İslam aylarının əməlləri: Rəcəb ayının birinci günü — Rəcəb ayı, 1-ci gün
Çox şərafətli gündür. Buradada Rəcəb ayının 1-ci gecəsi kimi bir sıra əməlləri yerinə yetirmək tövsiyə olunur:
1) Oruc tutmaq. Hədislərin birində İmam Rza (ə) Rəcəb ayının 1-ci gününün orucuna verilən böyük savabları bəyan etmişdir. Başqa bir hədisdə İmam Baqir (ə) buyurur ki, Rəcəb ayının 1-ci günü Həzrət Nuh (ə) gəmiyə mindi. O həzrət sözünün davamında buyurdu: «Bu gün Nuh (ə) gəmiyə mindikdə onunla birlikdə olan insanlara əmr verdi ki, oruc tutsunlar. Hər kim bu gün oruc tutsa, cəhənnəm odu bir illik məsafə qədər ondan uzaq olar».[1]
2) Qüsl almaq.[2]
3) İmam Hüseyni (ə) ziyarət etmək. Şeyx Kəfəmi və Şeyx Tusi Bəşir Dəhhanın İmam Sadiqin(ə) belə buyurduğunu yazır: «Hər kim Hüseyn ibn Əlini (ə) Rəcəb ayın əvvəli ziyarət edə, mütləq Allah Təala onu bağışlayar».[3]
4) Сənab Salmanın namazın qılmaq: Namaz 10 rəkətdir (iki rəkət-iki rəkət). Hər rəkətdə 1 dəfə «Həmd» surəsindən sonra 3 dəfə «İxlas» və 3 dəfə «Kafirun» surələrini oxumaq lazımdır. Hər salamdan sonra əlləri göyə qaldırıb desin:
| Ərəbcə | لَا إِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. |
| Transkripsiya | Lə ilahə illəllah vəhdəhulə şərikə ləh, ləhul mulku ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun lə yəmutu biyədihil xəyr və huvə əla kulli şəy`in qədir. |
| Ərəbcə | اَللَّهُمَّ لَا مَانِعَ لِمَا اَعْطَیْتَ، وَ لَا مُعْطِىَ لِمَا مَنَعْتَ، وَ لَا یَنْفَـعُ ذَا الْجَـدِّ مِنْـکَ الْجَـدُّ |
| Tərcümə | İlahi, əta etməyinə heç bir maneə yoxdur, əta edən bir şəxs də yoxdur ki, Sən ona mane olasan və çalışan şəxsin çalışqanlığı onu Səndən ehtiyacsız etməz! |
| Transkripsiya | Əllahummə lə məni`ə limə ə`taytə və la mu`tiyə limə mənə`tə və la yənfəu zəl minkəl cədd. |
Ayın ortasında (Rəcəb ayının 15-ci günü) da bu namazı elə bu tərzdə qılsın. Hər salamdan sonra əlləri göyə qaldırıb desin:
| Ərəbcə | لَا إِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. |
| Transkripsiya | Lə ilahə illəllah vəhdəhulə şərikə ləh, ləhul mulku ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun lə yəmutu biyədihil xəyr və huvə əla kulli şəy`in qədir. |
| Ərəbcə | اِلٰهًا وَاحِدًا اَحَدًا فَرْدًا صَمَدًا، لَمْ یَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا |
| Tərcümə | O yeganə, bənzərsiz, tək və ehtiyacsız Məbud ki, Özünə yoldaş və övlad götürməmişdir |
| Transkripsiya | İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən və la vələda |
Rəcəb ayının sonuncu günü də bu bu tərtiblə qılsın, hər salamdan sonra əlləri göyə qaldırıb desin:
| Ərəbcə | لَا إِلٰهَ اِلَّا اللهُ، وَحْدَهُ لَا شَرِیکَ لَهُ، لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ، یُحْیِى وَ یُمِیتُ، وَ هُوَ حَىٌّ لَا یَمُوتُ، بِیَدِهِ الْخَیْرُ، وَ هُوَ عَلَىٰ کُلِّ شَىْءٍ قَدِیرٌ |
| Tərcümə | Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. Dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. |
| Transkripsiya | Lə ilahə illəllah vəhdəhulə şərikə ləh, ləhul mulku ləhul həmd, yuhyi və yumitu, və huvə həyyun lə yəmutu biyədihil xəyr və huvə əla kulli şəy`in qədir. |
| Ərəbcə | وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ |
| Tərcümə | Allahın salamı olsun Muhəmməd və onun pak Əhlibeytinə! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur |
| Transkripsiya | Və salləllahi əla Muhəmmədin və alihit tahirin, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim |
5) Həzrət Salmanın nəql etdiyi digər bir namazı qılmaq: bu namaz da Rəcəb ayının 1-ci günü qılınır və 10 rəkətdir (iki rəkət-iki rəkət qılınır). Hər rəkətdə 1 dəfə «Həmd» və 3 dəfə «Tövhid» surəsi oxunur. Həzrət Rəsulallah (s) Salmana bu namazın savablarını bəyan etmişdir, o cümlədən, günahların bağışlanması, qəbir vəhşətindən və Qiyamət gününün əzabından uzaq olmaq, bəzi xəstəliklərdən (Misal: cüzam və bədəndə ağ ləkələr yaranması xəstəliyi) uzaq olmaq.[6]
6) Seyid ibn Tavus Rəcəb ayının 1-ci günü üçün 4 rəkət namaz nəql edib, maraqlananlar «İqbal» kitabına müraciət edə bilərlər. Bu gündə bir nəqlə əsasən h.q tarixi ilə 57-ci ildə İmam Baqir(ə) anadan olmuşdur. Amma Şeyx Abbas Quminin nəzərində mövlüd səfərin ayının 3-dür. Başqa nəqlə əsasən Rəcəb ayın 2-i hicri qəməri tarixi ilə 212-ci ildə İmam Hadinin(ə) anadan olma günüdür və o həzrətin şəhadəti Rəcəb ayının 3-cü hicri qəməri ilə 254-cü ildə Samirra şəhərində baş vermişdir. İbni Əyyaşın dediyinə görə bu ayın 10-da İmam Cavadın(ə) anadan olma günüdür.
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 635,
Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 797
[2] Seyid ibn Tavus — İqbal, səh 628
[3] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 801
[4] Seyid ibn Tavus — İqbal, səh 637
[5] Seyid ibn Tavus — İqbal, səh 637 və 682
[6] Seyid ibn Tavus — İqbal, səh 637
