TAM Zigilin aradan getməsi üçün dua

Print Friendly, PDF & Email

1. Rəvayətdə deyilir ki, zigilin hər biri üçün 7dənə arpa götürüb, onun hər bir dənəsinə “Vaqiə” surəsinin əvvəlindən “həbaən munbəssa” ayəsinə qədər (Vaqiə surəsi, 1-5 ayələr), eləcə də Taha surəsi, 105-107-ci ayələrini 7 dəfə oxuduqdan sonra, arpa dənəsinin hər birini bir zigilə sürtüb, onu parça ilə bağlasın, sonra parçanın içərisinə daş qoyub bir quyuya atsın.
Vaqiə surəsi, 1-5 ayələr:

AyələrTranskripsiyaTərcüməƏrəbcə
1İza vağəətil vağiətVaqiə qopacağı zaman إِذَا وَقَعَتِ الْوَاقِعَةُ
2ləysə livəğ`ətihə kəzibətonun qopduğunu heç kəs dana bilməzلَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ
3xəfizətun rafi`ətO (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdırخَافِضَةٌ رَافِعَةٌ
4iza ruccətil ərzu rəccaYer şiddətlə titrədiyi zaman, إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا
5və bussətil cibalu bəssa.Dağlar parça-parça olub ovxalandığı (zaman).وَبُسَّتِ الْجِبَالُ بَسًّا

Taha surəsi, 105-107 ayələr:
AyələrTranskripsiyaTərcüməƏrəbcə
105vəyəs`əlunəkə ənil cibali fəğul yənsifuha rəbbi nəsfa(Ey Rəsulum!) Səndən dağlar (qiyamət günü dağların necə olacağı) haqqında soruşarlar. وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا
106fəyəzəruha ğaən səfsəfaDe: “Rəbbim onları ovxalayıb havaya sovuracaq, dümdüz (hamar) bir yer edəcək (heç bir şey bitməyən qupquru torpaq halına salacaq) فَيَذَرُهَا قَاعًا صَفْصَفًا
107la təra fiha ivacən vəla əmta.və sən orada heç bir eniş-yoxuş (əyrilik, kələ-kötürlük) görməyəcəksən!”لَا تَرَىٰ فِيهَا عِوَجًا وَلَا أَمْتًا

Bəzilərinin dediklərinə görə, bu əməlin ayın axır günlərində görülməsi daha yaxşıdır.

2. Həmçinin nəql olunmuşdur ki, əlində zigili olan şəxs bir miqdar duz götürüb, zigilə sürtsün və 3 dəfə “Həşr” surəsinin “Ləv ənzəlna hazəl Quranə əla cəbəlin…” ayəsindən surənin axırına kimi oxusun (yəni Həşr surəsi, 21-24-cü ayələr). Sonra həmin duzu təndirə atsın. Allahın köməyilə məhv olar!
Həşr surəsi, 21-24-cü ayələr:

AyəTranskripsiyaTərcüməƏrəbcə
21Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin lərəəytu xəşiən mutəsəddiən min xəşyətillahi vətilkəl əmsəlu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
22huvəllahul ləzi lə ilahə illə huvə alimul ğəybi vəşşəhadə, huvə rəhmanur rəhimO Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!)هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ
23huvəllahul ləzi lə ilahə illə huvəl malikul quddusu səlamul muminul muhəyminul əzizul cəbbarul mutəkəbbir, subhanəllahə əmma yuşrikunO Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ
24huvəllahul xaliqul bəriul musəvvir, ləhul əsmaul husna yusəbbihu ləhu ma fissəmavati vəl ərzi vəhuvəl əzizul həkim.O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

3. “Xəzain” kitabında göstərilir ki, əgər vacibatı (nurə) zigilə sürtülsə, o, aradan gedər.
Mənbə: Şeyx Abbas Qummi — Məfatihul-cinan kitabı

Читайте также: