TAM Mübarək Ramazan ayının on yeddinci gecəsi — Ramazan ayı, 17-ci gecə
Çox mübarək gündür. Bu günün gecəsi peyğəmbərin qoşunu kafirlərin qoşunu ilə Bədrdə görüşdülər. Gündüzü isə Bədr döyüşü oldu. Allah taala o həzrətin qoşununu müşriklərə qalib etdi. Bu döyüş İslam qoşununun ən böyük nailiyyətlərindən biridir. Bu səbəbdən də, alimlər bu günün gecəsi sədəqə verməyi, qüsl alıb ibadət etməyi və çoxlu şükür etməyi sifariş edirlər.
Müəllif deyir: Hədislərdə gəlmişdir ki, Bədr döyüşü olan gecə peyğəmbər öz səhabəsinə buyurdu: «Kim bu gecə gedib bizim üçün quyudan su çəkib gətirər?» Hamı sakit oldular. Heç kim cürət edib irəli gələ bilmədi. Həzrət Əli (ə) bir tuluğ götürüb su gətirməyə yollandı. O gecə çox soyuq və küləkli gecə idi. Zülmət hər yanı bürümüşdü. Həzrət quyunun başına yetişdi. Quyu çox dərin və qaranlıq idi. Həzrət orada quyudan su çəkmək üçün bir qab tapa bilmədi. Çarəsiz qalıb quyuya enib tuluğu doldurdu. Həzrət quyudan çıxıb gəlmək istədikdə bərk külək əsməyə başladı. Elə ki, həzrət onun şiddətindən yerə oturdu. Sakitləşməsini gözlədi. İstədi durub getsin yenidən külək bərkidi. Yenə yerə əyləşdi. Gözlədi. Üçüncü dəfə getmək istədikdə yenə şiddətli külək başladı. Həzrət yenə yerə oturub gözlədi. Sakitləşəndə ayağa qalxıb özünü peyğəmbərə yetirdi.» Peyğəmbər (s) soruşdu: «Ya Əbəlhəsən, niyə gec gəldin?» Belə cavab verdi: «Üç dəfə gəlmək istədikdə güclü külək başladı. Gecikməyim onlara görə idi.» Peyğəmbər (s) buyurdu: «Heç bilirsən onlar nə idilər, ey Əli!» Ərz etdi: «Xeyir!» Buyurdu: «Birincisi Cəbrail idi. Min mələklə gəlib sənə salam verdilər. İkincisi Mikail idi. O da min mələklə gəlib sənə salam verdilər. Üçüncüsü isə İsrafil idi. O da min mələklə gəlib sənə salam verdilər. Bunlar bizə kömək üçün yerə eniblər.
Bu ki, deyirlər: «Əli (ə) bir gecədə üç min mənqəbətə sahib olub, bu məsələyə işarədir.» Böyük İslam şairi Seyid Himyəri də o həzrətin mədhində bu məsələyə toxunmuşdur.
Allaha və Onun nemətlərinə and içirəm. İnsan dediklərinin məsuliyyətini daşımalıdır. Həqiqətən, Əbu Talibin oğlu Əlinin fitrəti təqva və xeyirxahlıqla yoğurulmuşdur. Nizələr müharibə odunu qaladıqda, şücaətli döyüşçülər qorxudan müharibə meydanından qaçırdılar. Əli isə əlinə iti qılınc aldığı halda, öz rəqibi ilə döyüşmək üçün hərəkət edirdi. Öz balalarını ova apardığı zaman onların arasında hərəkət edən aslan kimi! Əli həmin şəxsdir ki, bir gecə Mikayıl və Cəbrail ona salam verdi. Bədirlənmiş bir gecədə Mikayıl və Cəbrail min mələklə və onların arxasınca İsrafil də min mələklə birlikdə (Məkkəyə gələn) «Əbabil» quşları tək Peyğəmbəri-Əkrəmə kömək etmək üçün yer üzünə enmişdilər.
Belə bir gecədə Həzrət Rəsulallah (s) Bədr məntəqəsində Qureyş kafirlərinin qoşunu ilə üz-üzə gəldi və ramazan ayının on yeddisi günü Bədr döyüşü baş verdi. Baxmayaraq ki, müsəlmanlar sayca müşriklərdən qat-qat az idilər və onların döyüş təczihatları da az idi, lakin Allah-Təala İslam qoşununu müşriklərə qalib etdi. Bu qələbə İslamın böyük qələbələrindən biri idi. Bu səbəbdən də alimlər bu günü mübarək bir gün hesab etmiş və bu gündə qüsl etmək, sədəqə vermək, Allaha şükür etməyin müstəhəb olduğunu bildirmişlər. Ramazan ayının on yeddinci gecəsində ibadət etməyin də böyük fəziləti vardır.[1]
Bədr döyüşündən öncəki gecədə Əmirəlmöminin Əlinin (ə) fəzilətlərindən biri barədə
Bir çox rəvayətlərə istinadən, ramazan ayının on yeddinci gecəsi – belə ki, səhəri gün Bədr döyüşü baş verdi – Həzrət Rəsulallah (ə) səhabələrinə buyurdu: «Kim quyudan su çəkib gətirə bilər?» Səhabələrdən heç biri dillənmədi (çünki bu iş olduqca təhlükəli idi). Bu vaxt Əli (ə) ayağa qalxdı və su gətirmək üçün çadırdan çıxdı. Həmin gecə sərt və zülmət bir gecə idi. Soyuq külək əsirdi. Həzrət Əli (ə) su quyusuna çatdı. Quyu dərin olduğundan o həzrət quyudan su çəkmək üçün bir qab tapmadı və bunun üçün özü quyuya daxil oldu. Özü ilə götürdüyü su məşkini su ilə doldurub quyudan çıxdı. Geri dönərkən qəfildən möhkəm külək əsdi. Həzrət Əli (ə) yerə oturdu və külək yatdıqdan sonra ayağa qalxıb hərəkət etdi. Elə bu vaxt bir daha möhkəm külək əsdi. O həzrət çarəsiz qalıb yenə də yerə oturdu və külək yatdıqdan sonra yoluna davam etdi. Üçüncü dəfə də əvvəlki kimi möhkəm külək əsdi, bu dəfə də o həzrət yerə oturub küləyin yatmasını gözlədi. Külək yatdıqdan sonra yoluna davam edib Rəsulallahın (ə) hüzuruna gəldi. Həzrət Peyğəmbər (ə) ondan soruşdu: «Ey ƏbəlHəsən, nə üçün gec gəldin?» O həzrət baş verənləri danışdı. Həzrət Peyğəmbər (ə) ondan soruşdu: «O möhkəm küləklərin nə olduğunu başa düşdünmü?» Həzrət Əli (ə): «Xeyr»- deyə cavab verdi. Həzrət Peyğəmbər (ə) buyurdu: «Birinci külək Cənab Cəbrailin min mələklə enişinin küləyi idi və onlar sənə salam dedilər. İkinci külək Mikailin min mələklə enişinin küləyi idi və onlar da sənə salam dedilər. Üçüncüsü isə İsrafilin min mələklə enişi idi və onlar da əvvəlkilər kimi sənə salam dedilər. Onlar döyüşdə bizə kömək etmək üçün gəlmişlər.»[2]
Əmirəl-möminin Əlinin (ə) bir gecədə üç min üç fəzilətə nail olduğunu nəzmə çəkən şair də bu hadisəyə işarə etmişdir, yəni Allahın üç müqərrəb mələyi üç min mələklə birlikdə o həzrətə salam demişlər.
Seyid Himyəri də öz şeirində Əmirəlmöminin Əlinin (ə) mədhində bu hadisəyə işarə edərək yazır:
| وَ الْمَرْءُ عَمَّا قَالَ مَسْئُولٌ عَلَى الْتُّقَى وَ الْبِرِّ مَجْبُولٌ وَ أَحْجَمَتْ عَنْهَا الْبَهَالِيلُ أَبْيَضُ مَاضِي الْحَدِّ مَصْقُولٌ أَبْرَزَهُ لِلْقَنَصِ الْغِيلُ لَيْلَةٍ عَلَيْهِ مِيكَالٌ وَ جِبْرِيلٌ فِي أَلْفٍ وَ يَتْلُوهُمْ سَرَافِيلُ كَأَنَّهُمْ طَيْرٌ أَبَابِيلُ | أُقْسِمُ بِاللَّهِ وَ آلائِهِ اِنَّ عَلِيِّ بْنَ أَبِي طَالِبٍ كَانَ إِذَا الْحَرْبُ مَرَتْهَا الْقَنَا يَمْشِي إِلَى الْقِرْنِ وَ فِي كَفِّهِ مَشْيَ الْعَفَرْنَا بَيْنَ أَشْبَالِهِ ذَاكَ الَّذِي سَلَّمَ فِي مِيكَالُ فِي أَلْفٍ وَ جِبْرِيلُ لَيْلَةَ بَدْرٍ مَدَدا أُنْزِلُوا | ||
| Vəl mər`u əmma qalə məsulu. Ələt tuqa vəl birri məcbulu. Və əhcəmət ənhəl bəhalilu. Əbyəzu mazil həddi məsqulu. Əbrəzəhu lil qənəsil ğilu. Ələyhi Mikalun və Cibrilu. Fi əlfin və yətluhum Sərafilu. Kəənnəhum təyrun əbabilu. | Uqsimu billahi və alaih, İnnə Əliyyəbnə Əbi Talibin Kanə izəl hərbu mərəthəl qəna Yəmşi iləl qirni və fi kəffih, Məşəl əfərna bəynə əşbalih Zakəlləzi səlləmə fi ləylətin Mikalu fi əlfin və Cibril Ləylətə bədrin mədədən unzilu |
| Allaha və Onun nemətlərinə and içirəm. İnsan dediklərinin məsuliyyətini daşımalıdır. Həqiqətən, Əbu Talibin oğlu Əlinin fitrəti təqva və xeyirxahlıqla yoğurulmuşdur. Nizələr müharibə odunu qaladıqda, şücaətli döyüşçülər qorxudan müharibə meydanından qaçırdılar. Əli isə əlinə iti qılınc aldığı halda, öz rəqibi ilə döyüşmək üçün hərəkət edirdi. Öz balalarını ova apardığı zaman onların arasında hərəkət edən aslan kimi! Əli həmin şəxsdir ki, bir gecə Mikayıl və Cəbrail ona salam verdi. Bədirlənmiş bir gecədə Mikayıl və Cəbrail min mələklə və onların arxasınca İsrafil də min mələklə birlikdə (Məkkəyə gələn) “Əbabil” quşları tək Peyğəmbəri-Əkrəmə kömək etmək üçün yer üzünə enmişdilər. |
Mənbələr:
[1] Əllamə Məclisi – Zadul-məad, səh 179
[2] Əllamə Məclisi — Bihaul-ənvar, c 19, səh 286, 293, 316 və c 39, səh 95
