Ziyarətnamə: İmam Hüseynin (ə) məxsusi ziyarəti — Şaban ayının 15-ci günündə İmam Hüseynin (ə) ziyarəti

Print Friendly, PDF & Email

Bilin ki, Şaban ayının ortasında imam Hüseyni (ə) ziyarət etməyin fəziləti barəsində çoxlu hədislər nəql olunubdur. Bu barədə həzrət imam Zeynəlabidin (ə) və imam Cəfər Sadiqdən (ə) bir neçə mötəbər sənədlə bu məzmunda bir hədis nəql olunubdur ki, hər kim istəyirsə yüz iyirmi dörd min peyğəmbər onunla müsahifə (yəni əl-ələ görüşmək) etsin, Şaban ayının ortasında Əba Əbdillah Hüseynin (ə) qəbrini ziyarət etsin. Bilin ki, mələklər və peyğəmbərlərin ruhları o həzrəti ziyarət etmək üçün Allah Taaladan rüxsət istəyirlər. Xoş o kəsin halına ki, onlarla müsahifə etsin və onlar da qarşılıqlı olaraq onunla müsahifə etsinlər. Beş ulul-əzm peyğəmbər, Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Muhəmməd (s) də bu peyğəmbərlərin arasındadır. Ravi deyir: “Soruşdum ki, nə üçün onları ulul-əzm peyğəmbərlər adlandırırlar?” O həzrət buyurdu: “Çünki bu peyğəmbərlər şərq və qərbədək bütün cin və insanlar üçün məbus olmuşdur.” [1]
Bu ziyarətnamənin sözləri 2 cür nəql olunubdur:
Birincisi, əvvəldə nəql etdiyimiz Rəcəb ayının əvvəlində oxunan ziyarətnamədir. Bu məqaləyə daxil olun.
İkincisini, Şeyx Kəfəmi “Bələdul-əmin” kitabında həzrət imam Sadiqdən (ə) nəql etmişdir. Bu ziyarətnaməni imam Hüseynin (ə) qəbrinin kənarında dayanıb, oxu[2]:

TranskripsiyaTərcüməƏrəbcə
Əlhəmdu lillahil əliyyil əzim, vəssəlamu ələykə əyyuhəl əbdus salihuz zəkiyy, udiukə şəhadətən minni ləkə tuqərribuni iləykə fi yəvmi şəfaətik, əşhədu ənnəkə qutiltə və ləm təmut bəl birəcai həyatikə həyiyət qulubu şiətik, və biziyai nurikəhtədət talibunə iləyk, və əşhədu ənnəkə nurullahilləzi ləm yutfə` və la yutfəu əbəda, və ənnəkə vəchullahilləzi ləm yəhlik və la yuhləku əbəda, və əşhədu ənnə hazihit turbətə turbətuk, və hazəl hərəmə hərəmuk, və hazəl məsrəə məsrəu bədənik, la zəlilə vəllahi muizzukə və la məğlubə vəllahi nasiruk, hazihi şəhadətun li indəkə ila yəvmi qəbzi ruhi bihəzrətik, vəssəlamu ələykə və rəhmətullahi və bərəkatuh.Həmd uca və böyük Allaha məxsusdur. Salam olsun sənə, ey Allahın saleh və pak bəndəsi! Şəhadətimi sənin yanında əmanət qoyuram ki, (günahkarlara) şəfaət edəcəyin gün məni sənə yaxınlaşdırsın. Şəhadət verirəm ki, sən qətlə yetirilibsən, amma ölməyibsən! Əksinə şiələrin qəlbləri sənin diri olmağına ümid bəsləməklə diridir və sənin nurunun sayəsində səni istəyənlər sənə doğru hidayət olundular. Şəhadət verirəm ki, həqiqətən, sən Allahın sönməyən və bundan sonra da əsla sönməyəcək nurusan. Sən Allahın həlak olmayan və bunda sonra da əsla həlak olmayacaq surətisən. Şəhadət verirəm ki, bu türbə sənin türbən, bu ziyarətgah sənin ziyarətgahın və bu məkan sənin mübarək bədəninin torpağa düşdüyü məkandır. Allaha and olsun, sənin ucaltdığın alçalmaz və sənə yardım edən məğlub edilməz! Bu, mənim ruhumun sənin hüzurunda alınacağı vaxta qədər verdiyim şəhadətdir!الْحَمْدُ لِلَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الزَّكِيُّ أُودِعُكَ شَهَادَةً مِنِّي لَكَ تُقَرِّبُنِي إِلَيْكَ فِي يَوْمِ شَفَاعَتِكَ أَشْهَدُ أَنَّكَ قُتِلْتَ وَ لَمْ تَمُتْ بَلْ بِرَجَاءِ حَيَاتِكَ حَيِيَتْ قُلُوبُ شِيعَتِكَ وَ بِضِيَاءِ نُورِكَ اهْتَدَى الطَّالِبُونَ إِلَيْكَ وَ أَشْهَدُ أَنَّكَ نُورُ اللَّهِ الَّذِي لَمْ يُطْفَأْ وَ لا يُطْفَأُ أَبَدا وَ أَنَّكَ وَجْهُ اللَّهِ الَّذِي لَمْ يَهْلِكْ وَ لا يُهْلَكُ أَبَدا وَ أَشْهَدُ أَنَّ هَذِهِ التُّرْبَةَ تُرْبَتُكَ وَ هَذَا الْحَرَمَ حَرَمُكَ وَ هَذَا الْمَصْرَعَ مَصْرَعُ بَدَنِكَ لا ذَلِيلَ وَ اللَّهِ مُعِزُّكَ وَ لا مَغْلُوبَ وَ اللَّهِ نَاصِرُكَ هَذِهِ شَهَادَةٌ لِي عِنْدَكَ إِلَى يَوْمِ قَبْضِ رُوحِي بِحَضْرَتِكَ وَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 72, səh 179, hədis 2,
Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 93, hədis 2
[2] Şeyx Kəf`əmi — Bələdul-əmin, səh 284,
Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 342, hədis 2

Читайте также: