TAM Əqrəb və ilanın şərrindən uzaq olmaq üçün başqa bir dua
1) İmam Sadiq (ə) buyurmuşdur ki, gecə olduqda, belə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi və səlləllahu əla Muhəmmədin və alih, | Allahın adı və Allahın köməyi ilə! Allahın salamı olsun Muhəmməd və Muhəmmədin Əhlibeytinə! | بِسْمِ اللهِ وَ بِاللهِ، وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ |
| əxəztul əqaribə vəl həyyati kulləha biiznillahi təbarəkə və təala, biəfvahiha və əznabiha və əsmaiha və əbsariha, və quvaha ənni və əmmən əhbəbtu ila zəhvətin nəhar, inşaəllahu təala | Uca və böyük Allahın izni ilə gün doğana qədər bütün əqrəb və ilanların ağız, qulaq, göz və güclərini alıb, özümdən və istədiyim kəslərdən uzaqlaşdırdım, uca Allahın istəyi ilə! | اَخَذْتُ الْعَقَارِبَ وَالْحَيَّاتِ كُلَّهَا بِاِذْنِ اللهِ تَبَارَكَ وَ تَعَالَى، بِاَفْوَاهِهَا وَ اَذْنَابِهَا، وَ اَسْمَاعِهَا وَ اَبْصَارِهَا، وَ قُوَاهَا عَنّي وَ عَمَّنْ اَحْبَبْتُ اِلَى ضَحْوَةِ النَّهَارِ اِنْشَاءَاللهُ تَعَالَى |
2) Yenə də əqrəbin sancmasından amanda qalmaq üçün bu dua oxunsun:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Səlamun əla Nuhin fil aləmin, inna kəzalikə nəczil muhsinin, | Salam olsun aləmlər arasında Nuha! Biz xeyirxahlara belə mükafat verəcəyik. | سلامُ عَلَى نُوحٍ فِي الْعَالَمينَ، اِنَّا كَذلِكَ نَجْزِي الْمُحْسِنينَ |
| innəhu min ibadinəl mu`minin | Həqiqətən, o, Bizim mömin bəndələrimizdəndir. | اِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنينَ |
3) Rəvayət olunmuşdur ki, Nuh peyğəmbər (ə) gəmiyə minmişdi və əqrəbi ona minməkdən qadağan etdi. Əqrəb dedi: “Mən əhd edirəm ki, hər kəs desə, onu sancmayacağam”:
| Ərəbcə | سَلامٌ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَلَى نُوحٍ فِي الْعَالَمينَ |
| Tərcümə | Salam olsun aləmlər arasında Muhəmmədə, Muhəmmədin Əhlibeytinə və Nuha! |
| Transkripsiya | Səlamun əla Muhəmmədin və ali Muhəmmədin və əla Nuhin fil aləmin |
4) Əqrəbin sancmasından amanda qalmaq üçün rəvayət olunmuşdur ki, “Suha” ulduzuna baxıb desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbə əsləmə səlli əla Muhəmmədin və ali Muhəmməd, | İlahi, ey “əsləm” ulduzunun Rəbbi! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, | اللَّهُمَّ رَبَّ اَسْلَمَ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və əccil fərəcəhum və səllimna min şərri kulli zi şərr | onların “fərəcini” (imam Mehdinin zühurunu) tezləşdir və bizi bütün şər sahiblərinin şərindən qoru! | وَ عَجِّلْ فَرَجَهُمْ وَ سَلِّمْنَا مِنْ شَرِّ كُلِّ ذي شَرٍّ |
5) Başqa bir rəvayətdə əqrəbin sancmasından amanda qalmaq üçün göstəriş verilmişdir ki, “Suha” ulduzuna baxıb 3 dəfə desin:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbə Hudəbni Usəyyəh, | İlahi, ey Üsəyyənin oğlu Hudun Rəbbi, | اللَّهُمَّ رَبَّ هُود ابْنِ اُسَيَّةَ |
| aminni şərrə kulli əqrəbin və həyyəh | məni bütün əqrəb və ilanların şərindən əmin-amanlıqda saxla! | آمِنّي شَرَّ كُلِّ عَقْرَبٍ وَ حَيَّةٍ |
