Ziyarətnamə: İmam Hüseyn (ə) ziyarəti və bu ziyarətlə bağlı bəzi göstərişlər — 2-ci hissə

Print Friendly, PDF & Email

13) İmam Hüseynin (ə) qəbrinin yanında vacib və müstəhəb namazaları qıl, çünki o həzrətin yanında qılınan namaz qəbul olunar. Seyid ibn Tavus  və İbn Qavlaveyn yazırlar ki, o həzrətin yanında qılınan vacib namaz həccə, müstəhəb namaz isə ümrə ilə bərabərdir.[1]
Şeyx Abbas Qumi deyir: “Müfəzzəlin rəvayətində  o həzrətin hərəmində qılınan namazın çoxlu savabı açıqlandı. İmam Sadiqdən (ə) nəql olunan mötəbər bir hədisdə belə buyurulur: “İmam Hüseyni (ə) ziyarət edib, 2 yaxud 40 rəkət namaz qılan şəxsə həcc və ümrənin savabı yazılar.” Rəvayətlərdən başa düşülür ki, o həzrətin qəbrinin ayaq, yaxud baş tərəfində ziyarət və digər namazlar qılmaq yaxşıdır.[2]
Əbu Həmzə Sumalinin İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətində buyurulur ki, o həzrətin qəbrinin baş tərəfində 1-ci rəkətdə «Həmd»«Yasin» , 2-ci rəkətdə isə «Həmd»«Ər-Rəhman» surələrini deməklə iki rəkət namaz qılmaq müstəhəbdir[3]. Qəbrin ayaq tərəfində qılmağın da heç bir eybi yoxdur, lakin baş tərəfdə daha yaxşıdır. (Əlbəttə, namazı qəbrin baş tərəfində qıldıqda, bir qədər geridə dayanmaq lazımdır ki, qəbir ilə eyni xətt üzrə olmasın.) Bu namazdan sonra hər bir yerdə istənilən namazı qılmaq olar. Amma 2 rəkətdən ibarət ziyarət namazını gərək qəbrin yanında qılınsın.
İbn Qavlaveyh İmam Baqirdən (ə) nəql edir ki, o həzrət bir nəfərə buyurdu: “Ey filankəs, nə olar ki, sənə bir çətinlik üz gətirdikdə, gedib İmam Hüseynin (ə) qəbrinin yanında 4 rəkət namaz qılasan və öz diləyini istəyəsən. Həqiqətən, o həzrətin yanında qılınan vacib namaz həclə, müstəhəb namaz isə ümrə ilə bərabərdir.[4]
İmam Baqirin (ə) hədisindən başa düşülür ki, hər kim İmam Hüseynin (ə) qəbri yanında 2 və ya 4 rəkət namaz qılıb hacətini diləsə, hacəti qəbul olunar.[5]
İbn Əbu Yə`fur İmam Sadiqə ərz edir: “Sizi ziyarət etmək şövqü səbəb oldu ki, bir xeyli çətinliklərə qatlaşım və sizin görüşünüzə nail olum.” İmam Sadiq (ə) ona buyurdu: “Rəbbindən şikayətlənmə! Nə üçün o kəsin ziyarətinə getmədin ki, sənin boynunda onun haqqı mənim haqqımdan daha çoxdur?” İbn Əbu Yə`fur deyir: “O həzrətin bu iki cümləsi mənə ağır gəldi. İkinci cümləsi birinci cümləsindən daha ağır gəldi. Odur ki, soruşdum: “O kimdir ki, mənim boynumda onun haqqı sizin haqqınızdan daha çoxdur?” O həzrət buyurdu: “Hüseyn ibn Əli (ə). Nə üçün İmam Hüseynin (ə) yanına getmədin və orada dua edib hacətini diləmədin?!”[6]
14) Bilmək lazımdır ki, İmam Hüseynin (ə) müqəddəs hərəmində ən mühüm məsələ duadır.
Hədislərdə buyurulur ki, Allah-Təala şəhadət müqabilində İmam Hüseynə (ə) üç şey əta etdi: imamlığı onun övladları arasında, şəfanı onun türbətində və onun qəbri kənarında (bəzi hədislərdə “onun günbəzinin altında” ifadəsi işlənmişdir) duaların qəbul olunmasını qərar verdi.[7]
Şeyx Abbas Qummi yazır ki, İmam Hüseynin (ə) günbəzi altında duaların qəbul olunması şəhadət əvəzində Allah-Təalanın ona əta etdiyi məziyyətlərdən biridir. Odur ki, zəvvar bunu qənimət bilib dua etmək və hacət diləməkdə səhlənkarlıq etməsin. Bu məkanda uca və dərin məzmuna malik duaları oxusun. Biz burada 4 duanı sizin nəzərinizə çatdırırıq:
Birinci dua: “Əminullah” ziyarətinin (bu ziyarət bir qədər əvvəldə qeyd olundu) axırında gələn dərin məzmuna malik duanı oxumaq tövsiyə olunur. Əlbəttə, İmam Hüseyni (ə) “Əminullah” ziyarətilə də ziyarət etmək tövsiyə olunur və qeyd olunduğu kimi, bu ziyarəti hər İmamın (ə) məqbərəsində oxumaq olar.
İkinci dua: “Camiə ziyarətləri”ndən sonra gələcək duaları oxumaq tövsiyə olunur.
