Minacat: 3-cü Minacat — Qorxanların minacatı

Print Friendly, PDF & Email

4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «qorxanların» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allahdan qorxanların minacatıdır. Onlar Həzrət Haqqla qorxa-qorxa danışır, Ondan imdad diləyirlər. Amma onlar əslində, işlətdikləri günahlara görə Allahın ədalətli hökmündən qorxurlar:

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhimBağışlayan və mehriban Allahın adı ilə!
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
İlahi ətərakə bə`dəl imani bikə tuəzzibuni, İlahi, Sənə iman gətirdikdən sonra mənə əzab verərإِلَهِي أَ تَرَاكَ بَعْدَ الْإِيمَانِ بِكَ تُعَذِّبُنِي
əm bə`də hubbi iyyakə tubə`iduni,və Sənə olan məhəbbətimdən sonra məni (dərgahından) uzaqlaşdırarsanmı? أَمْ بَعْدَ حُبِّي إِيَّاكَ تُبَعِّدُنِي
əm məə rəcai lirəhmətikə və səfhikə təhrimuni, Sənin rəhmətinə (məni bağışlamağına) ümid bəslədikdən sonra məni məhrum edərsənmi?أَمْ مَعَ رَجَائِي لِرَحْمَتِكَ وَ صَفْحِكَ تَحْرِمُنِي
əm məə isticarəti biəfvikə tuslimuni, Sənin əfvinə sığındıqdan sonra məni cəhənnəm oduna təslim edərsənmi? أَمْ مَعَ اسْتِجْارَتِي بِعَفْوِكَ تُسْلِمُنِي
haşa livəchikəl kərimi ən tuxəyyibəni, Xeyr, bunlar (məni naümid və məyus etməyin) Sənin böyük zatından çox-çox uzaqdırحَاشَا لِوَجْهِكَ الْكَرِيمِ أَنْ تُخَيِّبَنِي
ləytə şi`ri əliş şəqai vələdətni ummi, əm lil ənai rəbbətni,Kaş, anamın məni bədbəxtlik üçünmü dünyaya gətirdiyini, yoxsa məşəqqət üçünmü tərbiyə etdiyini biləydim!لَيْتَ شِعْرِي أَ لِلشَّقَاءِ وَلَدَتْنِي أُمِّي أَمْ لِلْعَنَاءِ رَبَّتْنِي
fələytəha ləm təlidni və ləm turəbbini,Kaş, o, məni doğub-böyütməyəydi! فَلَيْتَهْا لَمْ تَلِدْنِي وَ لَمْ تُرَبِّنِي
və ləytəni əlimtu əmin əhlis səadəti cəəltəni,Kaş, Sənin məni səadət əhli və xoşbəxtlərdən edərək Öz dərgahına məxsus etdiyini وَ لَيْتَنِي عَلِمْتُ أَ مِنْ أَهْلِ السَّعَادَةِ جَعَلْتَنِي
və biqurbikə və civarikə xəsəstəni fətəqərrə bizalikə əyni, və tətməinnə ləhu nəfsi,və bununla ürəyimin şad, qəlbimin aram və gözlərimin aydın olduğunu biləydim!وَ بِقُرْبِكَ وَ جِوَارِكَ خَصَصْتَنِي فَتَقَرَّ بِذَلِكَ عَيْنِي وَ تَطْمَئِنَّ لَهُ نَفْسِي
ilahi həl tusəvvidu vucuhən xərrət sacidətən liəzəmətik,İlahi, Sənin böyüklüyündən səcdəyə düşüb xar olan üzləri qaraldarإِلَهِي هَلْ تُسَوِّدُ وُجُوها خَرَّتْ سَاجِدَةً لِعَظَمَتِكَ
əv tuxrisu əlsinətən nətəqət bis sənai əla məcdikə və cəlalətik,və ya Sənin əzəmət və calalına həmd-səna ilə tərif deyən dilləri lal edər,أَوْ تُخْرِسُ أَلْسِنَةً نَطَقَتْ بِالثَّنَاءِ عَلَى مَجْدِكَ وَ جَلالَتِكَ
əv tətbəu əla qulubinintəvət əla məhəbbətik,yaxud Sənin məhəbbətinlə dolan qəlbləri möhürləyərsənmi?أَوْ تَطْبَعُ عَلَى قُلُوبٍ انْطَوَتْ عَلَى مَحَبَّتِكَ
əv tusimmu əsmaən tələzzəzət bisəmai zikrikə fi iradətik,Sənin iradən və istəyinlə zikrini eşitməkdən ləzzət alan qulaqları kar edərsənmi?أَوْ تُصِمُّ أَسْمَاعا تَلَذَّذَتْ بِسَمَاعِ ذِكْرِكَ فِي إِرَادَتِكَ
əv təğullu əkuffən rəfəəthəl amalu iləykə rəcaə rə`fətik,Mərhəmətinə ümid etdiyi halda, Sənin dərgahına qaldırılan əlləri qıfıllayaraq zəncirləyərsənmi?أَوْ تَغُلُّ أَكُفّا رَفَعَتْهَا الْآمَالُ إِلَيْكَ رَجَاءَ رَأْفَتِكَ
əv tuaqibu əbdanən əmilət bi taətikə hətta nəhilət fi mucahədətik,Sənə itaət yolunda zəhmətlərə qatlaşan və ibadətdə səy edərək arıqlayan (zəifləyən) bədənlərə əzab verərsənmi?أَوْ تُعَاقِبُ أَبْدَانا عَمِلَتْ بِطَاعَتِكَ حَتَّى نَحِلَتْ فِي مُجَاهَدَتِكَ
əv tuəzzibu ərculən səət fi ibadətik,Sənə ibadət etməkdə çalışan ayaqlara əzab verərsənmi?أَوْ تُعَذِّبُ أَرْجُلا سَعَتْ فِي عِبَادَتِكَ
ilahi la tuğliq əla muvəhhidikə əbvabə rəhmətik,İlahi, rəhmət qapılarını Sənə imanlı olan bəndələrinin üzünə bağlama!إِلَهِي لا تُغْلِقْ عَلَى مُوَحِّدِيكَ أَبْوَابَ رَحْمَتِكَ
və la təhcub muştaqikə ənin nəzəri ila cəmili ru`yətik,Sənin camalını (qəlb gözü ilə) müşahidə etmək müştağında olanları Səni görməkdən məhrum etmə!وَ لا تَحْجُبْ مُشْتَاقِيكَ عَنِ النَّظَرِ إِلَى جَمِيلِ رُؤْيَتِكَ
ilahi nəfsun ə`zəztəha bitəvhidikə kəyfə tuzilluha biməhanəti hicranik,İlahi, tövhid izzəti bəxş etdiyin canları (bədənləri) öz hicranınla bir daha xar və zəlil edərsənmi?إِلَهِي نَفْسٌ أَعْزَزْتَهَا بِتَوْحِيدِكَ كَيْفَ تُذِلُّهَا بِمَهَانَةِ هِجْرَانِكَ
və zəmirun in`əqədə əla məvəddətik, kəyfə tuhriquhu bihərarəti niranik,İlahi, eşq və məhəbbətinlə ovladığın qəlbi qəzəb alovunun hərarətində (cəhənnəmdə) yandırarsanmı?وَ ضَمِيرٌ انْعَقَدَ عَلَى مَوَدَّتِكَ كَيْفَ تُحْرِقُهُ بِحَرَارَةِ نِيرَانِكَ
ilahi əcirni min əlimi ğəzəbikə və əzimi səxətik,İlahi, hədsiz dərəcədə şiddətli olan qəzəbindən məni pənahında saxla!إِلَهِي أَجِرْنِي مِنْ أَلِيمِ غَضَبِكَ وَ عَظِيمِ سَخَطِكَ
ya Hənnanu ya Mənnan,Ey bəndələrinə çoxlu ehsan edən və məhəbbət göstərən,يَا حَنَّانُ يَا مَنَّانُ
ya Rəhimu ya Rəhman,ey bağışlayan və mehriban olan,يَا رَحِيمُ يَا رَحْمَانُ
ya Cəbbaru ya Qəhhar,ey çatışmazlıqları aradan qaldıran və qalib,يَا جَبَّارُ يَا قَهَّارُ
ya Ğəffaru ya Səttar,ey bağışlayan və eyibləri örtən!يَا غَفَّارُ يَا سَتَّارُ
nəccini birəhmətikə min əzabin nari və fəzihətil ar,Yaxşılarla pislərin bir-birindən ayrılacağı, məqam və dərəcələrin yetişəcəyi, əzabın aşkar olacağı, نَجِّنِي بِرَحْمَتِكَ مِنْ عَذَابِ النَّار وَ فَضِيحَةِ الْعَارِ
izəmtazəl əxyaru minəl əşrar, və halətil əhvalu və halətil əhval, yaxşıların (xeyirxahların) sənə yaxın olmaq məqamına yetişəcəyi, pislərin (bədxahların) rəhmət və lütfündən uzaq olacağı,إِذَا امْتَازَ الْأَخْيَارُ مِنَ الْأَشْرَارِ وَ حَالَتِ الْأَحْوَالُ وَ هَالَتِ الْأَهْوَالُ
və qərubəl muhsinunə və bəudəl musiun, hamının kamil şəkildə etdiyi əməllərin mükafatını alacağı və kimsəyə zərrə qədər zülm olunmayacağı bir gündəوَ قَرُبَ الْمُحْسِنُونَ وَ بَعُدَ الْمُسِيئُونَ
və vuffiyət kullu nəfsin ma kəsəbət, vəhum la yuzləmun.mənə rəhmətinə xatir cəhənnəm atəşindən nicat ver və məni rüsvayçılıq və zəlillikdən qoru!وَ وُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَ هُمْ لا يُظْلَمُونَ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 143-144

Читайте также: