TAM İmam Zamandan (ə.f) hacət namazı — 2
Imam Zaman (ə.f) tövsiyə etdiyi hacət namazı.
Əbul Hüseyn ibn Əbi Bəğl deyir:
— Əbu Mənsur ibn Salihandan (müəyyən bir) əməl örgəndim, .. sonra Cümə gecəsi Qureyş qəbirstanlığına getdim. Orada dua və istəklərim üçün gecələdim. … dua və ziyarət edirdim, namaz qılırdım, elə bu arada İmam Kazım (ə) qəbri yanında ayaq səsləri eşitdim. Bir şəxs Adəm (ə) və Ulul-Əzm (peyğəmbərlərini) ziyarət edib salam verirdi. Sonra tək-tək İmamlara (ə) salam verərək Sahibəz — Zəman da (ə.f) qurtardı və Onun (ə.f) yad etmədi. Bundan təəccübə gəldim, öz özümə dedim ki ola bilsin yaddan çıxartdı, yaxud (Onu (ə.f)) tanımır və ya bu kişinin öz məzhəbidir.
Elə ki ziyarət elədi qurtardı sonra iki rükət namaz qıldı və İmam Təqini də (ə) elə həmin ki kimi ziyarət etdi.
… mən Onu (ə.f) tanımadım, əynin də ağ paltar olan cavan birisi idi, kəkliyi də əmmamə ilə bükülmüşdü və çiyninə atılmış paltar var idi.
Mənə dedi: — ….. niyə «Fərəc duasını» oxumusan?
Dedim: » Ağam nədi o?»
Dedi ki: — 2rəkət namaz qıl sonra (bu duanı) de;
*Ya mən əzhərəl cəmil, və sətərəl qəbih. Ya mən ləm yu’xəzu bilcəriyrə və ləm yəhtəki əs-sitrə. Ya Əzimul mənn. Ya Kərymul səfhi. Ya Husnu ət-təcavuz. Ya Vasiəl məğfirət. Ya Basitəl yədeyni bir-rəhmə. Ya Muntaha kulli nəcva. Ya Ğayətə kulli şəkva. Ya Ovnə kulli mustəiyn. Ya Mubtədiən bil-ğəmmi qəblə istihqaqiha.*
▪10 dəfə — Ya Rəbbah
▪10 dəfə — Ya Seyyidah
▪ 10 dəfə — Ya Movlah
▪ 10 dəfə — Ya Ğayətah
▪ 10 dəfə — Ya Muntəha rəğbətah.
*(Sonra de) Əs’əlukə bihəqqi hazihil-əsma və bihəqqi Muhəmməd və bihəqqi Alihit-tahirin illa ma kəşəftə kərbi və nəffəstə həmmi və fərrctə ənni və əsləhtə hali*
Nə istəyin var istə sonra sağ yanağını yerə qoy və 100 dəfə de
*[Ya Muhəmmədu ya Əliyyu, ya Əliyyu ya Muhəmməd. İkfiyani fəinnəkuma kafiyani fənsurani fəinnəkuma nasirani]*
Sol yanağını yerə qoy və 100 dəfə *[Ədrikni ]* de. Çoxlu təkrar et.
Nəfəsin kəsilincəyə qədər
*[Əl ğovs]* de.
Sonra başını qaldır. İnşəAllah, Allah Öz kərəmi ilə hacətini qəbul edəcək…»
Mənbələr:
Əllamə Məclisi — Biharul Ənvar, c 95, səh 200
Şeyx Təbəri — Dəlailu İmamə, səh 304
