TAM Mübarək Ramazan ayının on beşinci günü — Ramazan ayı, 15-ci gün

Print Friendly, PDF & Email

Hicrətin üçüncü ili imam Həsən Müctəba (ə) anadan olmuşdur. Şeyx Mufid yazır ki, İmam Məhəmməd Təqinin (ə) də mövludu 195-ci ildə belə bir gündə olmuşdur. Amma məşhur başqa gündür. Hər iki halda çox şərafətli gündür. Bu gün xeyir işlər görmək və sədəqə çıxarmağın böyük fəziləti vardır.
Hicrətin 3-cü ili ramazan ayının on beşinci günündə İmam Həsən Müctəba (ə) dünyaya göz açdı.[1] Bəzi tarixçilər İmam Məhəmməd Təqinin (ə) də ramazan ayının on beşi (hicri-qəməri 195-ci il) dünyaya gəldiyini qeyd etmişlər, əlbəttə, bu nəzər qeyri-məşhurdur.[2] Bu gün olduqca fəzilətli bir gündür və bu gündə ehtiyaclılara əl tutmağın, sədəqə verməyin böyük savabı vardır.
Mənbələr:
[1] Muntəhəl-amal, İmam Həsən Müctəbanın (ə) həyatı
(Bəzi tarixçilər o həzrətin hicrətin 2-ci ili dünyaya gəldiyini qeyd etmişlər)
[2] Muntəhəl-amal, İmam Məhəmməd Təqinin (ə) həyatı

Читайте также: