Ziyarətnamə: Xanım Fatimeyi Zəhranın (s.ə) ziyarəti
Xanım Fatimeyi Zəhranı (s.ə) ziyarət etməyin fəziləti və onun pak qəbrinin yeri:
1) Əllamə Məclisi «Biharul-ənvar» kitabında qeyd edir ki, İmam Sadiq (ə) öz babalarından belə nəql edir: «Hər kim Xanım Fatimeyi Zəhranın (s.ə) qəbrini ziyarət edib «Əssəlamu ələyki ya səyyidəti nisəil aləmin» (aşağıda qeyd olunan birinci ziyarət) — desə və bağışlanma diləsə, Allah onu bağışlayar və Cənnətə daxil edər»[1]
2) Əbəl Həsən İbrahim ibn Muhəmməd Həmdani deyir: «İmam Hadiyə (ə) bir məktub yazıb ondan Xanım Fatimənin (s.ə) qəbrinin yerini deməsini istədim. O həzrət cavab məktubunda mənə yazdı: «O, cəddim Rəsulallahla (s) bir yerdədir»[2]
3) Mərhum Səduq deyir: «Mənim nəzərimdə düzgün olan budur ki, o xanım öz evində dəfn olunub və Məscidun-Nəbi Bəni Uməyyə tərəfindən genişləndirildikdən sonra o xanınım qəbri məscidin daxilində yerləşdi»[3] Mərhum Əllamə Məclisi də deyir: «Aydın olan budur ki, o xanım öz evində dəfn olunmuşdur»[4] Belə başa düşülür ki, bu nəzər İmam Rzanın (ə) dostlarından birinin nəql etdiyi rəvayətə əsaslanır. O deyir: «Mən İmam Rzadan (ə) Xanım Fatimənin (s.ə) qəbrinin yerini soruşdum. O buyurdu: «O, öz evində dəfn olunubdur. Bəni Uməyyə Məscidun-Nəbini genişləndirdikdən sonra, onun qəbri məscidin daxilində qərar tutdu».[5] Beləliklə, hər kim Rəsulallahın (s) qəbrinin yaxınlığında və qəbrin yerləşdiyi otaqda dayanıb o xanımı ziyarət etsə, inşaallah onun ziyarəti savabını əldə edər. Əlbəttə, Bəqi məzarlığında da «qəsdi-rəca» ilə (savaba ümid niyyətilə) o xanımı ziyarət etmək olar.
4) Əllamə Məclisi «Biharul-ənvar» kitabında, «Misbahul-ənvar» kitabına istinadən nəql edir ki, İmam Əli (ə) Xanım Fatimədən (s.ə) belə rəvayət edir: «Rəsulallah (s) mənə buyurdu: «Ey Fatimə (s), kim sənə salam göndərsə, Allah onu bağışlayar və mən Cənnətin harasında oluramsa olum, onu mənə qovuşdurar».[6]
5) Yezid ibn Əbdul Məlik atasından və o da öz atasından rəvayət edir ki, günlərin birində Xanım Fatimənin (s.ə) yanına getdim. O xanım salamda məndən qabağa düşdü (yəni birinci salam verdi), halımı soruşdu, sonra buyurdu: «Atam mənə dedi ki, hər kim üç gün ona və mənə desə, Allah Cənnəti ona vacib edər.» Ərz etdim: «O və siz sağ olduğunuz vaxtdamı?» Buyurdu: «Həm sağ olduğumuz vaxtda, həm də vəfat etdikdən sonra».[7]
Qeyd:
Belə başa düşülür ki, bu və əvvəlki rəvayət o xanımı həm yaxından, həm də uzaqdan etməyə şamil olur.
Xanım Fatimeyi Zəhranı (s.ə) ziyarət etməyin qaydası:
1-ci ziyarət: Bu, kiçik bir ziyarətdir:
| Ərəbcə | اَلسَّلَامُ عَلَیْکِ یَا سِیِّدَةَ نِسَآءِ الْعَالَمِینَ. اَلسَّلَامُ عَلَیْکِ یَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِینَ. اَلسَّلَامُ عَلَیْکِ أَیَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقُّهَا |
| Tərcümə | Salam olsun sənə ey dünya qadınlarının sərvəri. Salam olsun sənə ey bütün insanlara (Allah) hüccətlərinin anası. Salam olsun sənə ey haqqı əlindən alınmış məzlum qadın. |
| Transkripsiya |
| Ərəbcə | اَللَّهُمَّ صَلِّ عَلَىٰ أَمَتِکَ وَ ابْنَةِ نَبِیِّکَ، وَ زَوْجَةِ وَصِىِّ نَبِیِّکَ، صَلَاةً تُزْلِفُهَا فَوْقَ زُلفَىٰ عِبَادِکَ الْمُکَرَّمِینَ، مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْاَرَضِینَ |
| Tərcümə | Ey Allahım, kənizinə, peyğəmbərinin qızına, peyğəmbərinin canişininin zövcəsinə salam göndər; elə bir salam ki, onu göylər və yer əhlinin əziz bəndələrinin məqamından daha yüksəyə qaldırsın. |
| Transkripsiya |
2-ci ziyarət: Muhəmməd ibn İsa nəql edir ki, İmam Baqir (ə) buyurdu: «Nənən Fatimənin (s.ə) qəbri yanına getdikdə de»[8]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya mumtəhənətu imtəhənəkillahulləzi xələqəki qəblə ən yəxluqək, fəvəcədəki lima imtəhənəki sabirətən və zə`əmna ənna ləki əvliyau və musəddiqun, və sabirunə likulli ma ətana bihi əbuki salləllahu ələyhi və alih, və əta (ətana) bihi vəsiyyuh, fəinna nəs`əluki in kunna səddəqnaki illa əlhəqtina bitəsdiqina ləhuma, linubəşşirə ənfusəna biənna qəd təhurna bivilayətik. | Ey imtahandan çıxan şəxs, Allah səni xəlq etməmişdən öncə imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Biz özümüzü sənin dostun, səni təsdiq edən, atanın (Allahın salamı olsun ona və Əhlibeytinə) və onun canişininin bizə gətirdikləri müqabilində səbirli olaraq onlara təslim olduğumuzu hesab edirik. Biz səndən istəyirik ki, əgər onları təsdiq edənlərdən olsaq, sən də mütləq bizim təsdiqimizi onların hər ikisinə (Rəsulullah və imam Əliyə) çatdır ki, sənin vilayətin vasitəsilə pak olmağımızı özümüzə müjdə verək! | يَا مُمْتَحَنَةُ امْتَحَنَكِ اللَّهُ الَّذِي خَلَقَكِ قَبْلَ أَنْ يَخْلُقَكِ فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً وَ زَعَمْنَا أَنَّا لَكِ أَوْلِيَاءُ وَ مُصَدِّقُونَ وَ صَابِرُونَ لِكُلِّ مَا أَتَانَا بِهِ أَبُوكِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ أَتَى [أَتَانَا] بِهِ وَصِيُّهُ فَاِنَّا نَسْأَلُكِ إِنْ كُنَّا صَدَّقْنَاكِ إِلا أَلْحَقْتِنَا بِتَصْدِيقِنَا لَهُمَا لِنُبَشِّرَ أَنْفُسَنَا بِأَنَّا قَدْ طَهُرْنَا بِوِلايَتِكِ |
3-cü ziyarət: Şeyx Tusi «Təhzib» kitabında böyük şiə alimlərindən başqa bir ziyarəti qeyd etmişdir. Həmin ziyarət belədir[9]:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələyki ya bintə rəsulillah, əssəlamu ələyki ya bintə nəbiyyillah, əssəlamu ələyki ya bintə həbibillah, əssəlamu ələyki ya bintə xəlilillah, əssəlamu ələyki ya bintə səfiyyillah, əssəlamu ələyki ya bintə əminillah, əssəlamu ələyki ya bintə xəyri xəlqillah, əssəlamu ələyki ya bintə əfzəli ənbiyaillah və rusulihi və məlaikətih, əssəlamu ələyki ya bintə xəyril bəriyyəh, əssəlamu ələyki ya səyyidəti nisail aləminə minəl əvvəlinə vəl axirin, əssəlamu ələyki ya zəvcətə vəliyyillah və xəyril xəlqi bə`də rəsulillah, əssəlamu ələyki ya umməl Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil cənnəh, əssəlamu ələyki əyyətuhəs siddiqətuş şəhidəh, əssəlamu ələyki əyyətuhər rəziyyəh, əssəlamu ələyki əyyətuhəl fazilətuz zəkiyyəh, əssəlamu ələyki əyyətuhəl həvraul insiyyəh, əssəlamu ələyki əyyətuhət təqiyyətun nəqiyyəh, əssəlamu ələyki əyyətuhəl muhəddəsətul əliməh, əssəlamu ələyki əyyətuhəl məzlumətul məğsubəh, əssəlamu ələyki əyyətuhəl muztəhədətul məqhurəh, əssəlamu ələyki ya Fatimətu bintə rəsulillah və rəhmətullahi və bərəkatuh, salləllahu ələyki və əla ruhiki və bədənik, əşhədu ənnəki məzəyti əla bəyyinətin min rəbbik, və ənnə min sərrəki fəqəd sərrə rəsuləllahi salləllahu ələyhi və alih, və mən cəfaki fəqəd cəfa rəsuləllahi salləllahu ələyhi və alih, və mən azaki fəqəd aza rəsuləllahi salləllahu ələyhi və alih, və mən vəsələki fəqəd vəsələ rəsuləllahi salləllahu ələyhi və alih, və mən qətəəki fəqəd qətəə rəsuləllahi salləllahu ələyhi və alih, liənnəki biz`ətun minhu və ruhuhulləzi bəynə cənbəyh, kəma qalə salləllahu ələyhi və alih, uşhidullahə və rusuləhu və məlaikətəhu ənni razin əmmən rəzitu ənh, saxitun əla mən səxitti ələyh, mətəbərriun mimmən təbərrə`ti minh, muvalin limən valəyt, muadin limən adəyt, mubğizun limən əbğəzt, muhibbun limən əhbəbt, və kəfa billahi şəhidən və həsibən və caziyən və musiba. | Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Allahın Peyğəmbərinin qızı! Salam olsun sənə, ey Allahın həbibinin qızı! Salam olsun sənə, ey Allahın dostunun qızı! Salam olsun sənə, ey Allahın seçdiyinin (xalis bəndəsinin) qızı! Salam olsun sənə, ey Allahın əmanətdarının qızı! Salam olsun sənə, ey Allahın yaratdıqlarının ən yaxşısının qızı! Salam olsun sənə, ey Allahın peyğəmbərləri, elçiləri və mələklərinin ən yaxşısının qızı! Salam olsun sənə, ey insanların ən yaxşısının qızı! Salam olsun sənə, ey əvvəldən axıra qədər aləmlərin qadınlarının sərvəri! Salam olsun sənə, ey Allahın vəlisi və Rəsulullahdan sonra məxluqatın ən yaxşısının həyat yoldaşı! Salam olsun sənə, ey cənnət əhlinin cavanlarının sərvərləri Həsən və Hüseynin anası! Salam olsun sənə, ey Siddiqə (düzdanışan) və ey şəhidə xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı olduğu xanım! Salam olsun sənə, ey fəzilət və paklıq sahibi! Salam olsun sənə, ey insan növündən olan huri! Salam olsun sənə, ey təqvalı və pak-pakizə xanım! Salam olsun sənə, ey mələklərlə danışan alimə xanım! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım! Salam olsun sənə, ey sitəm olunan və düşmənlərin qəzəbinə tuş gələn xanım! Salam olsun sənə, ey Rəsulullahın qızı Fatimə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allahın salamı olsun sənə, sənin pak ruhuna və bədəninə! Şəhadət verirəm ki, həqiqətən, sən Rəbbin tərəfindən aşkar bir dəlillə dünyadan köçdün. Şəhadət verirəm ki, həqiqətən, səni sevindirən, şübhəsiz, Rəsulullahı (Allahın salamı olsun ona və Əhlibeytinə) sevindirmiş, sənə zülm edən, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) zülm etmiş, sənə əzab-əziyyət verən, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) əzab-əziyyət vermiş, sənin yoluna qovuşan, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) qovuşmuş və sənə qırmanc vuran, şübhəsiz Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) qırmanc vurmuşdur. Çünki sən onun ciyərinin parası və bədənindəki ruhusan. Necə ki, Rəsulullah (Allahın salamı olsun ona və Əhlibeytinə) buyurmuşdur: “Allahı, Onun Rəsulunu və mələklərini şahid tuturam ki, mən sənin razı olduğun şəxslərdən razı, qəzəbləndiyin şəxslərə qəzəbli, nifrət etdiyin şəxslərə nifrət edir, dost bildiklərini dost və düşmən bildiklərini düşmən bilirəm, kin bəslədiyin şəxslərə qarşı kinliyəm və sevdiyin şəxsləri sevirəm. Allah şahidlik, hesab çəkmək, cəzalandırmaq və mükafat vermək üçün kifayətdir. | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ صَفِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَمِينِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ خَلْقِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَفْضَلِ أَنْبِيَاءِ اللَّهِ وَ رُسُلِهِ وَ مَلائِكَتِهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ الْبَرِيَّةِ السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ السَّلامُ عَلَيْكِ يَا زَوْجَةَ وَلِيِّ اللَّهِ وَ خَيْرِ الْخَلْقِ بَعْدَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا أُمَّ الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْفَاضِلَةُ الزَّكِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْحَوْرَاءُ الْإِنْسِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمُحَدَّثَةُ الْعَلِيمَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَغْصُوبَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمُضْطَهَدَةُ الْمَقْهُورَةُ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ بِنْتَ رَسُولِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ صَلَّى اللَّهُ عَلَيْكِ وَ عَلَى رُوحِكِ وَ بَدَنِكِ أَشْهَدُ أَنَّكِ مَضَيْتِ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّكِ وَ أَنَّ مَنْ سَرَّكِ فَقَدْ سَرَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ جَفَاكِ فَقَدْ جَفَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ آذَاكِ فَقَدْ آذَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ وَصَلَكِ فَقَدْ وَصَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ قَطَعَكِ فَقَدْ قَطَعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ لِأَنَّكِ بَضْعَةٌ مِنْهُ وَ رُوحُهُ الَّذِي بَيْنَ جَنْبَيْهِ كَمَا قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أُشْهِدُ اللَّهَ وَ رُسُلَهُ وَ مَلائِكَتَهُ أَنِّي رَاضٍ عَمَّنْ رَضِيتِ عَنْهُ سَاخِطٌ عَلَى مَنْ سَخِطْتِ عَلَيْهِ مُتَبَرِّئٌ مِمَّنْ تَبَرَّأْتِ مِنْهُ مُوَالٍ لِمَنْ وَالَيْتِ مُعَادٍ لِمَنْ عَادَيْتِ مُبْغِضٌ لِمَنْ أَبْغَضْتِ مُحِبٌّ لِمَنْ أَحْبَبْتِ وَ كَفَى بِاللَّهِ شَهِيدا وَ حَسِيبا وَ جَازِيا وَ مُثِيبا |
Sonra Rəsulallaha (s) və Məsum İmamlara (ə) salavat göndər.
4-cü ziyarət: Şeyx Abbas Qumi deyir: «Seyid ibn Tavus da bu ziyarətnaməni «Zəvaidul fəvaid» kitabında nəql etmişdir və onun Cəmadius-saniyə ayının 3-сü həzrəti Fatimənin (s.ə) vəfat gününə məxsus olduğunu əlavə etmişdir. Orada ziyarətin qaydası belədir: əvvəl ya ziyarət namazı, ya da həzrəti Fatimənin (s.ə) öz namazını qılırsan (Xanım Fatimənin (s.ə) öz namazı 2 rəkətdir və hər rəkətdə «Həmd» surəsindən sonra 60 dəfə «İxlas» surəsini oxumaq lazımdır. Əgər edə bilməsən, 1-ci rəkətdə «Həmd» surəsindən sonra 1 dəfə «İxlas» surəsini, 2-ci rəkətdə isə «Həmd» surəsindən sonra «Kafirun» surəsini oxu. Namazdan sonra ziyarətnaməni oxu»[10] Ziyarətnamə belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələyki ya səyyidətə nisail aləmin, Əssəlamu ələyki ya validətəl hucəci ələn nasi əcməin, Əssəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqqəha. | Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım! | السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا |
Sonra de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik, səlatən tuzlifuha fəvqə zulfa, ibadikəl mukərrəminə min əhlis səmavati və əhlil ərəzin. | İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin! | اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ |
5-ci ziyarət: Seyid ibn Tavus «İqbal» kitabında cəmadius-sani ayının 20-i Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud gününün əməllərində bir ziyarət qeyd etmişdir.
| Transkripsiya | Tərcümə | Ərəbcə | |
|---|---|---|---|
| Əssəlamu ələyki ya bintə rəsulillah, əssəlamu ələyki ya bintə nəbiyyillah, əssəlamu ələyki ya bintə həbibillah, əssəlamu ələyki ya bintə xəlilillah, əssəlamu ələyki ya bintə səfiyyillah, əssəlamu ələyki ya bintə əminillah, əssəlamu ələyki ya bintə xəyri xəlqillah, əssəlamu ələyki ya bintə əfzəli ənbiyaillah və rusulihi və məlaikətih, əssəlamu ələyki ya bintə xəyril bəriyyəh, əssəlamu ələyki ya səyyidəti nisail aləminə minəl əvvəlinə vəl axirin, əssəlamu ələyki ya zəvcətə vəliyyillah və xəyril xəlqi bə`də rəsulillah, əssəlamu ələyki ya umməl Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil cənnəh, əssəlamu ələyki əyyətuhəs siddiqətuş şəhidəh, əssəlamu ələyki əyyətuhər rəziyyəh, əssəlamu ələyki əyyətuhəl fazilətuz zəkiyyəh, əssəlamu ələyki əyyətuhəl həvraul insiyyəh, əssəlamu ələyki əyyətuhət təqiyyətun nəqiyyəh, əssəlamu ələyki əyyətuhəl muhəddəsətul əliməh, əssəlamu ələyki əyyətuhəl məzlumətul məğsubəh, əssəlamu ələyki əyyətuhəl muztəhədətul məqhurəh, əssəlamu ələyki ya Fatimətu bintə rəsulillah və rəhmətullahi və bərəkatuh, salləllahu ələyki və əla ruhiki və bədənik, əşhədu ənnəki məzəyti əla bəyyinətin min rəbbik, və ənnə min sərrəki fəqəd sərrə rəsuləllahi səlləllahu ələyhi və alih, və mən cəfaki fəqəd cəfa rəsuləllahi salləllahu ələyhi və alih, və mən azaki fəqəd aza rəsuləllahi səlləllahu ələyhi və alih, və mən vəsələki fəqəd vəsələ rəsuləllahi səlləllahu ələyhi və alih, və mən qətəəki fəqəd qətəə rəsuləllahi səlləllahu ələyhi və alih, liənnəki biz`ətun minhu və ruhuhulləzi bəynə cənbəyh, kəma qalə salləllahu ələyhi və alih, uşhidullahə və rusuləhu və məlaikətəhu ənni razin əmmən rəzitu ənh, saxitun əla mən səxitti ələyh. | Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Allahın Peyğəmbərinin qızı! Salam olsun sənə, ey Allahın həbibinin qızı! Salam olsun sənə, ey Allahın dostunun qızı! Salam olsun sənə, ey Allahın seçdiyinin (xalis bəndəsinin) qızı! Salam olsun sənə, ey Allahın əmanətdarının qızı! Salam olsun sənə, ey Allahın yaratdıqlarının ən yaxşısının qızı! Salam olsun sənə, ey Allahın peyğəmbərləri, elçiləri və mələklərinin ən yaxşısının qızı! Salam olsun sənə, ey insanların ən yaxşısının qızı! Salam olsun sənə, ey əvvəldən axıra qədər aləmlərin qadınlarının sərvəri! Salam olsun sənə, ey Allahın vəlisi və Rəsulullahdan sonra məxluqatın ən yaxşısının həyat yoldaşı! Salam olsun sənə, ey cənnət əhlinin cavanlarının sərvərləri Həsən və Hüseynin anası! Salam olsun sənə, ey Siddiqə (düzdanışan) və ey şəhidə xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı olduğu xanım! Salam olsun sənə, ey fəzilət və paklıq sahibi! Salam olsun sənə, ey insan növündən olan huri! Salam olsun sənə, ey təqvalı və pak-pakizə xanım! Salam olsun sənə, ey mələklərlə danışan alimə xanım! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım! Salam olsun sənə, ey sitəm olunan və düşmənlərin qəzəbinə tuş gələn xanım! Salam olsun sənə, ey Rəsulullahın qızı Fatimə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allahın salamı olsun sənə, sənin pak ruhuna və bədəninə! Şəhadət verirəm ki, həqiqətən, sən Rəbbin tərəfindən aşkar bir dəlillə dünyadan köçdün. Şəhadət verirəm ki, həqiqətən, səni sevindirən, şübhəsiz, Rəsulullahı (Allahın salamı olsun ona və Əhlibeytinə) sevindirmiş, sənə zülm edən, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) zülm etmiş, sənə əzab-əziyyət verən, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) əzab-əziyyət vermiş, sənin yoluna qovuşan, şübhəsiz, Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) qovuşmuş və sənə qırmanc vuran, şübhəsiz Rəsulullaha (Allahın salamı olsun ona və Əhlibeytinə) qırmanc vurmuşdur. Çünki sən onun ciyərinin parası və bədənindəki ruhusan. Necə ki, Rəsulullah (Allahın salamı olsun ona və Əhlibeytinə) buyurmuşdur: “Allahı, Onun Rəsulunu və mələklərini şahid tuturam ki, mən sənin razı olduğun şəxslərdən razı, qəzəbləndiyin şəxslərə qəzəbli, nifrət etdiyin şəxslərə nifrət edir, dost bildiklərini dost və düşmən bildiklərini düşmən bilirəm, kin bəslədiyin şəxslərə qarşı kinliyəm. Səninlə dostluq edənlə dostam, sənə düşmən olanla düşmənəm və səninlə müharibə edənlə müharibəyədəyəm. Ey sərvərim, mənim sənə, atana, həyat yoldaşına və övladlarından olan imamlara yəqinim və onların rəhbərliyinə imanım vardır, mən onlara itaət edirəm. Şəhadət verirəm ki, (haqq) din onların dinidir və (icrası lazım olan) fərman onların fərmanıdır. Onlar izzətli və cəlalətli Allah tərəfindən hökmləri çatdırmış, hikmət və gözəl moizə ilə Allah yoluna dəvət etmişlər. Bu yolda məzəmmət edənlərin məzəmməti onlara təsir etməmişdir. Allahın salamı olsun sənə, atana, həyat yoldaşına, iki övladına və nəslinə. Ey Allahım, Muhəmmədə və onun Əhlibeytinə salam göndər. Salam göndər bətul, tahirə (pakizə), siddiqə (doğru danışan), məsumə (günahsız), təqiyyə (təqvalı), nəqiyyə (pak), rəziyyə (Allahdan razı olan), zəkiyyə (günahı olmayan), rəşidə (hidayət olunmuş), məzlumə (zülm görən), məqhurə (kədərli), haqqı qəsb olunan, irsi əlindən alınan, qabırğası sınan, həyat yoldaşına zülm olunan və övladı öldürülən xanıma; o Fatiməyə - rəsulunun qızına, onun canının parçasına, ürəyinin meyvəsinə və cigər guşəsinə, Sənin Öz peyğəmbərin üçün seçdiyin və peyğəmbərinin canişininə aid etdiyin xanıma, Müstəfanın məhbubuna, Mürtəzanın həmdəminə, qadınların sərvərinə, övliyalara müjdə verənə, zöhd təcəllasına, cənnət meyvəsinə. O əbədi insana ki, doğumunu cənnət qadınları ilə şərafətləndirdin, imamların nurunu ondan cari etdin və onun yanında nübüvvət pərdəsini kənara çəkdin. Ey Allahım, ona elə bir salam göndər ki, Sənin yanında olan məqam və şərafətini və Sənin ondan razılığnı artırsın. Bizim salamımızı ona çatdır və onunla dostluğumuzun əvəzində Öz tərəfindən bizə lütf, ehsan, rəhmət və məğfirət bəxş et. Həqiqətən Sən bağışlayan və kərimsən. | السَّلامُ عَلَيْكِ يَا بِنْتَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ صَفِيِّ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَمِينِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ خَلْقِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ أَفْضَلِ أَنْبِيَاءِ اللَّهِ وَ رُسُلِهِ وَ مَلائِكَتِهِ السَّلامُ عَلَيْكِ يَا بِنْتَ خَيْرِ الْبَرِيَّةِ السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ السَّلامُ عَلَيْكِ يَا زَوْجَةَ وَلِيِّ اللَّهِ وَ خَيْرِ الْخَلْقِ بَعْدَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكِ يَا أُمَّ الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْفَاضِلَةُ الزَّكِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْحَوْرَاءُ الْإِنْسِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمُحَدَّثَةُ الْعَلِيمَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَغْصُوبَةُ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمُضْطَهَدَةُ الْمَقْهُورَةُ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ بِنْتَ رَسُولِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ صَلَّى اللَّهُ عَلَيْكِ وَ عَلَى رُوحِكِ وَ بَدَنِكِ أَشْهَدُ أَنَّكِ مَضَيْتِ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّكِ وَ أَنَّ مَنْ سَرَّكِ فَقَدْ سَرَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ جَفَاكِ فَقَدْ جَفَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ آذَاكِ فَقَدْ آذَى رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ وَصَلَكِ فَقَدْ وَصَلَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ مَنْ قَطَعَكِ فَقَدْ قَطَعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ لِأَنَّكِ بَضْعَةٌ مِنْهُ وَ رُوحُهُ الَّذِي بَيْنَ جَنْبَيْهِ كَمَا قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أُشْهِدُ اللَّهَ وَ رُسُلَهُ وَ مَلائِكَتَهُ أَنِّي رَاضٍ عَمَّنْ رَضِيتِ عَنْهُ سَاخِطٌ عَلَى مَنْ سَخِطْتِ عَلَيْهِ وَ وَلِىٌّ لِمَنْ وَالَاکِ، وَ عَدُوٌّ لِمَنْ عَادَاکِ، وَ حَرْبٌ لِمَنْ حَارَبَکِ. اَنَا یَا مَوْلَاتِى بِکِ وَ بِاَبِیکِ وَ بَعْلِکِ، وَ الْاَئِمَّةِ مِنْ وُلْدِکِ مُوقِنٌ، وَ بِوِلَایَتِهِمْ مُؤْمِنٌ، وَ بِطَاعَتِهِمْ مُلْتَزِمٌ. اَشْهَدُ اَنَّ الدِّینَ دِینُهُمْ، وَالْحُکْمَ حُکْمُهُمْ. وَ هُمْ قَدْ بَلَّغُوا عَنِ اللهِ عَزَّ وَ جَلَّ، وَ دَعَوْا اِلَىٰ سَبِیلِ اللهِ بِالْحِکْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ. لَا تَأْخُذُهُمْ فِى اللهِ لَوْمَةُ لَائِمٍ. وَ صَلَوَاتُ اللهِ عَلَیْکِ وَ عَلَىٰ اَبِیکِ وَ بَعْلِکِ، وَ ابْنَیْکِ وَ ذُرِّیَّتِکِ الْاَئِمَّةِ الطَّاهِرِینَ. اَللَّـهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اَهْلِ بَیْتِهِ، وَ صَلِّ عَلَى الْبَتُولِ الطَّاهِرَةِ، اَلصِّدِّیقَةِ الْمَعْصُومَةِ، اَلتَّقِیَّةِ النَّقِیَّةِ، اَلرَّضِیَّةِ الزَّکِیَّةِ الرَّشِیدَةِ، اَلْمَظْلُومَةِ الْمَقْهُورَةِ، اَلْمَغْصُوبَةِ حَقُّهَا، اَلْمَمْنُوعَةِ اِرْثُهَا، اَلْمَکْسُورَةِ ضِلْعُهَا، اَلْمَظْلُومِ بَعْلُهَا، اَلْمَقْتُولِ وَلَدُهَا، فَاطِمَةَ بِنْتِ رَسُولِکَ، وَ بِضْعَةِ لَحْمِهِ، وَ صَمِیمِ قَلْبِهِ، وَ فِلْذَةِ کَبِدِهِ، وَ النُّخْبَةِ مِنْکَ لَهُ، وَ التُّحْفَةِ خَصَصْتَ بِهَا وَصِیَّهُ، وَ حَبِیبَةِ الْمُصْطَفَىٰ، وَ قَرِینَةِ الْمُرْتَضَىٰ، وَ سَیِّدَةِ النِّسَآءِ، وَ مُبَشِّرَةِ الْاَوْلِیَآءِ، حَلِیفَةِ الْوَرَعِ وَ الزُّهْدِ، وَ تُفَّاحَةِ الفِرْدَوْسِ، وَ الْخُلْدِ الَّتِى شَرَّفْتَ مَوْلِدَهَا بِنِسَآءِ الْجَنَّةِ، وَ سَلَلْتَ مِنْهَا اَنْوَارَ الْاَئِمَّةِ، وَ اَرْخَیْتَ دُونَهَا حِجَابَ النُّبُوَّةِ. اَللَّـهُمَّ صَلِّ عَلَیْهَا صَلَاةً تَزِیدُ فِى مَحَلِّهَا عِنْدَکَ، وَ شَرَفِهَا لَدَیْکَ، وَ مَنْزِلَتِهَا مِنْ رِضَاکَ. وَ بَلِّغْهَا مِنَّا تَحِیَّةً وَ سَلَامًا، وَ اٰتِنَا مِنْ لَدُنْکَ فِى حُبِّهَا فَضْلًا وَ اِحْسَانًا، وَ رَحْمَةً وَ غُفْرَانًا. اِنَّکَ ذُو الْعَفْوِ الْکَرِیمِ | Ərəbisi kamildir, transkripsiyanın ardı yoxdur |
Sonra öz hacətini dilə, inşaallah qəbul olar.
Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 199, hədis 19
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 198, hədis 18
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 196,
Fəqih, c 2, səh 572-ə istinadən
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 97, s.197,
Fəqih, c 2, səh 572-ə istinadən
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 191, hədis 1,
Uyuni əxbarir-Rza, c 1, səh 311, hədis 76-a istinadən
[6] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 194, hədis 10
[7] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 194, hədis 9,
Təhzib, c 6, səh 9, hədis 11-ə istinadən
[8] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 194, hədis 11,
Şeyx Tusi — Təhzib, c 6, səh 9, hədis 12-ə istinadən
[9] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 195, hədis 12,
Şeyx Tusi — Təhzib, c 6, səh 10-a istinadən
[10] Doğrudur ki, mötəbər rəvayətə əsasən Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günü cəmadius-saninin 3-ə təsadüf edir (Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 793, Əllamə Məclisi — Zadul-məad, səh 456, Əllamə Məclisi — Biharul-ənvar, c 43, səh 170), lakin o Xanımın Həzrət Rəsulallahın (s) vəfatından 95 gün sonra vəfat etdiyini bəyan edən rəvayətləri, habelə ayların 29 və ya 30 gün olduğunu nəzərə alsaq, cəmadius-saninin 3, 4 və 5-i Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri olaraq qeyd etmək tövsiyə edilir.
[11] Seyid ibn Tavus — İqbal, səh 624-626,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 199, hədis 20 (az bir fərqlə)
