İslam aylarının əməlləri: Zilhiccə ayının onuncu günü, Zilhiccə 10-cu gün — Qurban bayramı günü

Print Friendly, PDF & Email

Qurban bayramı gününün əməlləri:
Qurban bayramı İslamın mühüm bayramlarından biridir. Bu gün Həzrət İbrahimin (ə) Öz Rəbbi qarşısında ixlas və bəndəliyini nümayiş etdirdiyi gündür. Belə ki, Həzrət Haqq ona oğlu İsmailin (ə) başını kəsməsini əmr etdi və Allahın müti bəndəsi İbrahim (ə) bu əmri icra etməyə hazırlaşdı. O, oğlu İsmaili (ə) qurbangaha aparır bıcağı onun boğazına qoyduqda ona nida gəldi: «Ey İbrahim, sən Allahın bu imtahanından da başıuca çıxdın. Əl saxla, sən öz itaətkarlığını layiqincə sübut etdin».
Cənab Cəbrail (ə) bir qoç ilə yerə endi və İbrahim (ə) bu qoçu qurban kəsdi. Həmin vaxtdan Minada qurban kəsmək ənənəsinin təməli qoyuldu. Bu gün bayram və sevinc günüdür, çünki Allahın ixlaslı bəndəsi bu çətin ilahi sınaqdan başıuca çıxdı və uca Allah qarşısında öz bəndəliyini, köləliyini sübuta yetirdi. Bundan əlavə bu gündə Allahın bir qrup ixlaslı bəndələri də Allah evini ziyarət edir, Minada qurban kəsib bu ənənəni yaşadırlar.
Qurban bayramında bir neçə əməl yerinə yetirilir:
1) Qüsl etmək: Mərhum Əllamə Məclisi qeyd edir ki, bu gündə qüsl etmək təkid olunan müstəhəb əməldir, hətta bəzi alimlər bunu vacib hesab etmişlər.[1]
2) Qurban bayramı namazını qılmaq: Bu namaz eynilə Fitr bayramı namazı kimi qılınır. Qurban bayramı namazı İmam Zamanın (ə.f) qeyb dövründə böyük fəqihlərin məşhur fətvalarına görə təkid olunan müstəhəb əməlldir (sunnəti-muəkkəd), həm camaatla, həm də təklikdə qılına bilər.[2]
3) Bayram namazından qabaq bir sıra duaları oxumaq müstəhəbdir. Mərhum Əllamə Məclisi bu gündə oxunan ən yaxşı dualardan biri də «əs-Səhifətus-Səccadiyyə» kitabının 48-ci duasıdır (dua bu cümlə ilə başlanır: “اَللَّهُمَّ هذَا يَوْمٌ مُبَارَكٌ…” [Əllahummə hazə yəvmun mubarəkun…]), 46-cı duanı da oxumaq tövsiyə olunur:[3]
4) Bu gündə və başqa bayram günlərində «Nüdbə» duasını oxumaq müstəhəbdir.[4]
5) Bu gündə qurban kəsmək hamı üçün təkid olunan müstəhəb əməldir, hətta bəzi alimlər bunu imkanlı şəxslərə vacib hesab etmişlər. Bayram namazından sonra qurban ətindən bir az yemək müstəhəbdir.[5]
Qurban kəsərkən İmam Sadiqin (ə) buyurduğu bu duanı oxumaq müstəhəbdir[6]:

