Ziyarətnamə: İmam Rzanın (ə) ziyarətnaməsi — 2
Şeyx Mufid “Muqniə” (Muqənnə`ə) kitabında bir ziyarəti[1] nəql edib, belə buyurmuşdur: “Ziyarət qüslu edib, ən təmiz paltarlarını geyindikdən sonra imamın qəbrinin yanında dayanıb deyirsən:
İmam Rza ziyarəti_13
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəliyyəllahi vəbnə vəliyyih, əssəlamu ələykə ya huccətəllahi vəbnə huccətih, əssəlamu ələykə ya imaməl huda vəl urvətəl vusqa və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkə məzəytə əla ma məza ələyhi abaukət tahirun, sələvatullahi ələyhim, ləm tu`sir əmən əla hudən və ləm təmil min həqqin ila batil, və ənnəkə nəsəhtə lillahi və lirəsulih, və əddəytəl əmanətə fəcəzakəllahu ənil islami və əhlihi xəyrəl cəza, ətəytukə biəbi və ummi zairən arifən bihəqqik, muvaliyən liəvliyaikə muadiyən liə`daik, fəşfə` li ində rəbbik. | Salam olsun sənə, ey Allahın dostu və Allahın dostunun oğlu! Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu! Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla gedibsən. Allahın salamı olsun onlara! Zəlalət qaranlığına hidayət nuru saçıb və heç vaxt haqdan batilə əyilməyibsən. Sən həqiqətən də, Allah və Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirdin. Allah səni İslam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın. Ata-anam sənə fəda olsun, mən sənin ziyarətinə, imamət haqqına agah olaraq, dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilib gəlmişəm. Mənə Rəbbinin dərgahında şəfaətçi ol! | السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْهُدَى وَ الْعُرْوَةَ الْوُثْقَى وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ مَضَيْتَ عَلَى مَا مَضَى عَلَيْهِ آبَاؤُكَ الطَّاهِرُونَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ لَمْ تُؤْثِرْ عَمًى عَلَى هُدًى وَ لَمْ تَمِلْ مِنْ حَقٍّ إِلَى بَاطِلٍ وَ أَنَّكَ نَصَحْتَ لِلَّهِ وَ لِرَسُولِهِ وَ أَدَّيْتَ الْأَمَانَةَ فَجَزَاكَ اللَّهُ عَنِ الْإِسْلامِ وَ أَهْلِهِ خَيْرَ الْجَزَاءِ أَتَيْتُكَ بِأَبِي وَ أُمِّي زَائِرا عَارِفا بِحَقِّكَ مُوَالِيا لِأَوْلِيَائِكَ مُعَادِيا لِأَعْدَائِكَ فَاشْفَعْ لِي عِنْدَ رَبِّكَ |
Sonra özünü qəbrə yapışdır və onu öpüb üzünün hər iki tərəfini onun üzərinə qoy. Sonra qəbrin baş tərəfinə dönüb de:
İmam Rza ziyarəti_14
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya məvlayə yəbnə rəsulillah, və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkəl imamul Hadi vəl vəliyyul murşidu əbrəu iləllahi min ə`daik, və ətəqərrəbu iləllahi bivilayətik, salləllahu ələykə və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey mənim sərvərim, ey Rəsulullahın oğlu! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi imam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınır və sənin vilayətinlə Allaha yaxınlaşıram. Allahın salamı, rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْهَادِي وَ الْوَلِيُّ الْمُرْشِدُ أَبْرَأُ إِلَى اللَّهِ مِنْ أَعْدَائِكَ وَ أَتَقَرَّبُ إِلَى اللَّهِ بِوِلايَتِكَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra 2 rəkət ziyarət namazı qıl. Ziyarət namazını qılıb qurtardıqdan sonra istədiyin qədər başqa namazları da qıla bilərsən. Daha sonra qəbrin ayaq tərəfinə keç və istədiyin duaları et. İnşaallah ki, qəbul olar.
Şeyx Abbas Qumi deyir: “ O həzrətlə münasibəti olan günlərdə (Misal, doğum günü Zilqədə ayının 11-i, şəhadəti günü Səfər ayının sonuncu günü), o cümlədən Rəcəb ayında [2], Zilqədə ayının 23-cü (digər rəvayətə əsasən şəhadəti) və 25-ci günləri, Ramazan ayının 6-cı günü və s. bu kimi günlərdə onu ziyarət etməyin savabı daha çoxdur və bu barədə “İslam aylarının əməlləri” bölümünə müraciət edə bilərsiz.
Müqəddəs hərəmi tərk etmək istəsəni İmam Rza (ə) vida ziyarətnaməsin oxuya bilərsiz.
Şeyx Abbas Qumi deyir: -”Burada bir neçə mətləbi də sizin nəzərinizə çatdırmağı lazım bilirəm”.
Mənbə:
[1] Şeyx Mufid — Muqənnə`ə, səh 480
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 43-44.
