Minacat: «Şabaniyyə» minacatı
Mərhum Seyid ibn Tavus «İqbal» kitabında qeyd edir ki, bu minacatı Əmirəlmöminin Əli (ə) və övladları – min-min salam olsun onlara – Şaban ayında oxuyarmışlar.
Buradan belə başa düşülür ki, bu minacat böyük əhəmiyyətə malik olduğundan bütün Məsumlar (ə) onu oxuyublar. Bu minacatın mənası da onun böyük əhəmiyyətinə şahidlik edir. İbn Xaləveyhin belə nəql edir: «Bu minacat Əmirəlmöminin Əlinin (ə) və onun övladları olan imamların minacatıdır»[1] Minacat belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmməd | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| vəsmə` duai iza dəəvtuk, vəsmə` nidai iza nadəytuk, | Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit, | وَ اسْمَعْ دُعَائِي إِذَا دَعَوْتُكَ وَ اسْمَعْ نِدَائِي إِذَا نَادَيْتُكَ |
| və əqbil ələyyə iza nacəytuk, | Səninlə minacat etdikdə mənə nəzər sal. | وَ أَقْبِلْ عَلَيَّ إِذَا نَاجَيْتُكَ |
| fəqəd hərəbtu iləykə və vəqəftu bəynə yədəykə mustəkinən lək, mutəzərriən iləykə raciyən lima lədəykə səvabi, | Həqiqətən, mən Sənə üz tutmuşam və dərgahında miskin, yalvarıb-yaxaran və yanındakı savablara ümidli olan halda dayanmışam. | فَقَدْ هَرَبْتُ إِلَيْكَ وَ وَقَفْتُ بَيْنَ يَدَيْكَ مُسْتَكِينا لَكَ مُتَضَرِّعا إِلَيْكَ رَاجِيا لِمَا لَدَيْكَ ثَوَابِي |
| və tə`ləmu ma fi nəfsi və təxburu hacəti, | Sən qəlbimdə olanları bilirsən və hacətimdən xəbərdarsan. | وَ تَعْلَمُ مَا فِي نَفْسِي وَ تَخْبُرُ حَاجَتِي |
| və tə`rifu zəmiri və la yəxfa ələykə əmru munqələbi və məsvay, | Daxilimi tanıyırsan, dəyişdiyim və ayaq saxladığım məqamların sonu Sənə gizli deyil. | وَ تَعْرِفُ ضَمِيرِي وَ لا يَخْفَى عَلَيْكَ أَمْرُ مُنْقَلَبِي وَ مَثْوَايَ |
| və ma uridu ən ubdiə bihi min məntiqi, və ətəfəvvəhu bihi min təlibəti, və ərcuhu liaqibəti, | Dilə gətirmək istədiyim hacətlərimi və işlərimin sonu üçün ümidvar olduğumu bilirsən. | وَ مَا أُرِيدُ أَنْ أُبْدِئَ بِهِ مِنْ مَنْطِقِي وَ أَتَفَوَّهَ بِهِ مِنْ طَلِبَتِي وَ أَرْجُوهُ لِعَاقِبَتِي |
| və qəd cərət məqadirukə ələyyə ya səyyidi, fima yəkunu minni ila axiri umri, min sərirəti və əlaniyəti, | Ey Rəbbim, ömrümün sonunadək istər gizli, istərsə də aşkar, Sənin qəza-qədərinə bağlıyam. | وَ قَدْ جَرَتْ مَقَادِيرُكَ عَلَيَّ يَا سَيِّدِي فِيمَا يَكُونُ مِنِّي إِلَى آخِرِ عُمْرِي مِنْ سَرِيرَتِي وَ عَلانِيَتِي |
| və biyədikə la biyədi ğəyrik, ziyadəti və nəqsi və nəf`i və zərri, | Artımım, nöqsanım, xeyir və ziyanım heç kəsin yox, Sənin əlindədir. | وَ بِيَدِكَ لا بِيَدِ غَيْرِكَ زِيَادَتِي وَ نَقْصِي وَ نَفْعِي وَ ضَرِّي |
| ilahi in hərəmtəni fəmən zəlləzi yərzuquni, | İlahi, əgər məni məhrum etsən, kim mənə ruzi verəcək. | إِلَهِي إِنْ حَرَمْتَنِي فَمَنْ ذَا الَّذِي يَرْزُقُنِي |
| və in xəzəltəni fəmən zəlləzi yənsuruni, | Əgər məni tərk etsən, kim köməyimə çatacaq? | وَ إِنْ خَذَلْتَنِي فَمَنْ ذَا الَّذِي يَنْصُرُنِي |
| ilahi əuzu bikə min ğəzəbikə və hululi səxətik, | İlahi, qəzəbinə düçar olmamaq üçün Sənə sığınmışam. | إِلَهِي أَعُوذُ بِكَ مِنْ غَضَبِكَ وَ حُلُولِ سَخَطِكَ |
| ilahi in kuntu ğəyrə mustə`hillin lirəhmətikə fəəntə əhlun ən təcudə ələyyə bifəzli səətik, | İlahi, Sənin rəhmətinə layiq olmasam da, Sən geniş mərhəmətinlə mənə ehsan etməyə layiqsən. | إِلَهِي إِنْ كُنْتُ غَيْرَ مُسْتَأْهِلٍ لِرَحْمَتِكَ فَأَنْتَ أَهْلٌ أَنْ تَجُودَ عَلَيَّ بِفَضْلِ سَعَتِكَ |
| ilahi kəənni bi nəfsi vaqifətən bəynə yədəyk, | İlahi, sanki özümü Sənin dərgahında görürəm. | إِلَهِي كَأَنِّي بِنَفْسِي وَاقِفَةٌ بَيْنَ يَدَيْكَ |
| və qəd əzəlləha husnu təvəkkuli ələyk, | Elə bir halda ki, Sənə təvəkkülüm başım üzərinə kölgə salmışdır. | وَ قَدْ أَظَلَّهَا حُسْنُ تَوَكُّلِي عَلَيْكَ |
| fəqultə (fəfəəltə) ma əntə əhluhu və təğəmmədtəni biəfvik, | Demək, Sən layiq olduğunu mənə deyirsən və məni öz əfvinə şamil edirsən. | فَقُلْتَ [فَفَعَلْتَ] مَا أَنْتَ أَهْلُهُ وَ تَغَمَّدْتَنِي بِعَفْوِكَ |
| ilahi in əfəvtə fəmən əvla minkə bizalik, | İlahi, əgər məni əfv edəcəksənsə, həqiqətən də, bu iş üçün Səndən layiqlisi yoxdur. | لَهِي إِنْ عَفَوْتَ فَمَنْ أَوْلَى مِنْكَ بِذَلِكَ |
| və in kanə qəd dəna əcəli və ləm yudnini minkə əməli, fəqəd cəəltul iqrarə biz zənbi iləykə vəsiləti, | Əgər ölüm anı çatsa və əməllərim məni Sənə yaxınlaşdıra bilməsə, günahlarımın etirafını Sənə yaxınlaşmağım üçün vasitə edəcəyəm. | وَ إِنْ كَانَ قَدْ دَنَا أَجَلِي وَ لَمْ يُدْنِنِي [يَدْنُ] مِنْكَ عَمَلِي فَقَدْ جَعَلْتُ الْإِقْرَارَ بِالذَّنْبِ إِلَيْكَ وَسِيلَتِي |
| ilahi qəd curtu əla nəfsi fin nəzəri ləha, fələhəl vəylu in ləm təğfir ləha, | İlahi, mən özümə çarə qılmaqda zülmə yol verdim. Əgər bağışlamasan, vay olsun mənə! | إِلَهِي قَدْ جُرْتُ عَلَى نَفْسِي فِي النَّظَرِ لَهَا فَلَهَا الْوَيْلُ إِنْ لَمْ تَغْفِرْ لَهَا |
| ilahi ləm yəzəl birrukə ələyyə əyyamə həyati, | İlahi, dünya həyatında daim ehsanından faydalandım. | إِلَهِي لَمْ يَزَلْ بِرُّكَ عَلَيَّ أَيَّامَ حَيَاتِي |
| fəla təqtə` birrəkə ənni fi məmati, | Ölüm zamanı da ehsanını məndən əsirgəmə. | فَلا تَقْطَعْ بِرَّكَ عَنِّي فِي مَمَاتِي |
| ilahi kəyfə ayəsu min husni nəzərikə li bə`də məmati, və əntə ləm tuvəllini illəl cəmilə fi həyati, | İlahi, həyatım boyu mənimlə yalnız gözəl rəftar etdiyin halda ölümümdən sonra rəhmət nəzərindən ümidimi necə üzüm?! | إِلَهِي كَيْفَ آيَسُ مِنْ حُسْنِ نَظَرِكَ لِي بَعْدَ مَمَاتِي وَ أَنْتَ لَمْ تُوَلِّنِي [تُولِنِي] إِلا الْجَمِيلَ فِي حَيَاتِي |
| ilahi təvəllə min əmri ma əntə əhluh, | İlahi, Sən Özünə layiq şəkildə işlərimi öhdənə götür. | إِلَهِي تَوَلَّ مِنْ أَمْرِي مَا أَنْتَ أَهْلُهُ |
| və ud ələyyə bifəzlikə əla muznibin qəd ğəmərəhu cəhluh, | Nadanlığında qərq olmuş günahkarı fəzlindən faydalandır. | وَ عُدْ عَلَيَّ بِفَضْلِكَ عَلَى مُذْنِبٍ قَدْ غَمَرَهُ جَهْلُهُ |
| ilahi qəd sətərtə ələyyə zunubən fid dunya | İlahi, dünyada günahlarımı gizlətdin. | إِلَهِي قَدْ سَتَرْتَ عَلَيَّ ذُنُوبا فِي الدُّنْيَا |
| və əna əhvəcu ila sətriha ələyyə minkə fil uxra, | Axirətdə isə onları gizlətməyinə daha çox ehtiyacım var. | وَ أَنَا أَحْوَجُ إِلَى سَتْرِهَا عَلَيَّ مِنْكَ فِي الْأُخْرَى |
| iz ləm tuzhirha liəhədin min ibadikəs salihin, | Çünki Sən dünyada günahlarımı saleh bəndələrinin heç birinə bildirmədin. | [إِلَهِي قَدْ أَحْسَنْتَ إِلَيَ] إِذْ لَمْ تُظْهِرْهَا لِأَحَدٍ مِنْ عِبَادِكَ الصَّالِحِينَ |
| fəla təfzəhni yəvməl qiyaməti əla ruusil əşhad, | Belə isə, qiyamət günü də məni məxluqatın hüzurunda rüsvay etmə! | فَلا تَفْضَحْنِي يَوْمَ الْقِيَامَةِ عَلَى رُءُوسِ الْأَشْهَادِ |
| ilahi cudukə bəsətə əməli və əfvukə əfzəlu min əməli, | İlahi, bəxşişin ümidimi artırır, əfv və güzəştin əməlimdən çox üstündür. | إِلَهِي جُودُكَ بَسَطَ أَمَلِي وَ عَفْوُكَ أَفْضَلُ مِنْ عَمَلِي |
| ilahi fəsurrəni biliqaikə yəvmə təqzi fihi bəynə ibadik, | İlahi, mühakimə günü Öz görüşünlə məni bəndələrin arasında şad et. | إِلَهِي فَسُرَّنِي بِلِقَائِكَ يَوْمَ تَقْضِي فِيهِ بَيْنَ عِبَادِكَ |
| ilahi`tizari iləykə`tizaru mən ləm yəstəğni ən qəbuli uzrih, | İlahi, Sənə üzrxahlığım üzrünün qəbul olunmasına ehtiyacı olan kəsin üzrxahlığıdır. | إِلَهِي اعْتِذَارِي إِلَيْكَ اعْتِذَارُ مَنْ لَمْ يَسْتَغْنِ عَنْ قَبُولِ عُذْرِهِ |
| fəqbəl uzri ya əkrəmə məni`təzərə iləyhil musiun, | İlahi, üzrümü qəbul et. Ey günahkarların üzr istədiyi şəxs! | فَاقْبَلْ عُذْرِي يَا أَكْرَمَ مَنِ اعْتَذَرَ إِلَيْهِ الْمُسِيئُونَ |
| ilahi la təruddə hacəti və la tuxəyyib təməi və la təqtə` minkə rəcai və əməli, | İlahi, istəyimi geri qaytarma, umacağımdan ümidimi üzmə, arzu və ümidimi kəsmə! | إِلَهِي لا تَرُدَّ حَاجَتِي وَ لا تُخَيِّبْ طَمَعِي وَ لا تَقْطَعْ مِنْكَ رَجَائِي وَ أَمَلِي |
| ilahi ləm ərədtə həvani ləm təhdini və ləm ərədtə fəzihəti ləm tuafini, | İlahi, əgər Sən məni xar etmək istəsəydin, hidayət və ehsanınla məni başıuca etməzdin! Əgər məni rüsvay etmək istəsəydin, məni bağışlamazdın! | إِلَهِي لَوْ أَرَدْتَ هَوَانِي لَمْ تَهْدِنِي وَ لَوْ أَرَدْتَ فَضِيحَتِي لَمْ تُعَافِنِي |
| ilahi ma əzunnukə tərudduni fi hacətin əfnəytu umri fi tələbiha mink, | İlahi, güman etmirəm ki, məni bir ömür arzuladığım istəkdən məhrum edəsən. | إِلَهِي مَا أَظُنُّكَ تَرُدُّنِي فِي حَاجَةٍ قَدْ أَفْنَيْتُ عُمُرِي فِي طَلَبِهَا مِنْكَ |
| ilahi fələkəl həmdu əbədən əbədən daimən sərmədən yəzidu və la yəbidu kəma tuhibbu və tərza, | İlahi, Sənə Sənin istədiyin və razı qaldığın kimi, sonsuz və daim artmaqda olan həmişəlik, əbədi və daimi həmd edirəm. | إِلَهِي فَلَكَ الْحَمْدُ أَبَدا أَبَدا دَائِما سَرْمَدا يَزِيدُ وَ لا يَبِيدُ كَمَا تُحِبُّ وَ تَرْضَى |
| ilahi in əxəztəni bicurmi əxəztukə biəfvikə | İlahi, əgər məni günahlarımla tanısan (günahlarımı bağışlasan), mən də Səni əfvinlə tanıyacağam! | إِلَهِي إِنْ أَخَذْتَنِي بِجُرْمِي أَخَذْتُكَ بِعَفْوِكَ |
| və in əxəztəni bizunubi əxəztukə biməğfirətik, | Əgər məni günahlarıma görə cəzalandırsan, mən də Sənin məğfirətini diləyəcəyəm. | وَ إِنْ أَخَذْتَنِي بِذُنُوبِي أَخَذْتُكَ بِمَغْفِرَتِكَ |
| və in ədxəltənin narə ə`ləmtu əhləha ənni uhibbuk, | Əgər məni cəhənnəmə atsan, mən də cəhənnəm əhlinə ki, Səni sevdiyimi deyəcəyəm! | وَ إِنْ أَدْخَلْتَنِي النَّارَ أَعْلَمْتُ أَهْلَهَا أَنِّي أُحِبُّكَ |
| ilahi in kanə səğurə fi cənbi taətikə əməli fəqəd kəburə fi cənbi rəcaikə əməli, | İlahi, əgər itaətimlə müqayisədə əməlim çox kiçikdirsə, Sənə ümidlə bağlı arzum çox böyükdür. | إِلَهِي إِنْ كَانَ صَغُرَ فِي جَنْبِ طَاعَتِكَ عَمَلِي فَقَدْ كَبُرَ فِي جَنْبِ رَجَائِكَ أَمَلِي |
| ilahi kəyfə ənqəlibu min indəkə bil xəybəti məhrumən və qəd kanə husnu zənni bicudikə ən təqlibəni bin nəcati mərhuma, | İlahi, Sənin lütf və mərhəmətinə yaxşı gümanım olduğu, Sən mənə daim mərhəmət göstərdin, sonda da məni nicat əhlindən edəcəyin halda, Sənin yanından necə məhrum və əliboş qayıdım? | إِلَهِي كَيْفَ أَنْقَلِبُ مِنْ عِنْدِكَ بِالْخَيْبَةِ مَحْرُوما وَ قَدْ كَانَ حُسْنُ ظَنِّي بِجُودِكَ أَنْ تَقْلِبَنِي بِالنَّجَاةِ مَرْحُوما |
| ilahi və qəd əfnəytu umri fi şirrətis səhvi ənkə | İlahi, ömrümü əyriliklərlə və Səndən qəflətdə məhv etdim. | إِلَهِي وَ قَدْ أَفْنَيْتُ عُمُرِي فِي شِرَّةِ السَّهْوِ عَنْكَ |
| və əbləytu şəbai fi səkrətit təbaudi mink, | Cavanlığımı Səndən uzaq düşüb məstliklə puça çıxardım. | وَ أَبْلَيْتُ شَبَابِي فِي سَكْرَةِ التَّبَاعُدِ مِنْكَ |
| ilahi fələm əstəyqiz əyyaməğtirari bikə və rukuni ila səbili səxətik, | İlahi, mən qəflətdə olduğum vaxtlar ayılmadım və Sənin qəzəbinlə sonuclanan yolda israrla dayandım! | إِلَهِي فَلَمْ أَسْتَيْقِظْ أَيَّامَ اغْتِرَارِي بِكَ وَ رُكُونِي إِلَى سَبِيلِ سَخَطِكَ |
| ilahi və əna əbdukə vəbnu əbdikə | İlahi, mən Sənin bəndənəm. Mən Sənin bəndənin övladıyam. | إِلَهِي وَ أَنَا عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ |
| qaimun bəynə yədəykə mutəvəssilun bikərəmikə iləyk, | İndi Sənin dərgahında dayanmış və Sənə çatmaq üçün kərəminə təvəssül etmişəm. | قَائِمٌ بَيْنَ يَدَيْكَ مُتَوَسِّلٌ بِكَرَمِكَ إِلَيْكَ |
| ilahi ənə əbdun ətənəssəlu iləykə mimma kuntə uvacihukə bihi min qillətistihyai min nəzərik, | İlahi, mən Sənin elə bir bəndənəm ki, həyasızcasına dərgahında dayandığım haldan elə uzaqlaşıram ki, bir daha qayıtmayacağam. | إِلَهِي أَنَا عَبْدٌ أَتَنَصَّلُ إِلَيْكَ مِمَّا كُنْتُ أُوَاجِهُكَ بِهِ مِنْ قِلَّةِ اسْتِحْيَائِي مِنْ نَظَرِكَ |
| və ətlubul əfvə minkə izil əfvu nə`tun likərəmik, | Səndən əfv və bəxşiş etməyini istəyirəm. Çünki əfv və bəxşiş Sənin kərəminin vəsfidir. | وَ أَطْلُبُ الْعَفْوَ مِنْكَ إِذِ الْعَفْوُ نَعْتٌ لِكَرَمِكَ |
| ilahi ləm yəkun li həvlun fəəntəqilə bihi ən mə`siyətikə | İlahi, günahlardan və Sənə itaətsizlikdən uzaqlaşmağa qüvvəm yoxdur. | إِلَهِي لَمْ يَكُنْ لِي حَوْلٌ فَأَنْتَقِلَ بِهِ عَنْ مَعْصِيَتِكَ |
| illa fi vəqtin əyqəztəni liməhəbbətik, və kəma ərədtə ən əkunə kuntu | Yalnız diqqətimi Öz məhəbbətinə yönəltdiyin və məni ayıltdığın zaman Sən istəyən kimi oldum. | إِلا فِي وَقْتٍ أَيْقَظْتَنِي لِمَحَبَّتِكَ وَ كَمَا أَرَدْتَ أَنْ أَكُونَ كُنْتُ |
| fəşəkərtukə biidxali fi kərəmikə və litəthiri qəlbi min əvsaxil ğəfləti ənk, | Məni kərəminə qərq etdiyin və qəlbimdən qəflət çirkabını təmizlədiyin üçün Sənə təşəkkür edirəm. | فَشَكَرْتُكَ بِإِدْخَالِي فِي كَرَمِكَ وَ لِتَطْهِيرِ قَلْبِي مِنْ أَوْسَاخِ الْغَفْلَةِ عَنْكَ |
| ilahinzur iləyyə nəzərə mən nadəytəhu fəəcabək, | İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə! | إِلَهِي انْظُرْ إِلَيَّ نَظَرَ مَنْ نَادَيْتَهُ فَأَجَابَكَ |
| vəstə`məltəhu biməunətikə fəətaək, | Sən onu özünə yardıma çağırdın, o da Sənə itaət etdi. | وَ اسْتَعْمَلْتَهُ بِمَعُونَتِكَ فَأَطَاعَكَ |
| ya qəribən la yəb`udu ənil muğtərri bih, | Ey yaxın olan və aldanmışlardan fasiləsi olmayan Allah! | يَا قَرِيبا لا يَبْعُدُ عَنِ الْمُغْتَرِّ بِهِ |
| və ya cəvadən la yəbxəlu əmmən rəca səvabəh, | Ey o bağışlayan ki, mükafatını ümidvar olana əsirgəmirsən. | وَ يَا جَوَادا لا يَبْخَلُ عَمَّنْ رَجَا ثَوَابَهُ |
| ilahi həb li qəlbən yudnihi minkə şəvquh, | İlahi, mənə şövqü Sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, | إِلَهِي هَبْ لِي قَلْبا يُدْنِيهِ مِنْكَ شَوْقُهُ |
| və lisanən yurfəu iləykə sidquh, | sədaqəti Sənə doğru yüksələcək dil | وَ لِسَانا يُرْفَعُ إِلَيْكَ صِدْقُهُ |
| və nəzərən yuqərribuhu minkə həqquh, | və həqiqəti məni Sənə yaxınlaşdıracaq baxış əta et. | وَ نَظَرا يُقَرِّبُهُ مِنْكَ حَقُّهُ |
| ilahi innə mən təərrəfə bikə ğəyru məchulin | İlahi, Sənin tanıtdırdığın tanınmamış qalmaz. | إِلَهِي اِنَّ مَنْ تَعَرَّفَ بِكَ غَيْرُ مَجْهُولٍ |
| və mən lazə bikə ğəyru məxzulin | Sənə sığınan xar və köməksiz olmaz. | وَ مَنْ لاذَ بِكَ غَيْرُ مَخْذُولٍ |
| və mən əqbəltə ələyhi ğəyru məmluk, | Sənin üz tutduğun şəxs yorğun və süst olmaz. | وَ مَنْ أَقْبَلْتَ عَلَيْهِ غَيْرُ مَمْلُوكٍ [مَمْلُولٍ] |
| ilahi innə mənintəhəcə bikə ləmustənir, | İlahi, Səndən kömək istəyənin yolu işıqlıdır. | إِلَهِي اِنَّ مَنِ انْتَهَجَ بِكَ لَمُسْتَنِيرٌ |
| və innə məni`təsəmə bikə ləmustəcir, | Səndən yapışana sığınacaq verilir. | وَ اِنَّ مَنِ اعْتَصَمَ بِكَ لَمُسْتَجِيرٌ |
| və qəd luztu bikə ya ilahi, | Ey Allahım, Sənə sığındım. | قَدْ لُذْتُ بِكَ يَا إِلَهِي |
| fəla tuxəyyib zənni min rəhmətikə və la təhcubni ən rə`fətik, | Belə isə, məni rəhmətindən naümid etmə və mənimlə Öz mehribanlığın arasında pərdə salma. | فَلا تُخَيِّبْ ظَنِّي مِنْ رَحْمَتِكَ وَ لا تَحْجُبْنِي عَنْ رَأْفَتِكَ |
| ilahi əqimni fi əhli vilayətikə muqamə mən rəcəz ziyadətə min məhəbbətik, | İlahi, məni – Sənin geniş məhəbbətinə ümidvar olan kəsi vilayət əhlinin arasında qərar ver! | إِلَهِي أَقِمْنِي فِي أَهْلِ وَلايَتِكَ مُقَامَ مَنْ رَجَا الزِّيَادَةَ مِنْ مَحَبَّتِكَ |
| ilahi və əlhimni vələhən bizikrikə ila zikrik, | İlahi, mənə öz zikrinlə daha üstün zikr üçün şövq, rəğbət və sevgi əta et, | إِلَهِي وَ أَلْهِمْنِي وَلَها بِذِكْرِكَ إِلَى ذِكْرِكَ |
| və himməti fi rəvhi nəcahi əsmaikə və məhəlli qudsik, | mənim təlaşımı Sənin adlarına və müqəddəs məhəllinə çatmaqla əldə olunan aramlıqda qərar ver! | وَ هِمَّتِي فِي رَوْحِ نَجَاحِ أَسْمَائِكَ وَ مَحَلِّ قُدْسِكَ |
| ilahi bikə ələykə illa əlhəqtəni bimaəhəlli əhli taətik, vəl məsvəs salihi min mərzatik, | İlahi, Sənə pak zatını və məxluqatın üzərindəki haqqını and verirəm ki, məni itaət əhlinin sırasına qat və mənə layiqli mənzil – Öz razılığını əta et! | إِلَهِي بِكَ عَلَيْكَ إِلا أَلْحَقْتَنِي بِمَحَلِّ أَهْلِ طَاعَتِكَ وَ الْمَثْوَى الصَّالِحِ مِنْ مَرْضَاتِكَ |
| fəinni la əqdiru linəfsi dəf`ən və la əmliku ləha nəf`a, | Çünki mən özümdən heç bir şəri dəf etməyə və yaxud bir mənfəət əldə etməyə qadir deyiləm. | فَإِنِّي لا أَقْدِرُ لِنَفْسِي دَفْعا وَ لا أَمْلِكُ لَهَا نَفْعا |
| ilahi ənə əbdukəz zəiful muznibu və məmlukukəl munib, | İlahi, mən Sənin zəif, günahkar bəndən və qüsurlu qulunam! | إِلَهِي أَنَا عَبْدُكَ الضَّعِيفُ الْمُذْنِبُ وَ مَمْلُوكُكَ الْمُنِيبُ [الْمَعِيبُ] |
| fəla təc`əlni mimmən sərəftə ənhu vəchəkə və həcəbəhu səhvuhu ən əfvik, | Belə isə, məni üz döndərdiyin və qəflətləri ilə Sənin əfvindən kənarda qalan kəslərin zümrəsində qərar vermə! | فَلا تَجْعَلْنِي مِمَّنْ صَرَفْتَ عَنْهُ وَجْهَكَ وَ حَجَبَهُ سَهْوُهُ عَنْ عَفْوِكَ |
| ilahi həb li kəmaləl inqitai iləykə | İlahi mənə Özünə doğru kamil azadlıq əta et | إِلَهِي هَبْ لِي كَمَالَ الانْقِطَاعِ إِلَيْكَ |
| və ənir əbsarə qulubina biziyai nəzəriha iləykə | və qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, | وَ أَنِرْ أَبْصَارَ قُلُوبِنَا بِضِيَاءِ نَظَرِهَا إِلَيْكَ |
| hətta təxriqə əbsarul qulubi hucubən nuri fətəsilə ila mə`dinil əzəməti | qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın | حَتَّى تَخْرِقَ أَبْصَارُ الْقُلُوبِ حُجُبَ النُّورِ فَتَصِلَ إِلَى مَعْدِنِ الْعَظَمَةِ |
| və təsirə ərvahuna muəlləqətən biizzi qudsik, | və ruhlarımız müqəddəs izzətinə bağlansın! | وَ تَصِيرَ أَرْوَاحُنَا مُعَلَّقَةً بِعِزِّ قُدْسِكَ |
| ilahi vəc`əlni mimmən nadəytəhu fəəcabək, | İlahi, məni o şəxslərdən et ki, Sən onu səslədin və o Səni qəbul etdi, | إِلَهِي وَ اجْعَلْنِي مِمَّنْ نَادَيْتَهُ فَأَجَابَكَ |
| və lahəztəhu fəsəiqə licəlalikə | Sən onu nəzərdən keçirdin və o Sənin böyük dərgahında heyrətləndi, bihuş oldu, | وَ لاحَظْتَهُ فَصَعِقَ لِجَلالِكَ |
| fənacəytəhu sirrən və əmilə ləkə cəhra, | onunla gizli şəkildə münacat etdin və o Sənin üçün aşkar əməl etdi. | فَنَاجَيْتَهُ سِرّا وَ عَمِلَ لَكَ جَهْرا |
| ilahi ləm usəllit əla husni zənni qunutəl iyasi, və lənqətəə rəcai min cəmili kərəmik, | İlahi, nikbinliyimə ümidsizliyi hakim etmə və gözəl kərəminə olan ümidimi üzmə! | إِلَهِي لَمْ أُسَلِّطْ عَلَى حُسْنِ ظَنِّي قُنُوطَ الْإِيَاسِ وَ لا انْقَطَعَ رَجَائِي مِنْ جَمِيلِ كَرَمِكَ |
| ilahi in kanətil xətaya qəd əsqətətni lədəykə fəsfəh ənni bihusni təvəkkuli ələyk, | İlahi, əgər xətalarım məni Sənin nəzərindən salıbsa, Sənə olan yaxşı təvəkkülümə görə məni bağışla! | إِلَهِي إِنْ كَانَتِ الْخَطَايَا قَدْ أَسْقَطَتْنِي لَدَيْكَ فَاصْفَحْ عَنِّي بِحُسْنِ تَوَكُّلِي عَلَيْكَ |
| ilahi in həttətniz zunubu min məkarimi lutfik, | İlahi, əgər günahlarım məni Sənin lüt və mərhəmətindən uzaqlaşdırıbsa, | إِلَهِي إِنْ حَطَّتْنِي الذُّنُوبُ مِنْ مَكَارِمِ لُطْفِكَ |
| fəqəd nəbbəhənil yəqinu ila kərəmi ətfik, | kərəm və mehribanlığına olan yəqinim onu mənə xatırladır! | فَقَدْ نَبَّهَنِي الْيَقِينُ إِلَى كَرَمِ عَطْفِكَ |
| ilahi in ənamətnil ğəflətu ənil isti`dadi liliqaik, fəqəd nəbbəhətnil mə`rifətu bikərəmi alaik, | İlahi, əgər qəflət məni Sənin görüşünə hazırlaşmaqdan qürur yuxusuna aparacaqsa, böyük nemətlərinə mərifətim ayıldacaqdır! | إِلَهِي إِنْ أَنَامَتْنِي الْغَفْلَةُ عَنِ الاسْتِعْدَادِ لِلِقَائِكَ فَقَدْ نَبَّهَتْنِي الْمَعْرِفَةُ بِكَرَمِ آلائِكَ |
| ilahi in dəani ilən nari əzimu iqabik, | İlahi, əgər Sənin böyük əzab və intiqamın məni cəhənnəmə çağıracaqsa, | إِلَهِي إِنْ دَعَانِي إِلَى النَّارِ عَظِيمُ عِقَابِكَ |
| fəqəd dəani iləl cənnəti cəzilu səvabik, | çoxlu mükafatın məni əbədi behiştinə dəvət edir! | فَقَدْ دَعَانِي إِلَى الْجَنَّةِ جَزِيلُ ثَوَابِكَ |
| ilahi fələkə əs`əlu və iləykə əbtəhilu və ərğəb, | Belə isə, İlahi, Səndən istəyir və Sənin dərgahında ah-nalə və raz-niyaz edirəm! | إِلَهِي فَلَكَ أَسْأَلُ وَ إِلَيْكَ أَبْتَهِلُ وَ أَرْغَبُ |
| və əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, | Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən, | وَ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və ən təc`ələni mimmən yudimu zikrəkə və la yənquzu əhdəkə | məni daim Səni yad edənlər, əhdini pozmayanlar, | وَ أَنْ تَجْعَلَنِي مِمَّنْ يُدِيمُ ذِكْرَكَ وَ لا يَنْقُضُ عَهْدَكَ |
| və la yəğfulu ən şukrikə və la yəstəxiffu biəmrik, | şükründən əsla qafil olmayanlar və əmrini yüngül tutmayanlardan qərar verəsən! | وَ لا يَغْفُلُ عَنْ شُكْرِكَ وَ لا يَسْتَخِفُّ بِأَمْرِكَ |
| ilahi və əlhiqni binuri izzikəl əbhəci fəəkunə ləkə arifən və ən sivakə munhərifən | İlahi, məni çox sevinc doğuran izzət nuruna qovuşdur ki, Sənin haqqını tanıyıb, Səndən qeyrilərindən üz çevirim, | إِلَهِي وَ أَلْحِقْنِي بِنُورِ عِزِّكَ الْأَبْهَجِ فَأَكُونَ لَكَ عَارِفا وَ عَنْ سِوَاكَ مُنْحَرِفا |
| və minkə xaifən muraqiba, | Səndən qorxum və Səni nəzərdə saxlayım. | وَ مِنْكَ خَائِفا مُرَاقِبا |
| ya zəl cəlali vəl ikram, | Ey calal və kəramət sahibi! | يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ |
| və salləllahu əla Muhəmmədin rəsulih, və alihit tahirinə və səlləmə təslimən kəsira. | Allahın salamı olsun rəsulu Muhəmmədə və onun pak-pakizə Əhlibeytinə! Onlara çoxlu salam olsun! | وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ رَسُولِهِ وَ آلِهِ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيما كَثِيرا |
Mənbələr:
[1] Seyid ibn Tavus – İqbal, səh 685,
Əllamə Məclisi — Biharul-ənvar, c 91, səh 97 (cüzi fərqlə)
