İslam aylarının əməlləri: Zilhiccə ayının səkkizinci günü — Zilhiccə ayı, 8-ci gün — Tərviyə günü
Zilhiccə ayının 8-ci günü «Tərviyə» günü adlanır. İmam Sadiq (ə) buyurmuşdur ki, bu gün oruc tutmaq çox günahların kəffarəsidir.[1]
Bu gün «tərviyə» (lüğətdə mənası səfər üçün su götürmək, amma şəriətdə hacıların Həccə getməyə hazırlaşan günüdür). Orucunun savabı çoxdur. Rəvayətə görə, 60 ilin kəffarəsidir. Şeyx Şəhid bu günün qüslünü müstəhəb bilmişdir.
Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 325
