TAM Sehrin batil olması üçün dua və digər məxluqların şərrindən amanda qalmaq üçün əməllər
1) Həzrət Əmirəlmöminin Əlidən (ə) nəql olunmuşdur ki, bu duanı ceyran dərisinə yazıb, özündə saxlasın:
| Ərəbcə | اُعيذُ نُورَ بَصَري بِنُورِ اللهِ الَّذي لا يُطْفَأُ |
| Tərcümə | Gözümün nurunu Allahın sönməz nuruna tapşırıram |
| Transkripsiya | Uizu nurə bəsəri binurillahilləzi la yutfə |
2) Həmçinin Həzrət Peyğəmbəri-Əkrəmdən (s) şeytanların və cadugərlərin dəf edilməsi barəsində rəvayət olunmuşdur ki, “Səxrə” ayəsi (Əraf surəsi, 54-56-cı ayələr) oxunsun və o belədir:
| Ayə | Transkripsiya | Ərəbcə |
|---|---|---|
| 54 | Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! | إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ |
| 55 | Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! | ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ |
| 56 | Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! | وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ |
3) Yenə də Muhəmməd Peyğəmbərdən (s) belə nəql olunmuşdur: “İsfənd” ağacının yarpaqları və dənələri solub aradan gedənə qədər, onların hər birinə bir mələk vəkil olur və onların hər bir dənəsində 70 dərdə dərman və şəfa vardır. Buna görə də həmişə ondan meyl edin.
4) Nəql olunmuşdur ki, İmam Rza (ə) bir şəxsin huşsuz olduğunu gördükdə, su olan bir qaba “Həmd”, “Fələq” və “Nas” surələrini oxuyub, su ilə onun başını və üzünü yumağı göstəriş verdi. Belə etdikdə, həmiş şəxs huşa gəldi. İmam ona buyurdu: “Artıq bu xəstəlik sənə üz gətirməyəcək.”
5) Muhəmməd Peyğəmbərdən (s) belə nəql olunmuşdur: “Əgər cin bir daş atsa, həmin daşı götürüb, daşın atıldığı yerə tərəf atın və deyin”:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Həsbiyəllahu və kəfa | Allah mənə yetər və bəs edər. | حَسْبِيَ اللهُ وَ كَفَى |
| və səmiəllahu limən dəa, | Allah, Onu çağıranın səsini eşitdi. | وَ سَمِعَ اللهُ لِمَنْ دَعَا |
| ləysə vəraəllahi muntəha | Allahdan üstün bir yer yoxdur. | لَيْسَ وَرَاءَ اللهِ مُنْتَهَى |
7) İmam Sadiq (ə) bu məsələ ilə əlaqədar buyurmuşdur: “Əlini başına qoyub uca səslə desin (Ali İmran surəsi, 83-cü ayə):
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əfəğəyrə dinillahi yəbğunə və ləhu əsləmə mən fis səmavati vəl ərz, təv`ən və kərhən və iləyhi yurcəun. | Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaq. | اَفَغَيْرَ دينِ اللهِ يَبْغُونَ وَ لَهُ اَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالاَرْضِ طَوْعاً وَ كَرْهاً، وَاِلَيْهِ يُرْجَعُونَ |
8) Həmçinin nəql olunmuşdur ki, səhranın qorxulu və vəhşətli yerlərində (qorxan şəxs) uca səslə azan desin.
