Minacat: 8-ci Minacat — Müridlərin (istəyənlərin) minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «müridlərin (istəyənlərin)» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allah aşiqlərinin minacatıdır. Onlar Allahla minacatdan qeyri bir şeydən həzz almırlar:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Subhanəkə ma əzyəqət turuqə əla mən ləm təkun dəliləh, | İlahi, Sən bütün eyib və nöqsanlardan pak və uzaqsan! Əgər sən yolgöstərən və bələdçi olmasan, yollar nə qədər çətin və necə də dardır! | سُبْحَانَكَ مَا أَضْيَقَ الطُّرُقَ عَلَى مَنْ لَمْ تَكُنْ دَلِيلَهُ |
| və ma əvzəhəl həqqə ində mən hədəytəhu səbiləh, | Hidayət etdiyin halda, haqq yolu necə də aydın və işıqlıdır! | وَ مَا أَوْضَحَ الْحَقَّ عِنْدَ مَنْ هَدَيْتَهُ سَبِيلَهُ |
| ilahi fəsluk bina subuləl vusuli iləyk, | İlahi, bizi, birbaşa Sənin vüsalına qovuşduran yolda hərəkət etdir, | إِلَهِي فَاسْلُكْ بِنَا سُبُلَ الْوُصُولِ إِلَيْكَ |
| və səyyirna fi əqrəbit turuqi lil vufudi ələyk, | Sənin dərgahına daxil olmaq üçün ən yaxın yolla seyr etdir, | وَ سَيِّرْنَا فِي أَقْرَبِ الطُّرُقِ لِلْوُفُودِ عَلَيْكَ |
| qərrib ələynal bəid, və səhhil ələynal əsirəş şədid, | uzağı bizə yaxınlaşdır, çətinlik və şiddətli hadisələri bizə asanlaşdır! | قَرِّبْ عَلَيْنَا الْبَعِيدَ وَ سَهِّلْ عَلَيْنَا الْعَسِيرَ الشَّدِيدَ |
| və əlhiqna biibadikəlləzinə hum bil bidari iləykə yusariun, | Bizi Sənin dərgahına yaxınlaşmaq üçün cürətlə hərəkət edən, | وَ أَلْحِقْنَا بِعِبَادِكَ الَّذِينَ هُمْ بَالْبِدَارِ إِلَيْكَ يُسَارِعُونَ |
| və babəkə ələd dəvami yətruqun, | daim Sənin qapını döyən | وَ بَابَكَ عَلَى الدَّوَامِ يَطْرُقُونَ |
| və iyyakə fil ləyli vən nəhari yə`budun, | və Sənin heybət və əzəmətindən qorxan halda, | وَ إِيَّاكَ فِي اللَّيْلِ وَ النَّهَارِ يَعْبُدُونَ |
| və hum min həybətikə muşfiqun, | gecə-gündüz Sənə ibadət edən xas bəndələrinə – | وَ هُمْ مِنْ هَيْبَتِكَ مُشْفِقُونَ |
| əlləzinə səffəytə ləhumul məşarib, | səfalı tövhid bulaqlarından su içirdiyin, | الَّذِينَ صَفَّيْتَ لَهُمُ الْمَشَارِبَ |
| və bəlləğtəhumur rəğaib, | arzularına çatdırdığın, | وَ بَلَّغْتَهُمُ الرَّغَائِبَ |
| və əncəhtə ləhumul mətalib, | hacətlərini həyata keçirdiyin, | وَ أَنْجَحْتَ لَهُمُ الْمَطَالِبَ |
| və qəzəytə ləhum min fəzlikəl məarib, | lütf və mərhəmətinlə ali məqsədlərə nail etdiyin | وَ قَضَيْتَ لَهُمْ مِنْ فَضْلِكَ الْمَآرِبَ |
| və mələ`tə ləhum zəmairəhum min hubbik, | və qəlblərini öz məhəbbətinlə doldurduğun kəslərə – qovuşdur. | وَ مَلَأْتَ لَهُمْ ضَمَائِرَهُمْ مِنْ حُبِّكَ |
| və rəvvəytəhum min safi şirbik, | Sənin vüsalının təşnəsi olanları pak suyunla (məhəbbətinlə) sirab etdin | وَ رَوَّيْتَهُمْ مِنْ صَافِي شِرْبِكَ |
| fəbikə ila ləzizi munacatikə vəsəlu, və minkə əqsa məqasidihum həssəlu, | və onların sayəndə Səninlə münacatdan ləzzət duymaq məqamına yetişərək ən son məqsədlərinə – Səni müşahidə etməyə çatdılar. | فَبِكَ إِلَى لَذِيذِ مُنَاجَاتِكَ وَصَلُوا وَ مِنْكَ أَقْصَى مَقَاصِدِهِمْ حَصَّلُوا |
| fəya mən huvə ələl muqbilinə ələyhi muqbil, və bil ətfi ələyhim aidun mufzil, | Ey Ona üz gətirənlərə diqqət yetirən, onlarla mehribanlıq və nəvazişlə rəftar və ehsan edən, | فَيَا مَنْ هُوَ عَلَى الْمُقْبِلِينَ عَلَيْهِ مُقْبِلٌ وَ بِالْعَطْفِ عَلَيْهِمْ عَائِدٌ مُفْضِلٌ |
| və bil ğafilinə ən zikrihi rəhimun rəuf, və bicəzbihim ila babihi vədudun ətuf, | hətta Səni yad etməkdən qafil olanlara belə rəhmli və mehriban olan və onları məhəbbətlə öz dərgahına cəzb edən. | وَ بِالْغَافِلِينَ عَنْ ذِكْرِهِ رَحِيمٌ رَءُوفٌ وَ بِجَذْبِهِمْ إِلَى بَابِهِ وَدُودٌ عَطُوفٌ |
| əs`əlukə ən təc`ələni min əvfərihim minkə həzza, | İlahi, mənim xeyrimi Öz fəzilətinlə daha çox, | أَسْأَلُكَ أَنْ تَجْعَلَنِي مِنْ أَوْفَرِهِمْ مِنْكَ حَظّا |
| və ə`lahum indəkə mənzila, | yanındakı məqamımı onların hamısından daha üstün və ali, | وَ أَعْلاهُمْ عِنْدَكَ مَنْزِلا |
| və əczəlihim min vuddikə qisma, | dostluq və məhəbbətindən payımı daha böyük | وَ أَجْزَلِهِمْ مِنْ وُدِّكَ قِسْما |
| və əfzəlihim fi mə`rifətikə nəsiba, | və Sənə mərifətimi daha artıq et! | وَ أَفْضَلِهِمْ فِي مَعْرِفَتِكَ نَصِيبا |
| fəqəd inqətəət iləykə himməti, | Həqiqətən, mən bütün diqqətimi digərlərindən yayındırıb Sənə yönəltmiş | فَقَدِ انْقَطَعَتْ إِلَيْكَ هِمَّتِي |
| vənsərəfət nəhvəkə rəğbəti, | və qəlbimi Sənə rəğbət və meyilli etmişəm! | وَ انْصَرَفَتْ نَحْوَكَ رَغْبَتِي |
| fəəntə la ğəyrukə muradi, | Məqsədim başqası deyil, yalnız Sənsən. | فَأَنْتَ لا غَيْرُكَ مُرَادِي |
| və ləkə la sivakə səhəri və suhadi, | Yuxusuz və oyaq qalmağım başqasına görə deyil, Sənə xatirdir. | وَ لَكَ لا لِسِوَاكَ سَهَرِي وَ سُهَادِي |
| və liqaukə qurrəti əyni, və vəslukə muna nəfsi, | Səninlə (mənəvi) görüş gözümün nuru və Sənə qovuşmaq mənim yeganə arzumdur. | وَ لِقَاؤُكَ قُرَّةُ عَيْنِي وَ وَصْلُكَ مُنَى نَفْسِي |
| və iləykə şəvqi, və fi məhəbbətikə vələhi, və ila həvakə səbabəti, və rizakə buğyəti, | Şövq və məhəbbətim yalnız Sənə məxsusdur. Qəlbim Sənə valeh olmuş, məqsədim yalnız Sənin razılığındır. | وَ إِلَيْكَ شَوْقِي وَ فِي مَحَبَّتِكَ وَلَهِي وَ إِلَى هَوَاكَ صَبَابَتِي وَ رِضَاكَ بُغْيَتِي |
| və ru`yətukə hacəti, və civarukə tələbi, | Səni müşahidə etməyə möhtac və Sənin qonşuluğunda (Sənə yaxın) olmaq mənim istəyimdir. | وَ رُؤْيَتُكَ حَاجَتِي وَ جِوَارُكَ طَلَبِي |
| və qurbukə ğayətu su`li, və fi munacatikə rəvhi və rahəti, | Səninlə minacat şadlıq və asudəliyimdir. | وَ قُرْبُكَ غَايَةُ سُؤْلِي وَ فِي مُنَاجَاتِكَ رَوْحِي وَ رَاحَتِي |
| və indəkə dəvau illəti və şifau ğulləti, və bərdu ləv`əti və kəşfu kurbəti, | Xəstəliyimin dərmanı, yanan ürəyimin şəfası, qəlb atəşimin aramlığı və qəm-kədərimin əlacı Səndədir. | وَ عِنْدَكَ دَوَاءُ عِلَّتِي وَ شِفَاءُ غُلَّتِي وَ بَرْدُ لَوْعَتِي وَ كَشْفُ كُرْبَتِي |
| fəkun ənisi fi vəhşəti, və muqilə əsrəti, və ğafirə zəlləti, | İlahi, vəhşət və qorxu zamanı mənim munisim ol, azğınlıq və günahlarımı bağışla, | فَكُنْ أَنِيسِي فِي وَحْشَتِي وَ مُقِيلَ عَثْرَتِي وَ غَافِرَ زَلَّتِي |
| və qabilə təvbəti, və mucibə də`vəti, və vəliyyə isməti, və muğniyə faqəti, | tövbə və duamı qəbul et, məni günahdan qoru, fəqirlikdən nicat verib ehtiyacsız et, | وَ قَابِلَ تَوْبَتِي وَ مُجِيبَ دَعْوَتِي وَ وَلِيَّ عِصْمَتِي وَ مُغْنِيَ فَاقَتِي |
| və la təqtə`ni ənkə və la tub`idni minkə ya nəimi və cənnəti, və ya dunyayə və axirəti | məni Özündən uzaqlaşdırma, ey mənə verdiyi nemətlərin, cənnət, dünya və axirətimin sahibi! | وَ لا تَقْطَعْنِي عَنْكَ وَ لا تُبْعِدْنِي مِنْكَ يَا نَعِيمِي وَ جَنَّتِي وَ يَا دُنْيَايَ وَ آخِرَتِي |
| ya ərhəmər rahimin | Ey mehribanların ən mehribanı! | يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 147
