İstixarə və qaydaları: Bəzi istixarə növləri — 1-ci hissə

Print Friendly, PDF & Email

1) Seyid ibn Tavus “Dəəvat” kitabında Xətib Müstəğfiridən Hz. Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir: “Hər vaxt Allahın kitabı Qurandan təfə`ül etmək istəsən, 3 dəfə «İxlas» surəsini oxu, sonra Peyğəmbər və ali Peyğəmbərə 3 dəfə salavat göndərib, bu duanı oxu:

Ərəbcəاللَّهُمَّ اِنّي تَفَأَّلْتُ بِكِتَابِكَ، وَ تَوَكَّلْتُ عَلَيْكَ، فَاَرِني مِنْ كِتَابِكَ مَا هُوَ مَكْتُومٌ مِنْ سِرِّكَ الْمَكْنُونِ في غَيْبِكَ
Tərcüməİlahi! Sənin kitabınla istixarə etdim. Sənə təvəkkül etdim. Elə isə Öz kitabından qeyb pərdəsində saxlanılan gizli sirrini mənə göstər!
TranskripsiyaƏllahummə inni təfə`əltu bikitabikə və təvəkkəltu ələyk, fəərini min kitabikə ma huvə məktumun min sirrikəl məknuni fi ğəybik.
Sonra Quranı aç və sağ tərəfin 1-ci sətrinə təfəül et (bax).
2) Əllamə Məclisi bəzi müəlliflərin kitablarından, onlar da Şeyx Yusif Qətifinin dəstxəttindən, o da Ayətullah Əllamənin dəstxəttindən bir rəvayət nəql etmişdir ki, orada İmam Sadiq (ə) buyurmuşdur: “Hər vaxt Qurani-kərimdən istixarə etmək istəsən, “Bismillahir rəhmanir rəhim” dedikdən sonra belə de:
TranskripsiyaTərcüməƏrəbcə
İn kanə fi qəzaikə və qədərik, ən təmunnə əla şiəti ali Muhəmmədin ələyhimus səlam, bifərəci vəliyyikə və huccətikə əla xəlqik, fə əxric iləyna ayətən min kitabik, nəstədillu biha əla zalik.Əgər Sənin qəza və qədərində dostun və insanlar üzərində höccətinin zühuru ilə Muhəmmədin Əhlibeytinin (salam olsun onlara) şiələrinə minnət qoyacağını yazıbsansa, Öz kitabından onunla bağlı bizə dəlil olan bir ayə göstər.اِنْ كَانَ في قَضَائِكَ وَقَدَرِكَ، اَنْ تَمُنَّ عَلي شيعَةِ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ بِفَرَجِ وَلِيِّكَ وَ حُجَّتِكَ، عَلَى خَلْقِكَ فَاَخْرِجْ اِلَيْنَا آيَةً مِنْ كِتَابِكَ، نَسْتَدِّلُ بِهَا عَلَى ذلِكَ

Sonra Qurani Kərimi açıb, 6 vərəq saydıqdan sonra 7-ci vərəqin 6-cı sətrinə nəzər salıb, öz hacətini ələ gətirirsən.
3) Şeyx Şəhid “Zikra” kitabında belə yazmışdır: İstixarənin növlərindən biri də “ədəd” vasitəsilə görülən istixarədir. Bu istixarə, Məşhədi Qərəvinin qonşusu olan Seyid Kəbir Abid Rəziyəddin Muhəmməd ibn Muhəmməd Əlavi Hüseyninin əsrindən qabaq məşhur deyildi. Biz bu rəvayəti bütün raviləri ilə birlikdə Şeyx Kəbir Fazil Camalədinn ibn Mütəhhər öz atasından, o da Seyid Rəziyəddindən, o da İmam Zamandan (ə.f) nəql edirik: «Həmd» surəsini 10 dəfə (heç olmasa 3 dəfə) oxuduqdan sonra, «Qədr» surəsini də 10 dəfə oxu və sonra 3 dəfə bu duanı de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əstəxirukə li ilmikə biaqibətil umur, vəstəşirukə lihusni zənni bikə fil mə`muli vəl məhzur, İlahi! İşlərin axır-aqibətindən xəbərdar olduğun üçün Səndən xeyir diləyir, arzu olunan və qorxulu işlərdə Sənə qarşı yaxşı gümanda olduğum üçün Səninlə məsləhətləşirəm. اللَّهُمَّ اِنّي اَسْتَخيرُكَ لِعِلْمِكَ بِعَاقِبَةِ الْاُمُورِ، وَ اَسْتَشيرُكَ لِحُسْنِ ظَنّي بِكَ فِي الْمَاْمُولِ وَالْمَحْذُورِ
Əllahummə in kanəl əmrul fulaniyyu mimma qəd nitət bil bərəkəti ə`cazuhu və bəvadih, və huffət bil kəraməti əyyamuhu və ləyalihi fəxir li, İlahi! Filan işin sonu və başlanğıcı bərəkətli işlərdən, gecə və gündüzü tamamilə kəramətdirsə, onu mənim üçün təyin et. اللَّهُمَّ اِنْ كَانَ الاَمْرُ الْفُلاني مِمَّا قَدْنيطَتْ بِالْبَرَكَةِ اَعْجَازُهُ وَ بَوَاديهِ، وَ حُفَّتْ بِالْكَرَامَةِ اَيَّامُهُ وَ لَيَاليهِ، فَخِرْلي
Əllahummə fihi xiyərətən təruddu şumusəhu zəlula, və təq`əzu əyyaməhu surura, İlahi! Həmin işin xeyrini ram et və günlərini sevinclə bitir. اللَّهُمَّ فيهِ خِيَرَةً تَرُدُّ شُمُوسَهُ ذَلُولاً، وَ تَقْعَضُ اَيَّامَهُ سُرُوراً
Əllahummə imma əmrun fəə`təmiru və imma nəhyun fə əntəhi, İlahi! Əgər (Sənin tərəfindən) əmrdirsə, onu yerinə yetirim və əgər qadağandırsa, ondan uzaqlaşım. اللَّهُمَّ اِمَّا اَمْرٌ فَاَئْتَمِرُ، وَ اِمَّا نَهْيٌ فَاَنْتَهي
Əllahummə inni əstəxirukə birəhmətikə xiyərətən fi afiyəh.İlahi! Rəhmətinlə Səndən afiyət və sağlamlıqla yanaşı xeyir diləyirəm.اللَّهُمَّ اِنّي اَسْتَخيرُكَ بِرَحْمَتِكَ خِيَرَةً في عَافِيَةٍ

Bu duanı oxuduqdan sonra niyyət edib, təsbehin bir hissəsini tut və iki-iki çək, əgər iki ədəd qalarsa, həmin işi yerinə yetirmək yaxşıdır, yox əgər tək qalarsa, həmin işi görmə və yaxud da əksinə, yəni əgər tək qalarsa, yaxşı, cüt qalarsa, pisdir və bu istixarə edən şəxsin niyyətindən aslıdır.
Bil və agah ol! Seyid ibn Tavus bir söz demişdir ki, xülasəsi belədir: İnsanın özündən başqası üçün istixarə etməsinə dəlalət edən açıq-aşkar bir rəvayət görmədim. Lakin dini qardaşların hacətlərinin yerinə yetirilməsinə göstəriş verən çoxlu rəvayətlərə rast gəldim. Dini qardaşları dua etmək barəsində o qədər rəvayət mövcuddur ki, burada onları gətirməyə ehtiyac duymadıq. İstixarə də həmin dua və hacətlərdən biridir. Çünki əgər bir şəxs başqasından onun üçün istixarə etməsini istəsə, mənası budur ki, ondan bir hacət tələb edir.
Əllamə Məclisi deyir: «Seyidin başqası üçün istixarə etməyin caiz olması barəsindəki bəyanı rəvayətlərin ümumi şəkildə (dini qardaşların hər bir hacətini yerinə yetirmək) gətirildiyi üçün düzgündür. Necə ki, Seyid bu məsələyə işarə etmişdir. Hacət sahibi özü-özü üçün istixarə etməsi daha yaxşıdır. Çünki biz istixarə etmək məqsədilə vəkil tutmağın caiz olması barəsində heç bir rəvayət görmədik.»

Читайте также: