Dua: «`Ədilə» duası
Dua belədir:
Ədilə duası_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Şəhidəllahu ənnəhu la ilahə illa hu, vəl məlaikətu və ulul ilmi qaimən bil qist, | Allah, mələklər və ədaləti bərpa edən elm sahibləri Ondan başqa heç bir tanrının olmadığına şəhadət verir. | شَهِدَ اللَّهُ أَنَّهُ لا إِلَهَ إِلا هُوَ وَ الْمَلائِكَةُ وَ أُولُوا الْعِلْمِ قَائِما بِالْقِسْطِ |
| la ilahə illa huvəl əzizul həkim, | O, qüdrətli və hikmət sahibidir. | لا إِلَهَ إِلا هُوَ الْعَزِيزُ الْحَكِيمُ |
| innəd dinə indəllahil islam, | Həqiqətən, Allah yanında yeganə din İslam dinidir. | اِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلامُ |
| və ənəl əbduz zaiful muznibul asil muhtacul həqir, | Mən zəif, günahkar, üsyankar, möhtac və kiçik bəndəyəm. | وَ أَنَا الْعَبْدُ الضَّعِيفُ الْمُذْنِبُ الْعَاصِي الْمُحْتَاجُ الْحَقِيرُ |
| əşhədu limun`imi və xaliqi və raziqi və mukrimi kəma şəhidə lizatih, və şəhidət ləhul məlaikətu və ulul ilmi min ibadih, bi ənnəhu la ilahə illa huvə zun niəmi vəl ihsani vəl kərəmi vəl imtinan, qadirun əzəliyyun alimun əbədiyyun həyyun əhədiyyun məvcud, sərmədiyyun səmiun bəsirun muridun karihun mudrikun samədiyyun yəstəhiqqu hazihis sifat, | Zatı barəsində Özü, mələkləri və bəndələrindən olan elm sahibləri Ondan başqa heç bir tanrının olmadığına, nemət və ehsan, əzəli qüdrət sahibi, daimi alim, yeganə olan diri və əbədi varlıq, eşidən və görən, hər şeyi bilən və ehtiyacsız olduğuna dair şəhadət verdiyi kimi, mən də nemət sahibim, məni yaradan, ruzi verənim və mənə ehsan edənə şəhadət verirəm. O, bu sifətlərə layiqdir. | أَشْهَدُ لِمُنْعِمِي وَ خَالِقِي وَ رَازِقِي وَ مُكْرِمِي كَمَا شَهِدَ لِذَاتِهِ وَ شَهِدَتْ لَهُ الْمَلائِكَةُ وَ أُولُوا الْعِلْمِ مِنْ عِبَادِهِ بِأَنَّهُ لا إِلَهَ إِلا هُوَ ذُو النِّعَمِ وَ الْإِحْسَانِ وَ الْكَرَمِ وَ الامْتِنَانِ قَادِرٌ أَزَلِيٌّ عَالِمٌ أَبَدِيٌّ حَيٌّ أَحَدِيٌّ مَوْجُودٌ سَرْمَدِيٌّ سَمِيعٌ بَصِيرٌ مُرِيدٌ كَارِهٌ مُدْرِكٌ صَمَدِيٌّ يَسْتَحِقُّ هَذِهِ الصِّفَاتِ |
| və huvə əla ma huvə ələyhi fi izzi sifatih, kanə qəviyyən qəblə vucudil qudrəti vəl quvvəh, və kanə əlimən qəblə icadil ilmi vəl illəh, ləm yəzəl sultanən iz la məmləkətə və la mal, | O, qüdrət və qüvvət yaranmamışdan qabaq güclü, elm və səbəb yaranmazdan öncə alim, mülk və mal mövcud olmazdan qabaq hökmdar idi. | وَ هُوَ عَلَى مَا هُوَ عَلَيْهِ فِي عِزِّ صِفَاتِهِ كَانَ قَوِيّا قَبْلَ وُجُودِ الْقُدْرَةِ وَ الْقُوَّةِ وَ كَانَ عَلِيما قَبْلَ إِيجَادِ الْعِلْمِ وَ الْعِلَّةِ لَمْ يَزَلْ سُلْطَانا إِذْ لا مَمْلَكَةَ وَ لا مَالَ |
