Müstəhəb namaz: Günahların bağışlanması üçün namazlar və ya 2 müstəhəb istiğfar namazı
1) 2 rəkət namaz qılmaq və hər rəkətdə “İxlas” surəsini 60 dəfə demək lazımdır. Namazı qılıb qurtardıqdan sonra həmin şəxsin günahları bağışlanar.
2) Şeyx Tusi özünün “Misbah” kitabında cümə günün əməlləri barəsində demişdir: Abdullah ibni Məsuddan belə nəql olunmuşdur: Həzrət Peyğəmbər (s) buyurdu: “Hər kəs cümə günündə əsr namazından sonra 2 rəkət namaz qılsa, 1-ci rəkətdə “Həmd” surəsini və “Ayətəl-kursi”ni, eləcə də “Fələq” surəsini 25 dəfə, 2-ci rəkətdə isə yenə də “Həmd” surəsini, eləcə də “İxlas” və “Nas” surələrini 25 dəfə deyib, namazı tamamladıqdan sonra “La həvlə vəla quvvətə illa billahil əliyyil əzim” duasını 25 dəfə oxusa, Allah Təala ona dünyadan getməmişdən qabaq, yuxuda cənnəti göstərər və həmin şəxs orada öz yerini tanıyar.
Şeyx Abbas Qumi deyir: “Seyid ibni Tavus özünün “Cəmalul-usbu” kitabının 33-cü bölümündə günahların bağışlanması üçün belə bir namazın qılınmasını nəql edib demişdir: “Bu, ən böyük və ən savablı namazlardan biridir, onu qılmaqda süstlük etməyin. Bunun necə qılınmasını öyrənmək istəyən şəxslər həmin kitaba müraciət edə bilərlər.”
Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı
