TAM Bədəndə əmələ gələn yaralar, çibanlar və sızaqlar üçün dua
Nəql olunmuşdur ki, aşağadakı ayələr onlara oxunsun, eləcə də yazılıb həmin şəxsin boynundan asılsın. Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim, | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ |
| və məsəlu kəlimətin xəbisətin kəşəcərətin xəbisəh, uctussət min fəvqil ərzi ma ləha min qərar. Yusəbbitullahul ləzinə əmənu bil qəvli səbiti fil həyati dunya və fil axirəh, va yuzilillahu zaliminə və yəf`alullahu mayəşau. | Pis söz yerdən qopardılmış və kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər! | وَ مَثَلُ كَلِمَةٍ خَبيثَةٍ كَشَجَرَةٍ خَبيثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الاَرْضِ مَا لَهَا مِنْ قَرَارٍيُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ |
| Minha xələqnakum və fiha nuidukum, və minha nuxricukum tarətən uxra, | Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. | مِنْهَا خَلَقْنَاكُمْ وَ فيهَا نُعيدُكُمْ، وَ مِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرَى |
| Əllahu əkbəru və əntə la tukəbbər, Əllahu yəbqa və əntə la təbqa, vəllahu əla kulli şəy`in qədir | Allah böyükdür, sən isə böyük deyilsən. Allah qalacaq, sən isə qalmayacaqsan. Allah hər bir şeyə qadirdir. | اَللهُ اَكْبَرُ وَ اَنْتَ لا تُكَبَّرُ اَللهُ يَبْقَى وَ اَنْتَ لاتَبْقَى، وَاللهُ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ |
Mənbə: Şeyx Abbas Qummi — Məfatihul-cinan kitabı
