Minacat: 11-ci Minacat — Möhtacların (ehtiyaclı olanların) minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «möhtacların» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, özlərini başdan-başa Allaha möhtac bilən kimsələrin minacatıdır. Onlar Allahdan nemət diləyir, bu nemətlərin davamlı olmasını rica edirlər. Bütün çətinliklərin, məğlubiyyətlərin və kədərlərin aradan qalxmasını Allahdan diləyirlər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| İlahi kəsri la yəcburuhu illa lutfukə və hənanuk, | İlahi, nöqsanlarımı Sənin lütf və məhəbbətindən başqa bir şey bərpa | إِلَهِي كَسْرِي لا يَجْبُرُهُ إِلا لُطْفُكَ وَ حَنَانُكَ |
| və fəqri la yuğnihi illa ətfukə və ihsanuk, | və fəqirliyimi Sənin ehsanından başqa bir şey qəni, | وَ فَقْرِي لا يُغْنِيهِ إِلا عَطْفُكَ وَ إِحْسَانُكَ |
| və rəv`əti la yusəkkinuha illa əmanuk, | qorxu və vəhşətimə amanından başqa bir şey əmniyyət verə, | وَ رَوْعَتِي لا يُسَكِّنُهَا إِلا أَمَانُكَ |
| və zilləti la yuizzuha illa sultanuk, | zəlilliyimi Sənin qüdrətindən başqa bir şey izzətlə əvəz edə bilməz. | وَ ذِلَّتِي لا يُعِزُّهَا إِلا سُلْطَانُكَ |
| və umniyyəti la yubəlliğuniha illa fəzluk, | Sənin lütf və kərəmindən başqa bir şey məni arzularıma çatdıra | وَ أُمْنِيَّتِي لا يُبَلِّغُنِيهَا إِلا فَضْلُكَ |
| və xəlləti la yəsudduha illa təvluk, | və fəqirliyimin qarşısını nemətlərindən başqası ala bilməz. | وَ خَلَّتِي لا يَسُدُّهَا إِلا طَوْلُكَ |
| və hacəti la yəqziha ğəyruk, | Hacətimi Səndən başqası rəva etməz, | وَ حَاجَتِي لا يَقْضِيهَا غَيْرُكَ |
| və kərbi la yufərricuhu siva rəhmətik, | kədərimi rəhmətindən başqa bir şey şadlığa çevirməz, | وَ كَرْبِي لا يُفَرِّجُهُ سِوَى رَحْمَتِكَ |
| və zurri la yəkşifuhu ğəyru rə`fətik, | çətinliklərimi mehribanlığından başqa bir şey aradan qaldırmaz. | وَ ضُرِّي لا يَكْشِفُهُ غَيْرُ رَأْفَتِكَ |
| və ğulləti la yubərriduha illa vəsluk, | Sənə meylimin hərarətini vüsalından başqa bir şey soyuda | وَ غُلَّتِي لا يُبَرِّدُهَا إِلا وَصْلُكَ |
| və ləv`əti la yutfiha illa liqauk, | və yandırıcı (məhəbbət) atəşimi görüşündən başqa bir şey söndürə bilməz. | وَ لَوْعَتِي لا يُطْفِيهَا إِلا لِقَاؤُكَ |
| və şəvqi iləykə la yəbulluhu illən nəzəru ila vəchik, | Şövqümün alovuna camalına nəzər salmaqdan başqa bir şey su səpə | وَ شَوْقِي إِلَيْكَ لا يَبُلُّهُ إِلا النَّظَرُ إِلَى وَجْهِكَ |
| və qərari la yəqirru dunə dunuvvi mink, | və qəlbim Sənə yaxın olmaqdan başqa bir şeylə aram ola bilməz. | وَ قَرَارِي لا يَقِرُّ دُونَ دُنُوِّي مِنْكَ |
| və ləhfəti la yərudduha illa rəvhuk, | Həsrət və kədərimi rəhmət yelindən başqa bir şey aradan qaldıra, | وَ لَهْفَتِي لا يَرُدُّهَا إِلا رَوْحُكَ |
| və suqmi la yəşfihi illa tibbuk, | xəstəliyimə diqqət yetirməyindən başqa, heç nə şəfa verə, | وَ سُقْمِي لا يَشْفِيهِ إِلا طِبُّكَ |
| və ğəmmi la yuzilluhu illa qurbuk, | yaxınlığından başqa, kimsə qəlbimdəki qüssəni çıxara bilməz. | وَ غَمِّي لا يُزِيلُهُ إِلا قُرْبُكَ |
| və curhi la yubriuhu illa səfhuk, | Yaralarıma bağışlamağından başqa bir şey məlhəm ola, | وَ جُرْحِي لا يُبْرِئُهُ إِلا صَفْحُكَ |
| və rəynu qəlbi la yəcluhu illa əfvuk, | qəlbimin bərkliyini əfvindən başqa bir şey cilalamaz, | وَ رَيْنُ قَلْبِي لا يَجْلُوهُ إِلا عَفْوُكَ |
| və vəsvasu sədri la yuzihuhu illa əmruk, | batil düşüncə və vəsvəsələri əmrindən (yardımından) başqa, heç nə aparmaz, | وَ وَسْوَاسُ صَدْرِي لا يُزِيحُهُ إِلا أَمْرُكَ |
| fəya muntəha əməlil amilin, və ya ğayətə su`lis sailin, | ey arzu edənlərin arzusunun sonu, ey tələb edənlərin ən ali istəyi, | فَيَا مُنْتَهَى أَمَلِ الْآمِلِينَ وَ يَا غَايَةَ سُؤْلِ السَّائِلِينَ |
| və ya əqsa təlibətit talibin, və ya ə`la rəğbətir rağibin, | ey xahiş edənlərin ən uca xahişi, | وَ يَا أَقْصَى طَلِبَةِ الطَّالِبِينَ وَ يَا أَعْلَى رَغْبَةِ الرَّاغِبِينَ |
| və ya vəliyyəs salihin, | ey salehlərin yardımçısı, | وَ يَا وَلِيَّ الصَّالِحِينَ |
| və ya əmanəl xaifin, | ey qorxan qəlblərin aman yeri, | وَ يَا أَمَانَ الْخَائِفِينَ |
| və ya mucibə də`vətil muztərrin, | ey iztirabda olanların duasını qəbul edən, | وَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ |
| və ya zuxrəl mu`dimin, | ey bir şeyə malik olmayanların zəxirəsi (ehtiyatı), | وَ يَا ذُخْرَ الْمُعْدِمِينَ |
| və ya kənzəl baisin, və ya ğiyasəl mustəğisin, | ey çarəsizlərin xəzinəsi, ey fəryad edənlərin dadına çatan, | وَ يَا كَنْزَ الْبَائِسِينَ وَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ |
| və ya qaziyə həvaicil fuqərai vəl məsakin, | ey fəqir və miskinlərin ehtiyaclarını ödəyən, | وَ يَا قَاضِيَ حَوَائِجِ الْفُقَرَاءِ وَ الْمَسَاكِينِ |
| və ya əkrəm əkrəmin, və ya ərhəmər rahimin, | ey kərimlərin kərimi, ey rəhmlilərin rəhmlisi! | وَ يَا أَكْرَمَ الْأَكْرَمِينَ وَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
| ləkə təxəzzui və suali, və iləykə təzərrui vəbtihali, | Səndən istəyirəm və şikayətim Sənədir. | لَكَ تَخَضُّعِي وَ سُؤَالِي وَ إِلَيْكَ تَضَرُّعِي وَ ابْتِهَالِي |
| əs`əlukə ən tuniləni min rəvhi rizvanik, və tudimə ələyyə niəməmtinanik, | Səndən məni asudəlik və razılıq məqamına nail etməyini və nemətlərini kəsmədiyini istəyirəm. | أَسْأَلُكَ أَنْ تُنِيلَنِي مِنْ رَوْحِ رِضْوَانِكَ وَ تُدِيمَ عَلَيَّ نِعَمَ امْتِنَانِكَ |
| və ha ənə bibabi kərəmikə vaqif, və linəfəhati birrikə mutəərriz, | Onların sayəsində indi mən Sənin kərəm qapında dayanmış, lütfün halıma şamil olmuş, | وَ هَا أَنَا بِبَابِ كَرَمِكَ وَاقِفٌ وَ لِنَفَحَاتِ بِرِّكَ مُتَعَرِّضٌ |
| və bihəblikəş şədidi mu`təsim, və biurvətikəl vusqa mutəməssik, | qırılmaz və möhkəm ipinə sarılmışam. | وَ بِحَبْلِكَ الشَّدِيدِ مُعْتَصِمٌ وَ بِعُرْوَتِكَ الْوُثْقَى مُتَمَسِّكٌ |
| ilahi irhəm əbdəkəz zəlil, zəl lisanil kəlil, vəl əməlil qəlil, | İlahi, həyasından dili bağlı, əməli az və zəlil bəndənə rəhm et, | إِلَهِي ارْحَمْ عَبْدَكَ الذَّلِيلَ ذَا اللِّسَانِ الْكَلِيلِ وَ الْعَمَلِ الْقَلِيلِ |
| vəmnun ələyhi bitəvlikəl cəzil, vəknufhu təhtə zillikəz zəlil, | böyük nemətlərini əta etməklə ona minnət qoy, məni sabit kölgənin (rəhmətinin) himayəsində yerləşdir, | وَ امْنُنْ عَلَيْهِ بِطَوْلِكَ الْجَزِيلِ وَ اكْنُفْهُ تَحْتَ ظِلِّكَ الظَّلِيلِ |
| ya kərimu ya cəmilu ya ərhəmər rahimin. | ey kərim, ey camal sahibi, ey mehribanların ən mehribanı! | يَا كَرِيمُ يَا جَمِيلُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 149
