İslam aylarının əməlləri: Zilqədə ayının əməlləri
Zilqədə ayının əməlləri
1) Bu ayın bazar günü qılınan namaz: Həzrət Rəsulallahdan (s) bu ayın bazar günü qılınan bir namaz nəql olunubdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, Qiyamət günü bu kəslər ondan razı qalar, bu dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar. Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar.[1]
Həzrət Rəsulallah (s) bu namazın qaydasını belə bəyan etmişdir: Bazar günü qüsl et və dəstəmaz al, 4 rəkət (2 rəkət-2 rəkət) namaz qıl. Hər rəkətdə 1 dəfə «Həmd», 3 dəfə «İxlas» , 1 dəfə «Fələq» və «Nas» surələrini oxu. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə «istiğfar» et (bağışlanma dilə). Sonra de:
| Ərəbcə | لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ |
| Tərcümə | Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur! |
| Transkripsiya | Lə həvlə vəla quvvətə illa billahil `əliyil `əzim |
Sonra de[2]:
| Ərəbcə | يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ |
| Tərcümə | Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz. |
| Transkripsiya | Ya əzizu ya ğəffaruğfir li zunubi, və zunubə cəmiil mu`-mininə vəl mu`minat, fəinnəhu la yəğfiruz zunubə illa ənt |
2) 3 gün oruc tutmaq: Həzrət Rəsulallah (s) buyurub ki, hər kim «haram aylar»ın cümə axşamı, cümə və şənbə günlərini oruc tutsa, ona 1 ilin ibadəti yazılar.[3]
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 308
[2] Seyid ibn Tavus — İqbal, səh 308
[3] Seyid ibn Tavus — İqbal, səh 308
