TAM İşa (xiftən) namazının təqibatı

Print Friendly, PDF & Email

İşa (xiftən) namazından sonra bu duanı oxu:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innəhu ləysə li ilmun biməvzii rizqi, və innəma ətlubuhu bixətəratin təxturu əla qəlbi, fəəculu fi tələbihil buldan, fəənə fima ənə talibun kəl həyrani la ədri, əfi səhlin huvə əm fi cəbəlin əm fi ərzin əm fi səma, əm fi bərrin əm fi bəhr, və əla yədəy mən və min qibəli mən, və qəd əlimtu ənnə ilməhu indək, və əsbabəhu biyədik, və əntəlləzi təqsimuhu bilutfik, və tusəbbibuhu birəhmətik, İlahi, ruzimin harada olduğunu bilmirəm, amma ürəyimə düşən hər bir şeyi istəyirəm və onun ardınca şəhərləri gəzirəm! Odur ki, istədiyim şeyin axtarışında sərgərdan şəxs kimiyəm, bilmirəm ruzim havadadır, dağdadır, yoxsa yerdə, göydədir, yoxsa quruda, ya da dənizdə, bilmirəm ruzim kimin əlindədir və kim tərəfindəndir. Amma bunu bilirəm ki, onu Sən bilirsən və onun səbəbləri də Sənin əlindədir. Onu Öz lütfünlə bölən də, necə əldə olunmasını hazırlayan da Sənsən.اللَّهُمَّ اِنَّهُ لَيْسَ لِي عِلْمٌ بِمَوْضِعِ رِزْقِي وَ اِنَّمَا أَطْلُبُهُ بِخَطَرَاتٍ تَخْطُرُ عَلَى قَلْبِي فَأَجُولُ فِي طَلَبِهِ الْبُلْدَانَ فَأَنَا فِيمَا أَنَا طَالِبٌ كَالْحَيْرَانِ لا أَدْرِي أَ فِي سَهْلٍ هُوَ أَمْ فِي جَبَلٍ أَمْ فِي أَرْضٍ أَمْ فِي سَمَاءٍ أَمْ فِي بَرٍّ أَمْ فِي بَحْرٍ وَ عَلَى يَدَيْ مَنْ وَ مِنْ قِبَلِ مَنْ وَ قَدْ عَلِمْتُ أَنَّ عِلْمَهُ عِنْدَكَ وَ أَسْبَابَهُ بِيَدِكَ وَ أَنْتَ الَّذِي تَقْسِمُهُ بِلُطْفِكَ وَ تُسَبِّبُهُ بِرَحْمَتِكَ
Əllahummə fəsalli əla Muhəmmədin və alih, vəc`əl ya rəbbi rizqəkə li vasia, və mətləbəhu səhlən və mə`xəzəhu qəriba, və la tuənnini bitələbi ma ləm tuqəddir li fihi rizqa, fəinnəkə ğəniyyun ən əzabi və ənə fəqirun ila rəhmətik, İlahi, Muhəmməd və onun Əhlibeytinə salavat göndər! Pərvərdigara, ruzini mənim üçün bol və firavan, onun əldə olunmasını mənim üçün asan və əldə olunacağı yeri mənim üçün yaxın et! Mənim üçün nəzərdə tutmadığın yolu qət etməkdə zəhmətə salma. Çünki Sən mənə əzab-əziyyət verməkdən ehtiyacsızsan. Mən isə Sənin rəhmətinə möhtacam. اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اجْعَلْ يَا رَبِّ رِزْقَكَ لِي وَاسِعا وَ مَطْلَبَهُ سَهْلا وَ مَأْخَذَهُ قَرِيبا وَ لا تُعَنِّنِي بِطَلَبِ مَا لَمْ تُقَدِّرْ لِي فِيهِ رِزْقا فَاِنَّكَ غَنِيٌّ عَنْ عَذَابِي [عَنَائِي‏] وَ أَنَا فَقِيرٌ إِلَى رَحْمَتِكَ
fəsalli əla Muhəmmədin və alih, və cud əla əbdikə bifəzlik, innəkə zu fəzlin əzim.Elə isə Muhəmməd və onun Əhlibeytinə salavat göndər, bol-bol səxavətinlə bəndənə nemətlərini bəxş et ki, Sən böyük ehsan sahibisən!فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ جُدْ عَلَى عَبْدِكَ بِفَضْلِكَ اِنَّكَ ذُو فَضْلٍ عَظِيمٍ

