəriyyətini viran etdilər, hansı ki, bu abidələr gələcək nəsilləri İslamın tarixi ilə tanış edəcəkdi.
25 şəvval: Cəfəri məzhəbinin banisi İmam Cəfər Sadiqin (ə) vəfat günüdür (hicri-qəməri 148-ci il).[1]

Mənbə:
[1] Şeyx Abbas Qumi — Muntəhəl-amal, İmam Sadiqin (ə) həyatı.

Читайте также: