Salavat: Əmirəlmöminin imam Əliyə (ə) salavat

Print Friendly, PDF & Email

Əmirəlmöminin imam Əliyə (ə) salavat
Şeyx Tusi “Misbahul-mutəhəccid” adlı kitabında “Cümə gününün əməlləri” bölümündə buyurur: “Bu rəvayəti bizim səhabələrimizin bir dəstəsi Əbulmüfəzzəl Şeybanidən nəql etmişdirlər. Əbu Müfəzzəl Şəybani belə demişdir: “Abid şəxs olan Əbu Muhəmməd Abdullah ibni Muhəmməd şəxsən özü bizə nəql etdi ki, mən, 255-ci hicri qəməri ilində imam Həsən Əskərinin (ə) “Surrə mən rəa”da (indiki Samirra şəhəri) yerləşən evində o həzrətdən xahiş etdim ki, peyğəmbərə (s) və onun canişinlərinə (ə) salavat göndərməyi mənə təlim etsin və bu salavatları kəlmə-kəlmə mənə imla desin. Mən, bu salavatları yazmaq üçün özümlə böyük bir kağız da götürmüşdüm. O həzrət heç bir kitaba baxmadan özü bu salavatları mənə təlim etdi.”

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə səlli əla əmiril mu`mininə Əliyyibni Əbi Talibin əxi nəbiyyik, və vəliyyihi və səfiyyihi (və vəsiyyihi) və vəzirih, İlahi, Peyğəmbərinin qardaşı, onun canişini, işlərinin nümayəndəsi, (xilafətə) seçdiyi, vəziri, اللَّهُمَّ صَلِّ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ أَخِي نَبِيِّكَ وَ وَلِيِّهِ وَ صَفِيِّهِ [وَ وَصِيِّهِ‏] وَ وَزِيرِهِ
və mustəvdəi ilmihi və məvzii sirrih, və babi hikmətihi vən natiqi bihuccətih, elminin əmanətdarı, sirrinin ocağı, hikmətinin qapısı, dəlil və bürhanı ilə danışan, وَ مُسْتَوْدَعِ عِلْمِهِ وَ مَوْضِعِ سِرِّهِ وَ بَابِ حِكْمَتِهِ وَ النَّاطِقِ بِحُجَّتِهِ
vəd dai ila şəriətihi və xəlifətihi fi ummətih, şəriətinə dəvət edən, ümməti arasında xəlifəsi, وَ الدَّاعِي إِلَى شَرِيعَتِهِ وَ خَلِيفَتِهِ فِي أُمَّتِهِ
və mufərricil kurəbi (kərbi) ən vəchihi qasimil kəfərəh, və murğimil fəcərəh çöhrəsindən qəm-qüssəni aradan qaldıran, kafirləri məhv və fasiqləri həlak edən وَ مُفَرِّجِ الْكُرَبِ [الْكَرْبِ‏] عَنْ وَجْهِهِ قَاصِمِ الْكَفَرَةِ وَ مُرْغِمِ الْفَجَرَةِ
əlləzi cəəltəhu min nəbiyyikə bimənziləti Harunə min Musa, və Harunun Musaya nisbəti kimi, Öz Peyğəmbərinin yerinə təyin etdiyin Əmirəlmöminin Əli ibn Əbu Talibə salam yetir! الَّذِي جَعَلْتَهُ مِنْ نَبِيِّكَ بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى
Əllahummə vali mən valah, və adi mən adah, İlahi, onu sevəni sev və düşmən biləni Sən də düşmən bil, اللَّهُمَّ وَالِ مَنْ وَالاهُ وَ عَادِ مَنْ عَادَاهُ
vənsur mən nəsərəh, vəxzul mən xəzələh, vəl`ən mən nəsəbə ləhu minəl əvvəlinə vəl axirin, ona yardım edənə yardım et, xar edəni xar et və onunla düşmənçilik edən birinci və sonunculara lənət et! وَ انْصُرْ مَنْ نَصْرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ وَ الْعَنْ مَنْ نَصَبَ لَهُ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ
və səlli ələyhi əfzələ ma səlləytə əla əhədin min əvsiyai ənbiyaik, ya rəbbəl aləmin(İlahi,) peyğəmbərlərinin canişinlərindən hər birinə göndərdiyin salam və salavatdan ən üstününü ona göndər, ey aləmlərin Rəbbi!وَ صَلِّ عَلَيْهِ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْصِيَاءِ أَنْبِيَائِكَ يَا رَبَّ الْعَالَمِينَ

Читайте также: