Ziyarətnamə: Zeyd məscidində dua və namaz

Print Friendly, PDF & Email

Bəzi rəvayətlərdə Əli ibn İbrahimin öz atasından belə nəql etdiyi qeyd olunur: “O (Həzrət Xızır (ə)), Səhlə məscidindən xaric olub (bu məscidin yanında yerləşən) kiçik bir məscidə daxil oldu. Orada təmkin və vüqarla 2 rəkət namaz qıldı. Namazdan sonra əllərini açdı və dedi:

TranskripsiyaTərcüməƏrəbcə
İlahi qəd məddə iləykəl xatiul muznibu yədəyhi bihusni zənnihi bik, ilahi qəd cələsəl musiu bəynə yədəykə muqərrən ləkə bisui əməlih, və raciyən minkəs səfhə ən zələlih, ilahi qəd rəfəə iləykəz zalimu kəffəyhi raciyən lima lədəyk, fəla tuxəyyibhu birəhmətikə min fəzlik, ilahi qəd cəsəl aidu iləl məasi bəynə yədəykə xaifən min yəvmin təcsu fihil xəlaiqu bəynə yədəyk, ilahi caəkəl əbdul xatiu fəziən muşfiqən və rəfəə iləykə tərfəhu həzirən raciya, və fazət əbrətuhu mustəğfirən nadima, və izzətikə və cəlalikə ma ərədtu bimə`siyəti muxaləfətəkə və ma əsəytukə iz əsəytuk, və ənə bikə cahil, və la liuqubətikə mutəərrizun və la linəzərikə mustəxiff, və lakin səvvələt li nəfsi və əanətni əla zalikə şikvəti, və ğərrəni sitrukəl murxa ələyy, fəminəl anə min əzabikə mən yəstənqizuni, və bəhəbli mən ə`təsimu in qətə`tə həbləkə ənni, fəya səv`ətahu ğədən minəl vuqufi (məvqifi) bəynə yədəyk, iza qilə lil muxiffinə cuzu və lil musqilinə huttu, əfəməəl muxiffinə əcuzu əm məəl musqilinə əhutt, vəyli kulləma kəburə sinni kəsurət zunubi, vəyli kulləma talə umri kəsurət məasiy, fəkəm ətubu və kəm əud, əma anə li ən əstəhyiyə min rəbbi, Əllahummə fəbihəqqi Muhəmmədin və ali Muhəmməd, iğfir li vərhəmni ya ərhəmər rahiminə və xəyrəl ğafirin.İlahi, həqiqətən, xətakar və günahkar bəndən Səninlə bağlı yaxşı gümanda olduğu üçün əllərini Sənin dərgahına qaldırıb! İlahi, çirkin bəndən pis əməllərini iqrar etdiyi və xətalarına göz yummağına ümid bəslədiyi halda, Sənin müqabilində əyləşib! İlahi, həqiqətən, zülmkar bəndən Sənin dərgahında olanlara ümid bəslədiyi halda əllərini Sənə doğru uzadıb! Elə isə lütf və mərhəmətinlə onu naümid etmə! İlahi, həqiqətən, günahlara qayıdan bəndən məxluqatın Sənin hüzurunda diz çökdüyü gündən qorxduğu halda, Sənin hüzurunda diz çöküb! İlahi, xətakar bəndən qorxduğu, nigaran olduğu, qorxu və ümid hissi ilə Sənə göz dikdiyi, peşmançılıqla ağlayıb bağışlanmasını dilədiyi halda dərgahına gəlib! And olsun Sənin izzət və calalına, Sənə itaətsizliyimdə Səninlə müxalifətçilik məqsədini güdmürdüm, əksinə Sənin məqamını tanımadığım üçün Sənə itaətsizlik etdim! Sənə itaətsizliyimdə Sənin əzabına tuş gəlmək və nəzərini (hökmlərini) yüngül saymaq məqsədini güdmürdüm, əksinə nəfsim məni itaətsizliyə yönəltdi, bədbəxtliyim də ona kömək etdi və günahlarımı ört-basdır etməyin məni məğrur etdi. İndi məni Sənin əzabından kim xilas edəcək? Əgər Sən məni Öz ipindən naümid etsən, onda, kimin ipindən yapışacağam? Sabah (qiyamət günü) Sənin hüzurunda dayandığım, mələklərin günahı yüngül olanlara “Tez keçin!” və günahı ağır olanlara “Cəhənnəmə atılın!” – dedikləri zaman, görəsən, mən günahı yüngül olanlarla keçəcəyəm, yox günahı ağır olanlara cəhənnəmə atılacağam! Vay olsun mənə, yaşım ötdükcə günahlarım da çoxalır! Vay olsun mənə, ömrüm artdıqca, itaətsizliyim də artır! Nə qədər tövbə etməliyəm?! Nə qədər (tövbəmi pozub yenidən) qayıtmalıyam?! Rəbbimdən həya etməyimin vaxtı çatmayıbmı? İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, məni bağışla və mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi və bağışlayanların ən yaxşısı!إِلَهِي قَدْ مَدَّ إِلَيْكَ الْخَاطِئُ الْمُذْنِبُ يَدَيْهِ بِحُسْنِ ظَنِّهِ بِكَ إِلَهِي قَدْ جَلَسَ الْمُسِي‏ءُ بَيْنَ يَدَيْكَ مُقِرّا لَكَ بِسُوءِ عَمَلِهِ وَ رَاجِيا مِنْكَ الصَّفْحَ عَنْ زَلَلِهِ إِلَهِي قَدْ رَفَعَ إِلَيْكَ الظَّالِمُ كَفَّيْهِ رَاجِيا لِمَا لَدَيْكَ فَلا تُخَيِّبْهُ بِرَحْمَتِكَ مِنْ فَضْلِكَ إِلَهِي قَدْ جَثَا الْعَائِدُ إِلَى الْمَعَاصِي بَيْنَ يَدَيْكَ خَائِفا مِنْ يَوْمٍ تَجْثُو فِيهِ الْخَلائِقُ بَيْنَ يَدَيْكَ إِلَهِي جَاءَكَ الْعَبْدُ الْخَاطِئُ فَزِعا مُشْفِقا وَ رَفَعَ إِلَيْكَ طَرْفَهُ حَذِرا رَاجِيا وَ فَاضَتْ عَبْرَتُهُ مُسْتَغْفِرا نَادِما وَ عِزَّتِكَ وَ جَلالِكَ مَا أَرَدْتُ بِمَعْصِيَتِي مُخَالَفَتَكَ وَ مَا عَصَيْتُكَ إِذْ عَصَيْتُكَ وَ أَنَا بِكَ جَاهِلٌ وَ لا لِعُقُوبَتِكَ مُتَعَرِّضٌ وَ لا لِنَظَرِكَ مُسْتَخِفٌّ وَ لَكِنْ سَوَّلَتْ لِي نَفْسِي وَ أَعَانَتْنِي عَلَى ذَلِكَ شِقْوَتِي وَ غَرَّنِي سِتْرُكَ الْمُرخَى عَلَيَّ فَمِنَ الْآنَ مِنْ عَذَابِكَ مَنْ يَسْتَنْقِذُنِي وَ بِحَبْلِ مَنْ أَعْتَصِمُ إِنْ قَطَعْتَ حَبْلَكَ عَنِّي فَيَا سَوْأَتَاهْ غَدا مِنَ الْوُقُوفِ [الْمَوْقِفِ‏] بَيْنَ يَدَيْكَ إِذَا قِيلَ لِلْمُخِفِّينَ جُوزُوا وَ لِلْمُثْقِلِينَ حُطُّوا أَ فَمَعَ الْمُخِفِّينَ أَجُوزُ أَمْ مَعَ الْمُثْقِلِينَ أَحُطُّ وَيْلِي كُلَّمَا كَبُرَ سِنِّي كَثُرَتْ ذُنُوبِي وَيْلِي كُلَّمَا طَالَ عُمْرِي كَثُرَتْ مَعَاصِيَّ فَكَمْ أَتُوبُ وَ كَمْ أَعُودُ أَ مَا آنَ لِي أَنْ أَسْتَحْيِيَ مِنْ رَبِّي اللَّهُمَّ فَبِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ اغْفِرْ لِي وَ ارْحَمْنِي يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ خَيْرَ الْغَافِرِينَ

Sonra ağlaya-ağlaya üzünü torpağa qoyub de:
Ərəbcəارْحَمْ مَنْ أَسَاءَ وَ اقْتَرَفَ وَ اسْتَكَانَ وَ اعْتَرَفَ
TərcüməPislik edən, cinayətə əl atan, çarəsiz qalan və (günahlarını) etiraf edən şəxsə rəhm et!
Transkripsiyaİrhəm mən əsaə vəqtərəfə vəstəkanə və`tərəf.

Sonra üzünün sağ tərəfini torpağa qoy və de:
Ərəbcəإِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ فَأَنْتَ نِعْمَ الرَّبُّ
TərcüməƏgər mən pis bəndəyəmsə, Sən yaxşı Rəbsən!
Transkripsiyaİn kuntu bi`səl əbdu fəəntə ni`mər rəbb.

Sonra sol tərəfini torpağa qoy və de:
Ərəbcəظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيمُ
Tərcüməİlahi, əgər bəndənin günahı böyükdürsə, bəs, Sənin əfvin daha yaxşı olmalıdır, ey kərim Allah!
TranskripsiyaƏzuməz zənbu min əbdikə fəlyəhsunil əfvu min indikə ya kərim.

Yenidən səcdə halına qayıt və yüz dəfə de[1]:
Ərəbcəالْعَفْوَ الْعَفْوَ
TərcüməƏfv istəyirəm, əfv istəyirəm!
TranskripsiyaƏl əfvə, əl əfv.

O, həmin məsciddən xaric oldu. Biz bu məkan barəsində ondan soruşduq. O dedi: “Bura Əli ibn Əbu Talibin (ə) səhabəsi olan Zeyd ibn Suhanın məscididir. Mənim yerinə yetirdiklərim də onun duası və ibadəti idi.” Bunu deyib bizim gözümüzdən qeyb oldu[2].
Şeyx Abbas Qumi deyir: “Bu məscid, Kufənin məscidlərindən biri olub, Əmirəlmöminin Əlinin (ə) Zeyd ibn Suhan adlı səhabəsinə mənsubdur. O, “Cəməl” müharibəsində şəhadət məqamına çatmışdır. Qeyd etdiyimiz dua onun gecə namazında oxuduğu duadır. Onun məscidinin yaxınlığında qardaşı Səsəə ibn Suhanın məscidi yerləşir ki, o da Əmirəlmöminin Əli (ə)-ın səhabələrindən və o həzrətin haqqına arif olanlardan və böyük iman əhlindəndir. O qədər fəsahət və bəğalətli olmuşdur ki, Əmirəlmöminin Əli (ə) onu “Şəhşəh”in xətibi adlandırmış, xətibliyini, fəsahət və bəlağətini tərifləmişdir. Əmirəlmöminin Əli (ə) dünyadan gedib, övladları o həzrəti Kufədən Nəcəfi-Əşrəfə apardıqları zaman, dəfndə iştirak edənlərdən biri də Səsəə ibn Suhan olmuşdur. Həzrətin dəfn mərasimi qurtardıqdan sonra Səsəə qəbrin yanında durub, əlinə bir az torpaq götürdü və öz başına tökərək dedi: “Ya Əmirəlmöminin, ata-anam sənə qurban olsun! Sənə Allahın kəramətləri mübarək olsun. Ey Əbəl Həsən! Həqiqətən, səni dünyaya gətirən pak-pakizə olmuşdur. Sənin səbrin güclü, cihadın böyük idi, arzu etdiyinə çatdın, faydalı ticarət etdin və öz Rəbbinin yanına getdin.” O, belə sözlər çox dedi, möhkəm ağladı və başqalarını da ağlatdı. Həqiqətdə, İmamın qəbri üstə gecə vaxtı rövzə məclisi quruldu və rövzəni də Səsəə dedi, dinləyicilər və rövzəyə qulaq asanlar da İmam Həsən (ə), İmam Hüseyn (ə), Muhəmməd ibn Hənəfiyyə, həzrət Əbəlfəzl Abbas (ə) və İmam Əlinin (ə) digər övladları idilər. Səsəə sözünü qurtardıqdan sonra üzünü İmam Həsən (ə), İmam Hüseyn (ə) və o həzrətin digər övladlarına tutub, onlara təsəlli verdi, başsağlığı dedi. Sonra hamılıqla Kufəyə qayıtdılar. Bir sözlə, “Səsəə” məscidi Kufənin müqəddəs məscidlərindən sayılır və Rəcəb ayında İmam Məhdini (ə.f) orada görənlər çox olmuşdur ki, Həzrət 2 rəkət namaz qıldıqdan sonra belə bir dua demişdir: “Əllahummə, ya zəl minənis sabiğəti vəl alail vaziəti…” İmam Məhdinin (ə.f) əməli göstərir ki, bu dua (“Səhlə” və “Zeyd” məscidlərinin duaları kimi) həmin məscidə məxsus olub, onun əməllərindən sayılır. Lakin Həzrət bu duanı Rəcəb ayında oxuduğundan, ehtimal verilir ki, o, Rəcəb ayının dualarından olsun. Məhz bu səbəbdən də alimlərin kitablarında Rəcəb ayının əməllərindən qeyd olunduğu gözə çarpır. Biz də onu Rəcəb ayının əməlləri içərisindən qeyd etdiyimiz üçün, burada ilk cümləsi ilə kifayətləndik, maraqlananlar ora müraciət edə bilərlər.

Mənbələr:
[1] Seyid ibn Tavus — Misbahuz-zair, səh 108
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 444,
      Məzar-Kəbir, səh 142

 

Читайте также: