Minacat: 12-ci Minacat — Ariflərin minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «ariflərin» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, ariflərin minacatıdır. O kəslər ki, Allahın zatını dərk etməkdə aciz olduqlarını dəkr etdikdən, Onun sifətlərini isə kamil surətdə tanıdıqdan sonra Onu əvvəlkindən daha yaxşı tanımağa cəhd göstərir, qəlblərinin üzərindən pərdələri kənara çəkməyə çalışırlar. Onlar susuz bir insan kimi ilahi məhəbbətin çeşmələrinin axtarışında olub Onun eşq camından içməyi arzulayırlar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| İlahi qəsurətil əlsunu ən buluği sənaikə kəma yəliqu bicəlalik, | İlahi, dillər Sənə layiq olan həmd-sənanı çatdırmaqda qüsurlu, | إِلَهِي قَصُرَتِ الْأَلْسُنُ عَنْ بُلُوغِ ثَنَائِكَ كَمَا يَلِيقُ بِجَلالِكَ |
| və əcəzətil uqulu ən idraki kunhi cəmalik, | ağıllar gözəlliyinin həqiqətini dərk etməkdə aciz, | وَ عَجَزَتِ الْعُقُولُ عَنْ إِدْرَاكِ كُنْهِ جَمَالِكَ |
| vənhəsərətil əbsaru dunən nəzəri ila subuhati vəchikə | gözlər camalının nuruna baxmaqda yorğun və kordur. | وَ انْحَسَرَتِ الْأَبْصَارُ دُونَ النَّظَرِ إِلَى سُبُحَاتِ وَجْهِكَ |
| və ləm təc`əl lil xəlqi təriqən ila mə`rifətik, illa bil`əczi ən mə`rifətik, | Məxluqata mərifət məqamına çatmaq üçün Sənə mərifətdə aciz olduqlarını izhar etməkdən başqa bir yol qoymayıbsan. | وَ لَمْ تَجْعَلْ لِلْخَلْقِ طَرِيقا إِلَى مَعْرِفَتِكَ إِلا بِالْعَجْزِ عَنْ مَعْرِفَتِكَ |
| ilahi fəc`əlna minəlləzinə təvəssəxət (təvəşşəcət) əşcaru şəvqi iləykə fi hədaiqi sudurihim | İlahi, bizi şövq fidanlarını qəlb bağçalarında yetişdirdiyin | إِلَهِي فَاجْعَلْنَا مِنَ الَّذِينَ تَرَسَّخَتْ [تَوَشَّجَتْ] أَشْجَارُ الشَّوْقِ إِلَيْكَ فِي حَدَائِقِ صُدُورِهِمْ |
| və əxəzət ləv`ətu məhəbbətikə biməcamii qulubihim, | və qəlbləri məhəbbətinin yandırıcı atəşinin hərarəti ilə bürünən kəslərdən et! | وَ أَخَذَتْ لَوْعَةُ مَحَبَّتِكَ بِمَجَامِعِ قُلُوبِهِمْ |
| fəhum ila əvkaril əfkari yə`vunə və fi riyazil qurbi vəl mukaşəfəti yərtəun, və min hiyazil məhəbbəti bikə`sil mulatəfəti yəkrəun, və şəraiəl musafati yəridunə qəd kuşifəl ğitau ən əbsarihim vəncələt zulmətur rəybi ən əqaidihim və zəmairihim vəntəfət muxaləcətuş şəkki ən qulubihim və sərairihim vənşərəhət bitəhqiqil mə`rifəti suduruhum və ələt lisəbqis səadəti fiz zəhadəti himəmuhum | Onlar gözlərindən pərdələr götürülmüş, şəkk-şübhə zülmətləri əql və batinlərindən təmizlənmiş, qəlbləri mərifətin möhkəmlənməsi ilə genişləndiyindən dərindüşüncəli və zahidlikdə yüksək iradəyə malik olduqları halda, ali düşüncələrlə ünsiyyət qurmuş və Sənə yaxınlıq məqamına çatmış, məhəbbət bulaqlarından lütf qablarında su içmiş və səfa arxına düşmüşlər. | فَهُمْ إِلَى أَوْكَارِ الْأَفْكَارِ يَأْوُونَ وَ فِي رِيَاضِ الْقُرْبِ وَ الْمُكَاشَفَةِ يَرْتَعُونَ وَ مِنْ حِيَاضِ الْمَحَبَّةِ بِكَأْسِ الْمُلاطَفَةِ يَكْرَعُونَ وَ شَرَائِعَ الْمُصَافَاةِ يَرِدُونَ قَدْ كُشِفَ الْغِطَاءُ عَنْ أَبْصَارِهِمْ وَ انْجَلَتْ ظُلْمَةُ الرَّيْبِ عَنْ عَقَائِدِهِمْ وَ ضَمَائِرِهِمْ وَ انْتَفَتْ مُخَالَجَةُ الشَّكِّ عَنْ قُلُوبِهِمْ وَ سَرَائِرِهِمْ وَ انْشَرَحَتْ بِتَحْقِيقِ الْمَعْرِفَةِ صُدُورُهُمْ وَ عَلَتْ لِسَبْقِ السَّعَادَةِ فِي الزَّهَادَةِ هِمَمُهُمْ |
| və əzubə fi məinil muamələti şirbuhum və tabə fi məclisil unsi sirruhum və əminə fi məvtinil məxafəti sirbuhum, vətməənnət bir rucui ila rəbbil ərbabi ənfusuhum və təyəqqənət bil fəvzi vəl fəlahi ərvahuhum, | Onlar haqqa itaətin şirin çaylarından içmiş, üns məclisində sirləri qorunmuş, daim aləmin Rəbbinə müraciət etdiklərindən, qorxudan amanda və nəfsləri xatircəm, qurtuluş və nicat məqamından ruhları (qəlbləri) yəqinə çatmışdır. | وَ عَذُبَ فِي مَعِينِ الْمُعَامَلَةِ شِرْبُهُمْ وَ طَابَ فِي مَجْلِسِ الْأُنْسِ سِرُّهُمْ وَ أَمِنَ فِي مَوْطِنِ الْمَخَافَةِ سِرْبُهُمْ وَ اطْمَأَنَّتْ بِالرُّجُوعِ إِلَى رَبِّ الْأَرْبَابِ أَنْفُسُهُمْ وَ تَيَقَّنَتْ بِالْفَوْزِ وَ الْفَلاحِ أَرْوَاحُهُمْ |
| və qərrət bin nəzəri ila məhbubihim ə`yunuhum vəstəqərrə biidrakis su`li və nəylil mə`muli qəraruhum, | Öz məhbublarına nəzər saldıqlarından, gözləri aydın və qəlbləri şad, məqsəd və arzularına çatdıqlarından, asudədirlər | وَ قَرَّتْ بِالنَّظَرِ إِلَى مَحْبُوبِهِمْ أَعْيُنُهُمْ وَ اسْتَقَرَّ بِإِدْرَاكِ السُّؤْلِ وَ نَيْلِ الْمَأْمُولِ قَرَارُهُمْ |
| və rəbihət fi bəy`id dunya bil axirəti ticarətuhum, | və dünyanı satıb axirəti aldıqlarından, kamil mənfəət əldə etmişlər. | وَ رَبِحَتْ فِي بَيْعِ الدُّنْيَا بِالْآخِرَةِ تِجَارَتُهُمْ |
| ilahi ma ələzzə xəvatirəl ilhami bizikrikə ələl qulub, | İlahi, Sənin zikrinin qəlblərə ilham olunması necə ləzzətli, düşüncə və təfəkkürlərin Sənə doğru seyri necə də şirindir! | إِلَهِي مَا أَلَذَّ خَوَاطِرَ الْإِلْهَامِ بِذِكْرِكَ عَلَى الْقُلُوبِ |
| və ma əhləl məsirə iləykə bil əvhami fi məsalikil ğuyub, və ma ətyəbə tə`mə hubbikə və ma ə`zəbə şirbə qurbik, | Qeyb pərdələri arxasındakı məhəbbətinin dadı necə xoş, Sənə yaxınlıq şərbəti necə də dadlıdır! | وَ مَا أَحْلَى الْمَسِيرَ إِلَيْكَ بِالْأَوْهَامِ فِي مَسَالِكِ الْغُيُوبِ وَ مَا أَطْيَبَ طَعْمَ حُبِّكَ وَ مَا أَعْذَبَ شِرْبَ قُرْبِكَ |
| fəəizna min tərdikə və ib`adik, vəc`əlna min əxəssi arifikə və əsləhi ibadikə və əsdəqi taiikə və əxləsi ubbadik, | Bizi dərgahından qovub uzaqlaşdırma, bizi ariflərin ən üstünü və bəndələrinin ən salehi, itaət əhlinin ən düzdanışanı, ibadət əhlinin ən pak və xalisi təyin et! | فَأَعِذْنَا مِنْ طَرْدِكَ وَ إِبْعَادِكَ وَ اجْعَلْنَا مِنْ أَخَصِّ عَارِفِيكَ وَ أَصْلَحِ عِبَادِكَ وَ أَصْدَقِ طَائِعِيكَ وَ أَخْلَصِ عُبَّادِكَ |
| ya əzimu ya cəlilu ya kərimu ya munilu birəhmətikə və mənnik, ya ərhəmər rahimin. | Ey böyük, ey izzətli, ey ehsan edən! Sənə and verirəm rəhmət və əta etdiklərini, ey mehribanların ən mehribanı! | يَا عَظِيمُ يَا جَلِيلُ يَا كَرِيمُ يَا مُنِيلُ بِرَحْمَتِكَ وَ مَنِّكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 149