Şeyx Abbas Qumi deyir: “Bu dua ruzi dualarından biridir.»
İşa namazından sonra oxunulması müstəhəb olan dualardan biri də 7 dəfə “Qədr” surəsini oxumaqdır.[1] Bu surədən sonra bu dua oxunulsun:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə rəbbə səməvati səb`i mə ətəllət və rəbbəl ərəzinə səb`i və mə əqəllət və rəbbəş şəyatinə və mə əzəllət və rəbbəz ziyahi və mə zərət. Əllahummə rəbbə kulli şəy`in və ilahə kulli şəy`in və məlikə kulli şəy`in. Ey Allahım, ey yeddi göyün və ona kölgə salanların Rəbbi, ey yeddi yerin və onun özü ilə daşıdığının Rəbbi, şeytanların və onların azdırdıqlarının Rəbbi, ey küləklərin və onların yaydıqlarının Rəbbi.اَللَّهُمَّ رَبَّ السَّمَاوَاتِ السَّبْعِ وَ مَا اَظَلَّتْ، وَ رَبَّ الْاَرَضِینَ السَّبْعِ وَ مَا اَقَلَّتْ، وَ رَبَّ الشَّیَاطِینِ وَ مَا اَضَلَّتْ، وَ رَبَّ الرِّیَاحِ وَ مَا ذَرَتْ. اَللَّهُمَّ رَبَّ کُلِّ شَىْءٍ، وَ اِلٰهَ کُلِّ شَىْءٍ، وَ مَلِیکَ کُلِّ شَىْءٍ
Əntəllahul muqtədiru əla kulli şəy`in, əntəllahul əvvəlu fəla şəy`ə qəbləkə və əntəl axiru fəla şəy`ə bə`dəkə, və əntəz zahiru fəla şəy`ə fəvqəkə, və əntəl batinu fələ şəy`ə dunəkə. Rəbbə Cəbrailə və Mikailə və İsrafilə və ilahə İbrahimə (və İsmailə) və İshaqə və Yəqubə (vəl Əsbəti). Ey Allahım, ey hər şeyin Rəbbi, hər şeyin Məbudu, hər şeyin hökmdarı. Sən hər şeyə qadir olan Allahsan, Sən əvvəl olan Allahsan ki, Səndən əvvəl heç nə olmamışdır və Sən axır olan Allahsan ki, Səndən sonra heç nə olmayacaqdır; Sən o zahirsən ki, Səndən uca heç nə yoxdur və Sən o batinsən ki, Səndən qeyri heç nə yoxdur. Ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, ey İbrahimin, (İsmailin), İshaqın və Yəqubun (və Əsbatın) Məbudu.اَنْتَ اللهُ الْمُقْتَدِرُ عَلَىٰ کُلِّ شَىْءٍ، اَنْتَ اللهُ الْاَوَّلُ فَلَا شَىْءَ قَبْلَکَ، وَ اَنْتَ الْاٰخِرُ فَلَا شَىْءَ بَعْدَکَ، وَ اَنْتَ الظَّاهِرُ فَلَا شَىْءَ فَوْقَکَ، وَ اَنْتَ الْبَاطِنُ فَلَا شَىْءَ دُونَکَ. رَبَّ جَبْرَئِیلَ وَ مِیکَائِیلَ وَ اِسْرَافِیلَ، وَ اٰلِهَ اِبْرَاهِیمَ [وَ اِسْمٰعِیلَ]، وَ اِسْحٰقَ وَ یَعْقُوبَ [وَ الْأَسْبَاطِ]
Əs`əlukə ən tusəlliyə `əla Muhəmmədin və alihi və ən təvəlləni bi rəhmətikə və la tusəllitə ələyyə əhədən min xəlqikə mimmən lə taqətə li bih.Səndən istəyirəm ki, Muhəmmədə və onun Əhlibeytinə salam göndərəsən, Öz rəhmətinlə mənə sahiblik edəsən, mənim qarşısında dayanmağa gücüm çatmadığı bir məxluqunu mənə hakim etmə.اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ اَنْ تَوَلَّانِى بِرَحْمَتِکَ، وَ لَا تُسَلِّطَ عَلَىَّ اَحَدًا مِنْ خَلْقِکَ مِمِّنْ لَا طَاقَةَ لِى بِهِ
Əllahummə iləykə fəhəbbəbni və finnəsi fə`əzəzni və min şərri şəyatinil cinni vəl insi fəsələmni, ya rəbbəl `ələminə və salli `əla Muhəmmədin və alih. Ey Allahım, Öz yanında məni sev və insanlar arasında məni girami et, məni cin və insdən olan şeytanların şərindən qoru. Ey aləmlərin Rəbbi, Məhəmmədə və onun Əhlibeytinə salam göndər.اَللَّهُمَّ اِلَیْکَ فَحَبِّبْنِى، وَ فِى النَّاسِ فَعَزِّزْنِى، وَ مِنْ شَرِّ الشَّیَاطِینِ الْجِنِّ وَ الْإِنْسِ فَسَلِّمْنِى، یَا رَبَّ الْعَالَمِینَ، وَ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ

Sonra Allahdan öz hacətini dilə.[2]
İşa namazından sonra Qurani-Kərimdən 100 ayə oxunsun. (Yüz ayə əvəzinə, müstəhəbdir ki, bir rəkətdə  “Vaqiə” surəsi, digərində isə, “İxlas” surəsi oxunulsun).
Şükr səcdəsi edilsin[3].
İşa namazından sonra müstəhəb olan əməllərdən biri də “Vuteyrə” namazının (işa namazının nafiləsidir) qılınmasıdır ki,[4] o, 2 rəkətdən ibarətdir və oturduğun halda qılınır.

Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 109
[2] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 31
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 113
[4] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 114

 

Читайте также: