TAM 4-cü İmam Zeynulabidinin (ə) namazı
İmam Səccadın (ə) namaz 4 rəkətdir (2 rəkət — 2 rəkət) və hər rəkətdə bir dəfə «Fatihə» surəsi, 100 dəfə «İxlas» surəsi oxunmalıdır.
Namazdan sonra bu dua[1] oxunur:
4-cü İmam Zeynul-abidin (ə)-ın namazı_25
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, ya mən ləm yuaxiz bil cərirəh, və ləm yəhtikis sitr | Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! Ey günaha görə cəzalandırmayan və günahkarların pərdəsini yırtmayan! | يَا مَنْ أَظْهَرَ الْجَمِيلَ وَ سَتَرَ الْقَبِيحَ يَا مَنْ لَمْ يُؤَاخِذْ بِالْجَرِيرَةِ وَ لَمْ يَهْتِكِ السِّتْرَ |
| ya əziməl əfv, ya həsənət təcavuz, ya vasiəl məğfirəh, ya basitəl yədəyni bir rəhməh | Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan! | يَا عَظِيمَ الْعَفْوِ يَا حَسَنَ التَّجَاوُزِ يَا وَاسِعَ الْمَغْفِرَةِ يَا بَاسِطَ الْيَدَيْنِ بِالرَّحْمَةِ |
| ya sahibə kulli nəcva, ya muntəha kulli şəkva, ya kəriməs səfhi ya əzimər rəca, ya mubtədiən binniəmi qəblə istihqaqiha | Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, ey günahlardan keçən böyük və mehriban, ey ümid bəsləyənlərin böyük ümidi, ey haqqından qabaq nemətlər bağışlayan | يَا صَاحِبَ كُلِّ نَجْوَى يَا مُنْتَهَى كُلِّ شَكْوَى يَا كَرِيمَ الصَّفْحِ يَا عَظِيمَ الرَّجَاءِ يَا مُبْتَدِئا بِالنِّعَمِ قَبْلَ اسْتِحْقَاقِهَا |
| ya rəbbəna və səyyidəna və məvlana, ya ğayətə rəğbətina, əs`əlukəllahummə ən tusalliyə əla Muhəmədin və ali Muhəmməd. | ey bizim Rəbbimiz və sərvərimiz, ey istəklərimizin sonu! İlahi, Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən! | يَا رَبَّنَا وَ سَيِّدَنَا وَ مَوْلانَا يَا غَايَةَ رَغْبَتِنَا أَسْأَلُكَ اللَّهُمَّ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
Mənbələr:
[1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 274,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 187