| və ləm yəzəl subhanən əla cəmiil əhval, | Bütün hallarda hər bir eyib və nöqsandan uzaqdır. | وَ لَمْ يَزَلْ سُبْحَانا عَلَى جَمِيعِ الْأَحْوَالِ |
| vucuduhu qəbləl qəbli fi əzəlil azal, | Varlığı əvvəldən əvvəl və hər bir əzəlidən əzəlidir. | وُجُودُهُ قَبْلَ الْقَبْلِ فِي أَزَلِ الْآزَالِ |
| və bəqauhu bə`dəl bə`di min ğəyrintiqalin və la zəval, | Baqi qalması yer dəyişmədən və haldan-hala düşmədəndir. | وَ بَقَاؤُهُ بَعْدَ الْبَعْدِ مِنْ غَيْرِ انْتِقَالٍ وَ لا زَوَالٍ |
| ğəniyyun fil əvvəli vəl axir, mustəğnin fil batini vəz zahir, la cəvrə fi qəziyyətihi və la məylə fi məşiyyətihi və la zulmə fi təqdirih, | Əvvəldə və sonda imkanlı, batində və zahirdə ehtiyacsızdır, hökmündə zülm, iradəsində yanlışlıq və təqdirində ədalətsizlik yoxdur. | غَنِيٌّ فِي الْأَوَّلِ وَ الْآخِرِ مُسْتَغْنٍ فِي الْبَاطِنِ وَ الظَّاهِرِ لا جَوْرَ فِي قَضِيَّتِهِ وَ لا مَيْلَ فِي مَشِيَّتِهِ وَ لا ظُلْمَ فِي تَقْدِيرِهِ |
| və la məhrəbə min hukumətihi və la məlcəə min sətəvatihi və la mənca min nəqimatih, | Onun hakimiyyət dairəsindən qaçmaq mümkün deyil, qəzəbinin şiddətindən pənah yeri yoxdur və intiqamından qurtulmaq mümkünsüzdür. | وَ لا مَهْرَبَ مِنْ حُكُومَتِهِ وَ لا مَلْجَأَ مِنْ سَطَوَاتِهِ وَ لا مَنْجَى مِنْ نَقِمَاتِهِ |
| səbəqət rəhmətuhu ğəzəbəh, | Rəhməti qəzəbini üstələmişdir. | سَبَقَتْ رَحْمَتُهُ غَضَبَهُ |
| və lə yəfutuhu əhədun iza tələbəhu | İstədiyi kəsin Onun əlindən çıxması mümkün deyil. | وَ لا يَفُوتُهُ أَحَدٌ إِذَا طَلَبَهُ |
| əzahəl ilələ fit təklif, və səvvət təvfiqə bəynəz zəifi vəş şərif, | O, vəzifənin (dini göstərişlərin) icrasında maneələri aradan qaldırmış, zəiflə güclüyə eyni şəkildə müvəffəqiyyət əta etmişdir. | أَزَاحَ الْعِلَلَ فِي التَّكْلِيفِ وَ سَوَّى التَّوْفِيقَ بَيْنَ الضَّعِيفِ وَ الشَّرِيفِ |
| məkkənə ədaəl mə`muri və səhhələ səbiləc tinabil məhzur, | Vəzifənin (dini göstərişlərin) icrasını mümkün etmiş və haramdan qaçmaq yolunu asanlaşdırmışdır. | مَكَّنَ أَدَاءَ الْمَأْمُورِ وَ سَهَّلَ سَبِيلَ اجْتِنَابِ الْمَحْظُورِ |
| ləm yukəllifit taətə illa dunəl vus`i vət taqəh, | İnsana gücü çatacaq qədər vəzifə təyin etmişdir. | لَمْ يُكَلِّفِ الطَّاعَةَ إِلا دُونَ الْوُسْعِ وَ الطَّاقَةِ |
| subhanəhu ma əbyənə kərəməhu və ə`la şə`nəh, | O, eyiblərdən pak və uzaqdır, kəraməti aşkar və məqamı ucadır. | سُبْحَانَهُ مَا أَبْيَنَ كَرَمَهُ وَ أَعْلَى شَأْنَهُ |
| subhanəhu ma əcəllə nəyləhu və ə`zəmə ihsanəh, | O, bütün eyiblərdən pak və uzaq, bəxşişi artıq, ehsanı böyükdür. | سُبْحَانَهُ مَا أَجَلَّ نَيْلَهُ وَ أَعْظَمَ إِحْسَانَهُ |
| bəəsəl ənbiyaə liyubəyyinə ədləh, və nəsəbəl əvsiyaə liyuzhirə təvləhu və fəzləh, | Peyğəmbərləri ədalətini bəyan etmək üçün göndərmiş və vəsiləri lütf və mərhəmətini aşkar etmək üçün seçmişdir. | بَعَثَ الْأَنْبِيَاءَ لِيُبَيِّنَ عَدْلَهُ وَ نَصَبَ الْأَوْصِيَاءَ لَيُظْهِرَ طَوْلَهُ وَ فَضْلَهُ |
| və cəələna min umməti səyyidil ənbiyai və xəyril əvliyai və əfzəlil əsfiyai və ə`ləl əzkia, Muhəmmədin salləllahu ələyhi və alihi və səlləm, | Bizi peyğəmbərlərinin sərvəri, övliyaların ən fəzilətlisi, seçilmişlərin ən üstünü, pakların ən ucası olan Muhəmmədin (Allahın salavat və salamı olsun ona və Əhlibeytinə) ümməti təyin vermişdir. | وَ جَعَلَنَا مِنْ أُمَّةِ سَيِّدِ الْأَنْبِيَاءِ وَ خَيْرِ الْأَوْلِيَاءِ وَ أَفْضَلِ الْأَصْفِيَاءِ وَ أَعْلَى الْأَزْكِيَاءِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ |
| amənna bihi və bima dəana iləyh, və bil Qur`anilləzi ənzələhu ələyhi və bivəsiyyihilləzi nəsəbəhu yəvməl Ğədir, və əşarə biqəvlihi haza Əliyyun iləyh, | Biz Ona, bizi dəvət etdiklərinə, Allahın ona göndərdiyi Qurana və “Qədir-Xum” günü öz yerinə canişin təyin edərək “Bu Əlidir! – deyə buyurduğu kəlamına iman gətirmişik. | آمَنَّا بِهِ وَ بِمَا دَعَانَا إِلَيْهِ وَ بِالْقُرْآنِ الَّذِي أَنْزَلَهُ عَلَيْهِ وَ بِوَصِيِّهِ الَّذِي نَصَبَهُ يَوْمَ الْغَدِيرِ وَ أَشَارَ بِقَوْلِهِ هَذَا عَلِيٌّ إِلَيْهِ |
| və əşhədu ənnəl əimmətəl əbrarə vəl xuləfaəl əxyarə bə`dər rəsulil muxtar, Əliyyun qamiul kuffar, və min bə`dihi səyyidu əvladihil Həsənubnu Əliyyin summə əxuhus sibtut tabiu limərzatillahil Huseyn, summəl abidu Əliyyun summəl Baqiru Muhəmməd, summəs Sadiqu Cə`fərun summəl Kazimu Musa, summər Riza Əliyyun summət Təqiyyu Muhəmməd, summən Nəqiyyu Əliyyun summəz Zəkiyyul Əskəriyyul Həsən, summəl huccətul xələful qaimul muntəzərul Məhdiyyul | Şəhadət verirəm ki, xeyirxah imamlar və seçilmiş Peyğəmbərdən (s) sonra bəyənilmiş xəlifələr məhz bunlardır: kafirləri həlak edən Əli (ə), ondan sonra övladlarının sərvəri Həsən ibn Əli (ə), sonra onun qardaşı, Peyğəmbərin nəvəsi və Allahın razılığına tabe olan Hüseyn (ə), sonra ibadət əhli Əli (ə), sonra elmləri açan Muhəmməd Baqir (ə), sonra Cəfəri Sadiq (ə), sonra Musa Kazim (ə), sonra Əli Rza (ə), sonra Muhəmməd Təqi (ə), sonra Əli Nəqi (ə), sonra Həsən Əskəri (ə), sonra haqq canişin, qiyam edən, intizarı çəkilən və ümid yeri Məhdi (əf)! | وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ الْأَبْرَارَ وَ الْخُلَفَاءَ الْأَخْيَارَ بَعْدَ الرَّسُولِ الْمُخْتَارِ عَلِيٌّ قَامِعُ الْكُفَّارِ وَ مِنْ بَعْدِهِ سَيِّدُ أَوْلادِهِ الْحَسَنُ بْنُ عَلِيٍّ ثُمَّ أَخُوهُ السِّبْطُ التَّابِعُ لِمَرْضَاةِ اللَّهِ الْحُسَيْنُ ثُمَّ الْعَابِدُ عَلِيٌّ ثُمَّ الْبَاقِرُ مُحَمَّدٌ ثُمَّ الصَّادِقُ جَعْفَرٌ ثُمَّ الْكَاظِمُ مُوسَى ثُمَّ الرِّضَا عَلِيٌّ ثُمَّ التَّقِيُّ مُحَمَّدٌ ثُمَّ النَّقِيُّ عَلِيٌّ ثُمَّ الزَّكِيُّ الْعَسْكَرِيُّ الْحَسَنُ ثُمَّ الْحُجَّةُ الْخَلَفُ الْقَائِمُ الْمُنْتَظَرُ الْمَهْدِيُّ |
| murcəlləzi bibəqaihi bəqiyətid dunya, və biyumnihi ruziqəl vəra və bivucuduhi səbətətil ərzu vəs səma, və bihi yəmləullahul ərzə qistən və ədlən bə`də ma muliət zulmən və cəvra, | Belə ki, dünyanın qalması onun qalmasından asılıdır, onun bərəkəti ilə bəndələr ruzi yeyir, yer və göy onun vücudu ilə durur, onun vasitəsilə Allah Təala yer üzünü zülm və haqsızlıqla dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır. | الْمُرْجَى الَّذِي بِبَقَائِهِ بَقِيَتِ الدُّنْيَا وَ بِيُمْنِهِ رُزِقَ الْوَرَى وَ بِوُجُودِهِ ثَبَتَتِ الْأَرْضُ وَ السَّمَاءُ وَ بِهِ يَمْلَأُ اللَّهُ الْأَرْضَ قِسْطا وَ عَدْلا بَعْدَ مَا مُلِئَتْ ظُلْما وَ جَوْرا |
| və əşhədu ənnə əqvaləhum huccətun vəmtisaləhum fərizətun və taətəhum məfruzəh, və məvəddətəhum lazimətun məqziyyətun | Şəhadət verirəm ki, onların sözləri höccət, əmrlərini yerinə yetirmək, onlara itaət etmək və məhəbbət bəsləmək vacibdir. | وَ أَشْهَدُ أَنَّ أَقْوَالَهُمْ حُجَّةٌ وَ امْتِثَالَهُمْ فَرِيضَةٌ وَ طَاعَتَهُمْ مَفْرُوضَةٌ وَ مَوَدَّتَهُمْ لازِمَةٌ مَقْضِيَّةٌ |
| vəl iqtidaə bihim munciyətun və muxaləfətəhum murdiyəh, | Onlara iqtida etmək qurtuluş, onlarla müxalifətçilik isə həlakətdir. | وَ الاقْتِدَاءَ بِهِمْ مُنْجِيَةٌ وَ مُخَالَفَتَهُمْ مُرْدِيَةٌ |
| və hum sadatu əhlil cənnəti əcməin, və şufəau yəvmid dini və əimmətu əhlil ərzi ələl yəqini və əfzəlil əvsiyail mərziyyin, | Onlar bütün cənnət əhlinin sərvərləri, qiyamət gününün şəfaətçiləri, şübhəsiz, yer əhlinin imamları və Allahın razı olduğu canişinlərin ən fəzilətlisidirlər. | وَ هُمْ سَادَاتُ أَهْلِ الْجَنَّةِ أَجْمَعِينَ وَ شُفَعَاءُ يَوْمِ الدِّينِ وَ أَئِمَّةُ أَهْلِ الْأَرْضِ عَلَى الْيَقِينِ وَ أَفْضَلُ الْأَوْصِيَاءِ الْمَرْضِيِّينَ |
| və əşhədu ənnəl məvtə həqqun və musaələtəl qəbri həqq, vəl bə`sə həqqun vən nuşurə həqqun vəs siratə həqq, vəl mizanə həqqun vəl hisaba həqqun vəl kitabə həqq, vəl cənnətə həqqun vən narə həqqun və ənnəs saətə atiyətun la rəybə fih, | Şəhadət verirəm ki, ölüm haqdır, qəbir sorğu-sualı haqdır, qəbirdən baş qaldırmaq haqdır, yenidən dirilmək haqdır, sirat haqdır, mizan (tərəzi) haqdır, hesab haqdır, kitab haqdır, cənnət haqdır, cəhənnəm haqdır, qiyamət gələcək və onda şəkk-şübhə yoxdur. | وَ أَشْهَدُ أَنَّ الْمَوْتَ حَقٌّ وَ مُسَاءَلَةَ الْقَبْرِ حَقٌّ وَ الْبَعْثَ حَقٌّ وَ النُّشُورَ حَقٌّ وَ الصِّرَاطَ حَقٌّ وَ الْمِيزَانَ حَقٌّ وَ الْحِسَابَ حَقٌّ وَ الْكِتَابَ حَقٌّ وَ الْجَنَّةَ حَقٌّ وَ النَّارَ حَقٌّ وَ أَنَّ السَّاعَةَ آتِيَةٌ لا رَيْبَ فِيهَا |
| və ənnəllahə yəb`əsu mən fil qubur, | Allah qəbirdə olan hər bir kəsi qaldıracaq. | وَ أَنَّ اللَّهَ يَبْعَثُ مَنْ فِي الْقُبُورِ |
| Əllahummə fəzlukə rəcai və kərəmukə və rəhmətukə əməli, | İlahi, mərhəmətin mənim ümidim, kərəm və rəhmətin isə arzumdur! | اللَّهُمَّ فَضْلُكَ رَجَائِي وَ كَرَمُكَ وَ رَحْمَتُكَ أَمَلِي |
| və əmələ li əstəhiqqu bihil cənnətə və la taətə li əstəvcibu bihər rizvan, | Cənnətə layiq n əməlim və razılığını ələ gətirə biləcək itaətim yoxdur. | لا عَمَلَ لِي أَسْتَحِقُّ بِهِ الْجَنَّةَ وَ لا طَاعَةَ لِي أَسْتَوْجِبُ بِهَا الرِّضْوَانَ |
| illa ənni`təqədtu təvhidikə və ədlik, vərtəcəytu ihsanəkə və fəzlək, və təşəffə`tu iləykə bin nəbiyyi və alihi min əhibbətik, | Yalnız yeganəlik və ədalətinə etiqad bəsləmiş, ehsan və mərhəmətinə bel bağlamış, bəyənib-sevdiyin Peyğəmbər və onun Əhlibeytini dərgahına şəfaətçi gətirmişəm. | إِلا أَنِّي اعْتَقَدْتُ تَوْحِيدَكَ وَ عَدْلَكَ وَ ارْتَجَيْتُ إِحْسَانَكَ وَ فَضْلَكَ وَ تَشَفَّعْتُ إِلَيْكَ بِالنَّبِيِّ وَ آلِهِ مِنْ أَحِبَّتِكَ |
| və əntə əkrəmul əkrəminə və ərhəmur rahimin, | Sən kəramət əhlinin ən kəramətlisi, mehribanların ən mehribanısan! | وَ أَنْتَ أَكْرَمُ الْأَكْرَمِينَ وَ أَرْحَمُ الرَّاحِمِينَ |
| və salləllahu əla nəbiyyina Muhəmmədin və alihi əcməinət təyyibinət tahirin, və səlləmə təslimən kəsirən kəsira, | Peyğəmbərimiz Muhəmməd və onun pak-pakizə Əhlibeytinə salam yetir. Onlara hədsiz salam yetir. | وَ صَلَّى اللَّهُ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعِينَ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيما كَثِيرا كَثِيرا |
| və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, | Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. | وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Əllahummə ya ərhəmər rahiminə inni əvdə`tukə yəqini haza, və səbatə dini və əntə xəyru mustəvdəin | İlahi, ey mehribanların ən mehribanı! Bu yəqinimi və dində sabitqədəmliyimi Sənə tapşırdım və Sən ən yaxşı əmanətdarsan. | اللَّهُمَّ يَا أَرْحَمَ الرَّاحِمِينَ إِنِّي أَوْدَعْتُكَ يَقِينِي هَذَا وَ ثَبَاتَ دِينِي وَ أَنْتَ خَيْرُ مُسْتَوْدَعٍ |
| və qəd əmərtəna bihifzil vədai`, fəruddəhu ələyyə vəqtə huzuri məvti, | Sən Özün bizə əmanətə vəfadarlığı əmr etmisən və onu mənə ölümüm çatan zaman qaytar. | وَ قَدْ أَمَرْتَنَا بِحِفْظِ الْوَدَائِعِ فَرُدَّهُ عَلَيَّ وَقْتَ حُضُورِ مَوْتِي |
| birəhmətikə ya ərhəmər rahimin. | Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! | بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Şeyx Abbas Qumi deyir: “Mötəbər dualarda belə deyilir:
Ədilə duası_2
| Ərəbcə | اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَدِيلَةِ عِنْدَ الْمَوْتِ |
| Tərcümə | İlahi, ölüm zamanı “ədilə”dən (haqdan dönüb batilə üz tutmaqdan) Sənə pənah aparıram! |
| Transkripsiya | Əllahummə inni əuzu bikə minəl ədiləti indəl məvt. |
Burada «ədilətun indəl məvtın» mənası, yəni, ölən zaman haqdan batilə keçmək, elə ki, ölüm halında şeytan (lən) insanın başının üstünü kəsdirir və onun həqiqətə olan imanında şübhələr yaradır, nəticədə insan imanından çıxır, yəni haqdan batilə keçir. Bu səbəbdən də dualarda şeytandan Allaha pənah aparılır (Əuzu billahi minəş şeytanir rəcim).
Fəxrul-Mühəqqiqin buyurur: «Hər kim istəsə, bundan xilas olsun, gərək ölüm halında, imanın və üsuliddinin möhkəm dəlillərini yadında saxlasın və özünü Allaha tapşırsın. Ölüm zamanı Allah taala yenidən ona bunları qaytarsın, belə ki, bu əqidələri və sübut-dəlilləri sadaladıqdan sonra desin:
Ədilə duası_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ya ərhəmər rahimin, inni qəd əvdə`tukə yəqini haza, və səbatə dini və əntə xəyru mustəvdə`, | İlahi, ey mehribanların ən mehribanı! Bu yəqinimi və dində sabitqədəmliyimi Sənə tapşırdım və Sən ən yaxşı əmanətdarsan. | اللَّهُمَّ يَا أَرْحَمَ الرَّاحِمِينَ إِنِّي قَدْ أَوْدَعْتُكَ يَقِينِي هَذَا وَ ثَبَاتَ دِينِي وَ أَنْتَ خَيْرُ مُسْتَوْدَعٍ |
| və qəd əmərtəna bi hifzil vədai`, fəruddəhu ələyyə vəqtə huzuri məvti rəziytu. | Sən Özün bizə əmanətə vəfadarlığı əmr etmisən və ölümüm çatan zaman onu mənə qaytar. | وَ قَدْ أَمَرْتَنَا بِحِفْظِ الْوَدَائِعِ فَرُدَّهُ عَلَيَّ وَقْتَ حُضُورِ مَوْتِي رَضِيتُ |
Məlum olur ki, bu alimin dediyinə əsasən «Ədilə» duasını oxumaq və onun mənasını yadda saxlamaq, ölüm vaxtı haqdan batilə keçməyin qarşısını almaqdan ötrüdür. Amma bu duanın hədisdə gəlməsi, ya alimlərin düzəltmələri olması hələ də sual altındadır. Hədis elminin böyük alimi, müəllimi və böyük hədisçi Hacı Mirza Hüseyn Nuri bu barədə buyurmuşdur: «Amma «Ədilə» duası bizim bəzi alimlərin yazdıqlarındandır və heç bir hədis kitabında hər hansı bir sənədlə gəlməmişdir.»
Şeyx Tusi Muhəmməd ibn Süleyman Deyləmidən nəql edir ki, bir gün İmam Sadiq əleyhissalama dedim: «Sizin şiələr imanı iki hissəyə bölürlər; biri sabit, o biri isə əmanət və aradan gedən. Mənə elə bir dua öyrət ki, onu oxuduqda imanım kamilləşsin və heç vaxt aradan getməsin.» Belə buyurdu: «Hər vacib namazlardan sonra oxu».
Ədilə duası_4
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Rəzitu billahi rəbba, və bi Muhəmmədin salləllahu ələyhi və alihi nəbiyya, və bil islami dina, və bil Qur`ani kitaba, və bil Kə`bəti qiblətən və bi Əliyyin vəliyyən və imama, və bil Həsəni vəl Huseyni və Əliyyibnil Huseyni və Məhəmmədibni Əliyyin və Cə`fəribni Muhəmmədin və Musəbni Cə`fərin və Əliyyibni Musa və Muhəmmədibni Əliyyin və Əliyyibni Muhəmmədin və Həsənibni Əliyyin vəl Huccətibnil Həsəni sələvatullahi ələyhim əimməh, | Allahın mənim Rəbbim, Muhəmmədin (Allahın salamı olsun ona və Əhlibeytinə) peyğəmbərim, İslamın dinim, Quranın kitabım, Əlinin rəhbər və imamım, Həsən, Hüseyn, Əli ibn Hüseyn, Muhəmməd ibn Əli, Cəfər ibn Muhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli , Əli ibn Muhəmməd, Həsən ibn Əli və Höccət ibn Həsənin (Allahın salamı olsun onlara) imamım olmasına razıyam. | بِاللَّهِ رَبّا وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ نَبِيّا وَ بِالْإِسْلامِ دِينا وَ بِالْقُرْآنِ كِتَابا وَ بِالْكَعْبَةِ قِبْلَةً وَ بِعَلِيٍّ وَلِيّا وَ إِمَاما وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ وَ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ مُوسَى بْنِ جَعْفَرٍ وَ عَلِيِّ بْنِ مُوسَى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ وَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَئِمَّةً |
| Əllahummə inni rəzitu bihim əimmətən fərzəni ləhum, innəkə əla kulli şəy`in qədir. | İlahi, onların mənim imamım olduqlarına razıyam! Elə isə onları da məndən razı sal ki, həqiqətən, Sən hər şeyə qadirsən! | اللَّهُمَّ إِنِّي رَضِيتُ بِهِمْ أَئِمَّةً فَارْضَنِي لَهُمْ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
