TAM Əsr namazının təqibatı

Print Friendly, PDF & Email

Əsr namazından sonra bu duanı[1] oxu:

TranskripsiyaTərcüməƏrəbcə
Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumur rəhmanur rəhimu zul cəlali vəl ikram,O Allahdan bağışlanmağımı istəyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir, bağışlayan və mehribandır, hər şeydən üstün və son dərəcə bəxş edəndir. أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ الرَّحْمَنُ الرَّحِيمُ ذُو [ذَا] الْجَلالِ وَ الْإِكْرَامِ
və əs`əluhu ən yətubə ələyyə təvbətə əbdin zəlilin xaziin fəqir, baisin miskinin mustəkinin mustəcir,Ondan tövbəmin qəbul etməsini istəyirəm; son dərəcə xar, zəlil, təvazökar, yoxsul, zəif, çarəsiz, fəqir bəndənin tövbəsini. وَ أَسْأَلُهُ أَنْ يَتُوبَ عَلَيَّ تَوْبَةَ عَبْدٍ ذَلِيلٍ خَاضِعٍ فَقِيرٍ بَائِسٍ مِسْكِينٍ مُسْتَكِينٍ مُسْتَجِيرٍ
la yəmluku linəfsihi nəf`ən və la zərra, və la məvtən və la həyatən və la nuşura.Elə bir bəndən ki, nə xeyirinə malikdir, nə də zərərinə və nə diriliyinə malikdir, nə də ölüm və məhşərə çağırılışına!لا يَمْلِكُ لِنَفْسِهِ نَفْعا وَ لا ضَرّا وَ لا مَوْتا وَ لا حَيَاةً وَ لا نُشُورا

Sonra bu duanı[2] de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni əuzu bikə min nəfsin la təşbə, və min qəlbin la yəxşə, və min ilmin la yənfə, və min səlatin la turfə, və min duain la yusmə,Allahım, doymayan nəfsdən, qorxmayan qəlbdən, faydasız elmdən, (dərgahına) ucalmayan namazdan və eşidilməyən (qəbul olunmayan) duadan Sənə sığınıram. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ نَفْسٍ لا تَشْبَعُ وَ مِنْ قَلْبٍ لا يَخْشَعُ وَ مِنْ عِلْمٍ لا يَنْفَعُ وَ مِنْ صَلاةٍ لا تُرْفَعُ وَ مِنْ دُعَاءٍ لا يُسْمَعُ
Əllahummə inni əs`əlukəl yusrə bə`dəl usr, vəl fərəcə bə`dəl kərb, vər rəxaə bə`dəş şiddəh,Allahım, Səndən çətinlikdən sonra asanlığı, bəla və müsibətdən sonra rifahı, yoxsulluqdan sonra bolluğu istəyirəm!اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْيُسْرَ بَعْدَ الْعُسْرِ وَ الْفَرَجَ بَعْدَ الْكَرْبِ وَ الرَّخَاءَ بَعْدَ الشِّدَّةِ
Əllahummə ma bina min ni`mətin fəmink, la ilahə illa ənt, əstəğfirukə və ətubu iləyk.Allahım, ixtiyarımızda olan nemət Səndəndir! Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə üz tutub tövbə edirəm.اللَّهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ لا إِلَهَ إِلا أَنْتَ أَسْتَغْفِرُكَ وَ أَتُوبُ إِلَيْكَ

İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, Əsr namazından sonra 70 dəfə istiğfar edən şəxsdən Allah Təala yeddi yüz günah bağışlayar. İmam Məhəmməd Təqi (ə)-dan nəql olunur ki, hər kəs “Qədr” surəsini əsr çağı (axşamüstü) 10 dəfə oxusa, Qiyamət günü onun üçün camaatın burada keçirdiyi günlər kimi keçəcək. “Əşərat” duasını gecə-gündüz oxumaq müstəhəbdir. Bu duanın oxunması üçün ən fəzilətli vaxt cümə gününün əsr çağıdır[3].
Mənbələr:
[1] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 20
[2] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 20
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 61-63

Читайте также: