Minacat: 15-ci Minacat — Zöhd əhlinin (zahidlərin) minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «zöhd əhlinin (zahidlərin)» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, dünyapərəstliyin təhlükələrindən xəbərdar olanların minacatıdır. Onlar bilirlər ki, dünyapərəstliyin təhlükəli bataqlıqları insanı öz təkinə necə çəkib məhv edir. Buna görə də Allahdan dünyada zahid olmağı, dünyanın bər-bəzəyinə etinasız olmağı diləyirlər:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| İlahi əskəntəna darən həfərət ləna hufərə məkriha, | İlahi, bizi yolumuzun üstündə məkr quyuları qazan, | إِلَهِي أَسْكَنْتَنَا دَارا حَفَرَتْ لَنَا حُفَرَ مَكْرِهَا |
| və əlləqətna biəydil mənaya fi həbaili ğədriha, | nəfsi istək və arzular sayəsində tovlamaq kəndiri ilə dolayan bir evdə (dünyada) sakin etmisən. | وَ عَلَّقَتْنَا بِأَيْدِي الْمَنَايَا فِي حَبَائِلِ غَدْرِهَا |
| fəiləykə nəltəciu min məkaidi xudəiha, və bikə nə`təsimu minəl iğtirari bizəxarifi zinətiha | Səndən onun bərbəzəklərinə aldananları həlak və ona üz gətirənləri məhv edən dünyadan məni qorumağını diləyirəm. | فَإِلَيْكَ نَلْتَجِئُ مِنْ مَكَائِدِ خُدَعِهَا وَ بِكَ نَعْتَصِمُ مِنَ الاغْتِرَارِ بِزَخَارِفِ زِينَتِهَا |
| fəinnəhəl muhlikətu tullabəhəl mutlifətu hullaləhəl məhşuvvətu bil afatil məşhunətu bin nəkəbat, | Həqiqətən, dünya bəla və əzab-əziyyətlərlə doludur. | فَاِنَّهَا الْمُهْلِكَةُ طُلابَهَا الْمُتْلِفَةُ حُلالَهَا الْمَحْشُوَّةُ بِالْآفَاتِ الْمَشْحُونَةُ بِالنَّكَبَاتِ |
| ilahi fəzəhhidna fiha və səllimna minha bitəvfiqikə və ismətik, | İlahi, bizi müvəffəqiyyət və qorumağınla ona qarşı etinasız et və amanda saxla, | إِلَهِي فَزَهِّدْنَا فِيهَا وَ سَلِّمْنَا مِنْهَا بِتَوْفِيقِكَ وَ عِصْمَتِكَ |
| vənzə` ənna cəlabibə muxaləfətik, | Sənin əmr və göstərişlərinlə müxalifətçilik libasını əynimizdən çıxar | وَ انْزَعْ عَنَّا جَلابِيبَ مُخَالَفَتِكَ |
| və təvəllə umurəna bihusni kifayətikə | və kifayət etməyinlə işlərimizə rəhbərlik və nəzarət et, | وَ تَوَلَّ أُمُورَنَا بِحُسْنِ كِفَايَتِكَ |
| və əvfir məzidəna min səəti rəhmətik, | Öz geniş rəhmətinlə bizə əta etdiklərini həmişə artır, | وَ أَوْفِرْ مَزِيدَنَا مِنْ سَعَةِ رَحْمَتِكَ |
| və əcmil silatina min fəyzi məvahibik, | lütfünlə bəxşişlərini daha da yaxşılaşdır, | وَ أَجْمِلْ صِلاتِنَا مِنْ فَيْضِ مَوَاهِبِكَ |
| və əğris fi əf`idətina əşcarə məhəbbətik, | qəlb bağçamızda məhəbbət fidanlarını ək, | وَ أَغْرِسْ فِي أَفْئِدَتِنَا أَشْجَارَ مَحَبَّتِكَ |
| və ətmim ləna ənvarə mə`rifətikə və əziqna həlavətə əfvik, və ləzzətə məğfirətik, | bizi kamala çatdır, mərifət nurunla bağışlamağının şirinliyini bizə dadızdır! | وَ أَتْمِمْ لَنَا أَنْوَارَ مَعْرِفَتِكَ وَ أَذِقْنَا حَلاوَةَ عَفْوِكَ وَ لَذَّةَ مَغْفِرَتِكَ |
| və əqrir ə`yunəna yəvmə liqaikə biru`yətik, və əxric hubbəd dunya min qulubina, kəma fəəltə bis salihinə min səfvətik, vəl əbrari min xassətik, | Seçilmiş, saleh və xas bəndələrinlə etdiyin kimi, Səninlə görüşəcəyimiz gün (qiyamətdə) gözlərimi camalını müşahidə etməklə işıqlandır və dünya məhəbbətini qəlbimdən çıxart. | وَ أَقْرِرْ أَعْيُنَنَا يَوْمَ لِقَائِكَ بِرُؤْيَتِكَ وَ أَخْرِجْ حُبَّ الدُّنْيَا مِنْ قُلُوبِنَا كَمَا فَعَلْتَ بِالصَّالِحِينَ مِنْ صَفْوَتِكَ وَ الْأَبْرَارِ مِنْ خَاصَّتِكَ |
| birəhmətikə ya ərhəmər rahimin, və ya əkrəməl əkrəmin. | Sənə and verirəm sonsuz rəhmətini, ey mehribanların ən mehribanı! | بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ يَا أَكْرَمَ الْأَكْرَمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c. 91, səh. 152
