TAM Bədəndə yaranan şişlərin aradan getməsi üçün dua
Rəvayət olunmuşdur ki, gündəlik vacibi namaz üçün dəstəmaz aldıqdan sonra, həm namazdan öncə, həm də namazdan sonra “Həşr” surəsini “Ləv ənzəlna hazəl Qur`an əla cəbəlin…” ayəsindən surənin sonuna kimi (yəni Həşr surəsi, 21-24-cü ayələr), oxu və həmin ayələr haqqında fikirləş, inşaallah, bədəndəki şişlər məhv olar!
Həşr surəsi, 21-24-cü ayələr:
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| 21 | Ləv ənzəlna hazəl Qur`anə əla cəbəlin lərəəytu xəşiən mutəsəddiən min xəşyətillahi vətilkəl əmsəlu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun | (Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. | لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ |
| 22 | huvəllahul ləzi lə ilahə illə huvə alimul ğəybi vəşşəhadə, huvə rəhmanur rəhim | O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!) | هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ |
| 23 | huvəllahul ləzi lə ilahə illə huvəl malikul quddusu səlamul muminul muhəyminul əzizul cəbbarul mutəkəbbir, subhanəllahə əmma yuşrikun | O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır. | هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ |
| 24 | huvəllahul xaliqul bəriul musəvvir, ləhul əsmaul husna yusəbbihu ləhu ma fissəmavati vəl ərzi vəhuvəl əzizul həkim. | O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! | هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ |
Mənbə: Şeyx Abbas Qummi — Məfatihul-cinan kitabı