Transkripsiya TərcüməƏrəbcə
Mən göyləri və yeri yaradan kəsə üz tutmuşam, mən öz imanımda xalisəm və müşriklərdən deyiləm. Mənim namazım, qurbanım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür, Onun şəriki yoxdur, mən buna əmr olunmuşam və müsəlmanlardanam. Ey Allahım, Səndən və Sənin üçün, Allahın adı ilə və Allah böyükdür. Ey Allahım, məndən qəbul etوَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ السَّمَاوَاتِ وَ الْاَرْضَ، حَنِیفًا مُسْلِمًا وَ مَا أَنَا مِنَ الْمُشْرِکِینَ، إِنَّ صَلَاتِى وَ نُسُکِى وَ مَحْیَاىَ وَ مَمَاتِى لِلَّهِ رَبِّ الْعَالَمِینَ، لَا شَرِیکَ لَهُ، وَ بِذٰلِکَ أُمِرْتُ وَ أَنَا مِنَ الْمُسْلِمِینَ. اَللَّهُمَّ مِنْکَ وَ لَکَ، بِسْمِ اللَّهِ وَ اللَّهُ اَکْبَرُ. اَللَّهُمَّ تَقَبَّلْ مِنِّى
(Əgər bir neçə nəfərin niyyətinə müstəhəb qurban kəsilsə, belə deyin: «اَللَّهُمَّ تَقَبَّلْ مِنَّا» «Ey Allahım, bizdən qəbul et.»)
Yaxşı olar ki, imkanlı şəxslər bu gündə qurban kəsib onun böyük hissəsini yoxsullara və ehtiyaclılara pay versinlər, həmçinin qonşulara və tanışlara da pay versinlər.
Hədislərin birində İmam Sadiq (ə) buyurur: «İmam Əli ibn Hüseyn (ə) və İmam Baqir (ə) qurban ətini üç hissəyə bölərdilər: bir hissəni qonşulara, bir hissəni ehtiyalılara və bir hissəni də ev əhlinə paylayardılar».[7]
6) Aşağıdakı məşhur təkbirləri deyin: bu günlərdə həcc əməllərini yerinə yetirən və Mina səhrasında olan şəxslər on beş namazdan sonra – bayram gününün zöhr namazından başlayıb on üçüncü günün sübh namazınadək — bu təkbirləri desinlər. Orada olmayanlar isə on namazdan sonra – bayram gününün zöhr namazından başlayıb on ikinci günün sübh namazınadək – bu təkbirləri desinlər. Həmin təkbirlər Şeyx Kuleyninin «Usuli-kafi» kitabına istinadən belədir[8]:
TranskripsiyaTərcüməƏrəbcə
Allah böyükdür, Allah böyükdür, Allahdan qeyri İlah yoxdur, Allah böyükdür. Allah böyükdür və həmd-səna Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə Allah böyükdür, dördayaqlı heyvanlardan bizə ruzi verdiyinə görə Allah böyükdür və bizi sınağa çəkdiyinə görə həmd-səna Allaha məxsusdurاَللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، لَا اِلٰهَ اِلَّا اللهُ. وَ اللهُ اَکْبَرُ، اَللهُ اَکْبَرُ، و لِلَّهِ الْحَمْدُ. اَللهُ اَکْبَرُ، عَلَىٰ مَا هَدَانَا؛ اَللهُ اَکْبَرُ، عَلَىٰ مَا رَزَقَنَا مِنْ بَهِیمَةِ الْاَنْعَامِ؛ وَ الْحَمْدُ لِلَّهِ عَلَىٰ مَا أَبْلَانَا

Bu təkbirləri ən azı bu günlərdə namazdan sonra bir dəfə deyin, lakin təkrar etmək daha yaxşıdır, hətta nafilələrdən sonra da demək tövsiyə olunur.[9]

Mənbələr:
[1] Əllamə Məclisi — Zadul-məad, səh 319
[2] Əllamə Məclisi — Zadul-məad, səh 319
[3] Əllamə Məclisi — Zadul-məad, səh 319
[4] Əllamə Məclisi — Zadul-məad, səh 320
[5] Əllamə Məclisi — Zadul-məad, səh 320
[6] Əllamə Məclisi — Zadul-məad, səh 321
[7] Seyid ibn Tavus — İqbal, səh 451
[8] Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 517, hədis 4
[9] Əllamə Məclisi — Zadul-məad, səh 323

Читайте также: