Ziyarətnamə: Həzrət Muhəmməd Peyğəmbərin (s) uzaqdan ziyarəti
O həzrəti uzaqdan ziyarət etməyin fəziləti:
1) İmam Sadiqin (ə) dostlarından biri deyir: «İmam (ə) mənə buyurdu ki, nə qədər bacarıramsa, Məscidun-nəbidə namaz qılım, çünki bu tövfiq hər zaman insana nəsib olmur. Sonra məndən: «Rəsulallahın (s) qəbri kənarına gedirsənmi?» – deyə soruşdu. Mən: «Bəli» – deyə ərz etdim. O həzrət buyurdu: «Bil ki, o, yaxından sənin salamını eşidir. Əgər uzaqda olsan, sənin salamın ona çatır»[1]
2) İmam Əli (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: «Hər kim harada olursa olsun mənə salam verərsə, salamı mənə çatır»[2]
3) Mötəbər bir hədisdə İmam Səccad (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: «Kim mən vəfat etdikdən sonra mənim qəbrimin ziyarətinə gəlsə, sağlığımda mənim yanıma hicrət edən kəs kimidir. Əgər bunu etmək imkanınız yoxdursa, uzaqdan mənə salam göndərin, çünki sizin salamınız mənə çatır»[3]
Həzrət Rəsulallahı (s) uzaqdan ziyarət etmək
1) Şeyx Abbas Qumi deyir: «Mən Rəsuli Əkrəmi (s) bu ziyarətlə ziyarət etmək istədikdə, əvvəl Həzrət İmam Rzanın (ə) Bəzəntiyə təlim etdiyi ziyarətlə ziyarət edib, sonra bu (yuxarıda qeyd olunan) ziyarəti oxuyuram. İmam Rzanın (ə) Bəzəntiyə təlim etdiyi ziyarət belədir: «Səhih sənədlə rəvayət olunmuşdur ki, İbn Əbu Nəsr Bəzənti Həzrət İmam Rzanın (ə) hüzuruna gedib soruşdu: «Namazdan sonra Rəsuli Əkrəmə necə salavat və salam göndərək?» Həzrət buyurdu: «Belə ziyarət[4] de»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Rəsuləllah, və rəhmətullahi və bərəkatuh, | Salam olsun sənə, ey Allahın Rəsulu,Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| Əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillah, | Salam olsun sənə, ey Abdullahın oğlu Məhəmməd! | السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ |
| Əssəlamu ələykə ya xiyərətəllah, | Salam olsun sənə, ey Allahın seçdiyi! | السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ |
| Əssəlamu ələykə ya həbibəllah, | Salam olsun sənə, ey Allahın həbibi! | السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ |
| Əssəlamu ələykə ya sifvətəllah, | Salam olsun sənə, ey Allahın bəyəndiyi (xas bəndəsi)! | السَّلامُ عَلَيْكَ يَا صِفْوَةَ اللَّهِ |
| Əssəlamu ələykə ya əminəllah, | Salam olsun sənə, ey Allahın əmanətdarı! | السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ |
| əşhədu ənnəkə rəsulullah, | Şəhadət verirəm ki, sən Allahın rəsulusan. | أَشْهَدُ أَنَّكَ رَسُولُ اللَّهِ |
| və əşhədu ənnəkə Muhəmmədubnu Əbdillah, | Şəhadət verirəm ki, sən Abdullahın oğlu Məhəmmədsən. | وَ أَشْهَدُ أَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ |
| və əşhədu ənnəkə qəd nəsəhtə liummətikə və cahədtə fi səbili rəbbikə və əbədtəhu hətta ətakəl yəqin, | Şəhadət verirəm ki, sən ümmətinə öyüdnəsihət verdin, Allah yolunda cihad və Allaha ixlasla bəndəçilik edərək “yəqin” məqamına çatdın (əcəlin çatdı). | وَ أَشْهَدُ أَنَّكَ قَدْ نَصَحْتَ لِأُمَّتِكَ وَ جَاهَدْتَ فِي سَبِيلِ رَبِّكَ وَ عَبَدْتَهُ حَتَّى أَتَاكَ الْيَقِينُ |
| Fəcəzakəllahu ya rəsuləllah, əfzələ ma cəza nəbiyyən ən ummətih, | Belə isə, ey Rəsulullah, Allah sənə ümməti tərəfindən hər bir peyğəmbərə verilən ən yaxşı savabı versin. | فَجَزَاكَ اللَّهُ يَا رَسُولَ اللَّهِ أَفْضَلَ مَا جَزَى نَبِيّا عَنْ أُمَّتِهِ |
| Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əfzələ ma səlləytə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid. | İlahi, İbrahim və onun övladlarına göndərdiyin salamdan yaxşısını Məhəmməd və onun Əhli-beytinə göndər ki, həqiqətən, Sən tərifəlayiq və böyüksən! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَ آلِ إِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ |
2) Həzrət Rəsulallah (ə) və onun pak Əhlibeytinin (ə) aşiqləri Şeyx Tusinin «Misbah» kitabında İmam Həsən Əskəridən (ə) nəql etdiyi ziyarəti oxumağı tərk etməsinlər. Bu ziyarət, saytımızın «Salavatlar» bölümündə Peyğəmbəri Əkrəmə (s) salavat başlığı altında qeyd olunubdur.
3) Əllamə Məclisi «Zadul-məad» kitabında Peyğəmbərin (s) dünyaya gəldiyi günün Rəbiül-əvvəl ayının 17-i olduğunu, əməlləri barəsində isə belə yazır: «Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun dediklərinə əsasən, Həzrət Peyğəmbəri Əkrəmi (s) Mədinədən başqa yerlərdən ziyarət etmək istəsən, qüsl et, qəbrə oxşar bir yer düzəlt və o həzrətin mübarək adını ora yaz. Sonra diqqətini Peyğəmbərə (s) yönəlt və de»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnəhu səyyidul əvvəlinə vəl axirin, və ənnəhu səyyidul ənbiyai vəl mursəlin, Əllahummə səlli ələyhi və əla əhli bəytihil əimmətit təyyibin | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O təkdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur. Həqiqətən, o, əvvəldə və axırdakıların, peyğəmbərlər və elçilərin sərvəridir. İlahi, ona və onun Əhli-beytindən olan pak-pakizə imamlara salam yetir! | أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَنَّهُ سَيِّدُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَّهُ سَيِّدُ الْأَنْبِيَاءِ وَ الْمُرْسَلِينَ اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى أَهْلِ بَيْتِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ |
Sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya rəsu-ləllah, əssəlamu ələykə ya xəliləllah, əssəlamu ələykə ya nəbiyyəllah, əssəlamu ələykə ya səfiyyəllah, əssəlamu ələykə ya rəhmətəllah, əssəlamu ələykə ya xiyərətəllah, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya nəcibəllah, əssəlamu ələykə ya xatəmən nəbiyyin, əssəlamu ələykə ya səyyidəl mursəlin, əssəlamu ələykə ya qaimən bil qist, əssəlamu ələykə ya fatihəl xəyr, əssəlamu ələykə ya mə`dinəl vəhyi vət tənzil, əssəlamu ələykə ya mubəlliğən ənillah, əssəlamu ələykə əyyuhəs siracul munir, əssəlamu ələykə ya mubəşşir, (əssəlamu ələykə ya nəzir,) əssəlamu ələykə ya munzir, əssəlamu ələykə ya nurəl-lahilləzi yustəzau bih, əssəlamu ələykə və əla əhli bəytikət təyyibinət tahirinəl hadinəl məhdiyyin, əssəlamu ələykə və əla cəddikə Əbdil Muttəlibi və əla əbikə Əbdillah, əssəlamu əla ummikə Aminətə binti Vəhb, əssəlamu əla əmmikə Həmzətə səyyidəş şuhəda, əssə-lamu əla əmmikəl Əbbasibni Əbdil Muttəlib, əssəlamu əla əmmikə və kəfilikə Əbi Talib, əssəlamu əla ibni əmmikə Cə`fərinit Təyyari fi cinanil xuld, əssəlamu ələykə ya Muhəmməd, əssəlamu ələykə ya Əhməd, əssəlamu ələykə ya huccətəllahi ələl əvvəlinə vəl axirin, vəs sabiqə ila taəti rəbbil aləmin, vəl muhəyminə əla rusulihi vəl xatimə liənbi-yaih, vəş şahidə əla xəlqihi vəş şəfiə iləyhi vəl məkinə lədəyh, vəl mutaə fi mələkutihil əhmə-də minəl əvsafil Muhəmməd, lisairil əşrafil kərimə indər rəbb, vəl mukəlləmə min vərail hucubil faizə bis sibaq, vəl faitə ənil lihaq, təslimə arifin bihəqqikə mu`tərifin bit təqsiri fi qiyamihi bivacibik, ğəyri munkirin məntəha iləyhi min fəzlik, muqinin bil məzidati min rəbbik, mu`minin bil kitabil munzəli ələykə muhəl-lilin həlaləkə muhərrimin həra-mək, əşhədu ya rəsuləllahi məə kulli şahid, və ətəhəmməluha ən kulli cahid, ənnəkə qəd bəlləğtə risalati rəbbik, və nəsəhtə liummətimkə və cahədtə fi səbili rəbbik, və sədə`tə biəmrihi vəhtəməltəl əza fi cənbih, və dəəvtə ila səbilihi bil hikməti vəl məv`izətil həsənətil cəmiləh, və əddəytəl həqqəlləzi kanə ələykə və ənnəkə qəd rəuftə bil mu`-minin, və ğəluztə ələl kafirin, və əbədtəllahə muxlisən hətta ətakəl yəqin, fəbələğəllahu bikə əşrəfə məhəllil mukərrəmin, və ə`la mənazilil muqərrəbin, və ərfəə dərəcatil mursəlin, həysu la yəlhəqukə lahiq, və la yə-fuqukə faiqun və la yəsbiqukə sabiq, və la yətməu fi idrakikə tami`, əlhəmdu lillahilləzistən-qəzəna bikə minəl hələkəti və hədana bikə minəz zəlaləh, və nəvvərəna bikə minəz zulməh, fəcəzakəllahu ya rəsuləllahi min məb`usin əfzələ ma caza (cəza), nəbiyyən ən ummətihi və rəsulən əmmən ursilə iləyhi biəbi əntə və ummi, ya rəsu-ləllahi zurtukə arifən bihəqqik, muqirrən bifəzlikə mustəbsirən bizəlaləti mən xaləfəkə və xaləfə əhli bəytik, arifən bil hudəlləzi əntə ələyh, biəbi əntə və ummi və nəfsi və əhli və mali və vələdi, əna usəlli ələykə kəma səlləllahu ələyk, və səlla ələykə məlaikətəhu və ənbi-yauhu və rusuluh, səlatən mutətabiətən vafirətən mutə-vasiləh, lənqitaə ləha və la əmədə və la əcəl, səlləllahu ələykə və əla əhli bəytikət təy-yibinət tahirinə kəma əntum əhluh | Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın dostu! Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey Allahın seçdiyi (xalis bəndəsi)! Salam olsun sənə, ey Allahın rəhməti! Salam olsun sənə, ey Allahın ixtiyar etdiyi! Salam olsun sənə, ey Allahın həbibi! Salam olsun sənə, ey Allahın şərafətli bəndəsi! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu! Salam olsun sənə, ey elçilərin sərvəri! Salam olsun sənə, ey ədalət uğrunda qiyam edən! Salam olsun sənə, ey xeyir və səadət fatehi! Salam olsun sənə, ey vəhy və “tənzil” mədəni (mələklərin nazil olduğu yer)! Salam olsun sənə, ey Allah tərəfindən (Onun hökmlərini) təbliğ edən! Salam olsun sənə, ey işıqlı çıraq! Salam olsun sənə, ey insanları (cənnətlə) müjdələyən! Salam olsun sənə, ey insanları (ilahi əzabdan) qorxudan! Salam olsun sənə, ey ümməti qorxudan! Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, insanlar onun vasitəsilə aydınlığa (elm və imana) çatırlar! Salam olsun sənə və sənin pak-pakizə, hidayət edən və hidayət olunmuş Əhli-beytinə! Salam olsun sənə, sənin cəddin Əbdül-Müttəlibə, atan Abdullaha və anan Vəhəbin qızı Aminəyə! Salam olsun əmin şəhidlərin sərvəri Həmzəyə! Salam olsun əmin oğlu Əbdül-Müttəlibin oğlu Abbasa! Salam olsun əmin və səni boya-başa çatdıran Əbu Talibə! Salam olsun əbədi behiştdə uçan əmin oğlu Cəfər Təyyara! Salam olsun sənə, ey Məhəmməd! Salam olsun sənə, ey Əhməd! Salam olsun sənə, ey Allahın birinci və sonuncu məxluqatı üzərindəki höccəti! Sən aləmlərin Rəbbinə itaət etməkdə hamını ötüb-keçdin, Onun peyğəmbərlərinin sonuncusu, bəndələrinə şahid və şəfaətçi oldun, Rəbbin dərgahında yüksək məqam sahibi, yüksək aləmdə mələklərin itaət etdiyi, bəyənilmiş xislətlərə, digər şərafət və kəramətlərə sahib oldun. Ey pərdələr arxasından Allahla həmsöhbət olan, sənin üçün qələbə vardır və başqalarının köməyindən ehtiyacsızsan. Mən sənin haqqını tanıyır və sənə təsliməm. Etiraf edirəm ki, sənin haqqını layiqincə yerinə yetirmədim, hər fəzilət və kamalın axırı olan fəzilətlərini inkar etmirəm. Əminəm ki, Allah sənə çoxlu inayətlər edib. Sənə nazil olmuş kitaba imanım var. Halalını halal və haramını haram bilirəm. Ey Allahın Rəsulu, mən və bütün şahidlər şəhadət veririk ki, sən əcəlin çatan vaxta qədər ilahi risaləti tamamilə xalqa çatdırıb, xeyirxahlıq göstərdin, Allah yolunda cihad etdin, Onun əmrlərini uca səslə xalqa çatdırdın. Bu yolda qarşılaşdığın əzab-əziyyətlərə sinə gərdin, ümməti Allah yoluna hikmət və gözəl öyüdlərlə dəvət etdin, boynunda olan haqqı layiqincə yerinə yetirdin. Həqiqətən də, sən möminlərə qarşı mehriban, kafirlərə qarşı isə qəzəbli idin. Allaha ixlasla ibadət etdin. Bu zaman Allah-Tala səni kəramət sahiblərinin ən yüksək məqamına, Onun dərgahına yaxın olanların böyük mənzillərinə və elçilərin ən yüksək dərəcələrinə çatdırdı ki, bundan sonra daha heç kim sənin məqamına çata bilməyəcək, heç kim sənin yüksək məqamından yuxarı qalxmayacaq, heç kim səndən qabağa keçə bilməyəcək və sənin idrak rütbənə çatmaqda tamah etməyəcək. Həmd olsun Allaha ki, bizi sənin vasitənlə həlakətdən xilas etdi, zəlalətdən doğru yola yönəltdi və zülmətdən aydınlığa çıxartdı. Ey Rəsulullah, səni peyğəmbərliyə seçən Allah səni hər bir peyğəmbərin öz ümmətinin tərbiyəsi ilə məşğul olduğu və rəsul göndərildiyi işi layiqincə yerinə yetirdiyi üçün Allahdan aldığı mükafatların ən yaxşısı ilə mükafatlandırsın. Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu! Səni, haqqını tanıyıb fəzilətlərini etiraf etdiyim, sənə və Əhli-beytinlə müxalifətçilik edənlərin zəlalətini gördüyü və sənin insanlara hidayətçi olduğunu tanıdığım halda ziyarət etdim. Atam, anam, ailəm, malım və övladlarım sənə fəda olsun! Allah-Tala və mələklər, Onun peyğəmbər və elçiləri sənə salam göndərdiyi kimi, mən də sənə ardıcıl, arası kəsilmədən, vaxtsız və məhdud vaxtı olmayan bir salam göndərirəm. Allahın salamı olsun sənə və sənin pak-pakizə Əhli-beytinə! Necə ki, siz ona (Allahın salamına) layiqsiniz! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَلِيلَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَبِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا صَفِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا رَحْمَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَجِيبَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْمُرْسَلِينَ السَّلامُ عَلَيْكَ يَا قَائِما بِالْقِسْطِ السَّلامُ عَلَيْكَ يَا فَاتِحَ الْخَيْرِ السَّلامُ عَلَيْكَ يَا مَعْدِنَ الْوَحْيِ وَ التَّنْزِيلِ السَّلامُ عَلَيْكَ يَا مُبَلِّغا عَنِ اللَّهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا السِّرَاجُ الْمُنِيرُ السَّلامُ عَلَيْكَ يَا مُبَشِّرُ [السَّلامُ عَلَيْكَ يَا نَذِيرُ] السَّلامُ عَلَيْكَ يَا مُنْذِرُ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ الَّذِي يُسْتَضَاءُ بِهِ السَّلامُ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ الْهَادِينَ الْمَهْدِيِّينَ السَّلامُ عَلَيْكَ وَ عَلَى جَدِّكَ عَبْدِ الْمُطَّلِبِ وَ عَلَى أَبِيكَ عَبْدِ اللَّهِ السَّلامُ عَلَى أُمِّكَ آمِنَةَ بِنْتِ وَهْبٍ السَّلامُ عَلَى عَمِّكَ حَمْزَةَ سَيِّدِ الشُّهَدَاءِ السَّلامُ عَلَى عَمِّكَ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ السَّلامُ عَلَى عَمِّكَ وَ كَفِيلِكَ أَبِي طَالِبٍ السَّلامُ عَلَى ابْنِ عَمِّكَ جَعْفَرٍ الطَّيَّارِ فِي جِنَانِ الْخُلْدِ السَّلامُ عَلَيْكَ يَا مُحَمَّدُ السَّلامُ عَلَيْكَ يَا أَحْمَدُ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ عَلَى الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ السَّابِقَ إِلَى طَاعَةِ رَبِّ الْعَالَمِينَ وَ الْمُهَيْمِنَ عَلَى رُسُلِهِ وَ الْخَاتِمَ لِأَنْبِيَائِهِ وَ الشَّاهِدَ عَلَى خَلْقِهِ وَ الشَّفِيعَ إِلَيْهِ وَ الْمَكِينَ لَدَيْهِ وَ الْمُطَاعَ فِي مَلَكُوتِهِ الْأَحْمَدَ مِنَ الْأَوْصَافِ الْمُحَمَّدَ لِسَائِرِ الْأَشْرَافِ الْكَرِيمَ عِنْدَ الرَّبِّ وَ الْمُكَلَّمَ مِنْ وَرَاءِ الْحُجُبِ الْفَائِزَ بِالسِّبَاقِ وَ الْفَائِتَ عَنِ اللِّحَاقِ تَسْلِيمَ عَارِفٍ بِحَقِّكَ مُعْتَرِفٍ بِالتَّقْصِيرِ فِي قِيَامِهِ بِوَاجِبِكَ غَيْرِ مُنْكِرٍ مَا انْتَهَى إِلَيْهِ مِنْ فَضْلِكَ مُوقِنٍ بِالْمَزِيدَاتِ مِنْ رَبِّكَ مُؤْمِنٍ بِالْكِتَابِ الْمُنْزَلِ عَلَيْكَ مُحَلِّلٍ حَلالَكَ مُحَرِّمٍ حَرَامَكَ أَشْهَدُ يَا رَسُولَ اللَّهِ مَعَ كُلِّ شَاهِدٍ وَ أَتَحَمَّلُهَا عَنْ كُلِّ جَاحِدٍ أَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالاتِ رَبِّكَ وَ نَصَحْتَ لِأُمَّتِكَ وَ جَاهَدْتَ فِي سَبِيلِ رَبِّكَ وَ صَدَعْتَ بِأَمْرِهِ وَ احْتَمَلْتَ الْأَذَى فِي جَنْبِهِ وَ دَعَوْتَ إِلَى سَبِيلِهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ الْجَمِيلَةِ وَ أَدَّيْتَ الْحَقَّ الَّذِي كَانَ عَلَيْكَ وَ أَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِينَ وَ غَلُظْتَ عَلَى الْكَافِرِينَ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ فَبَلَغَ اللَّهُ بِكَ أَشْرَفَ مَحَلِّ الْمُكَرَّمِينَ وَ أَعْلَى مَنَازِلِ الْمُقَرَّبِينَ وَ أَرْفَعَ دَرَجَاتِ الْمُرْسَلِينَ حَيْثُ لا يَلْحَقُكَ لاحِقٌ وَ لا يَفُوقُكَ فَائِقٌ وَ لا يَسْبِقُكَ سَابِقٌ وَ لا يَطْمَعُ فِي إِدْرَاكِكَ طَامِعٌ الْحَمْدُ لِلَّهِ الَّذِي اسْتَنْقَذَنَا بِكَ مِنَ الْهَلَكَةِ وَ هَدَانَا بِكَ مِنَ الضَّلالَةِ وَ نَوَّرَنَا بِكَ مِنَ الظُّلْمَةِ فَجَزَاكَ اللَّهُ يَا رَسُولَ اللَّهِ مِنْ مَبْعُوثٍ أَفْضَلَ مَا جَازَى [جَزَى] نَبِيّا عَنْ أُمَّتِهِ وَ رَسُولا عَمَّنْ أُرْسِلَ إِلَيْهِ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا رَسُولَ اللَّهِ زُرْتُكَ عَارِفا بِحَقِّكَ مُقِرّا بِفَضْلِكَ مُسْتَبْصِرا بِضَلالَةِ مَنْ خَالَفَكَ وَ خَالَفَ أَهْلَ بَيْتِكَ عَارِفا بِالْهُدَى الَّذِي أَنْتَ عَلَيْهِ بِأَبِي أَنْتَ وَ أُمِّي وَ نَفْسِي وَ أَهْلِي وَ مَالِي وَ وَلَدِي أَنَا أُصَلِّي عَلَيْكَ كَمَا صَلَّى اللَّهُ عَلَيْكَ وَ صَلَّى عَلَيْكَ مَلائِكَتُهُ وَ أَنْبِيَاؤُهُ وَ رُسُلُهُ صَلاةً مُتَتَابِعَةً وَافِرَةً مُتَوَاصِلَةً لا انْقِطَاعَ لَهَا وَ لا أَمَدَ وَ لا أَجَلَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ الطَّيِّبِينَ الطَّاهِرِينَ كَمَا أَنْتُمْ أَهْلُهُ |
Sonra əllərini aç və de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməc`əl cəvamiə sə-ləvatikə və nəvamiyə bərə-katik, və fəvazilə xəyratikə və şəraifə təhiyyatik, və təsli-matikə və kəramatikə və rəhə-matik, və sələvati məlaikətikəl muqərrəbin, və ənbiyaikəl mursəlinə və əimmətikəl mun-təcəbinə və ibadikəs salihin, və əhlis səmavati vəl ərzin, və mən səbbəhə ləkə ya rəbbəl aləminə minəl əvvəlinə vəl axirin, əla Muhəmmədin əbdikə və rəsulikə və şahidik, və nə-biyyikə və nəzirikə və əminikə və məkinik, və nəciyyikə və nə-cibikə və həbibikə və xəlilik, və səfiyyikə və səfvətikə və xas-sətikə və xalisətik, və rəhmə-tikə və xəyri xiyərətikə min xəlqik, nəbiyyir rəhməti və xazinil məğfirəh, və qaidil xəyri vəl bərəkəh, və munqizil ibadi minəl hələkəh, biiznikə və daiyhim ila dinikəl qəyyimi biəmrikə əvvəlin nəbiyyinə misaqa, və axirihim məb`əsə-nilləzi ğəməstəhu fi bəhril fəziləh, vəl mənzilətil cəliləti vəd dərəcətir rəfiəh, vəl mərtəbətil xətirəh, və əvdə`-təhul əslabət tahirəh, və nəqəl-təhu minha iləl ərhamil mutəh-hərəh, lutfən minkə ləhu və təhənnunən minkə ələyh, iz vəkkəltə lisəvnihi və hərasətihi və həfzih, və həyatətihi min qudrətikə əynən asiməh, həcəbtə biha ənhu mədanisəl əhri və məaibəs sifah, hətta rəfə`tə bihi nəvazirəl ibad, və əhyəytə bihi məytəl bilad, biən kəşəftə ən nuri viladətihi zuləməl əstar, və əlbəstə hərəməkə bihi hulələl ənvar, Əllahummə fəkəma xəsəstəhu bişərəfi hazihil mərtəbətil kəriməh, və zuxri hazihil mənqəbətil əziməh, səlli ələyhi kəma vəfa biəhdik, və bəlləğə risalatikə və qatələ əhləl cuhudi əla təvhidik, və qətəə rəhiməl kufri fi i`zazi dinik, və ləbisə səvbəl bəlva fi muca-hədəti ə`daik, və əvcəbtə ləhu bikulli əzən məssəh, əv kəydin əhəssə bihi minəl fiətilləti havələt qətləh, fəzilətən təfuqul fəzail, və yəmliku bihəl cəzilə min nəvalik, və qəd (fələqəd) əsərrəl həsrətə və əxfəz zəfrətə və təcərrəəl ğussəh, və ləm yə-təxəttə ma məssələ ləhu vəhyuk (mussilə min vəhyik), Əlla-hummə səlli ələyhi və əla əhli bəytihi səlatən tərzaha ləhum, və bəlliğhum minna təhiyyətən kəsirəh, və səlamən və atina min lədunkə fi (min) muvala-tihim fəzlən və ihsanən və rəhmətən və ğufrana, innəkə zul fəzlil əzim | İlahi, ey aləmlərin Rəbbi, bütün salavatların, artıq bərəkətlərin, fəzilətli xeyirlərin, şərafətli salamların, kəramət və rəhmətlərin, eləcə də, Öz dərgahına yaxın mələklərin, “mürsəl” peyğəmbərlərin, seçilmiş imamların, saleh bəndələrinin, göy və yer əhlinin, Sənə təsbeh edənlərin, məxluqatın birinci və sonuncularının salamları olsun bəndən, rəsulun, şahidin, peyğəmbərin, qorxudanın, əmanətdarın, dərgahına yüksələn uca məqam sahibi, nicat verdiyin, seçdiyin, həbibin, dostun və pak, səfalı, xas və xalis bəndən, rəhmətinin təcəllası, yaratdıqların arasından seçdiyin ən yaxşı insan, rəhmət peyğəmbəri, məğfirət xəzinədarı, xeyir və bərəkət rəhbəri, Sənin izninlə bəndələrini həlakətdən xilas edən, ümməti Sənin möhkəm dininə dəvət edən, “lövhi-məhfuz”da (“peyman” günü peyğəmbərliyə seçilən) ilk peyğəmbər və peyğəmbərliyə göndərilən son peyğəmbər, Sənin tərəfindən fəzilət, uca məqam, yüksək dərəcə və böyük mərtəbə dəryasına sahib olan Məhəmmədə! Belə ki, onun pak nurunu Öz tərəfindən ona bir lütf və mərhəmət olaraq pak ataların nütfəsində yerləşdirdin, sonra isə pak anaların bətninə köçürtdün. Onu hifz etmək və qorumaq üçün Öz yenilməz qüdrətinlə gözətçi təyin etdin, onun vasitəsilə onu hər bir çirkinlik, eyib və iffətsizlikdən qorudun, bəndələrin gözlərini onun uca məqamı ilə açdın, onun vücudu ilə ölü (yarasız) torpaqları diriltdin, belə ki, onun mövlud nuru ilə qaranlıq pərdələri qaldırdın və Öz namusuna nurlu xələtlər geyindirdin! İlahi, bu kəramətli mərtəbəni ona məxsus etdiyin və bu böyük məqamı onun üçün saxladığın kimi, ona salam yetir! Necə ki, o da öz əhdinə əməl etdi, Sənin tapşırıqlarını çatdırdı, mərifətin yolunda kafirlərlə döyüşdü, dinini ucaltmaq üçün kafirlərlə qohumluq əlaqəsini qırdı və düşmənlərinlə mübarizə aparmaq üçün bəla və əziyyət libasını geyindi. Sən də ona toxunan əzab-əziyyətlər və onu qətlə yetirmək istəyən dəstənin hiylə və məkri müqabilində sair fəzilətlərdən üstün bir fəzilət bəxş etdin və ona böyük hədiyyə bağışladın. O da bu yolda qəm, kədər və ağrı-acılarını gizli saxladı və vəhyinlə ona çatdırdıqlarında əsla xətaya uğramadı! İlahi, ona və Əhli-beytinə Özün bəyəndiyin kimi salam və salavat göndər və bizim tərəfimizdən də onlara kamil və çoxlu salam çatdır! Onlara məhəbbət bəslədiyimiz və onların vilayətini qəbul etdiyimiz üçün Öz tərəfindən bizə nemət, ehsan, rəhmət və məğfirət əta et ki, həqiqətən, Sən böyük fəzl və nemət sahibisən! | اللَّهُمَّ اجْعَلْ جَوَامِعَ صَلَوَاتِكَ وَ نَوَامِيَ بَرَكَاتِكَ وَ فَوَاضِلَ خَيْرَاتِكَ وَ شَرَائِفَ تَحِيَّاتِكَ وَ تَسْلِيمَاتِكَ وَ كَرَامَاتِكَ وَ رَحَمَاتِكَ وَ صَلَوَاتِ مَلائِكَتِكَ الْمُقَرَّبِينَ وَ أَنْبِيَائِكَ الْمُرْسَلِينَ وَ أَئِمَّتِكَ الْمُنْتَجَبِينَ وَ عِبَادِكَ الصَّالِحِينَ وَ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرَضِينَ وَ مَنْ سَبَّحَ لَكَ يَا رَبَّ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ شَاهِدِكَ وَ نَبِيِّكَ وَ نَذِيرِكَ وَ أَمِينِكَ وَ مَكِينِكَ وَ نَجِيِّكَ وَ نَجِيبِكَ وَ حَبِيبِكَ وَ خَلِيلِكَ وَ صَفِيِّكَ وَ صَفْوَتِكَ وَ خَاصَّتِكَ وَ خَالِصَتِكَ وَ رَحْمَتِكَ وَ خَيْرِ خِيَرَتِكَ مِنْ خَلْقِكَ نَبِيِّ الرَّحْمَةِ وَ خَازِنِ الْمَغْفِرَةِ وَ قَائِدِ الْخَيْرِ وَ الْبَرَكَةِ وَ مُنْقِذِ الْعِبَادِ مِنَ الْهَلَكَةِ بِإِذْنِكَ وَ دَاعِيهِمْ إِلَى دِينِكَ الْقَيِّمِ بِأَمْرِكَ أَوَّلِ النَّبِيِّينَ مِيثَاقا وَ آخِرِهِمْ مَبْعَثا الَّذِي غَمَسْتَهُ فِي بَحْرِ الْفَضِيلَةِ وَ الْمَنْزِلَةِ الْجَلِيلَةِ وَ الدَّرَجَةِ الرَّفِيعَةِ وَ الْمَرْتَبَةِ الْخَطِيرَةِ وَ أَوْدَعْتَهُ الْأَصْلابَ الطَّاهِرَةَ وَ نَقَلْتَهُ مِنْهَا إِلَى الْأَرْحَامِ الْمُطَهَّرَةِ لُطْفا مِنْكَ لَهُ وَ تُحَنُّنا مِنْكَ عَلَيْهِ إِذْ وَكَّلْتَ لِصَوْنِهِ وَ حِرَاسَتِهِ وَ حِفْظِهِ وَ حِيَاطَتِهِ مِنْ قُدْرَتِكَ عَيْنا عَاصِمَةً حَجَبْتَ بِهَا عَنْهُ مَدَانِسَ الْعَهْرِ وَ مَعَايِبَ السِّفَاحِ حَتَّى رَفَعْتَ بِهِ نَوَاظِرَ الْعِبَادِ وَ أَحْيَيْتَ بِهِ مَيْتَ الْبِلادِ بِأَنْ كَشَفْتَ عَنْ نُورِ وِلادَتِهِ ظُلَمَ الْأَسْتَارِ وَ أَلْبَسْتَ حَرَمَكَ بِهِ حُلَلَ الْأَنْوَارِ اللَّهُمَّ فَكَمَا خَصَصْتَهُ بِشَرَفِ هَذِهِ الْمَرْتَبَةِ الْكَرِيمَةِ وَ ذُخْرِ هَذِهِ الْمَنْقَبَةِ الْعَظِيمَةِ صَلِّ عَلَيْهِ كَمَا وَفَى بِعَهْدِكَ وَ بَلَّغَ رِسَالاتِكَ وَ قَاتَلَ أَهْلَ الْجُحُودِ عَلَى تَوْحِيدِكَ وَ قَطَعَ رَحِمَ الْكُفْرِ فِي إِعْزَازِ دِينِكَ وَ لَبِسَ ثَوْبَ الْبَلْوَى فِي مُجَاهَدَةِ أَعْدَائِكَ وَ أَوْجَبْتَ لَهُ بِكُلِّ أَذًى مَسَّهُ أَوْ كَيْدٍ أَحَسَّ بِهِ مِنَ الْفِئَةِ الَّتِي حَاوَلَتْ قَتْلَهُ فَضِيلَةً تَفُوقُ الْفَضَائِلَ وَ يَمْلِكُ بِهَا الْجَزِيلَ مِنْ نَوَالِكَ وَ قَدْ [فَلَقَدْ] أَسَرَّ الْحَسْرَةَ وَ أَخْفَى الزَّفْرَةَ وَ تَجَرَّعَ الْغُصَّةَ وَ لَمْ يَتَخَطَّ مَا مَثَّلَ لَهُ وَحْيُكَ [مُثِّلَ مِنْ وَحْيِكَ] اللَّهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلَى أَهْلِ بَيْتِهِ صَلاةً تَرْضَاهَا لَهُمْ وَ بَلِّغْهُمْ مِنَّا تَحِيَّةً كَثِيرَةً وَ سَلاما وَ آتِنَا مِنْ لَدُنْكَ فِي [مِنْ] مُوَالاتِهِمْ فَضْلا وَ إِحْسَانا وَ رَحْمَةً وَ غُفْرَانا اِنَّكَ ذُو الْفَضْلِ الْعَظِيمِ |
Sonra iki salamla 4 rəkət ziyarət namazı qıl (yəni 2 rəkət-2 rəkət) və hansı surəni istəyirsən oxu, namazı qurtarandan sonra Fatimeyi Zəhranın (s) təsbehini oxu və sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə qultə linəbiyyikə Muhəmmədin səl-ləllahu ələyhi və alih, və ləv ənnəhum iz zələmu ənfusəhum cauk, fəstəğfərullahə vəstəğfərə ləhumur rəsul, ləvəcədullahə təvvabən rəhima, və ləm əhzur zəmanə rəsulikə ələyhi və alihis səlam, Əllahummə və qəd zurtuhu rağibən taibən min səyyii əməli, və mustəğfirən ləkə min zunubi, və muqirrən ləkə biha və əntə ə`ləmu biha minni, və mutəvəccihən iləykə binəbiy-yikə nəbiyyir rəhməh, sələva-tukə ələyhi və alih, vəc`əlnil-lahummə bimuhəmmədin və əhli bəytih, indəkə vəcihən fid dunya vəl axirəti və minəl muqərrəbin, ya Muhəmmədu ya rəsuləllahi biəbi əntə və ummi, ya nəbiyyəllah ya səy-yidə xəlqillah, inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi, liyəğfirə li zunubi və yətəqəb-bələ minni əməli, və yəqziyə li həvaici, fəkun li şəfiən ində rəbbikə və rəbbi, fəni`məl məs`ulul məvla rəbbi, və ni`-məş şəfiu əntə ya Muhəmməd, ələykə və əla əhli bəytikəs səlam, Əllahummə və əvcib li minkəl məğfirətə vər rəhmətə vər rizqəl vasiət təyyibən nafi`, kəma əvcəbtə limən əta nəbiy-yəkə Muhəmmədən sələvatukə ələyhi və alih, və huvə həyyun fəəqərrə ləhu bizunubih, vəs-təğfərə ləhu rəsulukə ələyhi və alihis səlam, fəğəfərtə ləhu bi-rəhmətikə ya ərhəmər rahimin, Əllahummə və qəd əmməltukə və rəcəvtukə və qumtu bəynə yədəyk, və rəğibtu iləykə əm-mən sivak, və qəd əmməltu cə-zilə səvabik, və inni ləmuqirrun (muqirrun) ğəyru munkir, və taibun iləykə mimməqtərəft, və aizun bikə fi hazəl məqami mimma qəddəmtu minəl ə`ma-lilləti təqəddəmtə iləyyə fiha, və nəhəytəni ənha və əv`ədtə ələyhəl iqab, və əuzu bikərəmi vəchikə ən tuqiməni məqaməl xizyi vəz zull, yəvmə tuhtəku fihil əstaru və təbdu fihil əsrari vəl fəzaih, və tər`ədu fihil fəraisu yəvməl həsrəti vən nədaməh, yəvməl afikəti yəv-məl azifəti yəvmət təğabun, yəvməl fəsli yəvməl cəzai yəv-mən kanə miqdaruhu xəmsinə əlfə sənəh, yəvmən nəfxəti yəvmə tərcufur racifətu tət-bəuhər radifəh, yəvmən nəşri yəvməl ərs, yəvmə yəqumun nasu lirəbbil aləmin, yəvmə yəfirrul mər`u min əxihi və ummihi və əbihi və sahibətihi və bənih, yəvmə təşəqqəqul ərzu və əknafus səma, yəvmə tə`ti kullu nəfsin tucadilu ən nəfsiha, yəvmə yurəddunə iləl-lahi fəyunəbbiuhum bima əmilu, yəvmə la yuğni məvlən ən məvlən şəy`a, və la hum yunsərunə illa mən rəhiməllah, innəhu huvəl əzizur rəhim, yəvmə yurəddunə ila alimil ğəybi vəş şəhadəh, yəvmə yurəddunə iləllahi məvlahumul həqq, yəvmə yəxrucunə minəl əcdasi sira`a, kəənnəhum ila nusubin yufizun, və kəənnəhum cəradun muntəşir, muhtiinə iləd dai iləllahi yəvməl vaqiəh, yəvmə turəccul ərzə rəcca, yəvmə təkunus səmau kəl muhl, və təkunul cibalu kəl ihn, və la yus`əlu həmimun həmimən yəvməş şahidi vəl məşhud, yəvmə təkunul məla-ikətu səffən səffa, Əlla-hummərhəm məvqifi fi zalikəl yəvmi biməvqifi fi hazəl yəvm, və la tuxzini fi zalikəl məvqif (il yəvm), bima cənəytu əla nəfsi, vəc`əl ya rəbbi fi zalikəl yəvmi məə əvliyaikə muntələqi, və fi zumrəti Muhəmmədin və əhli bəytihi ələyhimus səlami məhşəri vəc`əl həvzəhu məv-ridi və fil ğurril kirami məs-dəri, və ə`tini kitabi biyəmini hətta əfuzə bihəsənati, və tubəyyizə bihi vəchi və tuyəs-sirə bihi hisabi, və turəccihə bihi mizani, və əmziyə məəl faizinə min ibadikəs salihin, ila rizvanikə və cinanikə ilahəl aləmin, Əllahummə inni əuzu bikə min ən təfhəzəni fi zalikəl yəvm, bəynə yədəyil xəlayiqi bicərirəti, əv ən əlqəl xizyə vən nədamətə bixətiəti, əv ən tuzhi-rə fihi səyyiati əla həsənati, əv ən tunəvvihə bəynəl xəlayiqi bi ismi, ya kərimu ya kərim, əl əfvəl əfv, əs sətrəs sətr, Əlla-hummə və əuzu bikə min ən yə-kunə fi zalikəl yəvmi fi məva-qifil əşrari məvqifi, əv fi məqamil əşqiyai məqami, və iza məyyəztə bəynə xəlqik, fəsuqtə kullən biə`malihim zu-mərən ila mənazilihim, fəsuqni birəhmətikə fi ibadikəs salihin, və fi zumrəti əvliyaikəl muttə-qin, ila cənnatikə ya rəbbəl aləmin | İlahi, Sən (Öz kitabında) peyğəmbərin Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurubsan: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” İlahi, mən Sənin Peyğəmbərinin (salam olsun ona və Əhli-beytinə) dövrünü görməmişəm, halbuki rəğbətlə, çirkin əməllərimdən tövbə etdiyim, Səndən günahlarımı bağışlamağını dilədiyim və dərgahında onları iqrar etdiyim halda, onu ziyarət edirəm. Sən mənim günahkar olduğumu yaxşı bilirsən. Rəhmət Peyğəmbərinə (Sənin salamın olsun ona və Əhli-beytinə) üz tutmuşam. İlahi, Məhəmməd və onun Əhli-beytinin xatirinə məni Öz dərgahında, dünya və axirətdə başıuca et və Öz dərgahına yaxın olan kəslərdən qərar ver! Ey Məhəmməd, ey Allahın Rəsulu, atam-anam sənə fəda olsun! Ey Allahın Peyğəmbəri, ey Allahın yaratdıqlarının sərvəri! Həqiqətən, mən sənin vasitənlə sənin və mənim Rəbbim Allaha üz tutmuşam ki, günahlarımı bağışlasın, əməllərimi qəbul etsin və hacətlərimi rəva etsin! Ey Allahın Rəsulu, sənin və mənim Rəbbimin yanında mənə şəfaət et ki, mənim mövlam və Rəbbim necə də gözəldir və sən necə də gözəl şəfaətçisən. Ey Məhəmməd, salam olsun sənə və sənin Əhli-beytinə! İlahi, mənə məğfirət və rəhmətini, bol, pak və faydalı ruzini vacib et, necə ki, hər bir kəs peyğəmbərin Məhəmmədin (Sənin salamın olsun ona və Əhli-beytinə) hüzuruna gedib günahkar olduğunu iqrar etsəydi, Sənin Peyğəmbərin (salam olsun və Əli-beytinə) Səndən onun bağışlanmağını diləyir və Sən də onu Öz rəhmətinlə bağışlayırdın. (Məni də Öz rəhmətinlə bağışla!) Ey rəhmlilərin ən rəhmlisi! İlahi, mən Səni istəyirəm və ümidim Sənsən! Səndən başqalarından üz çevirib şövq və rəğbətlə Sənin dərgahında dayanmışam və böyük savabının arzusundayam. Günahlarımı əsla danmıram və yerinə yetirdiyim əməllərdən peşmanam. Bu məqamda öncə göndərdiyim, Sən də o zaman Öz elminlə məni qadağan etdiyin və əzabla vəd etdiyin günahlardan Sənin dərgahına pənah gətirmişəm. Sənin əzəli lütfün və zatına sığınmışam ki, pərdələrin qaldırılacağı, bəndələrin sirləri və çirkinlikləri aşkar olacağı, çiyinlərin titrəyəcəyi həsrət və peşmançılıq günü; pisliklərin bəlli və əməllərin nəticəsinin məlum olacağı gün; zərər günü; pislərin yaxşılardan ayrılacağı gün; cəza və savab günü; müddəti əlli min il olacaq bir gün; sur çalınacağı gün; dünyanın lərzəyə gələcəyi və onun ardınca da yeni bir sarsıntının baş verəcəyi gün; “əməl dəftəri”nin veriləcəyi və əməllərin təqdim olunacağı gün; insanların aləmlərin Rəbbinin hüzurunda dayanacağı gün; insanın öz qardaşı, anası, atası, zövcəsi və oğullarından qaçacağı gün; yerin və səmanın parçalanacağı gün; hər kəsin öz canının hayında olacağı və hər kəsə əməlinin əvəzi (cəzası) veriləcəyi gün; bəndələrin Allaha doğru qayıdıb öz əməllərinin nəticəsindən xəbərdar olacağı gün; dostun dosta heç bir fayda verə bilməyəcəyi gün; qadir və mehriban Allahın rəhmindən başqa, heç kimin yardım edə bilməyəcəyi gün; insanların gizli və aşkarı bilən Allaha doğru qayıdacağı gün; insanların haqq mövlası olan Allaha doğru qayıdacağı gün; kafirlərin (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqları gün; müşriklərin gözlərinin zəlilanə aşağı tikilib ətrafa səpələnmiş çəyirtkələr kimi qəbirlərdən çıxacaqları, boyunlarını qabağa uzadıb carçıya və Allaha tərəf tələsəcəkləri gün; vaqiə günü; yerin lərzəyə düşdüyü gün; səmanın əridilmiş mis kimi olacağı gün; dağların didilmiş yun kimi olacağı və dost dostu arayıb-axtarmayacağı gün; şəhadət verən və şəhadət verilən gün və mələklərin səfə düzüləcəyi gün məni dərgahında məhrum və xar olanların yerində məskunlaşdırmayasan! İlahi, o çətin bir gündə dayanacağım yerdə mənə rəhm et və özümə etdiyim cinayətkar və pisliklərə görə məni həmin gün xar etmə! Ey mənim Rəbbim, həmin gün yolumu Öz dostların və övliyaların yolu ilə birgə təyin et, məni Məhəmməd və onun Əhli-beytinin (salam olsun onlara) zümrəsində məhşur et və onun (Kövsər) hovuzunu daxil olacağım məkan və dönüş yerimi əziz və üzüağ bəndələrin arasında qərar ver, əməl dəftərimi sağ əlimə ver ki, yaxşı əməllərimin vasitəsilə səadətə çatanlar sırasına qatılım. Onun vasitəsilə üzümü ağ et, hesabımı asanlaşdır, əməl tərəzimin gözünü ağırlaşdır və məni səadətə çatan saleh bəndələrinlə birgə “rizvan” və behişt bağlarına doğru yola sal, ey aləmlərin Rəbbi! İlahi, həmin gün məni insanların qarşısında cinayət və günahlarıma görə rüsvay, xətalarıma görə xar və peşman etməkdən, yaxud pis əməllərimi yaxşı əməllərimə hakim etməkdən və yaxud da insanlar arasında məni adımla çağırmağından (məni qiyamət səhnəsində bədnam etməyindən) Sənə sığınıram! Ey kərim, ey kərim, Səndən əfv diləyirəm, Səndən əfv diləyirəm, günahlarımı gizlət, günahlarımı gizlət! İlahi, həmin gün şər insanlarla bir yerdə olmaqdan, yaxud bədbəxt insanların dayanacağı yerdə dayanmaqdan (onlarla bir mənzildə olmaqdan) Sənə sığınıram! İlahi, həmin gün insanları (yaxşılarla pisləri) bir-birindən ayırdığın və hər birini dəstə-dəstə öz əməlləri ilə birgə mənzillərinə doğru yolladığın zaman, məni Öz rəhmətinlə saleh bəndələrin dəstəsində yola sal və təqvalı dostlarının zümrəsində behişt bağlarına doğru apar, ey aləmlərin Rəbbi! | اللَّهُمَّ اِنَّكَ قُلْتَ لِنَبِيِّكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابا رَحِيما وَ لَمْ أَحْضُرْ زَمَانَ رَسُولِكَ عَلَيْهِ وَ آلِهِ السَّلامُ اللَّهُمَّ وَ قَدْ زُرْتُهُ رَاغِبا تَائِبا مِنْ سَيِّئِ عَمَلِي وَ مُسْتَغْفِرا لَكَ مِنْ ذُنُوبِي وَ مُقِرّا لَكَ بِهَا وَ أَنْتَ أَعْلَمُ بِهَا مِنِّي وَ مُتَوَجِّها إِلَيْكَ بِنَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ فَاجْعَلْنِي اللَّهُمَّ بِمُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ عِنْدَكَ وَجِيها فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ مِنَ الْمُقَرَّبِينَ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا نَبِيَّ اللَّهِ يَا سَيِّدَ خَلْقِ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيَغْفِرَ لِي ذُنُوبِي وَ يَتَقَبَّلَ مِنِّي عَمَلِي وَ يَقْضِيَ لِي حَوَائِجِي فَكُنْ لِي شَفِيعا عِنْدَ رَبِّكَ وَ رَبِّي فَنِعْمَ الْمَسْئُولُ الْمَوْلَى رَبِّي وَ نِعْمَ الشَّفِيعُ أَنْتَ يَا مُحَمَّدُ عَلَيْكَ وَ عَلَى أَهْلِ بَيْتِكَ السَّلامُ اللَّهُمَّ وَ أَوْجِبْ لِي مِنْكَ الْمَغْفِرَةَ وَ الرَّحْمَةَ وَ الرِّزْقَ الْوَاسِعَ الطَّيِّبَ النَّافِعَ كَمَا أَوْجَبْتَ لِمَنْ أَتَى نَبِيَّكَ مُحَمَّدا صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ هُوَ حَيٌّ فَأَقَرَّ لَهُ بِذُنُوبِهِ وَ اسْتَغْفَرَ لَهُ رَسُولُكَ عَلَيْهِ وَ آلِهِ السَّلامُ فَغَفَرْتَ لَهُ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ وَ قَدْ أَمَّلْتُكَ وَ رَجَوْتُكَ وَ قُمْتُ بَيْنَ يَدَيْكَ وَ رَغِبْتُ إِلَيْكَ عَمَّنْ سِوَاكَ وَ قَدْ أَمَّلْتُ جَزِيلَ ثَوَابِكَ وَ إِنِّي لَمُقِرٌّ [مُقِرٌّ] غَيْرُ مُنْكِرٍ وَ تَائِبٌ إِلَيْكَ مِمَّا اقْتَرَفْتُ وَ عَائِذٌ بِكَ فِي هَذَا الْمَقَامِ مِمَّا قَدَّمْتُ مِنَ الْأَعْمَالِ الَّتِي تَقَدَّمْتَ إِلَيَّ فِيهَا وَ نَهَيْتَنِي عَنْهَا وَ أَوْعَدْتَ عَلَيْهَا الْعِقَابَ وَ أَعُوذُ بِكَرَمِ وَجْهِكَ أَنْ تُقِيمَنِي مَقَامَ الْخِزْيِ وَ الذُّلِّ يَوْمَ تُهْتَكُ فِيهِ الْأَسْتَارُ وَ تَبْدُو فِيهِ الْأَسْرَارُ وَ الْفَضَائِحُ وَ تَرْعَدُ فِيهِ الْفَرَائِصُ يَوْمَ الْحَسْرَةِ وَ النَّدَامَةِ يَوْمَ الْآفِكَةِ يَوْمَ الْآزِفَةِ يَوْمَ التَّغَابُنِ يَوْمَ الْفَصْلِ يَوْمَ الْجَزَاءِ يَوْما كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ يَوْمَ النَّفْخَةِ يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ تَتْبَعُهَا الرَّادِفَةُ يَوْمَ النَّشْرِ يَوْمَ الْعَرْضِ يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَ أُمِّهِ وَ أَبِيهِ وَ صَاحِبَتِهِ وَ بَنِيهِ يَوْمَ تَشَقَّقُ الْأَرْضُ وَ أَكْنَافُ السَّمَاءِ يَوْمَ تَأْتِي كُلُّ نَفْسٍ تُجَادِلُ عَنْ نَفْسِهَا يَوْمَ يُرَدُّونَ إِلَى اللَّهِ فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا يَوْمَ لا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئا وَ لا هُمْ يُنْصَرُونَ إِلا مَنْ رَحِمَ اللَّهُ اِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ يَوْمَ يُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَ الشَّهَادَةِ يَوْمَ يُرَدُّونَ إِلَى اللَّهِ مَوْلاهُمُ الْحَقِّ يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعا كَأَنَّهُمْ إِلَى نُصُبٍ يُوفِضُونَ وَ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ مُهْطِعِينَ إِلَى الدَّاعِ إِلَى اللَّهِ يَوْمَ الْوَاقِعَةِ يَوْمَ تُرَجُّ الْأَرْضُ رَجّا يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ وَ تَكُونُ الْجِبَالُ كَالْعِهْنِ وَ لا يُسْأَلُ حَمِيمٌ حَمِيما يَوْمَ الشَّاهِدِ وَ الْمَشْهُودِ يَوْمَ تَكُونُ الْمَلائِكَةُ صَفّا صَفّا اللَّهُمَّ ارْحَمْ مَوْقِفِي فِي ذَلِكَ الْيَوْمِ بِمَوْقِفِي فِي هَذَا الْيَوْمِ وَ لا تُخْزِنِي فِي ذَلِكَ الْمَوْقِفِ [الْيَوْمِ] بِمَا جَنَيْتُ عَلَى نَفْسِي وَ اجْعَلْ يَا رَبِّ فِي ذَلِكَ الْيَوْمِ مَعَ أَوْلِيَائِكَ مُنْطَلَقِي وَ فِي زُمْرَةِ مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ عَلَيْهِمُ السَّلامُ مَحْشَرِي وَ اجْعَلْ حَوْضَهُ مَوْرِدِي وَ فِي الْغُرِّ الْكِرَامِ مَصْدَرِي وَ أَعْطِنِي كِتَابِي بِيَمِينِي حَتَّى أَفُوزَ بِحَسَنَاتِي وَ تُبَيِّضَ بِهِ وَجْهِي وَ تُيَسِّرَ بِهِ حِسَابِي وَ تُرَجِّحَ بِهِ مِيزَانِي وَ أَمْضِيَ مَعَ الْفَائِزِينَ مِنْ عِبَادِكَ الصَّالِحِينَ إِلَى رِضْوَانِكَ وَ جِنَانِكَ إِلَهَ الْعَالَمِينَ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ أَنْ تَفْضَحَنِي فِي ذَلِكَ الْيَوْمِ بَيْنَ يَدَيِ الْخَلائِقِ بِجَرِيرَتِي أَوْ أَنْ أَلْقَى الْخِزْيَ وَ النَّدَامَةَ بِخَطِيئَتِي أَوْ أَنْ تُظْهِرَ فِيهِ سَيِّئَاتِي عَلَى حَسَنَاتِي أَوْ أَنْ تُنَوِّهَ بَيْنَ الْخَلائِقِ بِاسْمِي يَا كَرِيمُ يَا كَرِيمُ الْعَفْوَ الْعَفْوَ السَّتْرَ السَّتْرَ اللَّهُمَّ وَ أَعُوذُ بِكَ مِنْ أَنْ يَكُونَ فِي ذَلِكَ الْيَوْمِ فِي مَوَاقِفِ الْأَشْرَارِ مَوْقِفِي أَوْ فِي مَقَامِ الْأَشْقِيَاءِ مَقَامِي وَ إِذَا مَيَّزْتَ بَيْنَ خَلْقِكَ فَسُقْتَ كُلا بِأَعْمَالِهِمْ زُمَرا إِلَى مَنَازِلِهِمْ فَسُقْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ وَ فِي زُمْرَةِ أَوْلِيَائِكَ الْمُتَّقِينَ إِلَى جَنَّاتِكَ يَا رَبَّ الْعَالَمِينَ |
Sonra o həzrətlə vidalaşaraq de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya rəsuləl-lah, əssəlamu ələykə əyyuhəl bəşirun nəzir, əssəlamu ələykə əyyuhəs siracul munir, əssəla-mu ələykə əyyuhəs səfiru bəy-nəllahi və bəynə xəlqih, əşhədu ya rəsuləllahi ənnəkə kuntə nurən fil əslabiş şamixəh, vəl ərhamil mutəhhərəh, ləm tu-nəcciskəl cahiliyyətu biəncasi-ha, və ləm tulbiskə min mudlə-himmati siyabiha, və əşhədu ya rəsuləllahi ənni mu`minun bikə və bil əimməti min əhli bəytik, muqinun bicəmii ma ətəytə bihi razin mu`min, və əşhədu ənnəl əimmətə min əhli bəytikə ə`lamul huda, vəl urvətul vus-qa, vəl huccətu əla əhlid dunya, Əllahummə la təəlhu axirəl əhdi min ziyarəti nəbiyyikə ələyhi və alihis səlam, və in təvəffəytəni fəinni əşhədu fi məmati əla ma əşhədu ələyhi fi həyati, ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə lək, və ənnə Muhəmmədən əbdukə və rəsuluk, və ənnəl əimmətə min əhli bəytihi əvli-yauk, və ənsarukə və hucəcukə əla xəlqik, və xuləfaukə fi ibadikə və ə`lamukə fi biladik, və xuzzanu ilmikə və həfəzətu sirrikə və təracimətu vəhyik, Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmməd, və bəlliğ ruhə nəbiyyikə Muhəm-mədin və alih, fi saəti hazihi və fi kulli saətin təhiyyətən minni və səlama, vəs səlamu ələykə ya rəsuləllahi və rəhmətullahi və bərəkatuh, la cəələhullahu axirə təslimi ələyk | Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey (yaxşı insanları cənnətlə) müjdələyən və (pis insanları ilahi əzabdan) qorxudan! Salam olsun sənə, ey işıqlı çıraq (Allahın hidayət nuru)! Salam olsun sənə, ey Allahla Onun yaratdıqları arasındakı səfir! Ey Allahın Rəsulu, şəhadət verirəm ki, həqiqətən, sən böyük insanların nütfəsində və pak qadınların bətnində bir nur idin, cahiliyyət çirkinliyi sənin pak nurunu əsla qarışmadı və cahiliyyət dövründə çirkinlik libasına bürünmədin. Ey Allahın Rəsulu, şəhadət verirəm ki, həqiqətən, mən sənin peyğəmbərliyinə, Əhli-beytindən olan imamların vilayətinə və Allah tərəfindən göndərilənlərin hamısına inanır və razıyam. Şəhadət verirəm ki, həqiqətən, sənin Əhli-beytindən olan imamlar hidayət nişanələri, (Allahla bəndələri arasında) möhkəm rabitə ipi və dünya əhli üzərindəki höccətdirlər. İlahi, bu ziyarətimi Peyğəmbərinin (salam olsun ona və Əhli-beytinə) ziyarəti ilə bağlı son ziyarətim qərar vermə! Əgər mənim canımı alsan, bu dünyada (həyatımda) şəhadət verdiklərimə axirət aləmində də şəhadət verəcəyəm! Şəhadət verəcəyəm ki, Sən elə bir Allahsan ki, Səndən başqa heç bir tanrı yoxdur, təksən və Sənin şərikin yoxdur. Həqiqətən, Məhəmməd Sənin bəndən və rəsulundur, onun Əhli-beytindən olan imamlar Sənin dostların, köməkçilərin, yaratdıqlarına höccətin, bəndələrin arasındakı xəlifən, məmləkətində rəhmət nişanələrin, elminin xəzinədarları, sirrinin gözətçiləri və vəhyinin təfsirçiləridirlər! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, elə bu saat və bütün saatlarda mənim salamımı peyğəmbərin Məhəmməd və onun Əhli-beytinin ruhuna çatdır! Salam olsun sənə, ey Allahın Rəsulu! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allah mənim sənə göndərdiyim bu salamımı son salamım qərar verməsin! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْبَشِيرُ النَّذِيرُ السَّلامُ عَلَيْكَ أَيُّهَا السِّرَاجُ الْمُنِيرُ السَّلامُ عَلَيْكَ أَيُّهَا السَّفِيرُ بَيْنَ اللَّهِ وَ بَيْنَ خَلْقِهِ أَشْهَدُ يَا رَسُولَ اللَّهِ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمَّاتِ ثِيَابِهَا وَ أَشْهَدُ يَا رَسُولَ اللَّهِ أَنِّي مُؤْمِنٌ بِكَ وَ بِالْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِكَ مُوقِنٌ بِجَمِيعِ مَا أَتَيْتَ بِهِ رَاضٍ مُؤْمِنٌ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ أَهْلِ بَيْتِكَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَةِ نَبِيِّكَ عَلَيْهِ وَ آلِهِ السَّلامُ وَ إِنْ تَوَفَّيْتَنِي فَإِنِّي أَشْهَدُ فِي مَمَاتِي عَلَى مَا أَشْهَدُ عَلَيْهِ فِي حَيَاتِي أَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ أَنَّ مُحَمَّدا عَبْدُكَ وَ رَسُولُكَ وَ أَنَّ الْأَئِمَّةَ مِنْ أَهْلِ بَيْتِهِ أَوْلِيَاؤُكَ وَ أَنْصَارُكَ وَ حُجَجُكَ عَلَى خَلْقِكَ وَ خُلَفَاؤُكَ فِي عِبَادِكَ وَ أَعْلامُكَ فِي بِلادِكَ وَ خُزَّانُ عِلْمِكَ وَ حَفَظَةُ سِرِّكَ وَ تَرَاجِمَةُ وَحْيِكَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَلِّغْ رُوحَ نَبِيِّكَ مُحَمَّدٍ وَ آلِهِ فِي سَاعَتِي هَذِهِ وَ فِي كُلِّ سَاعَةٍ تَحِيَّةً مِنِّي وَ سَلاما وَ السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ لا جَعَلَهُ اللَّهُ آخِرَ تَسْلِيمِي عَلَيْكَ |
4) Şeyx «Misbah» kitabında və Seyid ibn Tavus «Cəmalul-usbu», «Misbahuz-zair» kitabında cümə gününün əməllərində İmam Sadiqdən (ə) buyurublar ki, həzrət Rəsulullah (səlləllahu ələyhi və alihi və səlləm) və əimməyə (ələyhimus-səlam) cümə günü ziyarət oxumaq müstəhəbdir və həzrət imam Sadiqdən (ə) nəql edərək buyurur: «Hər kəs Allahın Rəsulunun (səlləllahu ələyhi və alihi və səlləm) qəbrini və Əmirəl-möminin, Fatimeyi Zəhra, imam Həsən (ə) və imam Hüseyn (ə) və sair imamların (ələhimussəlam) qəbrlərini ziyarət etmək istəsə və öz şəhərində olsa, cümə günündə qüsl etsin, iki təmiz paltar geyinsin və səhraya getsin». Başqa bir rəvayətə əsasən evinin üstünə çıxsın, sonra 4 rəkət namaz qılsın. Hansı surəni istəsə oxuya bilər və elə ki, namazın təşəhhüd və salamını verdi, üzü qibləyə dayanıb desin[5]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə əyyuhən nəbiyyu və rəhmətullahi və bərəkatuh, əssəlamu ələykə əyyuhən nəbiyyul mursəl, vəl vəsiyyul Murtəza vəs səyyi-dətul kubra, vəs səyyidətuz Zəhra, vəs sibtanil muntəcə-ban, vəl əvladul ə`lamu vəl umənaul muntəcəbun (mustəx-zənun), ci`tunqitaən iləykum və ila abaikum, və vələdikumul xələfi əla bərəkətil həqq, fəqəlbi ləkum musəllimun və nusrəti ləkum muəddəh, hətta yəhkuməllahu bidinih, fəməə-kum məəkum la məə əduvvi-kum, inni ləminəl qailinə bifəz-likum, muqirrun birəc`ətikum, la unkiru lillahi qudrətən və la əz`umu illa ma şaəllah, subha-nəllahi zil mulki vəl mələkut, yusəbbihullahə biəsmaihi cə-miu xəlqih, vəs səlamu əla ər-vahikum və əcsadikum, vəs səlamu ələykum və rəhmətul-lahi və bərəkatuh | Salam olsun sənə, ey Peyğəmbər! Allahın rəhmət və bərəkətləri olsun sənə! Ey “mürsəl” peyğəmbər, salam olsun sənə, sənin canişinin Mürtəzaya, qızın Seyideyi-Kübra – xanım Zəhraya, sənin iki seçilmiş nəvən Həsən və Hüseynə, onun ilahi nişanələr və seçilmiş əmanətdarlar olan övladlarına! Mən Allahın bərəkətlərini dərk etmək üçün hamıdan əl çəkib sizə, sizin ata-babalarınıza və xələf övladlarınıza doğru gəldim. Mənim qəlbim sizə təslim, köməyim sizin üçün Allah-Taala Öz dinində hökm edənə qədər həmişə hazırdır. Mən sizin düşmənlərinizlə deyil, sizinlə, əlbəttə ki, sizinləyəm. Mən sizin fəzilətlərinizə etiqad bəsləyib, “rəcət” və qayıdışınızı etiraf edirəm! Allahın qüdrətini əsla inkar etmir və Allahın istədiyindən başqa heç bir şeyə inanmıram. Mülk və “mələkut” sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün məxluqat Onun adları ilə təsbeh deyir. Salam olsun sizin ruh və cisminizə! Allahın salamı, rəhmət və bərəkətləri olsun sizə! | السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ الْمُرْسَلُ وَ الْوَصِيُّ الْمُرْتَضَى وَ السَّيِّدَةُ الْكُبْرَى وَ السَّيِّدَةُ الزَّهْرَاءُ وَ السِّبْطَانِ الْمُنْتَجَبَانِ وَ الْأَوْلادُ الْأَعْلامُ وَ الْأُمَنَاءُ الْمُنْتَجَبُونَ [الْمُسْتَخْزَنُونَ] جِئْتُ انْقِطَاعا إِلَيْكُمْ وَ إِلَى آبَائِكُمْ وَ وَلَدِكُمُ الْخَلَفِ عَلَى بَرَكَةِ الْحَقِّ فَقَلْبِي لَكُمْ مُسَلِّمٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَحْكُمَ اللَّهُ بِدِينِهِ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ إِنِّي لَمِنَ الْقَائِلِينَ بِفَضْلِكُمْ مُقِرٌّ بِرَجْعَتِكُمْ لا أُنْكِرُ لِلَّهِ قُدْرَةً وَ لا أَزْعُمُ إِلا مَا شَاءَ اللَّهُ سُبْحَانَ اللَّهِ ذِي الْمُلْكِ وَ الْمَلَكُوتِ يُسَبِّحُ اللَّهَ بِأَسْمَائِهِ جَمِيعُ خَلْقِهِ وَ السَّلامُ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ وَ السَّلامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
5) Şeyx Abbas Qumi deyir: «Çoxlu rəvayətlərə əsasən, hər bir yerdən Peyğəmbəri Əkrəmə (s) salam və salavat göndərsən, bu, o həzrətə çatacaqdır. Bir rəvayətə görə, bir mələk «Saləllahu əla Muhəmmədin və alihi və səlləm!» (Allahın salam və salavatı Məhəmməd və onun Əhli-beytinə olsun!) – deyən hər hansı bir möminin cavabında: «Və ələykə!» (Sənə də Allahın salam və salavatı olsun!) – deyər və ondan sonra həzrət Peyğəmbəri Əkrəmə (s) belə ərz edər: «Ey Alahın Rəsulu! Filankəs sənə salam göndərdi.» Peyğəmbər (s) buyurar: «Və ələyhis səlam!» Mötəbər bir rəvayətdə Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Hər kim mən öləndən sonra qəbrimi ziyarət etsə, həyatımda mənə doğru hicrət edən şəxs kimi olacaqdır. Əgər mənim qəbrimi ziyarət etməyə gücünüz və imkanınız olmasa, mənə salam göndərin ki, salamınız mənə çatacaqdır.» Bu məzmunlu rəvayətlər olduqca çoxdur. Biz həftənin günlərində məsumların ziyarəti ilə bağlı bölümdə həzrət Peyğəmbəri Əkrəm (s) üçün şənbə günündə (Rəsuli Əkrəmin (s) günü olan şənbədə ziyarəti) 2 ziyarət qeyd etdik Həmin bölümə müraciət et və həmin ziyarətləri oxumaqla feyzə çat.
6) Həzrət Peyğəmbəri Əkrəmdən (s) həzrət Əlinin (ə) bir cümə günündə buyurduğu xütbədəki salavatı göndərmək daha yaxşı olar. «Rövzeyi-kafi» kitabında İmam Əlinin (ə) salavatı belə qeyd olunmuşdur[6]:
Peyğəmbərin ziyarəti_18
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İnnəllahə və məlaikətəhu yusəllunə ələn nəbiyy, ya əyyuhəlləzinə amənu səllu ələyhi və səllimu təslima, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və Ali Muhəmməd, və təhənnən əla Muhəmmədin və Ali Muhəmməd, və səllim əla Muhəmmədin və Ali Muhəmməd, kəəfzəli ma salləytə və barəktə və tərəhhəmtə və təhənnəntə və səlləmtə əla İbrahimə və Ali İbrahim, innəkə həmidun məcid, | Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam və salavat göndərirlər, ey iman gətirənlər, (siz də) ona salam və salavat göndərin və tamamilə (onun əmrinə) təslim olun! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Muhəmməd və Muhəmmədin Əhlibeytinə bərəkət ver! Muhəmməd və Muhəmmədin Əhlibeytinə məhəbbət göstər! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir; elə bir salam ki, İbrahim və İbrahimin övladlarına göndərdiyin salavat, verdiyin bərəkət, göstərdiyin məhəbbət və göndərdiyin salamdan üstün və fəzilətli olsun. Həqiqətən, Sən tərifəlayiq və böyüksən! | اِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيما اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تَحَنَّنْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ سَلِّمْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَأَفْضَلِ مَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ تَرَحَّمْتَ وَ تَحَنَّنْتَ وَ سَلَّمْتَ عَلَى إِبْرَاهِيمَ وَ آلِ إِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ |
| Əllahummə ə`ti Muhəmmədənəl vəsilətə vəş şərəfə vəl mənzilətəl kəriməh, Əllahumməc`əl Muhəmmədən və alə Muhəmməd, ə`zəməl xəlayiqi kullihim şərəfən yəvməl qiyaməh, və əqrəbəhum minkə məq`əda, və əvcəhəhum indəkə yəvməl qiyaməti caha, və əfzələhum indəkə mənzilətən və nəsiba, | İlahi, Muhəmmədə “vəsilə” (şəfaət məqamı), şərəf, fəzilət və böyük məqam əta et! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytini qiyamətdə məxluqatın ən şərafətlisi, Özünə ən yaxın və Öz dərgahında məqamca hamıdan başıuca və fəzilətli qərar ver! | اللَّهُمَّ أَعْطِ مُحَمَّدا الْوَسِيلَةَ وَ الشَّرَفَ وَ الْفَضِيلَةَ وَ الْمَنْزِلَةَ الْكَرِيمَةَ اللَّهُمَّ اجْعَلْ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ أَعْظَمَ الْخَلائِقِ كُلِّهِمْ شَرَفا يَوْمَ الْقِيَامَةِ وَ أَقْرَبَهُمْ مِنْكَ مَقْعَدا وَ أَوْجَهَهُمْ عِنْدَكَ يَوْمَ الْقِيَامَةِ جَاها وَ أَفْضَلَهُمْ عِنْدَكَ مَنْزِلَةً وَ نَصِيبا |
| Əllahummə ə`ti Muhəmmədən əşrəfəl məqam, və hibaəs səlami və şifaətəl islam, Əllahummə və əlhiqna bihi ğəyrə xəzaya və la nakisinə və la nadimin, və la mubəddilinə ilahəl həqqi amin. | İlahi, Muhəmmədə ən şərafətli məqam, İslam hədiyyəsi və İslam şəfaəti əta et və bizi rüsvay və xar olanlar, əhd-peymanını pozanlar, peşman olanlar və hökmləri təhrif edənlər zümrəsinə deyil, əksinə o həzrətə qovuşdur! | اللَّهُمَّ أَعْطِ مُحَمَّدا أَشْرَفَ الْمَقَامِ وَ حِبَاءَ السَّلامِ وَ شَفَاعَةَ الْإِسْلامِ اللَّهُمَّ وَ أَلْحِقْنَا بِهِ غَيْرَ خَزَايَا وَ لا نَاكِثِينَ وَ لا نَادِمِينَ وَ لا مُبَدِّلِينَ إِلَهَ الْحَقِّ آمِينَ |
Mənbələr:
[1] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 12, hədis 5, bölüm 2
[2] Şeyx Tusi — Əmali, səh 167, hədis 31
[3] İbn Qavləveyh Qumi — Kamiluz-ziyarat, səh 14, hədis 17, bölüm 2
[4] Abdullah ibn Cəfər Himyəri – Qurbul-əsnad, səh 169,
Əllamə Məclisi – Biharul-ənvar, c 83, səh 24, hədis 25
[5] Seyid ibn Tavus – Misbahuz-zair, səh 50,
Əllamə Məclisi – Biharul-ənvar, c 86, səh 330
[6] Şeyx Kuleyni – Usuli-kafi, c 8, səh 175