Üçüncü dua: Seyid ibn Tavusun “Misbahuz-zair” kitabında “Əimmətul-muminin” ziyarətindən (üçüncü Camiə ziyarəti) sonra nəql etdiyi “Aliyətul-məzamin” duasını oxumaq tövsiyə olunur.
Dördüncü dua: Burada isə bir ziyarətin əsnasında nəql olunan bir qısa duanı qeyd etmək istəyirik. İmam Hüseynin (ə) pak hərəmində əlləri göyə qaldırdığın halda, belə deyirsən[8]:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə qəd təra məkani və təsməu kəlami, və təra məqami (məkani) və təzərrui və məlazi, biqəbri huccətikə vəbni nəbiyyik, və qəd əlimtə ya səyyidi həvaici və la yəxfa ələykə hali, və qəd təvəccəhtu iləykə bibni rəsulikə və huccətikə və əminik, və qəd ətəytukə mutəqərribən bihi iləykə və ila rəsulik, fəc`əlni bihi indəkə vəcihən fid dunya vəl axirəti və minəl muqərrəbin, və ə`tini biziyarəti əməli vəhəb li munay, və təfəzzəl ələyyə bişəhvəti (bisu`li) və rəğbəti, vəqzi li həvaici və la təruddəni xaiba, və la təqtə` rəcai və la tuxəyyib duai, və ərrifnil icabətə fi cəmii ma dəəvtukə min əmrid dini vəd dunya vəl axirəh, vəc`əlni min ibadikəl-ləzinə sərəftə ənhumul bəlaya vəl əmraz, vəl fitənə vəl ə`raz, minəlləzinə tuhyihim fi afiyətin və tumituhum fi afiyəh, və tudxiluhumul cənnətə fi afiyətin və tuciruhum minən nari fi afiyəh, və vəffiq li bimənnin minkə səlahə ma uəmmilə fi nəfsi və əhli və vuldi, və ixvani və mali və cəmii ma ən`əmtə bihi ələyy, ya ərhəmər rahimin.İlahi, həqiqətən, Sən mənim məkanımı görür, sözümü eşidir, durduğum yeri və ah-naləmi görürsən. Mən Sənin höccətin və Peyğəmbərinin övladının qəbrinə pənah gətirmişəm. Ey mənim sərvərim, həqiqətən, Sən mənim hacətlərimdən xəbərdarsan və vəziyyətim Səndən gizli deyil! İndi isə Rəsulunun övladı, höccət və əmanətdarının vasitəsilə Sənin dərgahına üz tutmuş, Sənə və Rəsuluna yaxınlaşmaq üçün gəlmişəm. Elə isə məni Öz dərgahında dünya və axirətdə başıuca et və Sənə yaxın olanlar sırasına qat, ziyarətimlə arzularımı gerçəkləşdir, məni niyyətimə yetir, istək və arzularıma çatdır, hacətlərimi rəva et, məni naümid geri qaytarma, ümidimi üzmə, istəklərimdən məhrum etmə və din, dünya və axirət işləri ilə bağlı Səndən istədiyim bütün dualarımın qəbul olduğunu mənə göstər, məni bəla, xəstəlik, fitnə və zərərlərdən uzaqlaşdırıb sağlam yaşatdığın, rahat öldürdüyün, sağlamlıqla cənnətə apardığın və cəhənnəm odundan xilas etdiyin bəndələrdən qərar ver, Öz minnətinlə özüm, əhli-əyalım, övladlarım, qardaşlarım, malım və mənə verdiyin bütün nemətlərlə bağlı Səndən arzuladıqlarımın xeyrini mənim üçün hazırla, ey mehribanların ən mehribanı!اللَّهُمَّ قَدْ تَرَى مَكَانِي وَ تَسْمَعُ كَلامِي وَ تَرَى مَقَامِي [مَكَانِي‏] وَ تَضَرُّعِي وَ مَلاذِي بِقَبْرِ حُجَّتِكَ وَ ابْنِ نَبِيِّكَ وَ قَدْ عَلِمْتَ يَا سَيِّدِي حَوَائِجِي وَ لا يَخْفَى عَلَيْكَ حَالِي وَ قَدْ تَوَجَّهْتُ إِلَيْكَ بِابْنِ رَسُولِكَ وَ حُجَّتِكَ وَ أَمِينِكَ وَ قَدْ أَتَيْتُكَ مُتَقَرِّبا بِهِ إِلَيْكَ وَ إِلَى رَسُولِكَ فَاجْعَلْنِي بِهِ عِنْدَكَ وَجِيها فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ مِنَ الْمُقَرَّبِينَ وَ أَعْطِنِي بِزِيَارَتِي أَمَلِي وَ هَبْ لِي مُنَايَ وَ تَفَضَّلْ عَلَيَّ بِشَهْوَتِي [بِسُؤْلِي‏] وَ رَغْبَتِي وَ اقْضِ لِي حَوَائِجِي وَ لا تَرُدَّنِي خَائِبا وَ لا تَقْطَعْ رَجَائِي وَ لا تُخَيِّبْ دُعَائِي وَ عَرِّفْنِي الْإِجَابَةَ فِي جَمِيعِ مَا دَعَوْتُكَ مِنْ أَمْرِ الدِّينِ وَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ اجْعَلْنِي مِنْ عِبَادِكَ الَّذِينَ صَرَفْتَ عَنْهُمُ الْبَلايَا وَ الْأَمْرَاضَ وَ الْفِتَنَ وَ الْأَعْرَاضَ مِنَ الَّذِينَ تُحْيِيهِمْ فِي عَافِيَةٍ وَ تُمِيتُهُمْ فِي عَافِيَةٍ وَ تُدْخِلُهُمُ الْجَنَّةَ فِي عَافِيَةٍ وَ تُجِيرُهُمْ مِنَ النَّارِ فِي عَافِيَةٍ وَ وَفِّقْ لِي بِمَنٍّ مِنْكَ صَلاحَ مَا أُؤَمِّلُ فِي نَفْسِي وَ أَهْلِي وَ وُلْدِي وَ إِخْوَانِي وَ مَالِي وَ جَمِيعِ مَا أَنْعَمْتَ بِهِ عَلَيَّ يَا أَرْحَمَ الرَّاحِمِينَ

15) İmam Hüseynin (ə) hərəminin əməllərindən biri də həzrətə salavat göndərməkdir. Rəvayətə əsasən həzrətin mübarək çiyninin arxasında dayanıb (hərəmin daxilində) peyğəmbərə və imam Hüseynə (ə) salavat göndər. Əllamə məclisi Seyid ibn Tavus “Misbah” kitabından imama aid olan salavatları ziyarətnamələrin arasında belə nəql etmişdir[9]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və salli ələl Huseynil məzlumiş şəhid, qətilil əbərati və əsiril kurubat, səlatən namiyətən zakiyətən mubarəkəh, yəs`ədu əvvəluha və la yənfədu axiruha, əfzələ ma səlləytə əla əhədin min əvladil ənbiyai vəl mursəlin, ya rəbbəl aləmin, Əllahummə salli ələl imamiş şəhidil məqtulil məzlumil məxzul, vəs səyyidil qaidi vəl abidiz zahid, əl vəsiyyil xəlifətil imamis siddiqit tuhrit tahirit təyyibil mubarək, vər rəziyyil mərziyyi vət təqiyyil hadil məhdiyy, əz zahidiz zaidil mucahidil alimi imamil huda sibtir rəsul, və qurrəti əynil bətul, səlləllahu ələyhi və alihi və səlləm, Əllahummə salli əla səyyidi və məvlayə kəma əmilə bitaətikə və nəha ən mə`siyətik, və baləğə fi rizvanikə və əqbələ əla imanik, ğəyrə qabilin fikə uzrən sirrən və əlaniyəh, yəd`ul ibadə iləykə və yədulluhum ələyk, və qamə bəynə yədəykə yəhdimul cəvrə bis səvab, və yuhyis sunnətə bil kitab, fəaşə fi rizvanikə məkdudən və məza əla taətikə və fi əvliyaikə məkduhən və qəza iləykə məfquda, ləm yə`sikə fi ləylin və la nəharin bəl cahədə fikəl munafiqinə vəl kuffar, Əllahummə fəczihi xəyrə cəzais sadiqinəl əbrar, və zaif ələyhimul əzabə və liqatilihil iqab, fəqəd qatələ kərimən və qutilə məzlumən və məza mərhumən yəqulu ənəbnu rəsulillahi Muhəmməd, vəbnu mən zəkka və əbədə fəqətəluhu bil əmdil mu`təmədi qətəluhu ələl iman, və ətau fi qətlihiş şəytanə və ləm yuraqibu fihir rəhman, Əllahummə fəsalli əla səyyidi və məvlayə səlatən tərfəu biha zikrəh, və tuzhiru biha əmrəh, və tuəccilu biha nəsrəh, vəxsushu biəfzəli qisəmil fəzaili yəvməl qiyaməh, və zidhu şərəfən fi ə`la illiyyin, və bəlliğhu ə`la şərəfil mukərrəmin, vərfə`hu min şərəfi rəhmətikə fi şərəfil muqərrəbinə fir rəfiil ə`la, və bəlliğhul vəsilətə vəl mənzilətəl cəlilətə vəl fəzilətə vəl kəramətəl cəziləh, Əllahummə fəczihi ənna əfzələ ma cazəytə imamən ən rəiyyətih, və salli əla səyyidi və məvlayə kulləma zukirə və kulləma ləm yuzkər, ya səyyidi və məvlayə ədxilni fi hizbikə və zumrətik, vəstəvhibni min rəbbikə və rəbbi, fəinnə ləkə indəllahi cahən və qədrən və mənzilətən rəfiəh, in səəltə u`titə və in şəfə`tə şuffi`təllahə Əllahə fi əbdikə və məvlak, la tuxəllini indəş şədaidi vəl əhvali lisui əməli və qəbihi fi`li və əzimi curmi, fəinnəkə əməli və rəcai və siqəti və mu`təmədi, və vəsiləti iləllahi rəbbi və rəbbik, ləm yətəvəssəlil mutəvəssilunə iləllahi bivəsilətin hiyə ə`zəmu həqqa, və la əvcəbu hurmətən və la əcəllu qədrən indəhu minkum əhləl bəyt, la xəlləfəniyəllahu ənkum bizunubi, və cəməəni və iyyakum fi cənnəti ədninilləti əəddəha ləkum və liəvliyaikum, innəhu xəyrul ğafirinə və ərhəmur rahimin, Əllahummə əbliğ səyyidi və məvlayə təhiyyətən kəsirətən və səlama, vərdud ələyna minhus səlam, innəkə cəvadun kərimun və salli ələyhi kulləma zukirəs səlamu və kulləma ləm yuzkər, ya rəbbəl aləmin.İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Məzlum, şəhid, göz yaşlarının şəhidi və çətinliklər əsiri Hüseynə salam yetir; elə bir salam ki, çoxlu, pakizə və bərəkətli olsun, başlanğıcı yuxarı qalxsın, sonu da tükənməsin, peyğəmbər və elçilərin övladlarından birinə göndərdiyin salamdan fəzilətli olsun, ey aləmlərin Rəbbi! İlahi, imam, şəhid, məzlumcasına qətlə yetirilən, köməksiz qalan, böyük rəhbər, təqvalı abid, vəsi, xəlifə, düzdanışan imam, pak, pakizə, mübarək, Allahdan razı olan, bəyənilmiş, təqvalı, hidayətçi, hidayət olunmuş, zahid, (dini) müdafiə edən, (haqq yolunda) cihad edən, alim, hidayətçi imam, Peyğəmbərin nəvəsi və Fatimeyi-Zəhranın gözünün işığına salam yetir! Allahın salavat və salamı olsun ona və övladlarına! İlahi, mənim sərvərim və mövlama salam yetir, necə ki, Sənə itaətlə məşğul oldu, (insanları) Sənə itaətsizlikdən çəkindirdi, razılığın yolunda ciddiyyətlə çalışdı, Sənə iman gətirib şəriətinə əməl etdi, Sənin əmrinə müxalif olanların bəhanəsini qəbul etmədi, bəndələri aşkar və gizli şəkildə Sənə doğru dəvət və Sənin yoluna hidayət etdi, Sənin hüzurunda qiyam edib, doğruluqla zülm və haqsızlığı aradan qaldırdı, Peyğəmbərin sünnəsini kitab (Qurani-Kərim) əsasında dirçəltdi, Sənin razılığın uğrunda ömrü boyu çətinliklərə sinə gərdi, Sənə itaət etdiyi, övliyalarının zümrəsində olduğu, ağrı-acılara dözdüyü halda dünyadan getdi, canını Sənə təslim etdi, gecə-gündüz bir an belə Sənə itaətsizlik etmədi, üstəlik, Sənin yolunda münafiq və kafirlərlə mübarizə apardı! İlahi, onu üz danışan və xeyirxah insanlara verdiyin ən yaxşı mükafatla mükafatlandır, onların (münafiq və kafirlərin) əzabını və onu qətlə yetirənlərin cəzasını ikiqat artır! Çünki o həzrət alicənablıqla döyüşdü, məzlumcasına qətlə yetirildi, Allahın rəhmətinə şamil olduğu halda dünyadan getdi, halbuki düşmənlərinə deyirdi: “Mən Allahın rəsulu Muhəmmədin övladı və zəkat verib Allaha ibadət edən şəxsin oğluyam! Demək, o həzrəti mömin olduğu halda, bilərəkdən qətlə yetirdilər, o həzrətin qətlində şeytana itaət etdilər və bu işdə rəhman Allahı nəzərsən qaçırtdılar. İlahi, mənim sərvərim və mövlama salam yetir; elə bir salam ki, adını ucaltsın, əmrini hakim etsin və köməyinə tələssin! (İlahi!) qiyamət günü fəzilətlərin ən yaxşı qismini ona məxsus et, behiştin ən yüksək mərtəbəsində şərəfini artır, onu şərafət və kəramət əhlinin böyük məqamına, rəhmət və şərafətinlə dərgahına yaxın olanların yüksək dərəcəsinə qaldır, onu “vəsilə” məqamı, yüksək dərəcə, fəzilət və böyük kəramətə çatdır! İlahi, onu bizim tərəfimizdən rəiyyətin rəhbərə verdiyi ən yaxşı mükafatla mükafatlandır, sərvərim və mövlama adı çəkildiyi və çəkilmədiyi zaman salam yetir! Ey mənim sərvərim və mövlam, məni öz ordu və zümrənə daxil et, öz Rəbbin və mənim Rəbbimdən mənə bəxşiş dilə! Həqiqətən, sənin Allah dərgahında dərəcən, qədir-qiymətin və uca məqamın var; Ondan bir şey istəsən verəcək və vasitəçilik etsən qəbul edəcək! Bəndən və dostunla bağlı Allahı nəzərdən qaçırma! Məni çirkin əməl və rəftarım, böyük günahımla çətin və qorxulu hadisələrdə tək qoyma! Həqiqətən, sən mənim arzu və ümidim, dayaq və sığınacağım, mənim Rəbbim və öz Rəbbinin dərgahında vəsiləmsən. Allaha təvəssül edənlər yalnız Onun dərgahında haqqı böyük, ehtiramı vacib və məqamı uca olan siz Əhlibeytin vasitəsilə təvəssül edirlər. Allah məni günahlarıma görə sizdən ayırmasın, siz və dostlarınız üçün hazırladığı “Ədn” cənnətində bir yerə toplasın! Həqiqətən, O, bağışlayanların ən yaxşısı və mehribanların ən mehribanıdır! İlahi, mənim sərvərim və mövlama (bizim tərəfimizdən) çoxlu salam və salavat çatdır və onun tərəfindən də bizə salam gətir! Doğrudan da, Sən bağışlayan və kəramət sahibisən. Salam adı çəkilsə də, çəkilməsə də, ona salam yetir, ey aləmlərin Rəbbi!اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ قَتِيلِ الْعَبَرَاتِ وَ أَسِيرِ الْكُرُبَاتِ صَلاةً نَامِيَةً زَاكِيَةً مُبَارَكَةً يَصْعَدُ أَوَّلُهَا وَ لا يَنْفَدُ آخِرُهَا أَفْضَلَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلادِ الْأَنْبِيَاءِ وَ الْمُرْسَلِينَ يَا رَبَّ الْعَالَمِينَ اللَّهُمَّ صَلِّ عَلَى الْإِمَامِ الشَّهِيدِ الْمَقْتُولِ الْمَظْلُومِ الْمَخْذُولِ وَ السَّيِّدِ الْقَائِدِ وَ الْعَابِدِ الزَّاهِدِ الْوَصِيِّ الْخَلِيفَةِ الْإِمَامِ الصِّدِّيقِ الطُّهْرِ الطَّاهِرِ الطَّيِّبِ الْمُبَارَكِ وَ الرَّضِيِّ الْمَرْضِيِّ وَ التَّقِيِّ الْهَادِي الْمَهْدِيِّ الزَّاهِدِ الذَّائِدِ الْمُجَاهِدِ الْعَالِمِ إِمَامِ الْهُدَى سِبْطِ الرَّسُولِ وَ قُرَّةِ عَيْنِ الْبَتُولِ صلى الله عليه و آله و سلم اللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِي وَ مَوْلايَ كَمَا عَمِلَ بِطَاعَتِكَ وَ نَهَى عَنْ مَعْصِيَتِكَ وَ بَالَغَ فِي رِضْوَانِكَ وَ أَقْبَلَ عَلَى إِيمَانِكَ غَيْرَ قَابِلٍ فِيكَ عُذْرا سِرّا وَ عَلانِيَةً يَدْعُو الْعِبَادَ إِلَيْكَ وَ يَدُلُّهُمْ عَلَيْكَ وَ قَامَ بَيْنَ يَدَيْكَ يَهْدِمُ الْجَوْرَ بِالصَّوَابِ وَ يُحْيِي السُّنَّةَ بِالْكِتَابِ فَعَاشَ فِي رِضْوَانِكَ مَكْدُودا وَ مَضَى عَلَى طَاعَتِكَ وَ فِي أَوْلِيَائِكَ مَكْدُوحا وَ قَضَى إِلَيْكَ مَفْقُودا لَمْ يَعْصِكَ فِي لَيْلٍ وَ لا نَهَارٍ بَلْ جَاهَدَ فِيكَ الْمُنَافِقِينَ وَ الْكُفَّارَ اللَّهُمَّ فَاجْزِهِ خَيْرَ جَزَاءِ الصَّادِقِينَ الْأَبْرَارِ وَ ضَاعِفْ عَلَيْهِمُ الْعَذَابَ وَ لِقَاتِلِيهِ الْعِقَابَ فَقَدْ قَاتَلَ كَرِيما وَ قُتِلَ مَظْلُوما وَ مَضَى مَرْحُوما يَقُولُ أَنَا ابْنُ رَسُولِ اللَّهِ مُحَمَّدٍ وَ ابْنُ مَنْ زَكَّى وَ عَبَدَ فَقَتَلُوهُ بِالْعَمْدِ الْمُعْتَمَدِ قَتَلُوهُ عَلَى الْإِيمَانِ وَ أَطَاعُوا فِي قَتْلِهِ الشَّيْطَانَ وَ لَمْ يُرَاقِبُوا فِيهِ الرَّحْمَنَ اللَّهُمَّ فَصَلِّ عَلَى سَيِّدِي وَ مَوْلايَ صَلاةً تَرْفَعُ بِهَا ذِكْرَهُ وَ تُظْهِرُ بِهَا أَمْرَهُ وَ تُعَجِّلُ بِهَا نَصْرَهُ وَ اخْصُصْهُ بِأَفْضَلِ قِسَمِ الْفَضَائِلِ يَوْمَ الْقِيَامَةِ وَ زِدْهُ شَرَفا فِي أَعْلَى عِلِّيِّينَ وَ بَلِّغْهُ أَعْلَى شَرَفِ الْمُكَرَّمِينَ وَ ارْفَعْهُ مِنْ شَرَفِ رَحْمَتِكَ فِي شَرَفِ الْمُقَرَّبِينَ فِي الرَّفِيعِ الْأَعْلَى وَ بَلِّغْهُ الْوَسِيلَةَ وَ الْمَنْزِلَةَ الْجَلِيلَةَ وَ الْفَضْلَ وَ الْفَضِيلَةَ وَ الْكَرَامَةَ الْجَزِيلَةَ اللَّهُمَّ فَاجْزِهِ عَنَّا أَفْضَلَ مَا جَازَيْتَ إِمَاما عَنْ رَعِيَّتِهِ وَ صَلِّ عَلَى سَيِّدِي وَ مَوْلايَ كُلَّمَا ذُكِرَ وَ كُلَّمَا لَمْ يُذْكَرْ يَا سَيِّدِي وَ مَوْلايَ أَدْخِلْنِي فِي حِزْبِكَ وَ زُمْرَتِكَ وَ اسْتَوْهِبْنِي مِنْ رَبِّكَ وَ رَبِّي فَاِنَّ لَكَ عِنْدَ اللَّهِ جَاها وَ قَدْرا وَ مَنْزِلَةً رَفِيعَةً إِنْ سَأَلْتَ أُعْطِيتَ وَ إِنْ شَفَعْتَ شُفِّعْتَ اللَّهَ اللَّهَ فِي عَبْدِكَ وَ مَوْلاكَ لا تُخَلِّنِي عِنْدَ الشَّدَائِدِ وَ الْأَهْوَالِ لِسُوءِ عَمَلِي وَ قَبِيحِ فِعْلِي وَ عَظِيمِ جُرْمِي فَاِنَّكَ أَمَلِي وَ رَجَائِي وَ ثِقَتِي وَ مُعْتَمَدِي وَ وَسِيلَتِي إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكَ لَمْ يَتَوَسَّلِ الْمُتَوَسِّلُونَ إِلَى اللَّهِ بِوَسِيلَةٍ هِيَ أَعْظَمُ حَقّا وَ لا أَوْجَبُ حُرْمَةً وَ لا أَجَلُّ قَدْرا عِنْدَهُ مِنْكُمْ أَهْلَ الْبَيْتِ لا خَلَّفَنِيَ اللَّهُ عَنْكُمْ بِذُنُوبِي وَ جَمَعَنِي وَ إِيَّاكُمْ فِي جَنَّةِ عَدْنٍ الَّتِي أَعَدَّهَا لَكُمْ وَ لِأَوْلِيَائِكُمْ اِنَّهُ خَيْرُ الْغَافِرِينَ وَ أَرْحَمُ الرَّاحِمِينَ اللَّهُمَّ أَبْلِغْ سَيِّدِي وَ مَوْلايَ تَحِيَّةً كَثِيرَةً وَ سَلاما وَ ارْدُدْ عَلَيْنَا مِنْهُ السَّلامَ اِنَّكَ جَوَادٌ كَرِيمٌ وَ صَلِّ عَلَيْهِ كُلَّمَا ذُكِرَ السَّلامُ وَ كُلَّمَا لَمْ يُذْكَرْ يَا رَبَّ الْعَالَمِينَ

16)
Bu müqəddəs hərəmin əməllərindən biri də “Məzlumun duası”dır. Hər kəs bir zalımın zülmündən azad olmaq üçün bu duanı müqəddəs hərəmdə oxusa tezliklə xilas olar. Şeyxut-taifə (Şeyx Tusi) “Misbahul-mütəcəhhid” kitabında cümə gününün əməllərində belə yazır: Müstəhəbdir ki, Məzlum duasını İmam Hüseynin(ə) qəbrinin kənarında oxunsun. Dua belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni ə`təzzu bidinikə və əkrumu bihidayətikİlahi, mən Sənin dinin vasitəsilə ucaldım və hidayətinlə əziz oldum!اللَّهُمَّ إِنِّي أَعْتَزُّ بِدِينِكَ وَ أَكْرُمُ بِهِدَايَتِكَ
və fulanun yuzilluni bişərrihi və yuhinuni biəziyyətihFilankəs öz pisliyi ilə məni xar edəcək, əziyyəti ilə alçaldacaq, Sənin dostlarını sevməklə məni məzəmmət edəcək və iddiası ilə susduracaq!وَ فُلانٌ يُذِلُّنِي بِشَرِّهِ وَ يُهِينُنِي بِأَذِيَّتِهِ
və yuibuni bivəlai əvliyaik, və yəbhətuni bidə`vahMən dua yerinə gəlmişəm və Sən onu qəbul etməyi zəmanət veribsən! وَ يُعِيبُنِي بِوَلاءِ أَوْلِيَائِكَ وَ يَبْهَتُنِي بِدَعْوَاهُ
və qəd ci`tu ila məvziid duai və zəmanikəl icabə Mən dua yerinə gəlmişəm və Sən onu qəbul etməyi zəmanət veribsən! وَ قَدْ جِئْتُ إِلَى مَوْضِعِ الدُّعَاءِ وَ ضَمَانِكَ الْإِجَابَةَ
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və əidni ələyhis saətəs saəh.İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, elə bu saat, elə bu saat məni həmin şəxsə qalib et!اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَعِدْنِي عَلَيْهِ السَّاعَةَ السَّاعَةَ

Sonra özünü qəbrin üstünə ataraq de:
Ərəbcəمَوْلايَ إِمَامِي مَظْلُومٌ اسْتَعْدَى عَلَى ظَالِمِهِ النَّصْرَ النَّصْرَ
Tərcümə Ey mənim mövlam (ey Rəbbim), mənim imamım zülmə məruz qalıb və ona zülm edən şəxsdən gileylidir, yardım et, yardım!
TranskripsiyaMəvlayə imami məzlumunistə`da əla zalimih, ən nəsrən nəsrə.

“Ən nəsrə” sözü nəfəs kəsilənə kimi deməlidir.
17) Hərəmdə yerinə yetirilən dualardan biri də İbn Fəhd Hillinin “Uddətud dai” kitabında imam Sadiqdən (ə) nəql etdiyi duadır. İmam belə buyurur: “Hər kəsin Allah dərgahına hacəti olsa, imam Hüseynin (ə) qəbrinin baş tərəfində ayaq üstə dayansın və desin:
TranskripsiyaTərcüməƏrəbcə
Ya Əba Əbdillah, əşhədu ənnəkə təşhədu məqami və təsməu kəlamiEy Əba Əbdillah, şəhadət verirəm ki, sən mənim məqamımı görür və sözümü eşidirsənيَا أَبَا عَبْدِ اللَّهِ أَشْهَدُ أَنَّكَ تَشْهَدُ مَقَامِي وَ تَسْمَعُ كَلامِي
və ənnəkə həyyun ində rəbbikə turzəq, Həqiqətən, Sən dirisən və Rəbbinin yanında ruzi yeyirsənوَ أَنَّكَ حَيٌّ عِنْدَ رَبِّكَ تُرْزَقُ
fəs`əl rəbbəkə və rəbbi fi qəzai həvaici.Elə isə öz Rəbbin və mənim Rəbbimdən hacətlərimin qəbul olunmasını dilə!فَاسْأَلْ رَبَّكَ وَ رَبِّي فِي قَضَاءِ حَوَائِجِي

Heç şübhəsiz, onun diləyi həyata keçər, inşaallah.”[10]
18) Əməllərdən biri İmam Hüseyn (ə)-ın pak hərəmində qəbrin baş tərəfində “Ər-rəhman”“Mülk” surələrini deməklə qılınan 2 rəkət namazdır. Seyid ibni Tavus nəql etmişdir ki, hər kəs bu namazı qılsa, Allah Taala onun üçün Peyğəmbəri-Əkrəm (s)-lə birgə yerinə yetirilən 25 məqbul həcc yazar.
19) Əməllərdən biri də istixarədir. Əllamə Məclisi bu istixarənin qaydasını Hümeyrinin (Himyəri) “Qurbul-əsnad” kitabından səhih sənədlə İmam Sadiq (ə)-dan belə nəql etmişdir: “Bəndə İmam Hüseyn (ə)-ın qəbrinin baş tərəfində (çətin) işi ilə əlaqədar aləmlərin Pərvərdigarından 100 dəfə xeyir diləyərək “Əlhəmdulillahi və la ilahə illəllahu və subhanəllah!” – dedikdən və Allahı layiqincə yad etdikdən, Ona layiq həmd-səna dedikdən sonra yenə 100 dəfə hacətini istəsin. Əlbəttə, Allah Taala onun qarşısına xeyir iş çıxarar.[11] Başqa rəvayətlərə əsasən, Allah Taaladan xeyir işi 100 dəfə bu zikri[12] desin:
Ərəbcəاَسْتَخِيرُ اللهَ بِرَحْمَتِهِ خِيَرَةً فِى عَافِيَةٍ
Tərcümə
TranskripsiyaƏstəxirullahə birəhmətihi xiyərətən fi afiyəh.

20) Şeyx Əbülqasim Cəfər ibni Qavlaveyh  Qummi İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql etmişdir: “Hər vaxt həzrət Hüseyn (ə)-ı ziyarət etdikdə, xeyir sözləri müstəsna etməklə, sakit qalın. Həqiqətən, mələklər gecə-gündüz nazil olub, hərəmdəki mələklərlə görüşmək istədikdə, onlar çox ağladıqları üçün cavab verməz, daim ağlayarlar. Lakin gün batan və gün çıxan vaxtda sakit olarlar. Göydən enən mələklər gün çıxana qədər gözləyər və bu zaman hərəmdəki mələklər onlarla söhbətə başlayıb, onlardan səmadakı şeylərdən soruşarlar. Lakin bu iki vaxtın ortasında hərəm mələkləri əsla danışmaz, daim ağlayar və dua edərlər.” Həmçinin o həzrətdən nəql olunmuşdur ki, Allah Taala əza sahibi kimi, ağlar halda 40000 mələyi sübh çağından günortaya qədər İmam Hüseyn (ə)-ın hərəminə keşiş çəkməyə göndərər. Günorta vaxtı onları çağırıb, digər 40000 mələyi göndərər ki, onlar da sübh vaxtına qədər daim ağlayarlar. Bu məzmunlu hədislər olduqca çoxdur. Bu rəvayətlərdən başa düşülür ki, o həzrətə onun pak hərəmində ağlamaq sevimli və bəyənilmiş bir əməldir. Bəli, o həzrətin ziyarətinin əməllərindən biri də mərsiyə deyib ağlamaqdır.     Səfvanın İmam Sadiq (ə)-dan nəql etdiyi bir hədisdən başa düşülür ki, mələklərin Allaha yalvarıb Əmirəl-möminin Əli (ə) və İmam Hüseyn (ə)-ın qatillərinə lənət diləməsini, cinlərin növhə deməsini, mələklərin İmam Hüseyn (ə)-ın zərihinin ətrafında ağlamaq səslərini hər kəs eşitsə, yemək, içmək və yatmaqdan çəkinərlər.
Abdullah ibni Həmmad Bəsri İmam Sadiq (ə)-dan belə nəql etmişdir: “Mənə xəbər verilib ki, Kufənin ətraf nahiyələrindən və digər məntəqələrdən bir qrup İmam Hüseyn (ə)-ın ziyarətinə gələr, qadınlar o həzrətə növhə deyər, insanlardan bəziləri Quran oxuyar, bəziləri mərsiyə deyər, bəziləri şəhadətinin keyfiyyətindən danışarlar. Bu isə Şaban ayında baş verər.” Mən dedim: “Sənə qurban olum! Mən sizin bu buyuruğunuzu canlı müşahidə etmişəm.” Həzrət buyurdu: “Allaha şükür edirəm ki, insanların içərisindən bəziləri bizim yanımıza gəlir, bizə rövzə deyir, mərsiyə oxuyur, ağlayır və düşmənlərimizi pisləyirlər.” [13]  Hədisin davamında isə buyurur: “Hər kəs İmam Hüseyn (ə)-ın ziyarətinə getsə, ona ağlayır; ziyarətinə getməyənlər də qəmlənir, ürəkləri yanır, onu yad edərək deyirlər ki, o həzrətin haqqını qəsb etdilər, bir qrup kafir və mürtədlər bir yerə toplaşıb onu öldürmək üçün əlbir oldular, səhralıqda cəsədini dəfn etməmiş atıb getdilər, üzünə itlərin içdiyi Fəratın suyunu bağladılar, Allahın Rəsulunun haqqını — Əhli-beyti (ə) barəsindəki vəsiyyətini tapdadılar.” [14] Həmçinin İbn Qavlaveyh, Haris Əvərdən nəql edir ki, Əmirəl-möminin Əli (ə) buyurdu: “Ata-anam Kufənin arxasında şəhid olacaq Hüseynə (ə) fəda olsun! And olsun Allaha! Sanki qurd-quşları görürəm ki, hər tərəfdən boyunlarını onun qəbrinə tərəf uzadıb, gecəni sübhə qədər ona ağlayırlar.” (Bu məsələ ilə bağlı rəvayətlər olduqca çoxdur.)
21) Əllamə Məclisi Seyid ibn Tavusdan nəql edir[15]: “Müstəhəbdir ki, hər zaman imamın ziyarətini bitirib müqəddəs məkanı tərk etmək istəsə, özünü zirehə yapışdırsın, öpsün və belə desin:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya məvlay, əssəlamu ələykə ya huccətəllahSalam olsun sənə, ey mənim mövlam! Salam olsun sənə, ey Allahın höccəti! السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ
əssəlamu ələykə ya səfvətəllah, əssəlamu ələykə ya xalisətəllahSalam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey Allahın xalis bəndəsi!السَّلامُ عَلَيْكَ يَا صَفْوَةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خَالِصَةَ اللَّهِ
əssəlamu ələykə ya qətiləz zəm`a, əssəlamu ələykə ya qəribəl qurəbaSalam olsun sənə, ey susuzluq yolunun şəhidi! Salam olsun sənə, ey qəriblər qəribi! السَّلامُ عَلَيْكَ يَا قَتِيلَ الظَّمَاءِ السَّلامُ عَلَيْكَ يَا غَرِيبَ الْغُرَبَاءِ
əssəlamu ələykə səlamə muvəddiin la səimin və la qal, fəin əmzi fəla ən məlaləh,Salam olsun sənə vidalaşan şəxsin salamı; o, nə yorğun, nə də qəzəblidir! Əgər mən buradan getsəm, səbəbi yorğunluq və sıxıntı deyil!السَّلامُ عَلَيْكَ سَلامَ مُوَدِّعٍ لا سَئِمٍ وَ لا قَالٍ فَإِنْ أَمْضِ فَلا عَنْ مَلالَةٍ
və in uqim fəla ən sui zənnin bima vəədəllahus sabirinƏgər qalsam da, səbəbi Allahın səbirlilərə vəd etdiklərinə bədgümanlığım deyil! وَ إِنْ أُقِمْ فَلا عَنْ سُوءِ ظَنٍّ بِمَا وَعَدَ اللَّهُ الصَّابِرِينَ
la cəələhullahu axirəl əhdi minni liziyarətik, və rəzəqəniyəllahul əvdə ila məşhədik, vəl məqamə bifinaik, vəl qiyamə fi hərəmikAllah bu ziyarətimi sonuncu ziyarət yazmasın, sənin ziyarətgahına qayıtmağı, orada qalmaq və durmağı mənə nəsib etsin!لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنِّي لِزِيَارَتِكَ وَ رَزَقَنِيَ اللَّهُ الْعَوْدَ إِلَى مَشْهَدِكَ وَ الْمَقَامَ بِفِنَائِكَ وَ الْقِيَامَ فِي حَرَمِكَ
və iyyahu əs`əlu ən yus`idəni bikum, və yəc`ələni məəkum fid dunya vəl axirəh.Allahdan istəyirəm ki, məni sizin vasitənizlə səadətə yetirsin, dünya və axirətdə sizdən ayırmasın!وَ إِيَّاهُ أَسْأَلُ أَنْ يُسْعِدَنِي بِكُمْ وَ يَجْعَلَنِي مَعَكُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ

Bu, əslində o həzrətlə vida ziyarətidir.

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 83, səh 251, hədis 1
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 44, səh 123, hədis 2,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 240, hədis 17
[3] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 217, hədis 10
[4] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 83, səh 251, hədis 1
[5] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 69, səh 168, hədis 7
[6] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 69, səh 168, hədis 8
[7] İbn Fəhd Hilli — Uddətud-da`i, səh 57
[8] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 212
[9] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 225
[10] İbn Fəhd Hilli — Uddətud-da`i, səh 64
[11] Abdullah ibn Cəfər Himyəri — Qurbul-əsnad, səh 28
[12] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 471, hədis 3
[13] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 108, səh 325, hədis 1
[14] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 108, səh 325, hədis 1
[15] Əllamə Məclisi — Biharul-ənvar,  c 97, səh 230

Читайте также: