Ziyarətnamə: Səhlə məscidinin əməlləri
Burada şam və məğrib namazlarını arasında 2 rəkət namaz qılmaq müstəhəbdir. İmam Sadiqdən(ə) nəql olunur ki, hər qəm, qüssə-kədər üz vermiş şəxs belə etsə və dua eləsə, Allah onun qəmini aradan aparar. Bəzi kitablarda[1] nəql olunur ki, əgər içəri daxil olmaq istəsən, qapının ağzında dayan və de (amma digər kitabda bu əməlləri bu əməlləri çərşənbə axşamından çərşənbəyə keçən gecə yerinə yetirmək daha yaxşıdır.[2] Bir sıra hədislərdən əldə olunur ki, bu əməllərin bir qismini Həzrət Xızır (ə) təlim etmişdir):
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi və minəllahi və iləllahi və maşaəllah, və xəyrul əsmai lillahi təvəkkəltu ələllahi və la həvlə və la quvvətə illa billahil əliyyil əzim | Allahın adı və Allahın köməyi ilə, Allah tərəfindən, Allaha doğru və Allahın istəyi ilə! Adların ən yaxşısı Allaha məxsusdur. Allaha təvəkkül edirəm. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ مِنَ اللَّهِ وَ إِلَى اللَّهِ وَ مَا شَاءَ اللَّهُ وَ خَيْرُ الْأَسْمَاءِ لِلَّهِ تَوَكَّلْتُ عَلَى اللَّهِ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Əllahumməc`əlni min ummari məsacidikə və buyutik | İlahi, məni Sənin məscid və evlərini abad edənlərdən qərar ver! | اللَّهُمَّ اجْعَلْنِي مِنْ عُمَّارِ مَسَاجِدِكَ وَ بُيُوتِكَ |
| Əllahummə inni ətəvəccəhu iləykə bimuhəmmədin və ali Muhəmməd, və uqəddimuhum bəynə yədəy həvaici | İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinin vasitəsilə Sənə üz tutmuş və hacətlərimin rəva olunması üçün onları irəli keçirmişəm! | اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِمُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أُقَدِّمُهُمْ بَيْنَ يَدَيْ حَوَائِجِي |
| fəc`əlnil-lahummə bihim indəkə vəcihən fid dunya vəl axirəti və minəl muqərrəbin | Elə isə ey Rəbbim, məni Öz dərgahında onların vasitəsilə dünya və axirətdə üzüağ et və dərgahında yaxın olanlardan qərar ver! | فَاجْعَلْنِي اللَّهُمَّ بِهِمْ عِنْدَكَ وَجِيها فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ مِنَ الْمُقَرَّبِينَ |
| Əllahumməc`əl səlati bihim məqbulətən və zənbi bihim məğfura, və rizqi bihim məbsutən və duai bihim mustəcaba, və həvaici bihim məqziyyəh, vənzur iləyyə bivəchikəl kərim, nəzrətən rəhimətən əstəvcib bihəl kəramətə indək, summə la təsrifhu ənni əbədən birəhmətikə ya ərhəmər rahimin | İlahi, onların vasitəsilə namazlarımı qəbul et, günahlarımı bağışla, ruzimi çoxalt, duamı qəbul və hacətlərimi rəva et, mənə kəramət və rəhmət nəzərini sal ki, dərgahında kəramətinə şamil olum və bir daha rəhmət nəzərini məndən döndərmə, Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | اللَّهُمَّ اجْعَلْ صَلاتِي بِهِمْ مَقْبُولَةً وَ ذَنْبِي بِهِمْ مَغْفُورا وَ رِزْقِي بِهِمْ مَبْسُوطا وَ دُعَائِي بِهِمْ مُسْتَجَابا وَ حَوَائِجِي بِهِمْ مَقْضِيَّةً وَ انْظُرْ إِلَيَّ بِوَجْهِكَ الْكَرِيمِ نَظْرَةً رَحِيمَةً أَسْتَوْجِبُ بِهَا الْكَرَامَةَ عِنْدَكَ ثُمَّ لا تَصْرِفْهُ عَنِّي أَبَدا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
| ya muqəllibəl qulubi vəl əbsar, səbbit qəlbi əla dinikə və dini nəbiyyikə və vəliyyik, və la tuziğ qəlbi bə`də iz hədəytəni və həb li min lədunkə rəhmətən innəkə əntəl vəhhab | Ey qəlbləri və gözləri çevirən, qəlbimi Öz dinin, Peyğəmbərin və nümayəndənin dinində sabit saxla, qəlbimi doğru yola yönəltdikdən sonra azdırma və mənə Öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! | يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ وَ دِينِ نَبِيِّكَ وَ وَلِيِّكَ وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ |
| Əllahummə iləykə təvəccəhtu və mərzatəkə tələbtu və səvabəkə ibtəğəyt, və bikə aməntu və ələykə təvəkkəlt | İlahi, Sənə üz tutub razılığını diləyir və savabını arzulayıram! Sənə iman gətirmiş və təvəkkül etmişəm | اللَّهُمَّ إِلَيْكَ تَوَجَّهْتُ وَ مَرْضَاتَكَ طَلَبْتُ وَ ثَوَابَكَ ابْتَغَيْتُ وَ بِكَ آمَنْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ |
| Əllahummə fəəqbil bivəchikə iləyyə və əqbil bivəchi iləyk. | İlahi, Öz üzünü mənə tərəf, mənim üzümü də Özünə tərəf çevir! | اللَّهُمَّ فَأَقْبِلْ بِوَجْهِكَ إِلَيَّ وَ أَقْبِلْ بِوَجْهِي إِلَيْكَ |
Sonra «Ayətəl-kürsi» ayələrini, Müəvvəzətəyni («Nas» və «Fələq» surələrini) oxu və 7 dəfə «Subhanəllah», 7 dəfə «Əlhəmdulillah», 7 dəfə «Lə ilahə illəllah» və 7 dəfə «Allahu əkbər» dedikdən sonra bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləkəl həmdu əla ma hədəytəni | İlahi, məni doğru yola yönəltdiyin üçün həmd olsun Sənə! | اللَّهُمَّ لَكَ الْحَمْدُ عَلَى مَا هَدَيْتَنِي |
| və ləkəl həmdu əla ma fəzzəltəni, və ləkəl həmdu əla ma şərrəftəni | Mənə fəzilət verdiyin üçün həmd olsun Sənə! Məni şərafətli etdiyin üçün həmd olsun Sənə! | وَ لَكَ الْحَمْدُ عَلَى مَا فَضَّلْتَنِي وَ لَكَ الْحَمْدُ عَلَى مَا شَرَّفْتَنِي |
| və ləkəl həmdu əla kulli bəlain həsənin ibtələytəni | Məni yaxşı imtahana tutduğun üçün həmd olsun Sənə! | وَ لَكَ الْحَمْدُ عَلَى كُلِّ بَلاءٍ حَسَنٍ ابْتَلَيْتَنِي |
| Əllahummə təqəbbəl səlati və duai və təhhir qəlbi, vəşrəh li sədri və tub ələyyə innəkət təvvabur rəhim. | İlahi, namaz və duamı qəbul et, qəlbimi pakla, sinəmi genişləndir və tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən və mehribansan! | اللَّهُمَّ تَقَبَّلْ صَلاتِي وَ دُعَائِي وَ طَهِّرْ قَلْبِي وَ اشْرَحْ لِي صَدْرِي وَ تُبْ عَلَيَّ اِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ |
Seyid ibn Tavus belə buyurub: «Elə ki, istədin Səhlə məscidinə gedəsən, çərşənbə gecəsi məğrib və işa namazının arasında o məscidə daxil ol ki, başqa vaxtlardan daha fəzilətlidir. Elə ki, daxil oldun məğrib namazını və nafiləsini qıl. Sonra qalx 2 rəkət təhiyyət namazı qıl qurbətən illəllah. Namazı bitirdikdən sonra əllərini göyə qaldır və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əntəllahu lə ilahə illa ənt, mubdiul xəlqə və muiduhum, və əntəllahu lə ilahə illa ənt, xaliqul xəlqi və raziquhum, və əntəllahu la ilahə illa əntəl qabizul basit, və əntəllahu lə ilahə illa əntə mudəbbirul umur, və baisu mən fil qubur, əntə varisul ərzi və mən ələyha, əs`əlukə bismikəl məxzunil məknunil həyyil qəyyum, və əntəllahu lə ilahə illa əntə alimus sirri və əxfa, əs`əlukə iza duiyət bihi əcəbtə və iza suilət bihi ə`təyt, və əs`əlukə bihəqqikə əla Muhəmmədin və əhli bəytih, və bihəqqihimulləzi əvcəbtə əla nəfsikə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqziyə li hacəti, əs saətə əs saəh, ya samiəd dua, ya səyyidahu ya məvlahu ya ğiyasah, əs`əlukə bikullismin səmməytə bihi nəfsək, əvistə`sərtə bihi fi ilmil ğəybi indək, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tuəccilə fərəcənəs saəh, ya muqəllibəl qulubi vəl əbsar, ya səmiəd dua. | Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur. Sənsən xilqətə başlayan və onu qaytaran! Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur. Sənsən məxluqatın xaliqi və ruzi verəni! Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur. Sənsən (neməti) alan və genişləndirən! Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur. Sənsən işləri idarə edən, qəbirdəkiləri qaldıran, yerin və sakinlərinin varisi! Səndən gizli, diri və əzəli adının vasitəsilə istəyirəm. Sənsən Allah, Səndən başqa heç bir tanrı yoxdur. Sənsən sir və gizli işləri bilən! Çağırılan zaman qəbul və istənilən zaman əta etdiyin adının vasitəsilə Səndən istəyirəm. Muhəmməd və onun Əhlibeytinin, eləcə də, Özünə vacib etdiyin şəxslərin haqqına xatir Səndən istəyirəm ki, Məhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən və elə bu saat, elə bu saat hacətimi rəva edəsən, ey duaları eşidən, ey sərvərim, ey mövlam, ey dadıma yetən! Özünə qoyduğun və yaxud qeyb elmində Özünə aid etdiyin bütün adlarının vasitəsilə Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən və elə bu saat işlərimə fərəc verəsən, ey qəlbləri və gözləri çevirən, ey duaları eşidən! | أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ مُبْدِئُ الْخَلْقِ وَ مُعِيدُهُمْ وَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ خَالِقُ الْخَلْقِ وَ رَازِقُهُمْ وَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ الْقَابِضُ الْبَاسِطُ وَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ مُدَبِّرُ الْأُمُورِ وَ بَاعِثُ مَنْ فِي الْقُبُورِ أَنْتَ وَارِثُ الْأَرْضِ وَ مَنْ عَلَيْهَا أَسْأَلُكَ بِاسْمِكَ الْمَخْزُونِ الْمَكْنُونِ الْحَيِّ الْقَيُّومِ وَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ عَالِمُ السِّرِّ وَ أَخْفَى أَسْأَلُكَ بِاسْمِكَ الَّذِي إِذَا دُعِيتَ بِهِ أَجَبْتَ وَ إِذَا سُئِلْتَ بِهِ أَعْطَيْتَ وَ أَسْأَلُكَ بِحَقِّكَ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ بِحَقِّهِمُ الَّذِي أَوْجَبْتَهُ عَلَى نَفْسِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِيَ لِي حَاجَتِي السَّاعَةَ السَّاعَةَ يَا سَامِعَ الدُّعَاءِ يَا سَيِّدَاهْ يَا مَوْلاهْ يَا غِيَاثَاهْ أَسْأَلُكَ بِكُلِّ اسْمٍ سَمَّيْتَ بِهِ نَفْسَكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُعَجِّلَ فَرَجَنَا السَّاعَةَ يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ يَا سَمِيعَ الدُّعَاءِ |
Sonra səcdəyə get və Allaha təzim elə. İstədiyin həcət üçün Allahı çağır[3], bura Xəlilur-Rəhman İbrahimin evidir ki, İbrahim peyğəmbər oradan Əmaliqə ilə döyüşə getmişdir. Namazı bitirdikdən sonra təsbih deyib bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə bihəqqi hazihil buq`ətiş şərifəh, və bihəqqi mən təəbbədə ləkə fiha, qəd əlimtə həvaici, fəsalli əla Muhəmmədin və ali Muhəmmədin vəqziha, və qəd əhsəytə zunubi fəsalli əla Muhəmmədin və ali Muhəmmədin vəğfirha, Əllahummə əhyini ma (iza) kanətil həyatu xəyrən li, və əmitni (təvəffəni) iza kanətil vəfatu xəyrən li, əla muvalati əvliyaikə və muazati ə`daik, vəf`əl bi ma əntə əhluh, ya ərhəmər rahimin. | İlahi, bu şərafətli günbəzin və orada Sənə ibadət edən hər bir şəxsin xatirinə, Sən ki, mənim hacətlərimdən xəbərdarsan! Elə isə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və onları rəva et! Həqiqətən, Sən mənim günahlarımdan xəbərdarsan. Belə isə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və onları bağışla! İlahi, həyat mənə faydalı olduğu vaxta qədər məni diri saxla və ölüm mənə faydalı olduğu vaxt Sənin dostlarını sevdiyim və düşmənlərini düşmən bildiyim halda məni öldür! Mənimlə Sənə layiq olduğu kimi rəftar et, ey mehribanların ən mehribanı! | اللَّهُمَّ بِحَقِّ هَذِهِ الْبُقْعَةِ الشَّرِيفَةِ وَ بِحَقِّ مَنْ تَعَبَّدَ لَكَ فِيهَا قَدْ عَلِمْتَ حَوَائِجِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْضِهَا وَ قَدْ أَحْصَيْتَ ذُنُوبِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْهَا اللَّهُمَّ أَحْيِنِي مَا [إِذَا] كَانَتِ الْحَيَاةُ خَيْرا لِي وَ أَمِتْنِي [تَوَفَّنِي] إِذَا كَانَتِ الْوَفَاةُ خَيْرا لِي عَلَى مُوَالاةِ أَوْلِيَائِكَ وَ مُعَادَاةِ أَعْدَائِكَ وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra yenidən qərb və qiblə tərfdə 2 rəkət namaz qılıb əlləri səmaya qaldırıb de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni səlləytu hazihis səlatəbtiğaə mərzatik, və tələbə nailikə və rəcaə rifdikə və cəvaizik, fəsalli əla Muhəmmədin və ali Muhəmməd, və təqəbbəlha minni biəhsəni qəbul, və bəlliğni birəhmətikəl mə`mul, vəf`əl bi ma əntə əhluh, ya ərhəmər rahimin. | İlahi, bu namazı Sənin razılığını əldə etmək, bəxşişini diləmək, məni Öz dərgahında qəbul etmək və hədiyyələrini qazanmaq məqsədilə qıldım! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, onun məndən ən yaxşı şəkildə qəbul et, Öz rəhmətinlə məni arzularıma çatdır və mənimlə Sənə layiq olduğu kimi rəftar et, ey mehribanların ən mehribanı! | اللَّهُمَّ إِنِّي صَلَّيْتُ هَذِهِ الصَّلاةَ ابْتِغَاءَ مَرْضَاتِكَ وَ طَلَبَ نَائِلِكَ وَ رَجَاءَ رِفْدِكَ وَ جَوَائِزِكَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تَقَبَّلْهَا مِنِّي بِأَحْسَنِ قَبُولٍ وَ بَلِّغْنِي بِرَحْمَتِكَ الْمَأْمُولَ وَ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra səcdəyə get və üzünün 2 tərəfini torpağa qoy. Sonra şərq tərəfdə bir küncdə 2 rəkət namaz qıl və əllərini açıb de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə in kanətiz zunubu vəl xətaya qəd əxləqət vəchi indəkə fələm tərfə` li iləykə səvta, və ləm təstəcib li də`vəh, fəinni əs`əlukə bikə ya Əllah, fəinnəhu ləysə misləkə əhədun və ətəvəssəlu iləykə bi Muhəmmədin və alih, və əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tuqbilə iləyyə (əla) bivəchikəl kərim, və tuqbilə bivəchi iləyk, və la tuxəyyibəni hinə əd`uk, və la təhriməni hinə ərcuk, ya ərhəmər rahimin. | İlahi, əgər günah və xətalarım məni Sənin dərgahında həyasız edərək səsimin Sənə doğru qalxması və dualarımın qəbuluna mane olursa, onda, Öz haqqına xatir Səndən istəyirəm, ey Allah, həqiqətən, Sənin kimisi yoxdur! Muhəmməd və onun Əhlibeytinin vasitəsilə Sənə təvəssül edir və Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, kəramətli zatınla mənə inayət edəsən, üzümü Özünə doğru çevirəsən, Səni çağırdıqda ümidimi üzməyəsən və Sənə ümid bəslədiyim zaman məni məhrum etməyəsən, ey mehribanların ən mehribanı! | اللَّهُمَّ إِنْ كَانَتِ الذُّنُوبُ وَ الْخَطَايَا قَدْ أَخْلَقَتْ وَجْهِي عِنْدَكَ فَلَمْ تَرْفَعْ لِي إِلَيْكَ صَوْتا وَ لَمْ تَسْتَجِبْ لِي دَعْوَةً فَإِنِّي أَسْأَلُكَ بِكَ يَا اللَّهُ فَاِنَّهُ لَيْسَ مِثْلَكَ أَحَدٌ وَ أَتَوَسَّلُ إِلَيْكَ بِمُحَمَّدٍ وَ آلِهِ وَ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُقْبِلَ إِلَيَّ [عَلَيَ] بِوَجْهِكَ الْكَرِيمِ وَ تُقْبِلَ بِوَجْهِي [إِلَيْكَ] وَ لا تُخَيِّبَنِي حِينَ أَدْعُوكَ وَ لا تَحْرِمَنِي حِينَ أَرْجُوكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Şeyx Abbas Qumi deyir: «Qeyri-məşhur kitablarda nəql olunur ki, bu əməlləri yerinə yetirdikdən sonra şərq tərəfdə başqa bir küncə gedib orada 2 rəkət namaz qıl və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bismikə ya Əllah, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələ xəyrə umuri axirəh, və xəyrə ə`mali xatiməh, və xəyrə əyyami yəvmə əlqakə fih, innəkə əla kulli şəy`in qədir. Əllahummə təqəbbəl duai vəsmə` nəcvay, ya əliyyu ya əzimu ya qadiru ya qahiru ya həyyən la yəmut, salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir liyəz zunubəlləti bəyni və bəynək, və la təfzəhni əla ruusil əşhad, vəhrusni bi əynikəlləti la tənam, vərhəmni biqudrətikə ələyyə ya ərhəmər rahimin, və salləllahu əla səyyidina Muhəmmədin və alihit tahirin, ya rəbbəl aləmin. | Ey Rəbbim, ey Allah, Səndən Öz (mübarək) adın vasitəsilə istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, ömrümün və əməllərimin sonunu xeyirlə bitirəsən, Səninlə görüşəcəyim günü günlərimin ən xeyirlisi qərar verəsən! Həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, duamı qəbul et, münacatımı eşit, ey uca, ey böyük, ey qadir, ey qalib, ey heç vaxt ölməyən diri, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənimlə Sənin aranda olan günahlarımı bağışla, məni camaatın hüzurunda rüsvay etmə, yatmayan gözünlə qoru və qüdrətinlə mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi! Allahın salamı olsun sərvərimiz Muhəmməd və onun pak Əhlibeytinə! Ey aləmlərin Rəbbi! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِاسْمِكَ يَا اللَّهُ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ خَيْرَ عُمُرِي آخِرَهُ وَ خَيْرَ أَعْمَالِي خَوَاتِيمَهَا وَ خَيْرَ أَيَّامِي يَوْمَ أَلْقَاكَ فِيهِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ تَقَبَّلْ دُعَائِي وَ اسْمَعْ نَجْوَايَ يَا عَلِيُّ يَا عَظِيمُ يَا قَادِرُ يَا قَاهِرُ يَا حَيّا لا يَمُوتُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي بَيْنِي وَ بَيْنَكَ وَ لا تَفْضَحْنِي عَلَى رُءُوسِ الْأَشْهَادِ وَ احْرُسْنِي بِعَيْنِكَ الَّتِي لا تَنَامُ وَ ارْحَمْنِي بِقُدْرَتِكَ عَلَيَّ يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ يَا رَبَّ الْعَالَمِينَ |
Sonra məscidin ortasında olan evdə 2 rəkət nataz qılıb de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya (mən huvə) əqrəbu iləyyə min həblil vərid, ya fə`alən lima yurid, ya mən yəhulu bəynəl mər`i və qəlbih, salli əla Muhəmmədin və alih, və hul bəynəna və bəynə mən yu`zina bihəvlikə və quvvətik, ya kafi (kafiyən) min kulli şəy, və la yəkfi minhu şəy, ikfinəl muhimmə min əmrid dunya vəl axirəh, ya ərhəmər rahimin. | Ey mənə şah damarından yaxın olan, ey istədiyini yerinə yetirən, ey insanla onun qəlbi arasında fasilə salan! Muhəmməd və onun Əhlibeytinə salam yetir, Öz qüdrət və qüvvətinlə mənimlə günahlarım arasında fasilə sal, ey hər bir şeyə yetərli olan və heç bir şeyin Ona yetərli olmadığı, dünya və axirətlə bağlı mühüm işlərimdə mənə yetərli ol, ey mehribanların ən mehribanı! | يَا [مَنْ هُوَ] أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا فَعَّالا لِمَا يُرِيدُ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ حُلْ بَيْنَنَا وَ بَيْنَ مَنْ يُؤْذِينَا بِحَوْلِكَ وَ قُوَّتِكَ يَا كَافِي [يَا كَافِيا] مِنْ كُلِّ شَيْءٍ وَ لا يَكْفِي مِنْهُ شَيْءٌ اكْفِنَا الْمُهِمَّ مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra üzünün hər 2 tərəfini torpağa qoyursan.
Şeyx Abbas Qumi deyir: «Hal-hazırda bu müqəddəs məkan imam Zeynəlabidinin (ə) məqamı ilə tanınır. «Məzari-qədim» kitabında nəql olunmuşdur ki, bu məqamda 2 rəkət namaz qıldıqdan sonra «Əllahummə, inni əsəlukə ya mən la tərahul uyun…» – zikrini demək lazımdır. Bu dua, Kufə məscidində Əmirəlmöminin Əlinin (ə) «dəkkə»si ilə bağlı əməllərdə qeyd olundu. Bu məkanın yaxınlığında İmam Məhdi Sahibəzzamanın (ə.f) məqamı ilə tanınan bir yer vardır ki, o həzrəti orada ziyarət etmək münasibdir. Bəzi kitablarda nəql olunmuşdur ki, o həzrəti burada ziyarət etmək daha yaxşıdır. Belə ki, ayaq üstə «Səlamullahil kamilut tamuş şamil…» – ziyarətini oxumaq lazımdır. Biz bu ziyarəti tam şəkildə 7-ci fəslin «Kəlimut-təyyib»lə bağlı birinci bölmədə nəql etdiyimiz üçün, burada onu təkrarlamağı lazım görmürük. Seyid ibn Tavus onu 2 rəkət namaz qıldıqdan sonra müqəddəs «Sərdab»ın ziyarətlərindən biri kimi hesab etmişdir.
Mənbələr:
[1] Əllamə Məclisi – Biharul-ənvar, c 97, səh 443, hədis 22,
Muhəmməd ibn əl-Məşədi – Məzar-kəbir, səh 137
[2] Şeyx Tusi — Misbahuz-zair, səh 105
[3] Şeyx Tusi — Misbahuz-zair, səh 105,
Əllamə Məclisi — Buharul-ənvar, c 97, səh 441, hədis 21,
Muhəmməd ibn əl-Məşədi – Məzar-kəbir, səh 137
Qeyd etməliyik ki, “Biharul-ənvar”a istinadən bu duanı
İmam Sadiq (ə) Xanım Fatimə-Zəhraya (s.ə) zülm edənlərə
öz narazılığı bildirdiyi üçün həbs edilən bir qadının nicatı üçün
Səhlə məscidində oxumuşdur. “Məzar” kitablarının müəllifləri isə
bu duanı cüzi fərqlə — hər bir ehtiyaclının halına uyğun şəkildə qeyd etmişlər.
